Frederik Rafael (ing. Frederic Raphael) — ABŞ yazıçısı, ssenaristi və jurnalisti.
FREDERİK RAFAEL | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Çikaqo, ABŞ |
Təhsili | ali |
Fəaliyyəti | aktyor, ssenarist, yazıçı, jurnalist, kinorejissor |
Əsərlərinin dili | ingilis dili |
Üzvlüyü |
|
Mükafatları |
Frederik Rafael 14 avqust 1931-ci ildə Çikaqoda anadan olmuşdur[1]. 1938-ci ildə o, valideynlərilə birlikdə İngiltərənin Putni şəhərinə köçmüşdür.
Rafael iki müstəqil məktəbdə təhsil almışdır. Bunlar Koptorn xüsusi hazırlıq məktəbi və Çarterhaus məktəbi idi. Sonradan o, Kembric Universitetinin Seint Con Kollecində də oxumuşdur.
Frederik Rafael 1965-ci ildə "Əzizim" filminə görə "Oskar" mükafatı qazanır. İki ildən sonra isə "İki nəfər yolda" filminin ssenarisinə görə bu mükafata namizəd olur.
Onun məqalələri və kitab resenziyaları qəzet və jurnal nömrələrində çıxırdı. Bunların sırasına "Los Angeles Times" və "The Sunday Times" da daxil idi. Onun iyirmidən çox romanı işıq üzü görmüşdür. Yarıavtobioqrafik "Bərq vuran mükafatlar" (1976) əsəri daha çox tanınmışdır.
Rafael eləcə də tarixi kitablar, esselər toplusu və tərcümələr nəşr etdirir. O, həm də Somerset Moem və Corc Bayronun bioqrafiyasını yazmışdır. 1964-cü ildə o, ədəbiyyat üzrə Kral Cəmiyyətinin üzvü seçilmişdir.
1999-cu ildə Rafael "Geniş açılmış gözlərlə" adlı xatirələrini nəşr etdirir. Burada o, Stenli Kubriklə "Geniş bağlanmış gözlərlə" filminin ssenarisi üzərində işləməkləri haqqında yazıb[2]. Bu film Kubrikin kinoda son işi olmuşdu. Elə həmin ildə "Penguin Books" nəşriyyatı Artur Şnislerin "Arzu" əsərini yeni tərcümədə çap edir. "Geniş bağlanmış gözlərlə" filmi məhz bu əsər əsasında çəkilmişdi. Kitabın ön sözünü Frederik Rafael yazmışdır.
O, 17 yanvar 1955-ci ildə Silviya Betti Qlattla ailə qurmuşdur. Bu evlilikdən onların 3 övladı olmuşdur. Pol Simon kinoprodüser, Sara Nataşa (1960–2001) rəssam, Stefen Mettyu Coşua isə ssenaristdir.