Con Rassel

Con Rassel (ing. John Russell; 18 avqust 1792[2][4][…], Meyfer[d], Böyük London28 may 1878[1][2][…], Pembruk-Lodj[d], Böyük London[3]) — Böyük Britaniya dövlət və siyasi xadimi. 1846–1852-ci illərdə Böyük Britaniyanın baş naziri və viqlərin lideri olmuşdur. Filosof Bertran Rasselin babasıdır.

Con Rassel
ing. John Russell, 1st Earl Russell
30 iyun 1846 – 23 fevral 1852
ƏvvəlkiRobert Pil
SonrakıEduard Derbi
bayraq
Böyük Britaniyanın xarici işlər naziri
1859 – 1865
ƏvvəlkiCeyms Harris
SonrakıCorc Klarendon
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri London, Böyük Britaniya Birləşmiş Krallıq
Vəfat tarixi 28 may 1878(1878-05-28)[1][2][…] (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Maykl kilsəsi[d]
Partiya Viqlər
Təhsili
Fəaliyyəti siyasətçi
Dini Anqlikan

Təltifləri Bant ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rassel, 18 avqust 1792-ci ildə ingilis aristokratiyasının ən yüksək eşelonlarında, 6-cı Bedford hersoqu Con Rasselin üçüncü oğlu olaraq dünyaya gəlmişdir. Rasselin ailəsi 17-ci əsrdən bəri İngiltərədəki əsas viq sülalələrindən biri idi və bu ölkənin aristokratik torpaq sahiblərinin ən varlı ailələrindən biri idi, ancaq Bedford 6-cı hersoqunun ən kiçik oğlu olaraq, miras qalmış ailəyə sahib olmamalıdı. Hersoqun ən kiçik oğlu kimi, "Lord Con Rassel" nəzakət tituluna sahib idi.1861-ci ildə qraf olana qədər İcmalar Palatasında oturmuşdur.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

1813-cü ildə viq olaraq parlamentinə daxil olmuşdur. Viq hökumətlərində daxili və xarici işlər naziri vəzifəsini icra etdi. 1828-ci ildə parlamentə sözdə ləğv təklifini təqdim etdi. test aktları, 1831-ci ildə — parlament islahatının ilk layihəsini hazırladı. Daxili işlər naziri olaraq 1835-ci ildə şəhər özünüidarəetmə sistemində ilk islahatı həyata keçirdi.

Baş nazir Con Rassel 1853-cü ildə

Robert Pilin 1846-cı ildə taxıl qanunlarını qəbul etməsindən sonra onun partiyası daxilində baş verən çəkişmələr və parçalanmalar onun istefası ilə nəticələndi və 1846–1852-ci illərdə hökumətə Con Rassel başçılıq etdi. Rassel hökuməti parlamentdə azlığa malik olan viqlərin hökuməti idi, lakin hökumətin qurulmasının əsas səbəbi ondan ibarət idi ki, tori partiyası parçalanmışdı və Pilçilər, azad ticarət tərəfdarları onun tərkibindən ayrılmışdılar. Onlar bu hökumətin tərkibinə daxil olmasalar da, onun fəaliyyətini dəstəkləyirdilər.1847-ci ildə keçirilən parlament seçkiləri zamanı 325 səs mühafizəkarlar, 291 səs isə viqlər topladılar, lakin yenədə hökuməti viqlər təşkil etdilər, çünki torilərin tərkibində gedən parçalanmalar onların hökumət yaratmasına mane oldu.

Yeni təşkil olunan Rassel hökuməti ilk olaraq 1849-cu ildə naviqasiya aktlarını ləğv etdi. 1651-ci ildə qəbul edilən bu aktlara əsasən İngiltərəyə mallar yalnız ingilis gəmilərində gətirilə bilərdi. Proteksionist siyasət bumeranq xarakteri daşıyır, yəni əgər İngiltərə hər hansı bir ölkə ilə ticarət əlaqələrində bu siyasətə üstünlük verirdisə bu o deməkdir ki, həmin ölkə də dolayısı ilə İngiltərəyə qarşı məhz bu siyasətdən istifadə edəcəkdir, lakin İngiltərə sənayesi elə bir mərhələyə gəlib çatmışdı ki, o dünya bazarında rəqabətdən qorxmurdu. Məhz buna görə də, artıq azad ticarət prinsiplərinə üstünlük verilməyə başlanmışdı. İngiltərənin özündə iqtisadiyyatın Mançester məktəbi belə hesab edirdi ki, İngiltərənin firavanlığı onun azad ticarətin prinsiplərinə nə dərəcədə önəm verməsindən asılıdır. Mançester məktəbinin nümayəndələri kifayət qədər çox olduğuna görə, 1849-cu ildə bu aktlar ləğv edildi.

1847-ci ildə təhsil haqqında qanun qəbul edildi. Təhsil haqqında qanunun əsas prinsipial mahiyyəti icbari təhsil sisteminin kifayət qədər genişləndirilməsi və ibtidai təhsil üzərinə nəzarətin dövlət strukturlarına devr edilməsi idi.

1848-ci ildə Con Rassel hökuməti Avstraliya hökuməti haqqında qərar qəbul edilməsinə nail oldu. Eyni zamanda C. Rassel daxili siyasət sahəsində şəhərlərdə antisanitariya qaydalarına əməl olunmasına xüsusi diqqət ayırırdı. O həmçinin, pulsuz səhiyyə xidmətinin yaradılmasına və xəstəxanaların açılmasına da nail oldu.

1852-ci ilin fevralında Rassel hökuməti Fransadan gələ biləcək təhlükəni müzakirə etdi və qərara alındı ki, milis dəstələrinin yaradılması haqqında qanuna dəyişikliklər edilsin, lakin milis dəstələri haqqında qanuna dəyişiklik barədə müzakirə aparılarkən Palmerstonun təsiri altında parlamentdə bu dəyişiklik qəbul edilmədi və Con Rassel istefaya getdi. 1852-ci ilin fevralında həmin ilin dekabrnadək hakimiyyətdə qalacaq Lord Derbi-Dizraeli hökuməti təşkil olundu.

  • Chamberlain, Muriel E. Lord Aberdeen: A Political Biography. London. 1983.
  • Halevy, Elie. "The Triumph of Reform 1830–1841". History of the English People in the Nineteeth Century. 3. 1950. detailed political narrative
  • Halevy, Elie. "Victorian Years". History of the English People in the Nineteeth Century. 4. 1951. detailed political narrative
  • Henderson, G. B. "The Eclipse of Lord John Russell" The Cambridge Historical Journal 5#1 (1935), pp. 60–86 online on 1850s
  • Krein, David F. "War And Reform: Russell, Palmerston and the Struggle for Power in the Aberdeen Cabinet, 1853–54". Maryland Historian. 7#2. 1976.
  • Partridge, M. S. "The Russell Cabinet and National Defence, 1846–1852". History. 72# 235. 1987.
  • Prest, John. "Russell, John, first Earl Russell (1792–1878)". Oxford Dictionary of National Biography (online). 2009 [2004]. İstifadə tarixi: 31 Aug 2014. short scholarly biography
  • Prest, John M. Lord John Russell. Macmillan. 1972. a scholarly biography
  • Prest, J. M. "Gladstone and Russell". Transactions of the Royal Historical Society. 16. 1966.
  • Reid, Stuart Johnson. Lord John Russell. 1895.
  • Saunders, Robert. "Lord John Russell and Parliamentary Reform, 1848–67". English Historical Review. 120#489 (489). 2005: 1289–1315. JSTOR 3491041.
  • Scherer, Paul. Lord John Russell: A Biography. 1999. a scholarly biography
  • Scherer, Paul H. "Partner or Puppet? Lord John Russell at the Foreign Office, 1859–1862". Albion: A Quarterly Journal Concerned with British Studies. 19 (3). 1987: 347–371. doi:10.2307/4050465. JSTOR 4050465.
  • Taylor, A. J. P. Essays in English History. 1976.
  • Wyatt, Tilby A. Lord John Russell: A study in civil and religious liberty. London. 1931.
  • Walpole, Spencer. The life of Lord John Russell (2 vol 1889, 1891) online
  • Woodward, Llewellyn. The Age of Reform, 1815–1870 (2nd). Oxford History of England. 1962 [1938]. political narrative and analysis
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 Lundy D. R. John Russell, 1st Earl Russell // The Peerage (ing.).
  3. 1 2 The History of Parliament (ing.).
  4. John Russell Russell // Internet Speculative Fiction Database (ing.). 1995.