Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Muğan
Yaşayış məntəqələri Muğan dairəsi — 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Muğan şahlığı Muğan (tarixi ərazi) Muğan mahalı — tarixi-coğrafi ərazilərdən biri. Muğan (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Muğan (kənd, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Muğan (qəsəbə, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində möbcud olmuş qəsəbə. Muğan (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan (Karbi) — Karbi mahalında kənd. Muğan (Germi) Digər Muğan düzü — Azərbaycan Respublikasında düzənlik. Muğan Salyan FK — Azərbaycan Respublikasının Salyan rayonunda futbol klubu. Muğan (əsər) — Səməd Vurğunun poeması.
Rudan
Rudan — İranın Hörmüzgan ostanının şəhərlərindən və Rudan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,060 nəfər və 6,302 ailədən ibarət idi.
Ruqon
Ruqon (fr. Rougon, oks. Rogon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04171. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 114 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Ruşan
Ruşan – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 1002 nəfərdir ki onunda 484 nəfəri kişi, 518 nəfəri qadındır. === Şəhidləri === 1. Rafiq Gülmirzə oğlu Ağakişiyev 1964-22.04.1994 2. Qərib Mirzağa oğlu Məmmədov 1974-09.02.1993 3. Hidayət Əziz oğlu Mirzəyev 1943-05.03.1993 4. Ağasəf Ağaşirin oğlu Əmirov 1960-22.04.1994 5.
Rügen
Rügen — Baltik dənizində adadır. Almaniyanın daxilində ən böyük adadır (ümumi ərazi 926 km²). Meklenburq-Ön Pomeraniya federativ vilayətinin tərkibinə daxildir. Əhalisi təxminən 77 min nəfər təşkil edir. == Coğrafiyası == Adanın ümumi forması kifayət qədər əcaibdir, sahillər güclü kəsik-kəsik edilmişdir, onların əyrilikləri bir çox körfəz, körfəz, yarımada və burun yaradır. Rügenin cənub sahili Pomeraniyanın sahilləri boyunca uzanır. Cənubda adanın eni 41 kilometrə çatır, şimaldan cənuba maksimal uzunluğu 52 kilometrdir. Rügenin şimal-şərqində Yasmund (Jasmund) yarımadasında 1990-cı ildə əsası qoyulmuş 3000 hektar sahəsi olan eyni adlı milli park yerləşir. Tabaşirli qayalar Yasmundun ən məşhur simvoludur. Rügenin ən yüksək nöqtəsi — Pikberqdir (161 metr).
Ruan
Ruan — Fransanın şimalında şəhər və liman. Şəhər Sena çayı sahilində yerləşir və dənizkənarı Sena departamentinin inzibati mərkəzidir. Əhalisi 541 410 (2007) nəfərdir. Ruan XI əsrdən toxuculuq, XVI əsrdən isə manufaktura sənayesi mərkəzi idi. Memarlıq abidələri: Notr-Dam, Sent-Uen, Sen-Maklu kilsələri, Burteruld oteli (1501-1537), Ədliyyə sarayı (1508-1509), ağacdan yaşayış evləri (XVI əsr) və s. Şəhərdə zərif sənətlər və keramika muzeyi var. Ruan qallara məxsus qədim yaşayış məskəninin yerində salınmışdır. E.ə. I əsrdə romalılar, V əsrin sonunda isə franklar şəhəri işğal etmişlər. 911-ci ildə Normandiya hersoqluğunun paytaxtı olmuş, 1150-ci ildə isə özünüidarə hüququ almışdır.
Axtaçı Muğan
Axtaçı Muğan — Azərbaycan Respublikasının Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Sabirabad rayon Sabir Ağayev adına tam orta məktəb mövcuddur. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Gavurarx (Muğan)
Gavurarx — Güney Azərbaycan ərazisindən Quzey Azərbaycan ərazisinə qədər uzanan və Atropatena dövrünün yadigarı olan qədim arx. Arxın adı bir çox tarixi mənbələrdə xatırlanır. T. Bəhrami "Əkinçilik mədəniyyəti" adlı əsərində yazır: "Muğanda görünməkdə olan bir arx Gavurarx adı ilə məşhurdur. Daha doğrusu Gavurların arxı. Bu arx qədimdə Muğan atəşpərəstləri tərəfindən çəkilmişdir. Muğanı Arazın suyu ilə bu arx vasitəsilə suvarırmışlar. Gavurarxın hal hazırda dolmasına baxmayaraq onun nişanələri hələ də qalmaqdadır." Güney Azərbaycanda arxın uzunluğu 100 kilometrdən artıqdır. Teymur Bünyadov yazır ki, Gavurarx adı yəqin ki, ona İslamın qəbulundan sonra verilmişdir. Şəmsəddin Saminin fikrincə Gavurarxın adındakı gavur sözü "gəbr" sözündən törəmədir və gavur atəşpərəst deməkdir. T. Bünyadov bildirir ki, ola bilsin ki, arxın çəkilməsində farsların hansısa rolu olmuşdur və yerli türk əhali də ona görə bu arxı Gavurarx adlandırmışdır.
Lüqan (Averon)
Lüqan (fr. Lugan, oks. Luganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12134. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 30 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 175 nəfər (15-64 yaş) arasında 130 nəfər iqtisadi fəal, 45 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 69.9%).
Muğan Məmmədov
Məmmədov Elman Hüseynəli oğlu (1942, Leninkənd, Laçın rayonu – 27 fevral 1985, Bakı) — alim, fizika-riyaziyyat elmlər namizədi == Həyatı == 1942-ci ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olmuşdur. 1962–1967-ci illərdədə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində təhsil almış, ali məktəbi Fərqlənmə diplomu ilə bitirdikdən sonra Universitetin Elmi Şurasının qərarı ilə aspiranturada saxlanılmışdır. T. Şevçenko adına Kiyev Dövlət Universitetinin fizika üzrə aspiranturasında təhsilini davam etdirmiş, fizika elminin müasir problemlərindən biri olan "Plazmanın Nəzəri Problemləri" mövzusunda elmi işlə məşğul olmuşdur 1971-ci ildə aspiranturanı vaxtından əvvəl bitirmiş və həmin ildə "Məhdud Plazma-Elektron Seli Sistemi Dayanıqsızlığının Tədqiqi" mövzusunda elmi iş müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi adı almışdır. 1969–1970-ci illərdə Xarkov Hərbi Radiotexnika Akademiyasında Xüsusi hərbi xidmətdə olmuşdur. 1971-ci ildə xüsusi təyinatla Azərbaycan Dövlət Universitetində elektronika kafedrasına müəllim təyin olunmuş, sonrakı illərdə "Atom və Molekulaların Kvant Mexanikası" kafedrasının assistenti, 1976-cı ildə baş müəllimi, dosenti olmuşdur. 1976–1977-ci illərdə Almaniya Federativ Respublikasında RDUR Universitetində, Plazma Nəzəriyyəsi inistitunda işləmiş, orada işlədiyi vaxt, Almaniya, İngiltərə, Çexoslovakiya və ABŞ alimləri ilə iş birliyi quraraq dörd elmi əsərin müəlifi olmuşdur. Muğan Məmmədov 33 elmi əsərin və "Plazma Fizikası va Onun Tətbiqi prespektivləri" adlı kitabın müəllifidir. O, Azərbaycanda plazma fizikası ilə məşğul olan ilk alimlərdən biridir. 27 fevral 1985-ci ildə vəfat etmişdir.
Muğan bələdiyyəsi
Muğan bələdiyyəsi (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunda bələdiyyə. Muğan bələdiyyəsi (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunda bələdiyyə. Muğan bələdiyyəsi (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə.
Muğan düzü
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. == Etimologiyası == Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. == Coğrafi yerləri == Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: Araz çayının sahili Şahrak gölü Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri Oltan mağarası (Parsabad) Qız qalası Xudafərin körpüsü Xərmən, Nadir təpələri Aslandüzdə qədim məzarlıq == Ümumi məlumatlar == Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
Muğan eyzeniyası
Eisenia cinsinin Azərbaycanda 5 növü yayılmışdır. Xarakterik növü Muğan eyzeniyası hesab olunur. Nadir relikt növdür. == Qısa təsviri == Bədən silindrik formada olub, boz və ya açıq qəhvəyi rəngdədir. Uzunluğu 53 —68, eni 4 —6 mm-dir. Buğumlarının sayı 155 ilə 181 arasında dəyişilir. Qılları cüt —cütdür. Kəmərcik 28-ci buğumdan 41-ci buğuma qədər olan sahəni əhatə edir. Pubertat lövhə 35-ci buğumdan 39-cu buğuma qədər uzanır. Bədənin kəmərcik zonasında və kəmərcikdən öndə yerləşən bir neçə buğumlardakı qarınyanı qıllar xüsusi çıxıntıların (papil) üzərində yerləşmişdir.
Muğan hadisələri
Muğan hadisələri — 1918–1919-cu illərdə Rusiya vətəndaş müharibəsi fonunda Muğanda Ağ qvardiya, bolşeviklər və Azərbaycan qüvvələri arasında qarşıdurma. Nəticədə Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil oldu. Oktyabr inqilabından və Qafqaz Cəbhəsinin dağılmasından sonra indiki Azərbaycan Respublikasının cənubunda Muğanda hakimiyyətsizlik yarandı. Yerli əhali ilə Rusiya imperiyası dövründə bu regionda məskunlaşmış rusların etnik gərginliyi hərbi əməliyyatlara çevrildi. Muğanlılar kimi tanınan rus mühacirlərin köməyinə bölgəni tərk etməkdən imtina edən bir çox rus sərhədçi zabitləri də gəlmişdilər. Etnik toqquşmalar dövrü yalnız 1918-ci ilin aprelində Bakı kommunasının hissələri tərəfindən Sovet hakimiyyətinin qurulmasından sonra başa çatdı, barışıq cəhdləri oldu. Lakin Sovet hakimiyyəti uzun sürmədi və Bakı Kommunası süquta uğrayandan bir neçə ay sonra Muğanda Rusiyanın ağ qüvvələrinin marionet hökuməti quruldu. Buna baxmayaraq, regionda vəziyyət anarxiyanın astanasında qaldı, hökumətin nüfuzu zəif idi və 1919-cu ilin aprelində regionda yenidən Sovet hakimiyyəti Muğan Sovet Respublikasının (MSR) simasında bərqərar oldu. Çar ordusunun zabitlərinin yeni Sovet hakimiyyətini tanımaqdan imtina etməsi və əvvəlki hökumətlərin liderlərindən biri olan polkovnik İlyaşeviçin həbsi Muğanda ağlar və qırmızılar arasında müharibəyə gətirib çıxardı. Eyni zamanda, azərbaycanlıların və talışların MSR-a qarşı yönəlmiş genişmiqyaslı üsyanı başladı, onların köməyinə Azərbaycanın müntəzəm ordu hissələri çatdı.
Rigan şəhristanı
Rigan şəhristanı — İranın Kirman ostanında şəhristan. İnzibati mərkəzi Məhəmmədabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 53 059 nəfər və 11 380 ailədən ibarətdir.
Rob Duqan
Rob Dugan (ing. Rob Dougan; mart 1969, Sidney) — müxtəlif musiqi janrlarını sintez edən bəstəkardır. Onun kompozisiyaları özündə orkestr musiqini, trip-hop və ivokal elementlərini əks etdirir, eyni zamanda, qismən elektron musiqiyə aid edilir. 1995-ci ildə buraxılmış və "Matritsa", sonralar isə "Bleyd" treylerində istifadə edilmiş «Clubbed to Death (Kurayamino variation)» sinqlı ilə məşhurlaşmışdır. "Clubbed to Death" 2002-ci ildə işıq üzü görmüş və müəllifin debüt albomu hesab edilən «Furious Angels» albomuna daxil edilmişdir. == Diskoqrafiyası == === Studiya Albomları === 1-CD [RDR Album Volume 1.- Clubbed to Death] (11 kompozisiya, 1995 il). «Furious Angels». 1-CD (14 kompozisiya, 2002 il) baza redaksiyasında. 2-CD (15+10 kompozisiya, 2003 il) təkrar nəşr (ikinci disk birinci diskin instrumental versiyasıdır). === Sinqllar === 1994: «Hard Times».
Rudan şəhristanı
Rudan şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Rudan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 104,222 nəfər və 21,923 ailədən ibarət idi.
Rufan Əkbərli
Rufan Elzabit oğlu Əkbərli (6 yanvar 1998; Çaparlı, Şəmkir rayonu — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rufan Əkbərli 1998-ci il yanvarın 6-da Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 2005–2015-ci illərdə Ə. Həsənov adına Keçili kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rufan Əkbərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rufan Əkbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Rufan Əkbərli oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufan Əkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufan Əkbərli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Rujan sarayı
Rujani sarayı (belar. палац у Ружанах, pol. Pałac w Różanie) — Qərbi Belarusda, Brest vilayəti, Rujani rayonunun eyniadlı kəndində yerləşən saray kompleksinin qalıqlarıdır. 16-19-cu əsrlər arasında Ruzhany, daha sonra Różany adlandırılan, saray Sapiehas of Ruzhany adı ilə də tanınan saray Sapeq zadəgan ailəsinin əsas istinadgahi idi. 1784–1786-ci illərdə əsaslı bərpa işləri görülmüşdür. Qalada hazırda sistemli şəkildə yenidənqurma işləri aparılır, sarayın təmtəraqlı darvazası və giriş binası artıq bərpa olunur. == Tarix == Rujani sarayının inşası 16-cı əsrin sonlarında Lev Sapeqin qalası olaraq başladı və 1602-ci ildə tamamlandı. Saray əvvəlcə müdafiə xarakteri daşıyırdı. İki mərtəbəli çardağın üç tərəfi qüllə ilə tamamlanmışdı. Sarayın mərkəzi hissəsində böyük salon və ikiqat pilləkənli bir lobbi, yan hissələrində qonaq otağı, ofis, kitabxana var idi.
Ruşan bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rügen adası
Rügen — Baltik dənizində adadır. Almaniyanın daxilində ən böyük adadır (ümumi ərazi 926 km²). Meklenburq-Ön Pomeraniya federativ vilayətinin tərkibinə daxildir. Əhalisi təxminən 77 min nəfər təşkil edir. == Coğrafiyası == Adanın ümumi forması kifayət qədər əcaibdir, sahillər güclü kəsik-kəsik edilmişdir, onların əyrilikləri bir çox körfəz, körfəz, yarımada və burun yaradır. Rügenin cənub sahili Pomeraniyanın sahilləri boyunca uzanır. Cənubda adanın eni 41 kilometrə çatır, şimaldan cənuba maksimal uzunluğu 52 kilometrdir. Rügenin şimal-şərqində Yasmund (Jasmund) yarımadasında 1990-cı ildə əsası qoyulmuş 3000 hektar sahəsi olan eyni adlı milli park yerləşir. Tabaşirli qayalar Yasmundun ən məşhur simvoludur. Rügenin ən yüksək nöqtəsi — Pikberqdir (161 metr).
Rüstəmbəyovlar (Muğan)
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Rüstəm bəydir. O, Salyan mahalının Marışlı kəndində anasdan olmuşdu. Fətəli xan Qubalıya xidmət etmişdi. Rüstəm bəyin Hüseyn bəy, Rza bəy, Ələkbər bəy adlı oğulları vardı. Hüseyn bəy 1777-ci ildə Salyan mahalının Marışlı kəndində doğulmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Hüseyn bəyin Baba bəy, Əli bəy, Xəlil bəy, Əbdülhüseyn bəy adlı oğlanları vardı.
Suqan silsiləsi
Suqan silsiləsi — Mərkəzi Qafqazda, Kabardin-Balkariya və Şimali Osetiya ərazisində yerləşən dağ silsiləsi. Silsilə Çereka-Balkarriya hövzəninin qərbində, Urux hövzəsinin şərqindədir. Cənubdan isə silsiləni Karasu çayının hövzəsi əhatə edir. Dağ silsiləsinin ümumi uzunluğu 23 km-dir. Baş Qafqaz silsiləsinin şimalında yerləşən Yan silsilənin bir hissəsi hesab olunur. Silsilənin şimal yamacı Kabardin-Balkariya Respublikasının ərazisinə aiddir. Suqan zirvəsi və silsilənin cənub yamacı Şimali Osetiya ərazisinə daxildir. Baş Qafqaz silsiləsi Suqan silsiləsi ilə Ştulinski boyunu ilə birləşir. Bu ərazidən Qeze-Tau Baş Qafqaz silsiləsinə ayrılır. Silsilənin qərbindən şərqinə doğru zirvələrin hündürlüyü öncə qalxır, sonra isə enir:Gülçi-Tau (4447 m), Suqan (4487 m), Sunqabaşı (4481 m), Naxaşbita (4439 m), Suqatı (4300 m).
Səngi Muğan
Muğan Daşı (Səngi Muğan) — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Dilimizdə Səngi Muğan (farsca səngi daş deməkdir, Muğan isə toponimdir. Farsca ada Səngi Müzəffər, rusca Svinoy adlandırılıb. Sahildən 16 km aralıda yerləşir. Ümumi uzunluğu 1,1 km, eni 0,9 km təşkil edir. Ən hündür yeri 21,7 m-dir. Cənub hissəsində Buxta yerləşir. Sahəsi 0.5 km² təşkil edir. == Tarixi == Svinoy (свиной) adının donuzla heç bir əlaqəsi yoxdur. Svinoy yəni günahkar quldurların məskəni.
Muğan mahalı
Muğan mahalı — tarixi-coğrafi və inzibati ərazilərdən biri. == Tarixi == İndiki Sabirabad və Saatlı rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Həsən xan, sonra əmisi oğlu Mustafa bəy olub. Bu tarixi-coğrafi ərazini Petropavlovka dairəsi əvəz etmişdir. 1921-1930-cu illər arası Petropavlovka dairəsi adlandırılmışdır. == Əhalisi == 1821-ci ildə 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı. ==== Muğan mahalı bəylərinin siyahısı (1820-ci il) ==== Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub. ==== Muğan mahalı əhalisinin kəndlər üzrə yerləşməsi ==== Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub. == İqtisadiyyatı == Muğan mahalının sakinləri əkinçilik, maldarlıq və pambıqçılıqla məşğul olurdular. == Hakimlər == Ramazan sultan (?-1727) Əliqulu xan Şahsevən (1727-1734) Məhəmməd xan (1734-?) Səfiqulu xan Qiyas xan (1742-1750) Həsən xan (1750-1789) Mustafa bəy İbrahim xan (1789-1794) Səfi xan Muğanlı (1794-1805) == Mənbə == Дренякин И.Т. Описание Ширвана.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.