Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rafael
Rafael — kişi adı. Rafael Santi — məşhur İtalyan rəssamı. Rafael Kalderon — Kosta-Rikanın prezidenti. Rafael Mustafayev — tanınmış jurnalist. Rafael Əmənzadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, Rafael Varan — Fransa futbolçusu. Rafael Süleymanov Rafael Qvaladze — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (1985–1990). Rəfail Oğuztürk Dağlı Digər Rafael Urdaneta Universiteti — Venesuelanın Marakaybo şəhərində yerləşən ali təhsil müəssisəsi.
Ramsel
Ramsel — Cənubi Sudanın inşa edilən paytaxtı. == Tarixi == Cənubi Sudanın müstəqilliyi elan ediləndən sonra paytaxtın başqa şəhərə köçürələcəyi ilə bağlı məlumat yayıldı.. 4 sentyabr 2011-ci ildə Cənubi Sudan hökuməti Mərkəzi Ekvatoriya ştatı hökumətinin paytaxt Cubanın genişləndirilməsi üçün yeni ərazi ayırmaqdan imtina etdiyinə görə paytaxtı Cubadan 240 kilometr şimala köçürmək qərarına gəlir. Paytaxtın köçürülməsinin təxminən altı ilə başa gələcəyi ehtimal edilir..
Razdan
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Rassel
Rassel — ad. Rassel Kit Rassel Malifant — Rassel Krou — Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor. Kurt Rassel — ABŞ aktyoru. Con Rassel — Vilyam Rassel Sayks — Yeni Zelandiya botaniki. Çarlz Teyz Rassel – katib və baş mühasib.
Bazel
Bazel (alm. Basel‎ [ˈbaːzəl], fr. Bâle, it. Basilea) — İsveçrənin şimal-qərbində şəhər, almandilli Bazel-Ştadt kantonunun paytaxtı. Şəhərin əhalisi təqribən 170 min nəfərdir (2015). Bazel ölkənin üçüncü ən böyük şəhəridir. Şəhər Reyn çayı sahilində, Yur və Şvarsvald şəhərləri arasında, Almaniya və Fransa ilə sərhəddə yerləşir. Kimya və əczaçılıq sənayesi mərkəzidir. Novartis və Hoffman-La Roche, eləcə də beynəlxalq bank təşkilatlarının mərkəzi UBS Bankın qərargahlarından biridir. İsveçrənin ən qədim universiteti burada yerləşir.
Rodel
Rodel (fr. Rodelle, oks. Rodesla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Avtoportret (Rafael)
Öz portreti (Rafael) (it. Autoritratto (Raffaello)) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504–1506-cı illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florentina dövrünə aid edilir.Öz portreti (Rafael) əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində Uffizi mədəniyyət evində saxlanılır.
Bertran Rassel
Bertran Artur Vilyam Rassel (ing. Bertrand Arthur William Russell, 3rd Earl Russell; 18 may 1872[…], Treleç[d] – 2 fevral 1970[…], Penhindedra[d], Quinet[d]) — ingilis riyaziyyatçı, filosof və ictimai xadim, "məntiqi atomizm" konsepsiyasının, "deskripsiya nəzəriyyəsi"nin yaradıcısı, Alimlərin Paquoş Hərəkatının yaradılmasının təşəbbüskarlarından biri, "Rassel-Eynşteyn Manifesti"nin həmmüəllifi, "Sülh Fondu"nun qurucusu (1963), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1950). == Həyatı == İngilis filosofu, məntiqşünas, riyaziyyatçı və ictimai-siyasi xadim Bertran Artur Uilyam Rasseli tam əsasla ensiklopedist adlandırmaq mümkündür. O, Britaniyanın siyasi həyatında XVI əsrdən fəal iştirak edən Rassel nəslindən idi. Nəslin görkəmli nümayəndələrindən biri, Bertranın babası lord Con Rassel 1832-ci ildə kraliça I Viktoriyanın hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuşdu. İki yaşında anasını, dörd yaşında isə atasını və körpə bacısını itirən Bertran nənəsi, qrafinya Rasselin himayəsində böyümüşdü. Onun və böyük qardaşının təlim-tərbiyəsi ilə alman, İsveçrə quvernantları, eləcə də ingilis müəllimlər məşğul olurdular. Bertran 1890-cı ildə Kembric Universiteti yanındakı Triniti Kollecdə təhsilə başlamış, 1894-cü ildə incəsənət bakalavrı dərəcəsi almışdı. Elmin müxtəlif sahələrini öyrənsə də, maraq dairəsinə əsasən riyaziyyat və fəlsəfə daxil idi. 1897-ci ildə o, "Həndəsənin əsasları" mövzusunda magistr dissertasiyası müdafiə etmişdi.
Ceyn Rassel
Ceyn Rassell — 1940-1950-ci illərin seks-simvolu, məşhur Hollivud aktrisası. Onun ən məşhur filmi Merlin Monro ilə bir yerdə çəkildiyi “Centlmenlər sarışınlara üstünlük verirlər” olub. Rasselin ilk böyük filmi 1943-cü ildə ekranlara çıxan “Qanundan kənar” filmi olub. Məhz bu film sayəsində aktrisa bütün dünyada məşhurlaşıb. Onun filmoqrafiyasında “Makao”, “Onun xəyallarının qadını”, “Fransız xətti” kimi filmlər var. Rassel uzun illər davam edən karyerası ərzində təkcə filmlərdə iştirak etməyib, eləcə də özünü estradada sınayıb və qadın alt paltarlarını reklam edib. Ceyn Rassell Kaliforniyada 2011-ci ildə 89 yaşında vəfat edib.
Con Rassel
Con Rassel (ing. John Russell; 18 avqust 1792[…], Meyfer[d], Böyük London – 28 may 1878[…], Pembruk-Lodj[d], Böyük London) — Böyük Britaniya dövlət və siyasi xadimi. 1846–1852-ci illərdə Böyük Britaniyanın baş naziri və viqlərin lideri olmuşdur. Filosof Bertran Rasselin babasıdır. == Həyatı == Rassel, 18 avqust 1792-ci ildə ingilis aristokratiyasının ən yüksək eşelonlarında, 6-cı Bedford hersoqu Con Rasselin üçüncü oğlu olaraq dünyaya gəlmişdir. Rasselin ailəsi 17-ci əsrdən bəri İngiltərədəki əsas viq sülalələrindən biri idi və bu ölkənin aristokratik torpaq sahiblərinin ən varlı ailələrindən biri idi, ancaq Bedford 6-cı hersoqunun ən kiçik oğlu olaraq, miras qalmış ailəyə sahib olmamalıdı. Hersoqun ən kiçik oğlu kimi, "Lord Con Rassel" nəzakət tituluna sahib idi.1861-ci ildə qraf olana qədər İcmalar Palatasında oturmuşdur. == Siyasi karyerası == 1813-cü ildə viq olaraq parlamentinə daxil olmuşdur. Viq hökumətlərində daxili və xarici işlər naziri vəzifəsini icra etdi. 1828-ci ildə parlamentə sözdə ləğv təklifini təqdim etdi.
Con Rayder
Con Rayder (ing. John Ryder) — professor, Xəzər Universitetinin rektoru. == Həyatı == Con Rayder 1951-ci il sentyabrın 29-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində anadan olmuşdur. == Təhsili == Bakalavr təhsilini 1973-cü ildə Kortlandda Nyu-York Dövlət Universitetində bitirmiş, Stony Brook Universitetində (Nyu-York Dövlət Universiteti ilə bağlı) təhsilini davam etdirərək, 1977-ci ildə fəlsəfə ixtisası üzrə magistr elmi dərəcəsi almışdır. Həmin universitetdə doktoranturada oxumuş, 1982-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Fəaliyyəti == 1980–1985-ci illərdə Kortlandda Nyu-York Dövlət Universitetinin mühazirəçisi olmuş, 1985–2002-ci illərdə həmin universitetin professoru vəzifəsini daşımışdır. 1991–1996-cı illərdə universitetin fəlsəfə departamentinin müdiri, 1995–1996-cı illərdə Şərqi və Mərkəzi Avropaşünaslıq Layihəsinin yaradıcısı və direktoru olmuşdur. 1996–2002-ci illərdə Kortlandda Nyu-York Dövlət Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1700 tələbənin təhsil aldığı, 160 akademik proqramın həyata keçirildiyi fakültənin 16 akademik departamentinə və 3 mərkəzinə rəhbərlik etmişdir. 2002–2010-cu illərdə Con Rayder Amerika və Rusiyaşünaslıq Mərkəzinin direktoru olmuşdur.
Darevskia raddei
Azərbaycan kərtənkələsi (lat. Darevskia raddei) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == === Xüsusiyyətləri === Kələzin uzunluğu 76 mm, quyruğu bədənindən iki dəfə uzundur. Onun başı aşkarcasına batıq formadadır. Yaxalığı isə dişvari formada qabarıqdır. Bədənində yerləşən pulçuqları hamar və qabarıqdır. Boğaz nahiyəsi boyunca 20-29 pulсuğa malik olur. Kələzin bədəni boyunca isə ortalama 48-62 pulcuğa sahib olur. Ön ərtaflarda olan pulcuqlar bel nahiyyəsindən kiçik olur. === Rəngi === Kələzin bədəninin yuxarı hissəsi açıq-qəhvəyi, qum rəngi və ya tünd-qonur bəzən isə demək olarki qara olur.
Eduardo Riedel
Eduardo Riedel (5 iyul 1969, Rio-de-Janeyro) — Braziliya Sosial Demokratiya Partiyasına bağlı olan braziliyalı siyasətçi və iş adamı. == Həyatı == 2022-ci ildə Braziliyada keçirilən seçkilərdə Mato Grosso do Sul qubernatoru seçilib.
Frederik Rafael
Frederik Rafael (ing. Frederic Raphael) — ABŞ yazıçısı, ssenaristi və jurnalisti. == Həyatı == Frederik Rafael 14 avqust 1931-ci ildə Çikaqoda anadan olmuşdur. 1938-ci ildə o, valideynlərilə birlikdə İngiltərənin Putni şəhərinə köçmüşdür. Rafael iki müstəqil məktəbdə təhsil almışdır. Bunlar Koptorn xüsusi hazırlıq məktəbi və Çarterhaus məktəbi idi. Sonradan o, Kembric Universitetinin Seint Con Kollecində də oxumuşdur. Frederik Rafael 1965-ci ildə "Əzizim" filminə görə "Oskar" mükafatı qazanır. İki ildən sonra isə "İki nəfər yolda" filminin ssenarisinə görə bu mükafata namizəd olur. Onun məqalələri və kitab resenziyaları qəzet və jurnal nömrələrində çıxırdı.
Fridrix Ratsel
Fridrix Ratsel (alm. Friedrich Ratzel‎; 30 avqust 1844[…], Karlsrue – 9 avqust 1904[…]) — Almaniya etnoloqu, sosioloqu və coğrafiyaşünası. == Həyatı == Avropada XIX əsrdə formalaşan elmlər içərisində Antropocoğrafiya elminin xüsusi rolu olmuşdur. Bu elmin əsas tədqiqat sahəsi antropoloji etnoqrafik tədqiqatlar əsasında insanların məskunlaşması, yer dəyişməsi, etnosun xarakterinə coğrafi mühitin təsiri, sosial mədəni ideyaların coğrafi mühitlə əlaqəsi və digər məsələlər hesab olunur. XX əsrdə geniş yayılmış coğrafi determinizim nəzəriyyəsi Antropocoğrafiyanın əsas istiqamətini təşkil edirdi. Bu nəzəriyyənin əsas ideyasına görə, coğrafi mühit xalqların mədəni və siyasi inkişafına birbaşa təsir göstərir. Diffuzionizmin ilkin nümayəndələrindən biri olan Fridrix Ratsel (1844–1904) antropocoğrafiya təliminə əsaslanırdı. Almaniyada Rixthofen ilə bir zamanda yaşamış və işləmiş Fridrix Ratsel (1844–1904) antropocoğrafiyanın əsasını qoymuşdur. İxtisasına görə o, təbiətşünas, zooloq, müqayisəli anatomiya və paleontologiya alimi idi. O, mütərəqqi fransız antropocoğraflarından (insan coğrafiyası nümayəndələrindən) fərqli olaraq antropocoğrafiyanı Darvin nəzəriyyəsi ilə bağlamışdır.
Frityof Saydel
Kurt Rassel
Kurt Rassel (17 mart 1951)—ABŞ aktyoru. == Həyatı == Kurt Rassel 1951-ci il martın 17-i Spriqfild, Massaçusets ştatında anadan olmuşdur.
Rafael Gerreyro
Rafael Adelino Xose Gerreyro (port. Raphaël Guerreiro 22 dekabr 1993) — Portuqaliyalı futbolçu. Almaniyanın Borussiya Dortmund klubunun və futbol üzrə Portuqaliya milli komandasının oyunçusu. Sol cinah müadafiəçisi və yarımüdafiəçi kimi çıxış edir.
Rafael Gil
Rafael Harpaz
Rafael Harpaz (ivr. ‏רפאל הרפז‏‎; 8 yanvar 1962, Qüds) — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-2015) == Həyatı == 8 yanvar 1962-ci ildə Yerusəlimdə anadan olmuşdur.
Rafael Haşımov
Rafael Zeynal oğlu Haşımov (28 yanvar 1959, Mingəçevir) — Azərbaycan teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2013). == Həyatı == Rafael Haşımov 28 yanvar 1959-cu ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1974-cü ildə Mingəçevir şəhər 1 nömrəli orta məktəbi bitirmiş, 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1979-cu ildə təhsilini yarımçıq qoyaraq Əfqanıstan Demokratik Respublikasına hərbi xidmətə yollanmışdır. 1981–1983-cü illərdə təhsilini davam etdirmiş, 1984-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunmuş, 1989-cu ildə buranı bitirmişdir. == Yaradıcılığı == Rafael Haşımov yaradıcılıq fəaliyyətinə 1990-cı ildə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rəssam kimi başlamışdır. 2000-ci ildən həmin teatrın baş rəssamıdır. Teatrda fəaliyyət dövrü ərzində 100-dən artıq tamaşaya (H.Cavidin "Afət", M.Hüseynin "Cavanşir", "Şeyx Şamil", İ.Mərcanlının "Xocalı notları", T.Vəliyevanın "Mənim ağ göyərçinim", C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi", A.Mədətovun "Aylı gecə", R.Rəhimlinin "Gizli məhəbbət" tamaşaları və s.) bədii tərtibat vermişdir. Quruluşçu rəssamı olduğu H.Cavidin "Ana" tamaşası 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.
Rafael Hüseynov
Rafael Baba oğlu Hüseynov (12 avqust 1955, Kürdəmir) — Azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili. == Həyatı == 1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. 1971-ci ildə burada 2 saylı şəhər orta məktəbini bitirmişdir. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır, 1978-ci ilədək burada çalışmışdır. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, 1982–1988-ci illərdə isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur. Rafael Hüseynov 1987–1989-cu illərdə Azərbaycan Dövlət Universitetində, 1990–1991-ci illərdə Konservatoriyada "Mədəniyyət tarixi", 1995-cınildə isə "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" fənlərindən dərs demişdir.
Rafael Həbibov
Rəfael Sərafət oğlu Həbibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəfael Şərafət oğlu Həbibov 1964-cü il aprel ayının 2-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır. Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s.
Rafael Həbiboğlu
Rafael Kalderon
Rafael Kalderon (14 mart 1949) — 1990-1994-cü illərdə Kosta-Rikanın prezidenti. 1990-1994-cü illərdə ölkəyə rəhbərlik edən Kalderon səhiyyə müəssisələrinə avadanlıqlar alınması zamanı rüşvət almaqda təqsirli bilinib. Onun nə qədər rüşvət aldığı məlum deyil. Amma bildirilir ki, tibbi ləvazimatları almaq üçün 40 milyon ABŞ dolları xərclənib. Rafael Kalderon 2004-cü ildə həbs edilib və 5 ay həbsdə olub. O, bu günə kimi ev dustağı kimi saxlanılıb. 2009-cu ildə isə ona rüşvət aldığına görə 5 il həbs cəzası verilib.