Nori, (yap. 海苔) – Uzaq Şərqdə yayılmış yosun növü.[1] Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır.
Omeqa-3 yağ turşusuna, EPK-ya və provitamin A-ya malikdir. Bu yosun asan hazırlanır, mətbəxdə universaldır. Nori dəyişməz olaraq ənənəvi şərq yeməklərində olur. O, balıq və molyusk iyi verir. Tünd rəngli nazik lövhələr şəklində satılır
Nori adətən suşi və oniqirini bükmək üçün istifadə olunur. Nori parlaq iyə və incə xoş dada malikdir. Əriştələrdə və şorbalarda bir qarnir və ya dadvericidir. Onu əl ilə xırdalamaq və yeməyə ədviyyat kimi qatmaq lazımdır. O, tərəvəzlərlə, düyü və şorba ilə yaxşı uyğunlaşır.