Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağörən
Ağörən (Dərəçiçək), Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. Ağörən (Konya) — Konya ilinin bir ilçəsi.
Siqaret
Siqaret (fr. cigarette – kiçik siqar) — içərisində xırdalanmış tütün olan kağız silindr. Siqaretlərin əksəriyyəti eyni ölçüdə — uzunluğu 84 mm, diametri 7–8 mm olmaqla hazırlanır və ziyanverici qatranı tutmaq üçün xüsusi filtrə malik olur. Hər biri 20 ədəd olmaqla kiçik qutularda buraxılır. 10–25 və s. sayda xüsusi siqaretlər qutusu da ola bilər. Siqaret kağızının əksəriyyəti kətandan hazırlanır. Onun tərkibinin 20–30%-ni ağardıcı effekt verən kalsium-karbonat təşkil edir. == Tarixi == İlk dəfə siqaretin oxşarı Amerika hinduları tərəfindən düzəldilib. Siqaret Avropada Krım müharibəsindən (1853–1856) sonra yayılmağa başlayıb.
Soket
Soket (ing. Socket) — informasiya əldə etmə və ötürmə imkanı olan şəbəkə birləşməsinin sonlarından birinin modelidir. Tərkibinə görə soket bir çox əməliyyat sistemlərinə daxil edilmiş tətbiqi proqram interfeysidir. Windows-da WinSock adı ilə məlumdur (winsock.pas). Soket üçün İP protokolu üzrə kompyuterlər arasında əlaqədə ünvan və portdan istifadə olunur (soket ünvan və portdan ibarət yuvadır). İnformasiya mübadiləsində iki soketdən istifadə olunur – göndərənin soketi və alanın soketi.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Sovet
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Sürət
Sürət — gedilən yolun zamana nisbətinə bərabər olan kəmiyyətdir. Düsturla ifadəsi isə belədir: v = s t {\displaystyle v={\frac {s}{t}}} Burada s — düzxətli bərabərsürətli hərəkətdə gedilən yol, t — həmin yolu getmək üçün sərf olunan zaman, v — isə sürətdir. Sürət vahidləri 1 s m s a n {\displaystyle 1{\frac {sm}{san}}} (SQS sistemində), 1 m s a n {\displaystyle 1{\frac {m}{san}}} (BS sistemində) -dir. Cismin hərəkət halı təkcə sürətin qiyməti ilə deyil, həm də hərəkətin istiqaməti ilə xarakterizə olunduğundan sürət vektorial kəmiyyətdir.
Sonet
Sonet — lirik janrın bir növüdür. Qərbi Avropa ədəbiyyatında orta əsrlərdə çox işlənən bir şeir növüdür. Adətən, 14 misradan ibarətdir. Şeir iki hissəyə ayrılır. Hər bir hissə özü də 2 bəndin vəhdətindən yaranır, birinci hissədəki bəndlərdən hər biri 4 misradan, ikinci hissədəki bəndlərin hər biri isə 3 misradan ibarət olur. Birinci hissədəki bəndlər katren, ikinci hissədəki bəndlər terset adlanır. İtaliyada Dante, İngiltərədə Şekspir çoxlu sonet yazmışlar. Azərbaycan ədəbiyyatında Səməd Vurğun və Süleyman Rüstəmin yaradıcılığında da sonetlərə təsadüf edilir. == Sonetlər çələngi == sonetlər çələngi — sonetlər silsiləsidir. Bu "çələng" 15 sonetdən ibarət olur.
Sorex
Qonurdiş (lat. Sorex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinə aid heyvan cinsi.
"Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı
"Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 5 dekabr 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medalın rəsmləri A. Kuznetsov tərəfindən çəkilib. == Xarici keçidlər == Медаль "За оборону Советского Заполярья".
"Şöhrət" ordeni
"Şöhrət" ordeni (Azərbaycan) — Azərbaycanın dövlət təltifi
Ağörən (Dərəçiçək)
Ağörən, Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Ağörən kəndi İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda Dəllər çayının sahilində, Zəngi çayının sağ sahilində, Zəncirli dağının ətəyində, Ərzəkənd kəndindən 10 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftər»ində qeyd edilmişdir. Erməni mənbələrində Ağverən kimi qeyd edilir. Əhalisi yalnız azərbaycanlılardan ibarət bu kənddə 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 243 nəfər, 1886-cı ildə 302 nəfər, 1897-ci ildə 307 nəfər, 1908-ci ildə 416 nəfər, 1914-cü ildə 762 nəfər, 1916-cı ildə 390 nəfər yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərafindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 93 nəfər, 1931-ci ildə 129 nəfər azərbaycanlı yaşamışdır. 1926-cı ildə bu kənddə ermənilər yerləşdirilmişdir. 1966-cı ildə azərbaycanlılar bu kənddən zorla Azərbaycana köçürülmüş, kənd ləğv edilərək istirahət zonasına çevrilmişdir.
Ağörən (Konya)
Ağörən — Konya ilinin bir ilçəsi.
Elektron siqaret
Elektron siqaret — tütün məhsulları ilə mübarizə yollarından biri.[mənbə göstərin] Elektron siqaretin xüsusi hazırlanmış tüstüsü var. Bu tüstü siqaret çəkən zaman elektron siqaretdən havadan ibarətdir. Onun tüstü vermə effekti öz xüsusiyyətlərinə görə seçilir. Belə ki, elektron siqaretdə yanma prosesi olmur və bu səbəbdən ziyanverici qazlar buraxmır. Həmçinin, onun tərkibində tənbəki yoxdur. Buna baxmayaraq bəzi ölkələrdə elektron siqaretlər də adi siqaretlərlə eyni tutularaq, onların çəkilməsi də qadağan edilmişdir. == Mədəniyyətdə == Turist filmində baş personaj (Conni Depp) elektron siqaret çəkir, amma sonra normal siqaretlərə keçməyə qərar verir. == Mənbə == Siqaretə yox deyirik!!!
Maqdalena Oqorek
Maqdalena Oqurek (pol. Magdalena Agnieszka Ogórek; d. 23 fevral 1979, Rıbnik, Polşa) — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Polşa prezidentliyinə namizəd (2015). == Elmi fəaliyyəti == Maqdalena Oqurekin əsas işlərindən biri kilsə tarixini araşdırmaqdır.
Parlament (siqaret)
Parlament — Philip Morris tərəfindən satılan siqaret markasıdır. Ən yüksək bazar payına malik ölkələr Səudiyyə Ərəbistanı, Yaponiya, Argentina, İsrail, Qazaxıstan, Türkiyə, Rusiya, Monteneqro, Ukrayna və ABŞ-dır. 1931-ci ildə yaradılmışdır.
Şöhrət Abbasov
Şöhrət Salihoviç Abbasov (özb. Shuhrat Abbosov; 16 yanvar 1931, Kokand – 25 aprel 2018, Daşkənd) — Özbəkistan kinorejissoru, ssenaristi, pedaqoqu. SSRİ xalq artisti (1981). == Həyatı == Şöhrət Salihoviç Abbasov 16 yanvar 1931-ci ildə Özbəkistanın Kokand şəhərində anadan olub.1949-cu ildə Daşkənd tibb texnikumunu bitirib.1954-cü ildə A. N. Ostrovski adına dövlət teatr sənəti institutunu tamamlayıb. 1958-ci ildə "Mosfilm"də ali rejissor kursunu keçib. 1954–1956-cı illərdə Yangiyolda M. Uyğur adına Daşkənd vilayəti musiqili-dram teatrının baş rejissoru vəzifəsində çalışmışdı. 1958-ci ildən 1991-ci ilədək — "Özbəkfilm" kinostudiyasında rejissor, 1982–1986-cı illərdə isə direktor kimi işləmişdi.
Şöhrət Abdulrəhmanov
Şöhrət Böyükbəy oğlu Abdulrəhmanov (14 fevral 1991; Hacıqabul rayonu, Azərbaycan SSR — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şöhrət Abdulrəhmanov 1991-ci il fevralın 14-də Hacıqabul rayonunun Şorbaçı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Şöhrət Abdulrəhmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şöhrət Abdulrəhmanov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Abdulrəhmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Abdulrəhmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şöhrət Cabbarov
Şöhrət Əli oğlu Cabbarov (28 aprel 1995; Ölcələr, İmişli rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şöhrət Cabbarov 28 aprel 1995-ci ildə İmişli rayonunun Ölcələr kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Ölcələr kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Əvvəlcə, müddətli həqiqi hərbi xidmət qulluqçusu olan Şöhrət hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Şöhrət Cabbarov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şöhrət Cabbarov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şöhrət Cəlilov
Şöhrət Cəfər oğlu Cəlilov (11 yanvar 1998, Gəncəli, Xaçmaz rayonu – 24 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şöhrət Cəfər oğlu Cəlilov 11 yanvar 1998-ci ildə Xaçmaz rayonu Gəncəli kəndində anadan olub. == Hərbi xidməti == Şöhrət Cəlilov İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 24 oktyabrda Xocavənd rayonunun Zoğalbulaq və Düdükçü kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şöhrət Həsənov
Şöhrət Usub oğlu Həsənov (d. 23 dekabr 1944, Xocalı rayonu, Azərbaycan SSR, SSRİ – ö. 25 fevral 1992, Xocalı rayonu, Azərbaycan) — "İgidliyə görə" medalı ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Şöhrət Həsənov uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Xocalı soyqırımı baş verən zaman rayon icra hakimiyyəti başçısının birinci müavini olub. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === === Ölümü === O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə son nəfəsinə və son gülləsinədək vuruşdu. Avtomat silahının darağında olan 30 güllənin hamısı artıq qurtarmışdı. O, insanların sağ-salamat çayı keçməsinə kömək edib, sonra isə erməni snayperinə tuş gəlib, iki ayağından vuruldu. Onu işgəncə verərək öldürüblər. Əvvəlcə sağ qolunu və sağ qıçını kəsiblər, sonra sağ gözünü çıxarıblar və bu cür işgəncələri davam etdirərək onu qətlə yetiriblər.
Şöhrət Mikayılov
Şöhrət İkram oğlu Mikayılov (26 fevral 2002; Zərgərli, Qəbələ rayonu, Azərbaycan — 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şöhrət Mikayılov 26 fevral 2002-ci ildə Qəbələ rayonunun Zərgərli kəndində İkram Mikayılovun ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Qəbələ rayon Nic qəsəbə 4 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Şöhrət Mikayılov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Şöhrət Mikayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şöhrət Mikayılov 31 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qəbələ rayonunda dəfn edilmişdir.
Şöhrət Məmmədov
Şöhrət Elçin oğlu Məmmədov (1 iyul 1995, Fərəhli, Qazax rayonu) — Azərbaycan müğənnisi, bəstəkar. == Həyatı və karyerası == 1 iyul 1995-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2001–2009-cu illərdə Fərəhli kəndində Kamran Kərimov adına orta məktəbində təhsil almışdır. 2009-cu ildə Qazax rayonu Səməd Vurğun adına 2 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi akademiyasının 1-ci kursuna daxil olmuş, peşəkar hərb təhsilini aldıqdan sonra 2016-cı ildə həmin akademiyanın məzunu olmuş, leytenant kimi ilkin hərbi rütbə ilə hərbi xidmətinə davam etmişdir. 2018-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi sıralarından ayrılmış və xidmətini dayandırmışdır. Uşaq yaşlarından musiqiyə böyük həvəsi olan müğənni hərbi xidmətindən ayrılandan sonra musiqi karyerasına başlamışdır. İlk mahnısının sözləri və bəstəsi özünə aid olan "Ay Ömrüm" mahnısı olmuşdur və bu mahnı ilə də qısa müddət ərzində populyarlıq qazanmışdır. Bundan sonra da bir neçə hitlər ərsəyə gətirmişdir. Sənətçi "Öpüm Nəfəsindən" adlı mahnısı ilə də geniş səs gətirmişdir.
Şöhrət Qasımov
Şöhrət Şakir oğlu Qasımov (16 avqust 1992; Gədəbəy rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Tibb xidməti rəisi, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şöhrət Qasımov 16 avqust 1992-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. İlk təhsilini 1998-ci ildə Sumqayıt şəhəri 18 saylı tam orta məktəbdə alan Şöhrət 2009-cu ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olmuşdur. === Ailəsi === 2016-cı ildə Türkan Qasımzadə ilə ailə həyatı qurub. Murad və İlayda adlı 2 övladı yadigar qalıb. == Hərbi xidməti == Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlamışdır. 3 ay sonra Tərtər rayonunun ön xətdə yerləşən hərbi hissəsində xidmətini davam etdirmişdir. Hərbi tibb qulluqçusu olmuş və qısa zamanda tibb xidməti baş leytenantı rütbəsinə yüksəlmişdir. 2018-ci ildə Şöhrət Qasımova baş leytenant rütbəsi verilmişdir.
Şöhrət Vəkilov
Şöhrət Musa oğlu Vəkilov (8 may 1957, Qazax) — azərbaycanlı maliyyəçi, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviri, Baş Dövlət Vergi Müfəttişliyinin rəisi (1994-1999), Azərbaycan Respublikası maliyyə nazirinin müavini (1992-1994). == Həyatı == Şöhrət Musa oğlu Vəkilov 8 may 1957-ci ildə Azərbaycan SSR Qazax şəhərində doğulmuşdur. İlk təhsilini Qazax şəhər 4 saylı orta məktəbdə təhsil almışdır. İlk təhsil aldığı 4 saylı məktəb səkkizillik olduğu üçün 9/10-cu sinifləri 1 saylı Qazax orta məktəbində başa vurub. 1974-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsində təhsil alıb. 1978-1980-ci illərdə Rusiya SFSR-də həqiqi-hərbi xidmət keçib. === Ailəsi === Vəkilovlar ailəsinin üzvüdür. == Fəaliyyəti == Ali təhsilini başa vurduqdan sonra Gəncə şəhər Maliyyə İdarəsində inspektor vəzifəsində çalışıb. Hərbi xidmətdən qayıtdıqdan sonra isə Bakıya gələrək Maliyyə Nazirliyində əmək fəaliyyətini davam etdirib. Ardınca Dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı, şöbə müdiri kimi çalışıb.
Nyuport (siqaret)
Nyuport — hazırda R. J. Reynolds Tobacco Company şirkətinə məxsus olan və istehsal olunan Amerikan mentollu siqaret markası. Brend adı əvvəlcə Rhode İsland, Nyuport limanı üçün seçilib. Dünyanın ən çox satılan mentollu siqaret markasıdır.