Fridrix Ratsel

Fridrix Ratsel (alm. Friedrich Ratzel‎; 30 avqust 1844[1][2][…], Karlsrue[4]9 avqust 1904[1][2][…]) — Almaniya etnoloqu, sosioloqu və coğrafiyaşünası.

Fridrix Ratsel
alm. Friedrich Ratzel
Doğum tarixi 30 avqust 1844(1844-08-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 avqust 1904(1904-08-09)[1][2][…] (59 yaşında)
Milliyyəti Alman
Təhsili
Fəaliyyəti bioloq, coğrafiyaşünas, zooloq, politoloq, universitet müəllimi[d]
Elmi dərəcəsi
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avropada XIX əsrdə formalaşan elmlər içərisində Antropocoğrafiya elminin xüsusi rolu olmuşdur. Bu elmin əsas tədqiqat sahəsi antropoloji etnoqrafik tədqiqatlar əsasında insanların məskunlaşması, yer dəyişməsi, etnosun xarakterinə coğrafi mühitin təsiri, sosial mədəni ideyaların coğrafi mühitlə əlaqəsi və digər məsələlər hesab olunur. XX əsrdə geniş yayılmış coğrafi determinizim nəzəriyyəsi Antropocoğrafiyanın əsas istiqamətini təşkil edirdi. Bu nəzəriyyənin əsas ideyasına görə, coğrafi mühit xalqların mədəni və siyasi inkişafına birbaşa təsir göstərir.

Diffuzionizmin ilkin nümayəndələrindən biri olan Fridrix Ratsel (1844–1904) antropocoğrafiya təliminə əsaslanırdı.

Almaniyada Rixthofen ilə bir zamanda yaşamış və işləmiş Fridrix Ratsel (1844–1904) antropocoğrafiyanın əsasını qoymuşdur. İxtisasına görə o, təbiətşünas, zooloq, müqayisəli anatomiya və paleontologiya alimi idi. O, mütərəqqi fransız antropocoğraflarından (insan coğrafiyası nümayəndələrindən) fərqli olaraq antropocoğrafiyanı Darvin nəzəriyyəsi ilə bağlamışdır. Ratselə görə, insanların məskunlaşması və fəaliyyətini öyrənmək üçün Darvin nəzəriyyəsindən istifadə etmək lazımdır. Bununla da o, sosial darvinizmin əsasını qoymuşdur. Ratsel ömrünün ikinci yarısında "Antropocoğrafiya" adlı 2 cildlik əsər nəşr etdirdi. Bu əsərin əsas ideyası bundan ibarətdir ki, insan və heyvanların həyatında, onların məskunlaşmasında, ətraf təbiətlə qarşılıqlı əlaqələrində bir çox ümumiliklər var, həm insanlar, həm də heyvanlar, hər ikisi daim həyat uğrunda, yaşamaq uğrunda mübarizə aparmalıdır. 1897-ci ildə Ratselin "Siyasi coğrafiya" əsəri çapdan çıxdı. Bu əsərdə o, dövləti Yerlə bağlı olan bir orqanizmə oxşadırdı. Dövlət bir orqanizm kimi ya yaşayıb böyüməli, yaxud da məhv olmalıdır. Salamat qalması üçün isə dövlət öz həyat sahəsini genişləndirməlidir. Beləliklə, Ratsel mürtəce "həyat üçün məkan" ideyasına gəlib çıxdı ki, bundan da 30 il sonra alman faşizmi bu nəzəriyyədən geniş şəkildə istifadə etdi. Onun fikirləri hələ öz vaxtında Preston Ceyms və s. kimi böyük coğrafiyaşünaslar tərəfindən tənqid olunmuşdu. Lakin vaxtilə onun tələbəsi olmuş Ellen Çörçill Simpl (1863–1932) ABŞ-də onun fikirlərini təbliğ edirdi.

Diffuziyonizmin ilk nümayəndələrindən biri Fridrix Ratsel (1844–1904) antropocoğrafiya təliminə əsaslanırdı. Əvvəlcə Münhen, 1886-cı ildən Leypsiq universitetlərinin coğrafiya üzrə professoru olan Ratsel "Antropocoğrafiya" (1882–1891), "Xalqşünaslıq" (1885–1888), "Torpaq və həyat" (1901–1902) və digər əsərlərində insanların yer üzərində yayılma arealını göstərməklə mədəniyyətin inkişafının coğrafi şəraitdən asılı olması ideyasını əsaslandırmağa cəhd etmişdir. O, təbii mühitin etnosun daxili həyatına, onun mədəni səviyyəsinə, habelə xalqlar arasında əlaqələrin xüsusiyyətlərinə təsir göstərən bütün formalarını dərindən təhlil etmişdir. Ratsel "Antropocoğrafiya" kitabında bildirirdi ki, xalqlar arasında müxtəlifliklər onlar arasında əlaqələr nəticəsində aradan qalxır, yəni tayfaların köçməsi, işğallar, irqlərin qarışması, mübadilə, ticarət, rabitə yollarının inkişafı və s. buraya daxildir. Onun ilk dəfə olaraq mədəni hadisələrin ölkələr və bölgələr üzrə konkret şərtlərə uyğun olaraq yayılmasına diqqət yetirməsi çox əhəmiyyətlidir. Ratsel ilk dəfə olaraq mədəni hadisələrin xalqlar arasında qarşılıqlı əlaqələrin nəticəsi olması məsələsini qaldırdı və onu daha çox maddi mədəniyyət hadisələrinə münasibət maraqlandırırdı. Ratsel onları adi "etnoqrafik əşyalar" (etnoqraphische Gegenstande") adlandırırdı. Ratsel xalqlar arasında mədəni-tarixi əlaqələrin formalaşmasında irqi əlamətlərə və dilə, xüsusilə də maddi mədəniyyət hadisələrinə diqqət yetirirdi. Məlumdur ki, irqi tiplər bir-biri ilə qarışır və antropoloji əlamətlər getdikcə daha çox aradan qalxır. Dil irqə nisbətən bir qədər sabit olsa da zaman-zaman dəyişə, hətta itə bilər və başqa dillər tərəfindən sıxışdırıla bilər. Maddi mədəniyyət əşyaları isə öz formasını və yayılma arealını daha çox qoruyub saxlayır. Xalqlar dəyişir, məhv olur, yenidən yaranır, bu hadisələr bəzən ləng, bəzən sürətlə gedir, əşyalar isə necə var, elə də qalırlar. Buna görə də etnoqrafik əşyaların coğrafi yayılmasının öyrənilməsi xalqların tarixi üçün xüsusi əhəmiyyət daşıyır.

İnsanın ətrafı və davranışları arasındakı ekoloji münasibətlərin araşdırılması çox köhnə dövrlərə gedib çıxır. Qədim yunanlar cəmiyyət ilə coğrafiya arasındakı əlaqələrlə maraqlanmışdırlar: Heredot (e.ə 485–425), Əflatun (e.ə 427–347) və başqaları buraya daxildir.

XIX əsrin əhəmiyyətli coğrafiyaçılarından olan Friedrich Ratzel'ın elmi araşdırmaları, coğrafiya elminin yeni sahələrinin təməllərini meydana gətirdi. İnsanın həyat əlaqələrinə ətraf mühitin təsiri mövzusunu araşdırmalarının mərkəzinə qoymaqla təbii və cəmiyyət elmləri ilə coğrafiya arasında bir bağ meydana gəlməsini təmin etmiş ilk coğrafiyaçıdır. Bioloji, tarixi və antropoloji hadisələrə xüsusi maraq göstərən Ratzel, Charles Darvindən çox güclü şəkildə təsirləndi. Antropocoğrafiya və siyasi coğrafiyanın qurucusudur. "Deutschen Kolonialverein" ("Alman müstəmləkə Dərnəyi"), "Altdeutschen Verband" ("Köhnə Alman Birliyi") və "Deutschen Flottenverein" ("Alman Dəniz Dərnəyi") kimi siyasi cəmiyyətlərin üzvü olması, siyasi baxımdan ona böyük təsir göstərmişdir. Coğrafi mühitlə dövlət sistemi arasındakı əlaqələri göstərməyə çalışmış, bəşəri hadisələrin yayılma sahələrini araşdırmaq və bu sahələri yer üzü orqanizmini meydana gətirən şeylərdən süni bir şəkildə ayırmamağın lazımlılığı üstündə durmuşdur. Bəzi millətləri genişləməyə və hakimiyyət qurmağa təhrik edən "məkan" (Raum) duyğusunu təyin etdi. "Siyasi Coğrafiya" (1897) və "Həyat sahəsi" əsərlərində (1901) "Lebensraum" ("Həyati məkan") anlayışını ilk dəfə istifadə edən adamdır. Darvinin güclü təsirini üzərində daşıdığından, Darvinin bioloji təkamül nəzəriyyəsini insana uyğunlaşdırmışdır. Orqanizmlərin böyüməsi, inkişaf etməsi üçün onların kifayət qədər həyat sahəsinə malik olması lazımdır. Heyvan və bitki birliklərindən buna misallar gətirir, yaşamaq uğrunda mübarizənin həyat sahəsi uğrunda mübarizə olduğunu bildirmişdir. "Var oluş mübarizəsi" ilə zənn edilən əslində sahədə (alanda) mübarizədir. Çünki alan, həyatın ilk şərtidir və alan olmadan başda bəslənmə olmaq üzrə digər həyat şərtlərinin ölçüsü yoxdur. Xalqların və dövlətlərin inkişafı insanların "Lebensraum" (Həyat sahəsi üçün) üçün verdikləri mübarizədən və təbii ətraf mühitin şərtlərinə evalüasyonla (təkamül) uyğunlaşma təmin etməklə təsirlənməkdədir. Xalqlar və millətlər təbii həyat sahələrinə təkamül nəticəsində uyğunlaşma təmin edərək "orqanik bütünlükdə" olaraq qavranılan (dərk edilən) gəlməkdədirlər (bu təbii həyat sahələri şiddətdən istifadə edilərək ələ keçirilə və ya müdafiə oluna bilər). … Hər canlı, qonşusunun zərərinə olsa belə öz bölgəsini genişləndirməyə çalışır; bundan da alan mübarizəsi doğular. Müvəffəqiyyətli və güclü xalqlar həyat sahələrini qoruyarlar və həyat sahəsi şərtlər tələb etdikdə, yəni "məkan darlığı" ortaya çıxdığında şiddət istifadə edərək genişləndirilir. Bir xalq, özündən sonra gələn yeni nəsillərlə eyni torpaqda oturub qalmaz; çünki davamlı böyüyər və buna görə yayılmaq məcburiyyətindədir.

Tarixi, "həyat sahəsi içində davamlı bir mübarizə" olaraq anlamasına baxmayaraq, ilk istifadə dövrlərində "Lebensraum" nəzəriyyəsi birbaşa bir siyasi məna ehtiva etmirdi. Lebensraum termini "Alldeutschen Verband"ın nəşrlərində tez-tez, genişlənmə cəhdlərində olan Almaniyanın dünya siyasətinin tələbləri kontekstində istifadə edildi. Karl Haushoferin Geopolitik Məktəbi Alldeutschen Verbandın bu işğalçılıq sözlərinə elmi örtüklər hazırladı və bu ifadə hələ I Dünya müharibəsindən əvvəlki dövrlərdə Almaniyada təsirli təbliğat vasitəsinə çevrilərək yayılmağa davam etdirilirdi. Antropocoğrafya hər zaman bərabər qalan faktorlar "məkan, vəziyyət və ölkələrin şəkli kimi əsas xüsusiyyətləri, xalqların həyatları haqqında da hökm verə bilmək üçün qiymətləndirmək" məcburiyyətində idi. Bu quruluş Ratselin yer üzündəki dar məkan üçün xalqların mübarizəsi düşüncəsindən irəli gələn (jeodarwinizm) "böyüyən məkanlar qanunu"na yol açılmış olur. Hər iki təsəvvürdə də yer üzünün təbii məkanları şəkli bir rol oynayarlar, amma əsas funksiyaları fərqlidir, klassik coğrafiyada xalqların harmonik dünya nizamını meydana gətirərkən (Herder və Kantda olduğu kimi "əbədi sülh" düşüncəsi), Ratseldə səhnə xalqların yayılma mübarizəsinə tərk edilmişdir. Xalqların və dövlətlərin mədəni tərəqqisi, inkişaf və yayılmağa bağlıdır (məkan tərəqqisi). Yalnız "yaşlanan xalqlar" davamlı daha möhkəm sərhədlərinə tutunurlar; canlı dövlətlər canlı orqanizmlər kimi siyasi sərhəd xəttinin qeyri-üzvi maneələrini aşarlar. Ratselə görə insanın yaşadığı alan (məkan), onun qaça bilməyəcəyi, içindən çıxa bilməyəcəyi bir alın yazısıdır. Məkan, zaman kimi insana özünü zorla qəbul etdirər. Ancaq məkan, zamana nisbətən sərhədlərə malikdir. Nə var ki, bu, millətlərin və dövlətlərin yan-yana sülh içində yaşaması nəticəsini doğularkən; Ratsel, bu aradan qaldırılma imkanı olmayan məkanın darlığı problemini jeodarwinist mübarizə terminologiyasından ilhamlanaraq aşmağa çalışmışdır. Ona görə bir millət davamlı böyüdüyü üçün yayılmaq məcburiyyətindədir. Əhali artımını süni olaraq azaltmaq isə söz mövzusu deyil. Əhali artımını süni metodlarla azaltmaq yolundakı tədbirlə bir millət yalnız öz böyümə gücünü qurban etmiş, millətlərin bir-birlərilə əlaqəsi və rəqabəti nəticəsində ortaya çıxan insanlığın irəliləməsinə maneə törədilmiş olar. Çatdığı bu nəticələr üzündən İtaliya və Almaniya kimi gec imperialist dövlətlərin ərazi aclıqlarına böyük anlayış göstərmişdir. Avropa müstəmləkəçiliyi altında acı çəkən yerli xalqlar Ratselin anlayışına görə əslində "öz miskinliklərinin, adaptasiyalarının və rəqabət içində olmamalarının qurbanıdırlar". Hər dövlət üçün qaçınılmaz alternativ reallıq budur ki, "hər zaman ya irəli doğru genişlənməli, ya da geri çəkilib torpaq itkisinə uğramalıdır"

Əvvəlcə Münhen, 1886-cı ildən Leypsiq universitetlərinin coğrafiya üzrə professoru olan Ratsel "Antropocoğrafiya" (1882–1891), "Xalqşünaslıq" (1885–1888), "Torpaq və həyat" (1901–1902) və digər əsərlərində insanların yer üzərində yayılma arealını göstərməklə mədəniyyətin inkişafının coğrafi şəraitdən asılı olması ideyasını əsaslandırmağa cəhd etmişdir. O, təbii mühitin etnosun daxili həyatına, onun mədəni səviyyəsinə, habelə xalqlar arasında əlaqələrin xüsusiyyətlərinə təsir göstərən bütün formalarını dərindən təhlil etmişdir. Ratsel "Antropocoğrafiya" kitabında bildirirdi ki, xalqlar arasında müxtəlifliklər onlar arasında əlaqələr nəticəsində aradan qalxır, yəni tayfaların köçməsi, işğallar, irqlərin qarışması, mübadilə, ticarət, rabitə yollarının inkişafı və s. buraya daxildir. Onun ilk dəfə olaraq mədəni hadisələrin ölkələr və bölgələr üzrə konkret şərtlərə uyğun olaraq yayılmasına diqqət yetirməsi çox əhəmiyyətlidir. Ratsel ilk dəfə olaraq mədəni hadisələrin xalqlar arasında qarşılıqlı əlaqələrin nəticəsi olması məsələsini qaldırdı və onu daha çox maddi mədəniyyət hadisələrinə münasibət maraqlandırırdı. Ratsel onları adi "etnoqrafik əşyalar" ("etnoqraphische Gegenstande") adlandırırdı. Ratsel xalqlar arasında mədəni-tarixi əlaqələrin formalaşmasında irqi əlamətlərə və dilə, xüsusilə də maddi mədəniyyət hadisələrinə diqqət yetirirdi. Məlumdur ki, irqi tiplər bir-biri ilə qarışır və antropoloji əlamətlər getdikcə daha çox aradan qalxır. Dil irqə nisbətən bir qədər sabit olsa da zaman-zaman dəyişə, hətta itə bilər və başqa dillər tərəfindən sıxışdırıla bilər. Maddi mədəniyyət əşyaları isə öz formasını və yayılma arealını daha çox qoruyub saxlayır. Xalqlar dəyişir, məhv olur, yenidən yaranır, bu hadisələr bəzən ləng, bəzən sürətlə gedir, əşyalar isə necə var, elə də qalırlar. Buna görə də etnoqrafik əşyaların coğrafi yayılmasının öyrənilməsi xalqların tarixi üçün xüsusi əhəmiyyət daşıyır.

Ratsel özünün "Antropocoğrafiya" əsərində belə hesab edirdi ki, bugünkü bütün fərqliliklərə baxmayaraq, bütün bəşəriyyətin vahidliyini qurmaq olar. Müəllif irqlər arasındakı fərqlilikləri izah edərkən belə bir nəticəyə gəlir ki, heç bir irq öz-özlüyündə təmamilə təcrid olunmuş təbii qrup deyil. İrqlərin yer üzərində paylanması müəyyən mənada məşhur bitkilərin və heyvanların paylanması bölgələri ilə üst – üstə düşür və burdan belə bir nəticəyə gəlmək olar ki, bütün canlı varlıqlar az və ya çox bərabər dərəcədə ətraf muhitin təsirinə məruz qalırlar, elə burda Ratsel irqlər arasındakı toqquşma, irqlərin təbəqələşməsi və bir – birinə nifrət proseslərini izah edir. Ratsel bu əsərində "Yerin həyatı" adlı paraqrafında Ratsel yazır ki, həyatın bütün inkişafının müəyyən olunmuş bir ərazidə məhdudlaşması canlı dünyanın bütün həyat fəaliyyətinin və həyatın məruz qaldığı bütün kənar təsirlərin dar sərhədlərə konsentrasiyasına gətirib çıxarır. Buna baxmayaraq, o, dəyişkənliyi həyatın əsas xüsusiyyəti kimi vurğulayır. Deyilənlərə əlavə olaraq, insanlığın inkişafını həyat ilə əlaqə hesab etməyi xoşladığı üçün bir dənə də sitat gətirərək: "Əgər növün və ya irqin yayıldığı ərazinin onun yayıldığı mühüm xüsusiyyəti olaraq hesab etsək onda növün tarixini araşdıran zaman iqlim və torpağın dəyişməsinə nəzər yetirmək lazımdır".

Başqa bir nümunədə, Ratsel bitkilərin, heyvanların və insanların həyatını müqayisə edir. O hesab edirdi ki, həyatın sıxlığı izdiham səbəbi ilə, insanlar, həmçinin də, heyvanlar çox da böyük olmayan ərazilərə toplaşdılar. (Məsələn, çoxmərtəbəli yaşayış evlərində insanlar üst üstə olan mərtəblərdə yaşayırlar). Bu yerdə onunla razılaşmaq olar, çünki meşədə sıx formada yaşayan heyvan növünün sayı açıq ərazidə yaşayan heyvan növünün sayından o qədər də fərqlənmir. İnsanlar da isə bu adətən əksinə olur. Bütün tarix boyu biz ərazi və yaşamaq uğrunda mübarizəni görürük. Necə ki, heyvanlarda hansının yaşayış səviyyəsi və bacarıqları üstündür, onun da, qidası çoxdur. Xalqların da həyatında yeni formaların budaqlanması ancaq o zaman mümkündür ki, onlar böyük əraziləri əhatə etsinlər, ancaq belə olan halda onlar xəlvətə çəkilə bilərlər, onların xüsusi əlamətləri möhkəmlənər, hansı ki, bu əlamətləri olmasa onları xüsusi qrup forması kimi seçmək olmaz.

Müəllif, həmçinin, torpağın və xalqların yerdəyişməsini müqayisəli formada öyrənən zaman tarix və coğrafiyanın ayrılmazlığını göstərmişdir. Belə ki, eraları bu tarixi hərəkətlərin xarakterinə və gücünə görə fərqləndirmək lazımdır. Bununla belə, Ratsel xalqlar arasındakı münasibətlərin inkişafının yeni dövlətlərin yaranmasına necə təsir etdiyini qeyd edir və bu münasibətlərə nümunə olaraq ticarət əlaqələrini göstərir ki, bu əlaqələr koloniyaların yaranmasının ilkin mənbəyi olmuşdur.

Aşağı irqlər arasındakı bərabərsizliklər yuxarı irqlərin nümayəndələri ilə körfəzi genişləndirir. Nümunə olaraq, Ratsel o faktı göstərir ki, hansı ki, ABŞ-də ağlar və zəncilər arasında nikahlar olur, bu əlaqələr göstərilən irqlərin aşağı təbəqələrinə aiddir. Sibirdə rus zabiti buryatka ilə, biznesmen kəndli ilə və s. evlənmir.

Torpaq insanın yer üzərindəki bütün hərəkətlərini təyin edir – özünün olduğu yer, məkan münasibətləri və s. Təbiət bütün xalqların bədəninə və ruhuna təsir edir. Torpaq adı altında Ratsel sözün geniş formasında ətraf mühiti qeyd edir: havadan, işıqdan və onun qəlbində əks olunan səmanın üfüqündən başlayaraq, əkinçi tərəfindən bellənən yer və onun ən gözəl məbədlərindən birini ehtiva edən daş parçalarına qədər hər bir şey. Belə ki, hər hansı bir xalqı hər hansı bir formada öyrənməyi biz torpaqdan başlamalıyıq, hansı ki, həmin xalq onun üzərində yaşayır, fəaliyyət göstərir və hansı ki, adətən çoxlu sayda nəsillərin vətəni hesab olunur. Ratsel xalqların rabitə yollarını araşdırdığı praqrafda yol sözünün maraqlı tərifini verir: Hər bir yol – bilinən məsafədir, Yer səthinin bir hissəsisidir və müəyyən insan yaradıcılığıdır. Tarix boyu vəhşi xalqların yolları olmayıb, ancaq cığırları olub. Lakin inkişaf etmiş dövlətlərdə daş yollar əmələ gəlirdi. Misal üçün, Roma

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Friedrich Ratzel // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118598538 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 Ратцель Фридрих // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  1. Ф. Ратцель. Земля и жизнь: сравнительное землеведение. Т. 1–2. СПб., 1903–1906.
  2. Ф. Ратцель. Народоведение. Т. 1–2. СПб., 1903.
  3. Ф. Ратцель. Политическая география (1897).
  4. Дугин А. Основы геополитики. Арктогея, 1997.
  5. Макиндер Х. Географическая ось истории. Элементы, 1995.
  6. Дугин А. Мода на геополитику. Арктогея, 1997.
  7. Лавров С. Геополитика: возрождение запретного направления.
  8. Барт П. Философия истории как социология. СПб., 1902.