Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rele
Rele — elektriklə işləyən çevirmə cihazı. Bir çox relelər elektromaqnitdən istifadə etməklə mexaniki olaraq mexanizmi dəyişirlər. Relelər adətən bir çox əməliyyatları cəmi bir siqnalla idarə etmək, eləcə də bir çox əməliyyatları aşağı güclü siqnallar vasitəsilə idarə etmək üçün istifadə olunurlar. İlk relelər uzunməsafəli teleqraf xətlərində bir yerdən gələn siqnalın digər istiqamətə yönəldilməsi üçün təkrar olunması məqsədi ilə istifadə olunurdular. Relelər telefon mübadiləsi və ilk kompüter nəsillərində məntiqi əməliyyatları aparmaq üçün istifadə olunurdular. == Tarixi == 1809-cu ildə Samuel Tomas von Sömmerrinq elektrokimyəvi teleqrafın tərkib hissəsi kimi elektrolit releni layihələndirdi. Amerikan alim Yozef Henrinin və ingilis ixtiraçı Edvard Davinin də relelərin kəşfi istiqamətində fəaliyyətləri olub. İndi rele adlandırdığımız sadə qurğu 1840-cı ildə Samuel Morsenin teleqraf patentinə daxil edilib. "Rele" sözünə texniki ədəbiyyatlarda 1860-cı ildən rast gəlinir. == Rele mühafizəsi == Rele mühafizəsi qurğuları aşağıdakı tələblərə cavab verməlidir: === Selektivlik === Selektivlik dedikdə, rele mühafizəsinin seçicilik qabiliyyəti nəzərdə tutulur.
Rele şəbəkəsi
Rele şəbəkəsi — adətən simsiz şəbəkələr barəsində işlənir, bu, elə bir şəbəkə formasıdır ki, mənbə və son nöqtə bir neçə düyünlər vasitəsilə qarşılıqlı əlaqələndiriliblər. Belə şəbəkədə mənbə və son nöqtə bir-biri ilə birbaşa olaraq əlaqə saxlaya bilmir, çünki onlar arasında məsafə onlar arasında məlumat ötürülən yoldan daha uzun olur. Ona görə də araqlıq düyünlərdən rele şəbəkəsi vasitəsilə istifadə olunur.
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Jele
Jele (fr. gelée) — kaloidli qida qarışığı (adi meyvələrdən), jelatin əlavəli (pektin, aqar), və bütün kütləni soyuduğu zaman jelatin görünüşü olur. == Haqqında == Jele həmçinin jelatinin buzağın ayaqlarından və başlarından hazırlanır. Şirin jele (fr. gelée), ətli jeledən fərqli olaraq (fr. l’aspic), yeməyin üzərinə tökülməsi isə rus-dilində xolodeç(soyuq) adlanır. Meyvələrdən və giləmeyvələrdən ibarət jele özündə çoxlu pektinləri birləşdirir. Onları jelatin əlavə etmədən də almaq olar çünki pektin ona xüsusi dad verir. Belə jeleləri turş almalardan hazırlayırlar. Jelenin ölçmə dərəcəsi litrdir.
Lələ
Lələ — Qızılbaş Səfəvi hökmdarları yanında şahın himayəçisi vəzifəsi. Müxtəlif vaxtlarda bu vəzifə müxtəlif türkmən tayfaların nümayəndələrinə məxsus idi.
Pele
Edison Arantes do Nascimento (Pelé) (23 oktyabr 1940[…], Tres-Korasoyns[d], Minas-Jerays – 29 dekabr 2022[…], Morumbi[d]) — dünya futbol tarixinin ən böyük futbolçularından biri. Braziliya milli futbol komandası ilə 3 dəfə Dünya Kubokunu qazanmışdır. İlk Dünya Kubokunu 1958-ci ildə İsveçdə keçirilən çempionatda almışdır. Bütün zamanların ən böyük oyunçularından biri kimi qəbul edilən və FİFA tərəfindən "ən böyük" adlandırılan Pele, 20-ci əsrin ən uğurlu və populyar idman xadimləri arasında idi. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Əsrin idmançısı seçilib və Time siyahısına 20-ci əsrin 100 ən mühüm adamı kimi daxil edilib. 2000-ci ildə Pele Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən Əsrin Dünya Oyunçusu seçildi və FİFA Əsrin Oyunçusu mükafatının iki birgə qalibindən biri oldu. Onun 1363 oyunda 1279 qolu, Ginnesin Rekordlar Kitabına düşüb. == Həyatı == Pele 1940-cı ilin 23 oktyabrında Braziliyanın Minas-Jerays ştatının elə də böyük olmayan Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Futbol Edison üçün sevimli əyləncələrdən biri idi. Atası Dondino da keçmişdə futbolçu olduğundan oğlunun ilk müəllimi də məhz o olub və futbol haqqında bəzi sirləri də ona uşaqlığından ötürmüşdür.
Pələ
Pələ — ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən su nəqliyyatı vasitəsi. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi kələk ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Pələni hazırlamaq üçün 15-20 sm diamterli və 2,2-2,5 m uzunluğunda ağacları bir-birinə paralel qoyur, baş, ortaya və ayaq hissələrinə isə köndələn şəkildə üç ağac bərkidirdilər. Beləliklə, ağacların arasıda əmələ gələn kvadratşəkilli sahələrə qoyun və keçi dərisindən hazırlanmış, içərisinə hava ilə doldurulmuş tuluqlar bağlanırdı. Bundan sonra pələnin üstünə çubuq çəpərə salınırdı. Pələ xüsusi çəp vasitəsi ilə hərəkətə gətirilir, kiçikhəcmli yüklərin və 2-3 sərnişinin digər sahilə keçirilməsi üçün nəzərdə tutulurdu.
Rede
Rede (alm. Rhede‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 78.65 km2, əhalisi 19293 nəfərdir (2006).
Rels
Rels — kötüklərin üzərində qoyulmuş xüsusi en kəsiyə malik polad tirlərdir. Onlar adətən iki srada quraşdırılaraq dəmiryolu nəqliyyatının, həmçinin şaxtalarda xüsusi vaqonların və kranların hərəkətinə xidmət edir. Rels ilk dəfə dəmir yolunda tətbiq olunduğundan onun adı da bu nəqliyyat növü ilə bağlıdır. Bərkitmə, kərənlər, balastlar və qoruyucu örtüklə o, dəmir yolunun üst qatını təşkil edir. Relsin iki əsas funksiyası vardır: çarxların təzyiqini qəbul edib və kərənlərə ötürmək. Yük götürmək üçün relsin profili böyük əhəmiyyət kəsb edir. Profildən asılı olaraq yaranan müqavimət momenti relsə təsir edən əyilmə-dartılma-gərginliyini, həmçinin onun uzunömürlülüyünü müəyyən edir. Qatarların sürətləri artdıqca yaranan dinamik qüvvələrin meyillənməsi də artır. Profil ölçüləri dəyişmədikdə bu ona təsir edən gərginliyin artmasına gətirib çıxarır. Onları yalnız buraxılabilən gərginliyin sərhəd qiymətinə qədər yükləmək olur.
Rəmə
Rəmə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qoşabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Rəmə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 151 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. == Ümumi məlumat == Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Tələ
Tələ (film, 1990)
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
Rene
Rene — ad. Rene Genon — fransız filosof, mistik yazıçı. Rene İgita — Kolumbiyalı futbolçu Rene Kassen — İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin müəllifi Rene Defonten — fransız botaniki Rene Russo — ABŞ aktrisası. Rene Rillon — Fransalı keçmiş peşəkar velosiped yarışçısı. Rene Vaqner (üzgüçü) — Lüksemburqlu keçmiş üzgüçü. Rene Dekart — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu. Rene Laennek — fransız həkimi və anatomu Rene O'Konnor — Amerika pop və ritm-end-blüz müğənnisi. Rene Uellek — Çexiyalı-Amerikalı ədəbiyyatşünas, tənqidçi Rene Koti — 1954–1959 illərdə Fransa Respublikasının 17-ci prezidenti.
Axlı lələ
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Aşıq Lələ
Aşıq Lələ (XVII əsrin sonu—XVIII əsrin əvvəli) — XVII yüzilin sonu, XVIII yüzilin önündə yaşamış el şairi. == Həyatı == El şairi Aşıq Lələ XVII yüzilin sonu, XVIII yüzilin önlərində yaşayıb. Yaşam yolu haqqında məlumat olduqca azdır. Bəzi mənbələrdə XVI əsrdə yaşadığı da qeyd edilir. XVIII yüzilə bağlı əlimizdə bir qaynaq var. Osmanlılar Qarabağı aldıqdan sonra, 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı vergi dəftərini hazırlayıblar. Həmin dəftərdə Cavanşir elinin Yağləvənd oymağının Gecəgözlü oymağında yaşayanların arasında bir ailə ilgi çəkir. Həmin ailənin siyahısını olduğu kimi yazımızda veririk. Uzunəli Tanrıqulu oğlu, (Uzunəlinin) qardaşı Lələ, (Lələnin) qardaşı Əminəli. Aşıq Lələnin yaradıcılığından bilirik ki, onun Uzunəli adlı qardaşı olub.
Belə (şəhər)
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Gilbert Ryle
Gilbert Ryle (1900-1976) müasir İngilis filosofudur. Dil fəlsəfəsi ənənəsi içində iştirak etməklə birlikdə, Aristoteldən təsirlənib, Edmund Husserl və Meinong ilə də maraqlanan Ryleinn ən əhəmiyyətli iki kitabı Zehin Anlayışı və Qərarsızlıqdır. == Əsərləri == === Kitabları === 1949, The Concept of Mind, London: Hutchinson. (Zihin Kavramı) 1954, Dilemmas, Cambridge: Cambridge University Press. (İkilemler) 1966, Plato's Progress, Cambridge: Cambridge University Press. (Platon'un Gelişimi) 1971a, Collected Papers, vol. 1, London: Hutchinson. (Toplu Eserler 1) 1971b, Collected Papers, volume 2, London: Hutchinson. (Toplu Eserler 2) 1979, On Thinking, ed. K. Kolenda, Oxford: Blackwell.
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. == Etimologiyası == Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." == Tarixi == Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub. 2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.
Qəle (Baymak)
Qəle (başq. Ғәле, rus. Галеево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 18 km, kənd sovetliyindən (Tatlıbay): 16 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 23 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Rede Bandeirantes
Rede Bandeirantes və ya sadəcə Band — San-Pauluda yerləşən Braziliyadan gələn bir televiziya şəbəkəsidir. Grupo Bandeirantes de Comunicação'nun bir hissəsi 1967-ci ildə ilk dəfə yayımlandı. Hal-hazırda reytinqlərinə görə Braziliyada dördüncü televiziya şəbəkəsidir.
Rede Globo
Rede Globo (port. Rede Globo de Televisão) — Braziliyanın ən böyük telekanalı. == Tarixi == 26 aprel 1965-cü ildə jurnalist Roberto Marinho tərəfindən yaradılıb. == Mərkəzi == Telekanalın mərkəzi qərargahı Rio de Janeiro şəhərində yerləşir.
Rene Bliyar
Rene Bliyar (fr. René Bliard; 18 oktyabr 1932, Dizi[d] – 27 sentyabr 2009, Montröy) — hücümçü mövqeyində oynayan Fransa futbolçusu. Daha çox Fransa klubu "Reyms"in heyətində çıxış etməsi ilə tanınır. Bu klubla o, ümumlikdə altı trofey qazanmış və iki dəfə Çempionlar Kubokunun finalına vəsiqə qazanmışdır. == Nailiyyətləri == Fransa çempionu (2): 1954/55, 1957/58 Fransa kuboku mükafatçısı: 1957/58 Şarl Draqo kuboku mükafatçısı: 1953/54 Fransa Superkuboku mükafatçısı (2): 1955, 1958 Fransa çempionatının ən yaxşı bombardiri: 1955 == Statistikası == Mənbə: "René Bliard". Pari-et-gagne.com (fransız). İstifadə tarixi: 2015-12-30.
Rene Defonten
Rene Luiş Defonten (fr. René Louiche Desfontaines; 14 fevral 1750, Fosse kəndi, Bretan — 16 noyabr 1833, Paris) — fransız botaniki, Fransa Elmlər Akademiyasının prezidenti (1804—1805). Parisdəki "Jardin des Plantes" bağının direktoru olmuşdur. == Əsas işləri == Cours élémentaire, 1796 Flora atlantica: sive historia plantarum quae in Atlante, agro tunetano et algeriensi crescunt (в 2 томах), 1798—1799 Tableau de l'École de Botanique du Muséum d'Histoire Naturelle, 1804 Choix de plantes du Corollaire des instituts de Tournefort, 1808 Histoire des arbres et arbrisseaux qui peuvent être cultivés en..., 1809 Catalogus plantanum horti regii Parisiensis, 1829 Voyages dans les régences de Tunis et d'Alger (fr.
Rene Dekart
Rene Dekart (fr. René Descartes; 31 mart 1596[…], Dekart[d], Turen[d], Fransa krallığı – 11 fevral 1650[…], Stokholm) — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu. Adı Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Riyaziyyatçı və filosof == Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əksəriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir. Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Benedikt Spinoza və Qotfrid Leybnits kimi alim-filosoflarla güclənən bu cərəyan Tomas Hobbs, Con Lokk, Berkle və Hyumun tərəfdarı olduğu empirik fəlsəfi cərəyana qarşı idi. Qeyd etmək lazımdır ki, həm Spinoza, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçı idilər.