Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad[7] idi; 1 aprel 1927[1][2], Budapeşt – 17 noyabr 2006[3][4][…], Budapeşt) ― Macar futbolçu və məşqçi.
Ferents Puşkaş | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
mac. Puskás Ferenc | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Öcsi[6] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 1 aprel 1927[1][2] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 17 noyabr 2006[3][4][…] (79 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dəfn yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 169 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 72 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur.[8] Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi.[9][10][11] Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir.[12]
Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır. Dörd dəfə Macarıstan Liqasının bombardiri və 1948-ci ildə Avropanın ən yaxşı bombardiri olmuşdur. 1950-ci illərdə, "Qüdrətli macarlar" kimi tanınan Macarıstan millisinin həm görkəmli üzvü həm də kapitanı idi. Macar inqilabından iki il sonra 1958-ci ildə İspaniyaya mühacirət etdi və burada "Real Madrid"də oynamağa başladı. "Real Madrid" ilə Puşkaş dörd "Piçiçi" mükafatı qazandı və Çempionlar Kubokunun 2 finalında oynayaraq yeddi qol vurdu.
Futbolçu karyerasını bitirdikdən sonra o, məşqçilik etməyə başladı. Məşqçi karyerasının ən diqqət çəkən məqamı 1971-ci ildə "Panatinaykos"u Çempionlar Kubokunun finalına çıxarması oldu, hansında ki yunan təmsilçisi "Ayaks"a 2:0 hesabı ilə məğlub olmuşdur. 1993-cü ildə Macarıstana qayıtdı və müvəqqəti olaraq Macarıstan milli komandasına başçılıq etdi.[13] 1998-ci ildə ilk FIFA/SOS Xeyriyyə səfirlərindən biri oldu.[14] 2002-ci ildə Budapeştdəki "Nepştadion" stadionu onun adını daşımağa başladı.[15] Həmçinin o, 2003-cü ilin noyabrında UEFA Yubiley Mükafatları tədbirində Macarıstan Futbol Federasiyası tərəfindən son 50 ilin ən yaxşı macar oyunçusu elan edildi.[16] 2009-cu ilin oktyabrında FIFA il ərzində "ən baxımlı qol" vuran oyunçuya təqdim olunan FIFA Puskaş mükafatını təsis etdi. Bundan başqa, Pele onu FİFA 100 siyahısına əlavə etmişdir.