Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dyula Yuhas
Dyula Yuhas (mac. Juhász Gyula; 4 aprel 1883, Seqed – 6 aprel 1937, Seqed) — Macarıstan şairi. Baumqarten mükafatını əldə etmişdir. == Həyatı == İlk poemaları 1899-cu ildə Szeqedi Naploda nəşr edilmişdir. 1902–1906-cı illərdə Budapeşt Universitetində təhsil almış və burada Mihay Babiç və Dejö Kostolanyi ilə tanış olmuşdur.
Fuqas
Fuqas (fr. Fougasse) — Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Judas
Judas — amerikalı pop ifaçısı Lady Gaganın Born This Way adlı albomundan 2011-ci ilin aprel ayının 15-də yayımlanmış sinqlı. == Sinql == Judas Lady Gaga-nın qarşıdan gələn ikinci albomu — "Born This Way" albomundan ikinci sinqldır. Sinql dünya səviyyəsində 15 aprel, 2011-ci ildə yayımlanmışdır. Sinqlın yayımlanma tarixi Interscope Records tərəfindən 4 gün əvvəl müəyyəm edilmişdir. Sinqlı Lady Gaga və RedOne tərəfindən yazılmış və istehsal edilmişdir. Judas bir rəqs musiqisidir. Musiqinin mövzusu bir qadın və bir kişinin sevgisində olan xəyanətdən bəhs edir. Judas sinqlı Gaganın daha əvvəlki Poker Face, LoveGame, Bad Romance, Alejandro kimi musiqilərinə bənzəyir və house sinqlda house ritmləri mövcuddur. Sinqlın coveri qara fonda qırmızı hərflə, Impact adlı şriftlə yazılmış dizayndan ibarətdir. Tənqidçilər Judas və Bad Romance sinqlları arasında bir çox oxşarlıqlar görür.
Kuyaş
Muxas
Muxas — Azərbaycan Respublikasının Oğuz rayonunun Muxas kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Oğuz rayonunun Muxas kəndi Bucaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Muxas kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Türkdilli tayfaların toponimiyasında Mux çay adlarında "az sulu", "quru" olmasını bildirir, dağ adlarında isə "dar, keçilməz, aşırımı olmayan, yarğanlı" mənalarını ifadə edir, as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir. Türkdilli xalqların toponimiyasında mux çay adlarında çayın “az sulu”, "quru" olmasını bildirir, dağ adlarında isə "dar, keçilməz, aşırımı olmayan, yarğanlı" mənalarını ifadə edir, -as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir. == Tarixi == Keçmişdə Muxas Bucaqlı da adlanmışdır. === Tarixi abidələri === Kəndin ərazisində memarlıq abidələrindən məşhur Muxas qülləsi (IX əsr) var. == Coğrafiyası və iqlimi == Kənd Rayon mərkəzindən 16 km qərbdə, Daşağılçayın sol sahilində, Oğuz-Şəki şose yolundan 3 km sağda, Baş Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 1354 nəfərdir (01 yanvar 2013-cü il). == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıq, bağçılıq, taxılçılıq və tərəvəzçiliklə məşğul olur. == Mədəniyəti == Kənddə tam orta məktəb, körpələr evi-uşaq bağçası, Diyarşünaslıq evi, kitabxana, poçt, 175 yerlik elektron ATS, feldşer-mama məntəqəsi, ticarət, iaşə və məişət xidməti obyektləri var.
Peqas
Peqas (bürc)
Pulay
Pulay — belə taxılan erzyan xalq qadın geyimi elementi. == Təsviri == Ənənəvi erzyan xalq qadın geyimi Mordoviyanın bir çox kəndində və respublikadan kənarda erzyanların məskunlaşdığı ərazilərdə qorunub saxlanılmışdır. Müasir dövrdə tətillər və əhəmiyyətli hadisələr münasibətilə geyilir. Bu günə çatan kostyumlar anadan qızlara ötürülür. Qadın kostyumu adətən ağ parçadan tikilirdi və pulay adlı kəmərlə bağlanmış uzun ağ köynəkdən ibarət idi. Etəyi qolsuz kaftan tipində yaxalı qırmızı və ya mavi döşlük tamamlayırdı. Kostyuma adətən balıqqulağından istifadə edilərək naxış verilirdi. Eyni zamanda, pulay erzyan qızının ayrılmaz bir hissəsi idi. Qız onu yeniyetməlikdəykən geyinməyə başlayırdı və qocalığa qədər geyinırdı. Pulay toxunmuş kəmər-mütəkkədir, onu adətən at saçından və yunundan istehsal edirlər, onun çəkisi üç kiloqramdan beş kiloqrama qədər dəyişə bilər.
Puşşa
Puşşa - Avropada mülayim qurşağın meşə zonasında çətin keçilən qalın meşə massividir.
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Çüvaş
Çüvaş — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çuvaş Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Etnotoponimdir.
Şuvaş
Şuvaş — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd.
Alina Puqaç
Alina Puqaç (11 yanvar 1993-cü ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Baba Pünhan
Baba Pünhan (tam adı: Mədətzadə Atababa Seyidəli oğlu 5 noyabr 1948, Kürdəxanı – 17 aprel 2004, Bakı) — Azərbaycan şairi. == Həyatı == Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub.
Botsvana pulası
Botsvana pulası (ISO 4217 : BWP) - Botsvanada istifadə edilən rəsmî pul vahididir. Qeyri-rəsmî olaraq Zimbabvedə də istifadə olunur. Tsvana dilində "pula"nın əsl mənası "yağış"dır. Ölkədə yağış nadir olduğundan pul da dəyərlidir. Botsvana Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Botsvana pulası 100 thebeyə bərabərdir (thebe - qalxan). 6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Botsvana pulası = 0.0922080 ABŞ dolları.
Buçaş müqaviləsi
Buçaş müqaviləsi — 18 oktyabr 1672-ci il tarixində Osmanlı İmperiyası ilə Polşa-Litva Birliyi (Reç Pospolita - Polşa Krallığı Taxt-tacı və Böyük Litva knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət) arasında bağlanmış sülh müqaviləsidir. Bu saziş Osmanlı İmperiyasının ərazi qazandığı son müqavilədir. Bundan başqa, Osmanlı Dövləti, Bucaş müqaviləsi ilə qərbdə ən geniş sərhədlərinə çatmışdır. Hotin müqaviləsidən sonra (1621), Polşa-Litva Birliyi və Osmanlı İmperiyası arasında 50 il davam edən bir sülh prosesi baş vermişdi. Osmanlı himayəsindəki Ukrayna kazaklarına hücum edən polşalılar, sülhü pozublar. Sultan IV Mehmed və Körpülü Fazil Əhməd Paşa Ukrayna kazaklarının kömək istəməsi ilə Polşa yürüşünə çıxdılar. Kamaniçe yürüşü olaraq da adlandırılan səfərdə Osmanlı ordusunun ard-arda qazandığı uğurlardan sonra, Krım xanının da vasitəsilə Polşa sülh istədi. İmzalanan Buçaş (Buczacz) müqaviləsinə (18 oktyabr 1672) görə, Podolya Osmanlılara keçdi, Ukrayna da Osmanlı himayəsində Kazaxlara buraxılırdı. Reç Pospolita Krım xanına vergi ödəməyə davam etdiyi kimi peşkəş adı altında hər il Osmanlı İmparatorluğuna 22.000 də qızıl vergi ödəməyə məcbur edilirdi. Sazişin digər maddələrinə görə, Reç Pospolitadakı Lipka tatarlarından Türk ordusuna qoşulanların mallarına və ailələrinə zərər verilməyəcəkdi.
Bühal (Əhər)
Bühal (fars. بهل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 849 nəfər yaşayır (158 ailə).
Corc Lukas
Сorc Valton Lukas-kiçik (ing. George Walton Lucas, Jr.; 14 may 1944[…]) — Məşhur ABŞ rejissoru və milyarderidir. Onun şəxsi kapitalında 3,2 milyard dollar pulu vardır. == Həyatı == Corc Lukas 14 may 1944-cü ildə ABŞ-nin Kaliforniya ştatının Modesto şəhərində anadan olmuşdur. Lukas peşəkar avtomobil yarışçısı olmağı xülya edərkən litseyi bitirdikdən dərhal sonra keçirdiyi yol qəzası səbəbiylə bundan imtina etdi və həyatı dəyişdi. Cənub Kaliforniya Universitetində Film İncəsənətini oxumağa qərar verən Lukas bu dövrdə çəkdiyi qısametrajlı filmlərdən biri olan THX-1138: 4EB (Electronic Labyinth) ilə Amerikan Milli Şagird Filmləri Festivalında ilk mükafatını qazandı. Bunun nəticəsində Warner Bros. şirkətində şagirdliyə başladı. Burada Frensis Ford Koppolanın idarə etdiyi "Finianın göy qurşağı" ("Finian's Rainbow", 1968) filminin çəkilişlərinə qatıldı. Koppola ilə yoldaşlıqları bu filmdən başladı.
Ferents Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir. Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır.
Ferenç Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir. Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır.
Florida puması
Florida puması (lat. Puma concolor coryi) — ABŞ-nin Florida ştatı üçün səciyyəvi olan və nəsilləri kəsilmək üzrə olan puma yarımnövü. == Haqqında == Pişikkimilər dəstəsinə aid olan və adını yaşadığı Florida ştatından alan bu puma növü ABŞ-nin şərqində yaşayan yeganə puma növüdür. 70-dən az çoxala bilən üzvə sahib olan Florida pumalarının sayı hazırda 87-dir. Florida puması ilk dəfə 1958-ci ildə Florida qanunlarında nəsli kəsilmək üzrə olan heyvan növü kimi qeydə alınmışdır. Ən böyük təbii düşməni Amerika alliqatoru və Amerika timsahıdır.
Guraş (Çaypara)
Guraş (fars. گورش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (42 ailə).
Judas Priest
Judas Priest — 1969-cu ildə İngiltərədə yaranan heavy metal qrupudur. == Qrupun tarixi == 1969-ci ildə KK Downing və Ian Hill tərəfindən qurulan "Metal Gods" (Metal Allahı) ləqəbli İngilis Heavy Metal qrupu. Qrupa gitarist Glenn Tipton'ın sonradan iştirakı ilə birlikdə tarixdə bir dönüş nöqtəsi yaşanmış və cüt gitaralı ilk Heavy Metal qrupu qurulmuş oldu. "New Wave of British Heavy Metal"-ın təməlini atan Judas Priestin ilk vokalisti Al Atkins'dir, lakin qrup, rəsmi albom qeydlərinə Rob Halford (The Metal God) ilə başlamışdır. Qrupun Al Atkins ilə hər hansı bir albomu yoxdur. Qrupa "Metal Gods" ləqəbini qazandıran hadisə isə 1980-ci illərdə çıxan "British Steel" albomundakı "Metal Gods" mahnısı idi. 1974–1992-ci illər arasında qrupun vokalisti olaraq vəzifə yerinə yetirən Rob Halford, "Painkiller" albomu sonrası artıq fərqli şeylər etmək istədiyini açıqlayıb qrupdan ayrılmışdır. Rob Halford, qrupdan ayrıldıqdan sonra solo qrupu olan Fight'ı quraraq daha fərqli bir musiqi hazırlamışdır. Judas Priest'in bütün albomları "Qızıl Val" mükafatı almışdır. Musiqili olaraq bir çox qrupa liderlik edən Judas Priest, Heavy Metalın ən böyük qrupu olaraq bir çox musiqi növlərini də kəşf etmişdir.
Karlo Muhar
Karlo Muhar (17 yanvar 1996, Zaqreb) — Xorvatiya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Karyera == === Lex Poznan === Karlo Muhar 5 iyun 2019-cu ildə Polşa təmsilçisi "Lex Poznan" ilə dörd illik müqavilə imzalamışdır. O, "Lex"in heyətində 20 iyul 2019-cu ildə "Piast" ilə oyunda debüt etmişdir. === Kayserispor === Karlo Muhar 28 yanvar 2021-ci ildə Türkiyənin "Kayserispor" klubu ilə 6 aylıq müqavilə imzalamışdır. === ÇFR Kluj === Karlo Muhar 8 iyun 2022-ci ildə futbol üzrə Rumıniya çempionu "ÇFR Kluj"a qoşulmuşdur.
Kristal Palas
Kristal Palas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Palas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Palas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Kristian Pulhak
Kristian Pulhak (d.17 avqust, 1984, Rumıniya) — Qəbələ FK oyunçusu == Həyatı == Kristian Pulhak 17 avqust 1984-cü ildə Rumıniyada anadan olub. Kristian Pulhak peşəkar karyerasına 2001-ci ildə doğma vətənində - "Dinamo" Buxarest komandasında başlayıb. Keçidinə qədər komandasından ayrılmayan Pulhak sadəcə 2010-2011-ci futbol mövsümündə İspaniyanın "Herkules" klubunda icarə əsasında top qovub. "Qəbələ" FK müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sol cinah müdafiəçisi mövqeyində çıxış edib. 2002-2003 mövsümündə "Poyana Kampina", 2003-2004-cü il mövsümündə "Sportul Studentses"da oynayıb. O, 2006-cı ildən dəvət aldığı Rumıniya millisinin 3 dəfə formasını geyinib.