Rene Dekart

Rene Dekart (fr. René Descartes; 31 mart 1596[1][2][…], Dekart[d], Turen[d], Fransa krallığı[3]11 fevral 1650[1][2][…], Stokholm[1][4]) — fransız filosofuriyaziyyatçısı, fiziki və fizioloqu.

Rene Dekart
fr. René Descartes
lat. Renatus Cartesius
Doğum tarixi 31 mart 1596(1596-03-31)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 fevral 1650(1650-02-11)[1][2][…] (53 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı[3]
Dəfn yeri
Təhsili
Fəaliyyəti filosof, riyaziyyatçı, musiqişünas, fizik, astronom, musiqi nəzəriyyəçisi, müxbir[d], hərbi qulluqçu, yazıçı
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adı Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Riyaziyyatçı və filosof

[redaktə | mənbəni redaktə et]
Principia philosophiae, 1685

Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əksəriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir.

Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Benedikt SpinozaQotfrid Leybnits kimi alim-filosoflarla güclənən bu cərəyan Tomas Hobbs, Con Lokk, Berkle və Hyumun tərəfdarı olduğu empirik fəlsəfi cərəyana qarşı idi. Qeyd etmək lazımdır ki, həm Spinoza, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçı idilər. Kartezian koordinat sistemini kəşf etməklə Dekart cəbr və həndəsə elmləri arasına körpü rolunu oynayacaq analitik həndəsə elminin əsasını qoymuş olur. Filosofun ən məşhur kəlamı [[Cogito, ergo sum]], yəni "Mən düşünürəmsə, deməli mövcudam" kəlamıdır.

Dekartın fikrincə, insan yalnız zəkanın köməyi ilə zəruri bilik edə bilir. O, idrakda rasional əsasın əhəmiyyətini xüsusi qeyd edirdi.

Dekart həm də cəbr və həndəsəni birləşdirən analitik həndəsənin ixtiraçısıdır. Bununla həndəsi problemlərin riyazi həlli mümkün olmuşdur. Ancaq onun adı ilə bağlı olan düzbucaqlı koordinat sistemi onun işlərinin heç birində rast gəlinmir.

Dekart teoreminin izahı

[redaktə | mənbəni redaktə et]

1640-cı ildə Dekart differensial tənliklərin toxunan problemləri həllini işləyir. Dekart o məsələnin həlli üçün əyriyə toxunan çevrə götürür. Bu çevrə əyrini iki nöqtədə kəsir və yaxud bir nöqtədə toxunur. Bununla ona xüsusi əyrilər üçün toxunan artımını təyin etmək nəsib olur. Bu üsul o dövr riyaziyyatçıları arasında böyük maraq doğursa da, məsələnin tam həllini mümkün etməmişdir.

İki teorem Dekartın adı ilə bağlıdır. İşarələmələrlə verilmiş polinomun yuxarı və aşağı hədlərini həqiqi ədədlərlə təyin etmək mümkündür. 1643-cü ildə dörd çevrə teoremi toxunan çevrələr problemini həll edir. Burada bir-birinə toxunan üç çevrəyə toxunan başqa birisi tapılır ki, hansı ki, daha başqa üçünə toxunur.

  • Musicae compendium (1618)
  • Regulae ad directionem ingenii (ca. 1628)
  • Discours de la méthode pour bien conduire sa raison et chercher la vérité dans les sciences. 1637 (azərbaycanca: "Dərrakədən istifadə üsulu və həqiqəti tədqiqi haqqında")
    • Əlavələr: Dioptrique ("Sınan işıqlar üsulu")
    • Les Météores
    • La Géométrie (Yeni həndəsənin yaradılması)
  • Meditationes de prima philosophia (1641) ("Həndəsənin yaranması haqqında meditisiyalar" — Rationallaşdırma dövrünün əsas əsərlərindən biri.)
  • Principia philosophiae. 1644 ("Fəlsəfənin prinsipləri")
  • Inquisitio veritatis per lumen naturale (ca. 1647)
  • Les Passions de l'âme (1649) ("Qəlbin hissləri")
  • De homine (posth. 1662) ("Dahi insan")
  1. 1 2 3 4 5 6 W. W.; X. Descartes, René (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 8. P. 79–90.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Renatus Cartesius (швед.). 1917.
  4. 1 2 Декарт Рене // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. https://www.lexpress.fr/culture/art/mais-ou-etait-passee-la-tete-de-descartes_1726031.html.
  1. "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.605