Buçaş müqaviləsi

Buçaş müqaviləsi18 oktyabr 1672-ci il tarixində Osmanlı İmperiyası ilə Polşa-Litva Birliyi (Reç Pospolita - Polşa Krallığı Taxt-tacıBöyük Litva knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət) arasında bağlanmış sülh müqaviləsidir. Bu saziş Osmanlı İmperiyasının ərazi qazandığı son müqavilədir. Bundan başqa, Osmanlı Dövləti, Bucaş müqaviləsi ilə qərbdə ən geniş sərhədlərinə çatmışdır.

Buçaş müqaviləsi
Müqavilənin tipi Sülh müqaviləsi
İmzalanma tarixi 1672-cü ilin 18 oktyabr
İmzalanma yeri
Tərəflər Polşa Polşa
Osmanlı
Dilləri polyak dili, Osmanlı dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hotin müqaviləsidən sonra (1621), Polşa-Litva Birliyi və Osmanlı İmperiyası arasında 50 il davam edən bir sülh prosesi baş vermişdi. Osmanlı himayəsindəki Ukrayna kazaklarına hücum edən polşalılar, sülhü pozublar. Sultan IV MehmedKörpülü Fazil Əhməd Paşa Ukrayna kazaklarının kömək istəməsi ilə Polşa yürüşünə çıxdılar. Kamaniçe yürüşü olaraq da adlandırılan səfərdə Osmanlı ordusunun ard-arda qazandığı uğurlardan sonra, Krım xanının da vasitəsilə Polşa sülh istədi.

İmzalanan Buçaş (Buczacz) müqaviləsinə (18 oktyabr 1672) görə, Podolya Osmanlılara keçdi, Ukrayna da Osmanlı himayəsində Kazaxlara buraxılırdı. Reç Pospolita Krım xanına vergi ödəməyə davam etdiyi kimi peşkəş adı altında hər il Osmanlı İmparatorluğuna 22.000 də qızıl vergi ödəməyə məcbur edilirdi. Sazişin digər maddələrinə görə, Reç Pospolitadakı Lipka tatarlarından Türk ordusuna qoşulanların mallarına və ailələrinə zərər verilməyəcəkdi. Saziş Krım tatarlarının və Ukrayna kazaklarının Polşaya etdikləri hücumları da qadağan edirdi.

Polşa məclisinin, bu müqavilədəki vergi (peşkəş) maddəsini qəbul etməməsi ilə 4 il davam edəcək olan 1672-1676-cı illər Osmanlı-Polşa müharibəsi başladı. 27 oktyabr 1676-cı ildə bugünkü Zoravno (Ukrayna) şəhərində imzalanan İzvança müqaviləsi ilə 22.000 qızıldan imtina edilmək şərtilə, daha əvvəl Körpülü Fazil Əhməd Paşa tərəfindən imzalanan Buçaş müqaviləsinin müddəaları eynilə qəbul edilib.

  1. Bucaş Antlaşması Maddeleri ve Önemi
  2. Bucaş Antlaşması-Antlaşma Arxivləşdirilib 2019-06-08 at the Wayback Machine