Niyam Salami (doğum adıyla: Niyaməddin Salam oğlu Səfərov; d. 15 fevral 1976, Masallı) — Azərbaycan müğənnisi[1]
Niyam Salami | |
---|---|
azərb. Səfərov Niyaməddin Salam oğlu | |
Ümumi məlumatlar | |
Digər adı | Niyaməddin Səfərov |
Doğum adı | Niyaməddin Salam oğlu Səfərov |
Ləqəbi | Niyam Salami |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, Biznesmen |
Fəaliyyət illəri | 1997 — günümüz |
Janrlar | Estrada musiqisi, Klassik musiqi, Milli folklor, |
Musiqi aləti | Fortepiano |
Səs tembri | Lirik bariton |
Albom şirkəti | MusicYes Azərbaycan |
Əlaqəsi |
|
Təhsili | Azərbaycan Dövlət Rəssamlıq Məktəbi |
Səfərov Niyaməddin Salam oğlu 1976-ci il fevral ayının 15-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1982–1992-cü illərdə Masallı rayonu, Ərkivan kənd orta məktəbində təhsil almışdır.[1] 1994–1996-ci illərdə Bakı şəhərində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris almışdır.[1] 2009–2021-ci illərdə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə işbirlikləri olmuş, bəstəkardan vokal dərsləri almış və onun müğənni üçün bəstələdiyi 7 mahnısını ifa etmişdir.[1]
Atası Səfərov Salam İsmayıl oğlu 1956-cı ildə Masallı rayonundə Ərkivan kəndində anadan olmuşdur. Uzun illər Dəmir yollarında mexanik vəzifəsində çalışmışdır. 2001-ci ildə dünyasını dəyişib.[1] Anası Səfərova Hacıxanım Fərhad qızı Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. Evdar qadın olmuşdur. 2019-cu ildə dünyasını dəyişmişdir.[1]
Subaydır.[2] Övladı yoxdur.[3][4][1]
İlk dəfə professional fəaliyyətini 1997-ci ildə bəstəsi Elşən Allahverdiyevə məxsus "Kim ağlayar görən məni" adlı mahnısını ifa edərək, həmin il də eyniadlı "Kim ağlayar görən məni" albomunu buraxaraq solo karyerasına başlamışdır.[1]
Azərbaycanın tanınmış bəstəkarları ilə birgə fəaliyyət göstərərək, Nailə Mirməmmədli, Fidan Süleymanova, Hacı Nazim, Rəhim Rəhimli, Xanım İsmayılqızı kimi bəstəkarların ona yazılmış yeni mahnılarını ifa etmişdir.[1]
2018-də Türkiyədə Bodrum şəhərində, tanınmış türk sənətçisi Fateh Erkoçun özəl konsertində çıxış etmişdir.[1]
2019-cu ildə Türkiyənin populyar müğənnisi və bəstəkarı Cansevər ilə duetləri və işbirliyi olmuşdur.[5] 2022-ci ildə yeni layihələri də gözlənilir.[1]
Bir çox dövlət tədbirlərində, Heydər Əliyev Sarayında çıxışları olmuşdur.[1]
Azərbaycan Respublikasının Xalq artisti Röya Ayxan, tanınmış müğənnilər Səidə Sultan, Aynur Dadaşova, Mətanət Əsədova, Nurlan Təhməzli, Rüfət Axundov və reper Dado ilə duetləri olmuşdur.[6][7][1]
2002-ci ildə "Subaylıq-sultanlıq", 2005-ci ildə "Ay ürək", 2009-ci ildə "Dön gəl", 2012-ci ildə "Sana haram eller deymiş", 2017-ci ildə "Bir şans ver", 2018-ci ildə "Günahkar", 2019-cu ildə "Çağırma məni", 2021-ci ildə "Anlamı nədir dünyanın" adlı mahnılarını ifa edərək populyarlıq qazanmışdır.[1]
2015[8][9] və 2019-cu illərdə Azərbaycanın ən populyar yarışması olan Maşın Şouda iştirak etmişdir.[10][1]
2021-ci ildə ARB TV-də özünün müəllif və aparıcı oluğu "Salami Şou" teleşousu ilə televiziyada çalışmışdır.[11][12][1]
Hal-hazırda professional solo karyerasını davam etdirir. Biznes sahəsində isə öz adı ilə fəaliyyət göstərən restoranlar şəbəkəsini işlətməkdədir.[13][1]