Nəqi Zakirov (tam adı: Nəqi Sirazetdin oğlu Zakirov, tatar. Нәкый Сираҗетдин улы Закиров, rus. Наки Сиразиевич Закиров; təxəllüsü: Nəqi İsənbət, tatar. Nəqi İsənbət/Нәкый Исәнбәт, rus. Наки́ Исанбе́т; 29 dekabr 1899, Maloyaz[d], Zlatoust qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1992, Kazan, Tatarıstan, Rusiya) — Tatarıstan yazıçısı, şairi, dramaturqu, romançısı, alimi, filoloqu, dilşünası, folklorçusu, tatar dilindəki lüğətlərin kompilyatoru.
Nəqi Zakirov | |
---|---|
tatar. Нәкый Закиров | |
Doğum adı | Нәкый Сираҗи улы Закиров |
Təxəllüsü | Nəqi İsənbət |
Doğum tarixi | 29 dekabr 1899 |
Doğum yeri |
|
Vəfat tarixi | 12 sentyabr 1992 (92 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Milliyyəti | Tatar |
Həyat yoldaşları |
Gülsüm (ev. 1900) Nəsibə (ev. 1967) |
Uşaqları |
Arlat (y. 1926–1995) Prazat (y. 1927–2001) Özbək (d. 1933) Ulduz (d. 1936) |
Təhsili | |
İxtisası | Filologiya, dilşünaslıq |
Fəaliyyəti | Yazıçı, şair, dramaturq, romançı |
Fəaliyyət illəri | 1914–1992 |
Əsərlərinin dili | tatar dili |
Janrlar | Pyes, şeir, hekayə |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nəqi Sirazetdin oğlu Zakirov 29 dekabr 1899-cu ildə indiki Rusiyanın Başqırdıstan Respublikasının Salavat rayonunun Malayaz kəndində bir molla ailəsində anadan olmuşdur. O, ibtidai təhsili yerli mədrəsələrdən birində almış, daha sonra isə Ufa şəhərindəki «Həsəniyyə» mədrəsədində təhsil almağa başlamışdır.
15 yaşında ikən Kazan şəhərindəki «Məhəmmədiyyə» mədrəsədində təhsil almağa başlamışdır. Bu dövrdə o, jurnallarda əsərlərini nəşr etməyə başlamışdır. Eyni zamanda dilşünaslığa maraq göstərən Nəqi İsənbət Tatarıstan folkloru ilə də maraqlanmağa başlamışdı.
Onun şeirləri Tatarıstan xalqı arasında mahnılara çevrilmişdir. Məsələn, «Urakçı kız» («Уракчы кыз»), «Bormalı su» («Бормалы су»), «Qarmon» («Гармонь»), «Sin sazınnı uynadın» («Син сазыңны уйнадың»). Müəllifi olduğu pyeslər Tatarıstan teatrında öz yerini tapmışdır. Məsələn, «Xoca Nəsrəddin» («Ходжа Насретдин»), «Zifa» («Зифа»), «Portfel» («Портфель»), «Musa Calil» («Муса Джалиль»), «Xicrat» («Хиджрат») və sair. Onun uşaqlar üçün yazdığı əsərləri də olduqca populyardır. Məsələn, «Mıraubay batır» («Мыраубай батыр»).
Onun Tatarıstan mədəniyyətinə verdiyi başqa bir töhfəsi tatar dilindəki atalar sözlərini toplayaraq nəşr etməsidir.
Nəqi İsənbət tatar dastanlarını (məsələn, «İdegey») kitaba köçürərək çap etdirmişdir. Bunlardan ilki 1940-cı ildə nəşr edilmişdir. İsənbət digər dastanları da kitaba köçürərək çap etdirmək istəyirdi, ancaq Böyük Vətən müharibəsi və müharibədən sonra gələn senzuralar buna imkan yaratmamışdı. Bu materiallar yalnız 1980-ci illərin axırlarında nəşr edilmişdir.
Nəqi Sirazetdin oğlu Zakirov 12 sentyabr 1992-ci ildə Rusiya Federasiyanına daxil olan Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində 92 yaşında vəfat etmişdir. Onun meyiti Kazan şəhərindəki tatar qəbiristanlığında dəfn edilmişdir.
Kazan şəhərində onun adını daşıyan bir küçə var.