Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salami
Salami — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Salami bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,056 nəfər və 1,341 ailədən ibarət idi.
Şami
Şami — Lənkəran mətbəxinə aid yemək. Şami Lənkəran mətbəxinə aid yeməkdir. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda şami-plov adlanan plov var). == Lazım olan ərzaqlar == 18–20 ədəd şami üçün 1 kg sümüksüz, yağsız qoyun əti 2 ədəd orta baş soğan — qabığını soyun, bütöv qalsınlar 2 ədəd yumurta zövqə görə duz zövqə görə istiot təxminən üçdə bir stəkan duru yağ — qızartmaq üçün == Hazırlanma qaydası == Əvvəlcə əti və bütöv soğanları bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə bişirin. Ət tamamilə bişməlidir.
Andromeda ştamı
Andromeda ştamı (ing. The Andromeda Strain; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı. == Mövzusu == ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır. == Filmlər == Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı. 2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir.
Atom saatı
Atom saatı (molekulyar saat, kvant saatı) — zamanın ölçülməsi üçün istifadə edilən elektron cihaz. Bu saat Atom rezonansı əsasında işləyir. Atom saatının 3 milyon il müddətində xətası 1 saniyə ola bilər. Radionaviqasiyada, vaxtın astronomik ölçülməsində və fiziki hesablamalarda tezlik etalonu kimi istifadə olunur. Atomun 1 saniyə içərisindəki fırlanmasına bərabərdir və maksimum soyuq şəraitdə lazer vasitəsilə ölçülür. Hazırda atom qol saatı üzərində çalışırlar. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Günəş saatı
Günəş saatı — Günəşin səmadakı mövqeyinə görə qnomonun kölgəsinin uzunluğunun dəyişməsi və kölgənin siferblat üzərindəki hərəkətinə əsasən vaxtın təyin edilməsinə imkan verən qurğu. Adi günəş saatı dizaynlarında, şaquli şəkildə yerləşdirilmiş çubuğun kölgəsi, üfüqi şəkildə yerləşdirilmiş səthdə günün saatlarını göstərən siferblatın üzərinə düşür. Günəş səmada hərəkət etdikcə saatın üzərindəki çubuğun kölgəsi müxtəlif saat xətləmələri ilə üst-üstə düşərək hərəkət edir. Bu qurğularda çubuq Yerin fırlanma oxuna uyğunlaşdırılmalıdır. Buna görə də bu növ günəş saatının düzgün vaxtı göstərməsi üçün çubuq maqnit şimalını deyil, coğrafi şimalı göstərməlidir. Bundan əlavə, çubuğun üzərində dayandığı üfüqi səthlə yaratdığı bucaq saatın yerləşdiyi coğrafi enliyə bərabər olmalıdır. Ancaq bu iki xüsusiyyətə uyğun olmayan, lakin fərqli prinsiplər çərçivəsində işləyən günəş saatları da qurula bilər. Bu saatları dairənin ortasına çubuq qoyaraq və kompasdan istifadə etməklə (o, şimalı göstərməlidir) kölgənin hər saatın tamamında düşdüyü yeri işarələməklə etmək olar. Amma buludlu günlər və gecə kimi amillər bu tip saatları yararsız hala salır.
Hitler salamı
Hitler salamı (alm. Hitlergruß‎) — Nasist salamlaşması adı ilə də tanınan və Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvləri tərəfindən yaradılmış salamlaşma forması. Hitler salamı verən şəxs Adolf Hitlerə və onun apardığı siyasətə öz bağlılığını ifadə etməkdədir. Hitleri salamı vermək 1933-cü ildə Almaniyada Nasional Sosialist Alman Fəhlə Partiyası hakimiyyətə gələndən sonra Vermaxt əsgərləri və dinc əhali üçün məcburiyyət halına gətirilmişdir. Üçüncü Reyx dönəmi ərzində sözü gedən jest ümumi birlik ifadəsi kimi izah olunurdu. Günümüzdə keçmiş adı ilə Hitler salamı olaraq bilinən Nasist salamı vermək Almaniya və Avstriyada cinayət məsuliyyəti daşıyır. 1923-cü ilin əvvəllərinə qədər Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olan şəxslər öz liderlərini yuxarı istiqamətdə tam şəkildə açılmış qol hərəkəti ilə salamlamaqda idi. Adolf Hitler kütlə qarşısında ona ünvanlanan Hitler salamına sağ əlini qaldırır, dirsəyini yuxarı doğru bükərək cavab verirdi. Çox yaşa Hitler və Hitlerə Salam olsun kimi anlamlara gələn Hitler salamı alman dilində Heil Hitler! olaraq adlandırılmışdır.
Komendant saatı
Komendant saatı — hərbi və ya mühasirə vəziyyəti elan edildikdə müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmağın qadağan edilməsi.
Niyam Salami
Niyam Salami (doğum adıyla: Niyaməddin Salam oğlu Səfərov; d. 15 fevral 1976, Masallı) — Azərbaycan müğənnisi == Həyatı == Səfərov Niyaməddin Salam oğlu 1976-ci il fevral ayının 15-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1982–1992-cü illərdə Masallı rayonu, Ərkivan kənd orta məktəbində təhsil almışdır. 1994–1996-ci illərdə Bakı şəhərində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris almışdır. 2009–2021-ci illərdə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə işbirlikləri olmuş, bəstəkardan vokal dərsləri almış və onun müğənni üçün bəstələdiyi 7 mahnısını ifa etmişdir. === Ailəsi === Atası Səfərov Salam İsmayıl oğlu 1956-cı ildə Masallı rayonundə Ərkivan kəndində anadan olmuşdur. Uzun illər Dəmir yollarında mexanik vəzifəsində çalışmışdır. 2001-ci ildə dünyasını dəyişib. Anası Səfərova Hacıxanım Fərhad qızı Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. Evdar qadın olmuşdur.
Qol saatı
Qol saatı — biləkdə gəzdirilən və vaxtı öyrənmək üçün istifadə edilən cihaz. Qol saatı barədə tarixdə məlum olan ilk qeyd 1571-ci ildə Lester qrafı Robert Dadlinin ingilis kraliçası I Yelizavetaya qiymətli daş-qaşla bəzədilmiş qol saatı hədiyyə etməsidir. İndiyədək gəlib çatan ən qədim qol saatı isə 1806-cı ildə hazırlanan və Jozefina de Boqarneyə hədiyyə edilən saatdır. XX əsrə qədər qol saatlarını yalnız qadınlar istifadə edir, kişilər isə cib saatı işlədirdilər. XIX əsrin sonlarında hərbçilər döyüş şəraitində cib saatından istifadə etməyin çətinliyinə görə saatı biləyə taxmağa başladılar. Lakin yalnız XX əsrin əvvəllərindən başlayaraq qol saatları geniş populyarlıq qazanmağa başladı.
Qum saatı
Qum saatı — vaxtı ölçmək üçün ən sadə cihaz. Əsasən bir-biri ilə nazik boğazla birləşdirilmiş iki qabdan ibarətdir. Qum saatını insanlar qədim zamanlardan istifadə etsələr də, Avropaya bu saat növü orta əsrlərdə gətirilmişdir. Əsasən gəmi səyahətlərində gəminin sürətini ölçmək üçün istifadə edilirdi. Müasir dövrdə istifadə sahəsi daralmışdır. Qum saatı yuxarıdakı qabın içində olan qumun aşağadakı qaba endikdə vaxt zaman bitmişdir deməkdir .
Sistem saati
Su saatı
Su saatı və ya klepsydra (yun. κλεψύδρα — κλέπτειν kleptein, 'oğurlamaq'; ὕδωρ hidor, 'su') — mayenin axın növü və ya daxil olan axın növü ilə zamanın ölçüldüyü saat növüdür. Günəş saatından sonra su saatı yaranıb. Su saatının yaranması isə qədim yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı Ktesibiosun adı ilə bağlıdır. O, bizim eradan əvvəl II əsrdə qədim Misirdə yaşayıb. Su saatı düzəldilənədək insanların istifadə etdiyi günəş saatı ilə vaxtı yalnız gündüzlər ölçmək mümkün olurdu. Amma su saatı icad olunandan sonra vaxtı gecələr də ölçmək mümkün olub. Su saatları ilkin vaxtlarda dibində deşik olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb qurtardıqda vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti onlarda suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi idi.
Vulkan salamı
Vulkan salamı — 1960-cı illərdə yayımlanan televiziya serialı Ulduz Yolunda populyarlaşan əl jestidir. Jest orta və üzük barmağını bir-birindən ayırıb ovuc içini qabağa verib baş barmağı açmaqla yaranır.
Yer saatı
Yer saatı (ing. Earth Hour) — Ümumdünya vəhşi təbiət fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbir. Hər ilin mart ayının axırıncı şənbə günü keçirilir və hər kəsi, dövlət və kommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa keçirməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışır. İlk dəfə bu tədbir (WWF) tərəfindən The Sydney Morning Herald qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. Artıq gələn il dünyada tərəfdarları tapıldı, 2009-cu ildə isə geniş hərəkata çevrildi. WWF-nin məlumatına görə onu hər il 1 milyard əhali keçirir. == Azərbaycanda == Azərbaycan rəsmi olaraq 2011-ci ildən "Yer saatı" kampaniyası qeyd edilir. Elə həmin il keçirilən ilk tədbirdə Bakıda Qız Qalasının ışıqları 1 saat müddətinə söndürülüb. IDEA İctimai Birliyi 2014, 2015, 2017 və 2018-ci illərdə Dünya Vəhşi Təbiət Fondunun (WWF) "Yer saatı" beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir.
Şahmat saatı
Şahmat saatı — şahmat yarışlarında vaxtı ölçən cihaz. == Tarixi == Mançester şahmat klubunun üzvü Tomas Brayt Uilsonun kəşf etdiyi şahmat saatlarından ilk dəfə 1883-cü ildə keçirilmiş beynəlxalq şahmat turnirində istifadə olunmuşdur. Bu, şahmat görüşlərinin daha maraqlı və gərgin mübarizə şəraitində keçməsinə səbəb olmuşdur. Əvvəllər görüşlər saatın nəzarəti olmadan keçirildiyi üçün çox çəkirdi. Bəzi şahmatçılar rəqiblərinin saatlarla fikirləşməsinə tab gətirmirdilər. Hətta ingilis şahmatçısı Staunton həmvətənlisi Vilyamla görüşərkən hesabda irəli çıxsa da (6:2), hər bir gediş üzərində rəqibin saatlarla fikirləşməsinə dözməyərək, matçda təslim olduğunu bildirmişdir. 1851-ci ildə Londonda keçirilmiş birinci beynəlxalq turnirin qaydalarında dəyişikliklər edildi. Belə ki, şahmat stollarının yanında xüsusi nəzarətçilər əyləşərək, görüş zamanı baş verən hadisələri qeydə alırdılar. Bəzən rəqiblər yuxuya getdikləri üçün görüşlər yarımçıq qalırdı. Sonralar Nürnberqdə keçirilmiş beynəlxalq turnirdə çox fikirləşən şahmatçıları cərimə etmək qərara alındı.
Şammi Kapur
Şammi Kapur (21 oktyabr 1930, Bombey, Britaniya Hindistanı – 14 avqust 2011, Mumbay) bir Hindistan aktyoru və rejissorudur. Aktyorluq fəaliyyətinə 1948-ci ildən başlamışdır. Məşhur hind aktyoru Rac Kapurun qardaşı olan sənətçi 14 avqust 2011-ci ildə 79 yaşında Mumbayda böyrək çatışmazlığı səbəbiylə öldü.
Azərbaycan saatı
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Bakı saatı
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Sistem saatı
Sistem saatı (system clock) – 1. Kompüterdə bütün əməliyyatların sinxronlaşdırılması üçün sabit qiymətli takt impulsları ardıcıllığını generasiya edən elektron sxem. Sistem saatı, adətən, saniyədə milyonlarla dövrə ilə hesablanan müəyyən tezliyə malik olur ki, bu da saatın sxeminin içərisində olan kvars kristalı vasitəsilə təmin olunur. Kompüterlərin takt tezliyi (CLOCK RATE), onun ümumi sürətini müəyyənləşdirən başlıca amildir, ancaq kompüterin maksimal sürəti onun başqa qurğularının da həmin tezlikdə işləyə bilməsindən asılıdır. 2. Kompüterdə vaxtın və tarixin hesabını aparan və batareya ilə işləyən sxem. Tut: CLOCK/CALENDAR. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Adnan Sami
Adnan Sami (urdu عدنان سمیع‎); (doğ.15 avqust 1973) — Pakistan müğənnisi. == Həyatı == Adnan Sami 15 avqust 1973-cü ildə London şəhərində doğulub.
Avstriya şamı
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Balkan şamı
Balkan şamı (lat. Pinus peuce) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Balkan yarımadası nın dağ rayonlarında təbii halda bitir, hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir.
Banks şamı
Banks şamı (lat. Pinus banksiana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Şimali Amerikanın şərq şamıdır. Kanadadakı doğma silsiləsi şimal-qərb ərazilərindəki Makkenzi çayından Yeni Şotlandiyadakı Cape Breton adasına qədər qayalı dağların şərqində və ABŞ-nin şimal-mərkəzi və şimal-şərqində Minnesotadan Menə qədər, silsilənin ən cənub hissəsidir. Yalnız şimal-qərb İndiana və şimal-qərb Pensilvaniya daxildir. O, həmçinin boz şam və şam şamı kimi tanınır. Aralığının uzaq qərbində Pinus banksiana yaxın qohumlu şam şamı (Pinus contorta) ilə asanlıqla hibridləşir. Banksiana növ epiteti ingilis botanik Ser Cozef Banksın şərəfinədir. == Təsvir == Pinus banksiana hündürlüyü 9–22 m (30–72 fut) arasında dəyişir. Bəzi çam ağacları zəif böyümə şəraitinə görə kol ölçülüdür.
Dağ şamı
Mərkəzi və Cənubi Avropa dağları, Pireney, Alp və Karpat və Balkan dağlarının dəniz səviyyəsindən 300–2500 m hündürlüyə qədər olan ərazilərdə bitərək meşələr əmələ gətirir, xüsusən də daşlıq yamaclarda bataqlaşmış düzənliklərdə, hündür dağlarda alçaq əyilmiş formaları geniş yayılıb. Hündürlüyü 10 m-ə (bəzən 20 m-ə), enli-piramidal çətiri isə 4–5 m-ə çatan ağac və ya çox gövdəli koldur. Kol və ya torpaqqoruyucu, sürünən formaları vardır. Qabığı tünd-boz, dərin şırımlı, qeyri-bərabərdir. Cavan zoğları əvvəlcə yaşılımtıl, sonra kələ-kötür olub, tünd-qonur rəngli, qısa, çılpaqdır. Tumurcuqları qonur, yumurtavarı, qatranlı, qabıqları isə dişlidir. İynəyarpaqları qalın, cod, möhkəm, qılıncvarı əyilmiş, uzunluğu 3-10 sm, qalınlığı 1,5 mm, parlaq, tünd yaşıl olub, ucu biz, nazik dişlidir, ağacın üzərində 2-5 il qalır. Qınların uzunluğu 11–15 mm-dir. Qozaları konusvarı və ya yumurtavarıdır, bir az qabarıq apofizli, qara haşiyə ilə əhatə olunmuş, uzunluğu 2-6,5 sm, eni 4 sm-ə qədərdir, sarımtıl, tünd-qonur rəngdədir, ağacda oturaq formalı, üfüqi və ya yuxarı qalxandır, tək və ya 2-3 ədədi bir yerdədir. Qozalar üçüncü ilin yazında yetişir və toxum əmələ gətirir.
Dəniz şamı
Dəniz şamı (lat. Pinus pinaster) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Aralıq dənizi nin şərqində və Portuqaliya da yayalmışdır. Ağacın hündürlüyü 30 m-ə qədər, gövdəsinin diametri 40 sm-ə çatır. Gövdəsinin qabığı tünd-qonur rəngli, qalın və qeyri-bərabər çatlıdır. Çətiri yaxşı inkişaf edərək diamteri 6,5 m-ə çatır. Tumurcuqları qırmızı-qonur, qatranlı, uzunsov, yumurtavarı, bizşəkilli, uzunluğu 6-12 mm olmaqla zoğların zirvəsində dəstələrlə yerləşir. İynəyarpaqları göyümtül-yaşıl rəngli, zoğlarda spiral formasında cüt-cüt yerləşir, iynəyarpaq alt tərəfdən hamar, üstdən qabarıq, ucu biz, kənarları xırda dişlidir, uzunluğu 2-8 sm-ə qədərdir. Qozaları 18 sm uzunluqda, yumurtavarı olub, iridir, ağaca xüsusi gözəllik verir. Ağac yaşlandıqca qozaların sayı azalır.