Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maresuke Noqi
Maresuke Noqi (乃木 希典, 25 dekabr 1849 – 13 sentyabr 1912[…], Tokio[d]) — Yaponiya imperiyasının generalı və Tayvanın üçüncü general-qubernatoru. == Həyatı == === İlk illər === Noqi samuray ailəsində doğulmuşdur. 1869-cu ildə o, orduda xidmətə başlamış, 1871-ci ildə mayor rütbəsinə yüksəlmişdir. Sayqo Takamorinin başçılıq etdiyi üsyançılara qarşı döyüşmüş və podpolkovnik rütbəsinə layiq görülmüşdür. Ağır döyüşlərdən birində Noqi 14-cü piyada alayının bayrağını itirmişdir. Bu rüsvayçılıq onu bütün ömrü boyu izləmişdir və sonradan o bu hadisəni intiharının əsas səbəblərindən biri adlandırmışdır. 1876-cı il avqustun 27-də də Noqi o zaman 20 yaşında olan samuray Yudzi Sadanonun qızı Sidzuko ilə evlənmişdir. 1877-ci il avqustun 28-də onların ilk oğlu Katsunori dünyaya gəldi və Noqi Tokioda ev aldı. 1878-ci ildə o, polkovnik rütbəsinə yüksəldildi. 1879-cu ildə onun ikinci oğlu anadan oldu.
Noqir
Noqir (Oset. Ногир) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir. Noqirski kənd yaşayış məntəqəsinin inzibati mərkəzi. == Coğrafiya == Noqir kəndi Priqorodnı rayonunun şimal hissəsində, Terek çayının sol sahilində yerləşir və faktiki olaraq onun şimal ətrafı kimi Vladiqafqaz şəhəri ilə birləşir. Qəsəbə torpaqları ilə həmsərhəddir: cənubda Vladiqafqaz, şimalda Alxaçurt, şimal-şərqdə Mixaylovskoye və şərqdə Zavodski. == Etimologiya == Noqir sözü osetin dilindən tərcümədə Yeni Osetiya (Oset. Ног Ир) deməkdir. == Tarix == Oktyabr inqilabından əvvəl Noqir kəndini yerində çar hərbi təlim poliqonu yerləşirdi. Müasir Noqir kəndi 1921-ci ildə əvvəllər Xristianovskoye kəndində (indiki Diqora şəhəri) məskunlaşmış Cənubi Osetiya qaçqınları tərəfindən qurulmuşdur. Kənddəki ilk məktəb 1930-cu illərin sonlarında inşa edilmişdir.
Nori
Nori, (yap. 海苔) – Uzaq Şərqdə yayılmış yosun növü. Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır. == Xüsusiyyətləri == Omeqa-3 yağ turşusuna, EPK-ya və provitamin A-ya malikdir. Bu yosun asan hazırlanır, mətbəxdə universaldır. Nori dəyişməz olaraq ənənəvi şərq yeməklərində olur. O, balıq və molyusk iyi verir. Tünd rəngli nazik lövhələr şəklində satılır == İstifadəsi == Nori adətən suşi və oniqirini bükmək üçün istifadə olunur. Nori parlaq iyə və incə xoş dada malikdir. Əriştələrdə və şorbalarda bir qarnir və ya dadvericidir.
Qogi dağı
Qogi — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Dərələyəz silsiləsinin suayırıcında, Küküçayın mənbə hissəsində zirvə. Hündürlüyü 3120 m. Yamaclarında alp çəmənliyi yerləşir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Oqi
Oqi (小城, Ogi) — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. Müasir şəhər 1 mart 2005-ci ildə qurulmuşdur. 2017-ci ilin fevralının məlumatına görə şəhərin əhalisi 45,638 nəfərdir, hər km² ərazidə 480 nəfər yaşayır. Şəhərin sahəsi 95,85 km²-dir. == Tarix == 1889-cu ildəki inzibati islahatdan sonra şəhər regionuna Oqi şəhəri və 7 qəsəbə (Aşikari, Haruta, İvamatsu, Mikazuki, Misato, Toqava və Uşizu) daxil idi. 24 aprel 1894-cü ildə şəhər statusu almışdır. 1 mart 2005-ci ildə Aşikari, Mikatsuki, Uşizu Oqiyə birləşdirilmişdir. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının mərkəzində yerləşir. Şəhərin cənub hissəsi dağlıqdır, Tenzan dağına qonşudur. Cənub hissəsində Saqa düzənliyi və Ariake dənizi yerləşir.
Akif Nağı
Akif Nağı (13 avqust 1957, Ağdam rayonu) — azərbaycanlı siyasətçi, tarix elmlər namizədi, dosent; əvvəl Qarabağ Azadlıq Təşkilatının sədri, sonra isə Azad Vətən Partiyasının sədri. == Həyatı == 13 avqust 1957-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib daha sonra Bakıya gəlib. Bakıda 1 saylı evtikmə kombinatında işləmişdir. 1976–1978-ci illərdə Sovet ordusunda, Baltik flotunda xidmət etmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1982-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə daxil olub. 1985-ci ildə oranı bitirib, həmin ildən Azərbaycan Politexnik İnstitutun (indiki Texniki Universitet) tarix kafedrasında işləmişdir. 1991-ci ildə dissertasiya müdafiə etmiş, tarix elmləri namizədidir. 2004-cü ildə həmin universitetin dosenti olub. == İctimai-siyasi fəaliyyəti == 2004-cü ilin iyun ayında erməni zabitlərinin Bakıya səfərinə etiraz olaraq aksiya keçirdib, həbs olunub.
Ceyhun Nağı
Ceyhun Nağıyev (d. 1972 – ö. 2011) — Həftə içi qəzetinin sabiq redaktoru, əmək fəaliyyəti dövründə müxtəlif mətbuat orqanlarında çalışmış azərbaycanlı jurnalist. == Həyatı və əmək fəaliyyəti == Ceyhun Aşır oğlu Nağıyev 1972-ci il 7 oktyabr tarixində Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 1982-ci ildə orta məktəb təhsilini davam etdirmək üçün Bozalqanlı orta məktəbində təhsil almış və 1989-cu ildə isə həmin məktəbi bitirmişdir. Ceyhun Nağıyev, 1988-ci ildə Neft Akademiyasının məktəblərarası keçirdiyi Kimya olimpiyadasında II yer, 1989-cu ildə isə I yer tutmuşdur. Orta məktəbdən məzun olduğu il ali məktəbə daxil ola bilməyən jurnalist 1991-ci ildə hərbi xidmətə yollanır. Ceyhun Nağının hərbi xidməti SSRİ imperiyasının dağılması illərinə təsadüf etdiyindən o, iki ölkənin ordusunda xidmət keçməli olur. Sovet ordusu tərkibində Krasnodar şəhərində hərbi xidmət keçdiyi müddət də imperiyanın dağılması səbəbindən Gəncə şəhərinə göndərilir və yerdə qalan xidmətini burada Azərbaycan ordusunun tərkibində tamamlayır. Hərbi xidmətdən sonra bir necə dəfə Azərbaycan Tibb Universitetinə sənəd versə də, qəbul ola bilmir.
Herseq Novi
Herseq Novi (mont. Херцег Нови, Herceg Novi) - Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 12.739 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Kogi ştatı
Kogi ştatı (ing. Kogi State) — Nigeriyanın Mərkəzi geosiyasi zonasında ştat.
Nağı Axundov
Nağı Axundov (dekabr 1920, Salyan, Salyan qəzası) — Bərdə Şəhər Partiya Komitəsinin birinci katibi. == Həyatı == 1920-ci ilin dekabr ayında Salyan şəhərində anadan olmuşdur. O, 1935-ci ildə 1 nömrəli orta məktəbi bitirdikdən sonra Salyan kənd təsərrüfatı texnikumuna daxil olmuş, 1939-cu ildə həmin texnikumu bitirdikdən sonra Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Dağlıq Qarabağ Muxtar Vilayətində işə başlamışdır. 1939-cu ilin sentyabr ayında ordu sıralarına çağırılmış, iki orta hərbi məktəb bitirmiş, leytenant rütbəsində orta tank tağımının komandiri kimi Kursk məntəqəsində vuruşmuş, 1943-cü ilin iyulunda ağır yaralanandan sonra Sovet ordusu sıralarından tərxis olunmuşdur. 1944-1951-ci illərdə Salyan rayonunda sovet və partiya işlərində çalışmışdır. 1951-ci ildən Azərbaycan KP Salyan Rayon Komitəsinin katibi, ikinci katibi olmuşdur. 1958-1962-ci illərdə Salyan Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, partiya məktəbində oxumuşdur. 1963-cü ildən Bərdə Rayon Partiya Komitəsinin birinci katibi işləmiş, daha sonralar yenidən Salyan Rayon İcraiyyə Komitəsinin sədri, Kolxoz-Sovxoz İstehsalat İdarəsinin rəisi və 1965-ci ildən Azərbaycan KP Puşkin PK-nin birinci katibi vəzifələrində çalışmışdır. Salyan Rayon Partiya Komitəsinin katibi, ikinci katibi, rayon icraiyyə komitəsinin sədri vəzifələrində çalışdı. Sov.İKP MK-nın Ali Partiya Məktəbini bitirdikdən sonra Bərdə Rayon Partiya Komitəsinin birinci katibi seçildi.
Nağı Hacıbayramlı
Nağı Hacıbayramlı Mustafa oğlu — bolşevik kommunist hakimiyyətinə qarşı Qarayazı gizli təşkilatın üzvü, kolxoz quruculuğuna qarşı Qarayazı kəndli qiyamının iştirakçısı, bəzi halda rəhbəri, siyasi mühacir. == Sosial mənşəyi == Nağı Mustafa oğlu Hacıbayramlı Tiflis quberniyasının, Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində 1902-ci ildə mülkədar ailəsində anadan olmuşdur. Atası Mustafa Hacıbayramoğlu (1870–1916) zamanəsinin qabaqcıl fikirli, zəngin insanlarından biri olmuşdur. Çox böyük sürüləri, naxırları, qışlaq və yaylaqda otlaq yerləri, əkin sahələri, bağları, kənddə, pristavlıqda, Tiflis şəhərində mülkləri, digər daşınmaz əmlakları, çoxsaylı ticarəti, bankda hesabı və möhürü olmuşdur. Çar Rusiyası dövründə var-dövləti qiymətləndirilərkən bir milyon o zamankı pul vahidində dəyərləndirilmişdir. Birinci dünya müharibəsinin başlanması eləcə də Çar Rusiyasında baş verən məlum siyasi hadisələr mülkün rəsmiləşdirilməsinə mane olmuşdur. İndiki Qardabani, keçmiş Qaratəpədəki mülkünə dəmiryol vağzalından XIX əsrin sonlarında elektrik xəttinin çəkilməsi, süd-yağ və tikiş məhsullarının istehsalı üçün sənaye miqyaslı maşınlarının Qaratəpəyə gətirilməsi, böyük un dəyirmanının inşaası, aclıq illərində öz vəsaiti hesabına Odessa şəhərindən vaqonla unun gətirdib təmənnasız xalqa paylanılması Nağı Hacıbayramlının atası Mustafa Hacıbayramoğlu tərəfindən edilmişdir. Kosalı, Nəzərli kəndlərinin ağsaqqallarının ümumi iclası əhalinin vəsaiti hesabına kənddə məktəb açılmasına qərar vermiş və bu işin icrasına tapşırılanlardan biri Mustafa Hacıbayramoğlu olduğu göstərilmişdir. Dövrünün çox nüfuzlu şəxslərindən olan Mustafa Hacıbayramoğlu indi də Qarayazıda müxtəlif fikirlərin qısa ifadəsində insanların məsəl yeridir. Mustafa Hacıbayramoğlu övladlarının təhsil alması və Tiflis şəhər işguzar mühitinə qarışmasında mühüm işlər görmüş, oğlu Nağı 1919-cu ildəTiflisdə dördillik rus dilində kommersiya təmaüllü gimnaziyanı bitirmişdir.
Nağı Həşimov
Nağı Anar oğlu Həşimov (20 avqust 1998; Gəncə, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nağı Həşimov 1998-ci il avqustun 20-də Gəncə şəhərində anadan olub. 2005-2013-cü illərdə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini davam etdirib. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə ali hərbi məktəbi “yerüstü artilleriya bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” (Mülki ixtisası: Xüsusi təyinatlı texnika və sistemlər) ixtisasıyla bitirib. == Hərbi xidməti == Nağı Həşimov 2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə “N” saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlayıb. Azərbaycan Ordusunun leytenantı olan Nağı Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nağı Həşimov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Nağı Nağıyev
Nağı Nağıyev — yazıçı, dramaturq. == Həyatı == Nağı Kərim oğlu Nağıyev 13 iyul 1910-cu ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikomunu bitirmiş,1930–1941 illərdə Ordubad və Babək rayonlarının kənd məktəblərində müəllimlik etmişdir. Nağı Nağıyev 1935–1938 illərdə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Nağı Nağıyev 1942–1945 illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində mətbuat bölməsinin müdiri, 1946–1949 illərdə Naxçıvan Mətbuat İdarəsinin rəisi, 1949–1951 illərdə Naxçıvan Dövlət Radio Verilişləri Komitəsinin müdiri vəzifələrində çalışmışdır. O, 1945–1951 illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının məsul katibi olmuşdur, Nağı Nağıyev 1951-ci ildən ömrünün sonuna kimi Bakıda yaşamış, "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri işləmişdir. Nağı Nağıyev II Dünya Müharibəsi iştirakçısıdır. Nağı Nağıyev 13 may 1981-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Nağı Nağıyev qırx ilə yaxın bədii yaradıcılıqla məşğul olmuşdur. O, üç səhnə əsərinin bir çox hekayə, oçerklərin və ilk iri həcmli əsəri olan "Həsrət" romanının müəllifidir.
Nağı Əbdüləzimov
Nağı Əbdüləzimov (14 dekabr 1936, Zod, Basarkeçər rayonu – 8 sentyabr 2001, Gəncə) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Nağı Kərim oğlu Əbdüləzimov 14 dekabr 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. 1953-cü ildə Zod kənd orta məktəbini bitirdikdən sonra Gəncə Pedaqoji institutun Dil-ədəbiyyat fakültəsinə daxil olub. 1957–1962-ci illərdə orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. 1962-ci ilin sentyabr ayında Basarkeçər rayon Komsomol Komitəsinin birinci katibi seçilərək, 1967-ci ilin avqust ayına kimi həmin vəzifədə çalışıb. 1967–1969-cu illərdə Bakı Ali Partiya Məktəbində oxuyub. 1969–1974-cü illərdə Zod kəndində kolxoz sədri işləyib. 1974–1976-cı illərdə Gəncə şəhəri Yüngül Sənaye Texnikumunda müəllimlik edib. 1976-cı ilin fevralından 1981-ci ilin aprel ayına qədər Azərbaycan KP Gəncə şəhər komitəsində təlimatçı, 1981-ci ilin aprel ayından 1991-ci ilin noyabr ayına kimi Gəncə şəhər PK də şöbə müdirinin müavini – Siyasi Maarif Evinin müdiri işləyib. 1991–1997-ci illərdə Mədəniyyət İşgüzarlıq Mərkəzinin müdiri kimi fəaliyyət göstərib.
Novı-Sonç
Novı-Sonç (pol. Nowy Sącz; mac. Újszandec; idiş Tzanz, צאנז‎; ukr. Новий Сонч; alm. Neu-Sandez‎) — Polşanın cənubunda şəhər. XIII əsrdə salınmışdır.
Növi (Alye)
Növi (fr. Neuvy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mulen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03200. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1578 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1112 nəfər (15-64 yaş arasında) arasında 794 nəfər iqtisadi fəal, 327 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 74.5%) olmuşdur. Fəal olan 794 nəfərdən 753 nəfər (382 kişi və 371 qadın), 41 nəfər işsiz (19 kişi və 22 qadın) idi. Fəal olmayan 327 nəfər arasında 134 nəfər şagird və ya tələbə, 149 nəfər təqaüdçü, 44 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Nöyi sülhü
Nöyi sülhü və ya Nöyi-sür-Sen müqaviləsi (fr. Traité de Neuilly-sur-Seine) — Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətlərlə məğlubiyyətə uğramış Bolqarıstan arasında 27 noyabr 1919-cu il tarixində Fransanın paytaxtı Paris şəhəri yaxınlıqlarındakı Nöyi-sür-Sendə imzalanmış sülh müqaviləsi. Versal-Vaşinqton sisteminin əsasını təşkil edən müqavilələrdən biridir. 9 avqust 1920-ci il tarixində qüvvəyə minmişdir. Nöyi sülhünün şərtləri: Bolqarıstanın sahəsi 2566 km2 olan 4 rayonu Serblərin, Xorvatların və Slovenlərin Krallığına (1929-cu ildən Yuqoslaviya) verilmişdir. Bolqarıstan Qərbi Frakiyadan və beş il müddətinə Egey dənizinə çıxmaq hüququndan mərhum edilmişdir. Bolqarıstan qalib dövlətlərə 2,25 milyard qızıl frank məbləğində təzminat vermək barədə öhdəlik götürmüşdür. Bolqarıstan öz silahlı qüvvələrini məhdudlaşdırmaq barədə öhdəlik götürmüşdür. Nöyi sülhü 1923, 1930, 1938, 1940-cü illərdə yenidən nəzərdən keçirilmiş, İkinci Dünya müharibəsindən sonra isə tamamilə qüvvədən itmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Borisova, Galina M. "Bulgaria, Greece and Britain's Policy 1919." Etudes Balkaniques (1983) 19#3 pp 77–91.
Nəqi Zakirov
Nəqi Zakirov (tam adı: Nəqi Sirazetdin oğlu Zakirov, tatar. Нәкый Сираҗетдин улы Закиров, rus. Наки Сиразиевич Закиров; təxəllüsü: Nəqi İsənbət, tatar. Nəqi İsənbət/Нәкый Исәнбәт, rus. Наки́ Исанбе́т; 29 dekabr 1899, Maloyaz[d], Zlatoust qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1992, Kazan, Tatarıstan, Rusiya) — Tatarıstan yazıçısı, şairi, dramaturqu, romançısı, alimi, filoloqu, dilşünası, folklorçusu, tatar dilindəki lüğətlərin kompilyatoru. == Həyatı == Nəqi Sirazetdin oğlu Zakirov 29 dekabr 1899-cu ildə indiki Rusiyanın Başqırdıstan Respublikasının Salavat rayonunun Malayaz kəndində bir molla ailəsində anadan olmuşdur. O, ibtidai təhsili yerli mədrəsələrdən birində almış, daha sonra isə Ufa şəhərindəki «Həsəniyyə» mədrəsədində təhsil almağa başlamışdır. 15 yaşında ikən Kazan şəhərindəki «Məhəmmədiyyə» mədrəsədində təhsil almağa başlamışdır. Bu dövrdə o, jurnallarda əsərlərini nəşr etməyə başlamışdır. Eyni zamanda dilşünaslığa maraq göstərən Nəqi İsənbət Tatarıstan folkloru ilə də maraqlanmağa başlamışdı.
Nəqi İsənbət
Nəqi Zakirov (tam adı: Nəqi Sirazetdin oğlu Zakirov, tatar. Нәкый Сираҗетдин улы Закиров, rus. Наки Сиразиевич Закиров; təxəllüsü: Nəqi İsənbət, tatar. Nəqi İsənbət/Нәкый Исәнбәт, rus. Наки́ Исанбе́т; 29 dekabr 1899, Maloyaz[d], Zlatoust qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1992, Kazan, Tatarıstan, Rusiya) — Tatarıstan yazıçısı, şairi, dramaturqu, romançısı, alimi, filoloqu, dilşünası, folklorçusu, tatar dilindəki lüğətlərin kompilyatoru. == Həyatı == Nəqi Sirazetdin oğlu Zakirov 29 dekabr 1899-cu ildə indiki Rusiyanın Başqırdıstan Respublikasının Salavat rayonunun Malayaz kəndində bir molla ailəsində anadan olmuşdur. O, ibtidai təhsili yerli mədrəsələrdən birində almış, daha sonra isə Ufa şəhərindəki «Həsəniyyə» mədrəsədində təhsil almağa başlamışdır. 15 yaşında ikən Kazan şəhərindəki «Məhəmmədiyyə» mədrəsədində təhsil almağa başlamışdır. Bu dövrdə o, jurnallarda əsərlərini nəşr etməyə başlamışdır. Eyni zamanda dilşünaslığa maraq göstərən Nəqi İsənbət Tatarıstan folkloru ilə də maraqlanmağa başlamışdı.
Proprioseiopsis kogi
Proprioseiopsis kogi (lat. Proprioseiopsis kogi) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis kogi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Riçard Nagi
Riçard Nagi (9 mart 1993) — Slovakiyalı üzgüçü. Riçard Nagi Slovakiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Riçard Nagi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:26.48 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Viktor Nogin
Viktor Pavloviç Nogin (rus. Ви́ктор Па́влович Ноги́н; 14 fevral 1878, Moskva – 22 may 1924, Moskva) — SSRİ dövlət və partiya xadimi. == Həyatı == Viktor Pavloviç Nogin 14 fevral 1878-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1898-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. Nogin 1900-cu ildə mühacirətdə olarkən Almaniyanın Münhen şəhərində Vladimir Lenin ilə görüşmüşdür. O, 1901-ci ildə Moskva və Peterburqda "İskra"nın agenti olmuşdur. Nogin partiyanın II qurultayından sonra bolşevik olmuşdur. O, RSDFP-nin Peterburq (1905), Bakı (1906), Moskva (1906–1908) komitələrinin üzvü olmuşdur. Nogin bir müddət təsviyəçilərə və müdafiəçi menşeviklərə qarşı barışdırıcı mövqe tutmuşdur. O, 1917-ci il Fevral inqilabından sonra Moskva Sovetinin təşkilatçılarından biri, onun sədri olmuşdur.
İmam Nağı
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
İmam Nəqi
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
Rogi Viq
Robert Qabor Şarl "Rogi" Viq (nid. Rogi Wieg, Robert Gabor Charles Wieg; 21 avqust 1962, Delft, Cənubi Hollandiya – 15 iyul 2015, Amsterdam, Niderland) — Niderland şairi, romançısı və musiqiçisi. == Həyatı == Robert Qabor Şarl Viq 21 avqust 1962-ci ildə Niderladın Delft şəhərində anadan olmuşdur. Onun valideynləri 1956-cı ildə Macarıstandan qaçmış və bir il sonra Niderlanda məskunlaşmışdılar. Viq gənclik illərində klassik musiqidə təhsil almışdı, lakin on altı yaşında blüz musiqisinə və holland şansonuna üstünlük verməyə başlamışdır. Viq "Tirade" və "Measure" ədəbi jurnallarının redaktoru idi. 1986–1999-cu illərdə "Het Parool"da poeziya tənqidçisi olmuşdur. 1999-cu ildə Viq rəsm çəkməyə başlamışdır. Onun həyatı ağır depressiya ilə yadda qalmışdır. O, elektroşok terapiyası keçmək üçün mütəmadi olaraq ruhi xəstəxanalara yerləşdirilmiş və üç dəfə intihara cəhd etmişdir.