Şöhrət Musa oğlu Vəkilov (8 may 1957, Qazax) — azərbaycanlı maliyyəçi, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviri,[1] Baş Dövlət Vergi Müfəttişliyinin rəisi (1994-1999),[2] Azərbaycan Respublikası maliyyə nazirinin müavini (1992-1994).[3]
Şöhrət Vəkilov | |
---|---|
Şöhrət Musa oğlu Vəkilov | |
Vəzifədədir | |
- | |
1994 – 1999 | |
1992 – 1994 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 may 1957 (67 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
İxtisası | Maliyyəçi |
Dini | İslam |
Şöhrət Musa oğlu Vəkilov 8 may 1957-ci ildə Azərbaycan SSR Qazax şəhərində doğulmuşdur.[4] İlk təhsilini Qazax şəhər 4 saylı orta məktəbdə təhsil almışdır. İlk təhsil aldığı 4 saylı məktəb səkkizillik olduğu üçün 9/10-cu sinifləri 1 saylı Qazax orta məktəbində başa vurub. 1974-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsində təhsil alıb. 1978-1980-ci illərdə Rusiya SFSR-də həqiqi-hərbi xidmət keçib.
Vəkilovlar ailəsinin üzvüdür.
Ali təhsilini başa vurduqdan sonra Gəncə şəhər Maliyyə İdarəsində inspektor vəzifəsində çalışıb. Hərbi xidmətdən qayıtdıqdan sonra isə Bakıya gələrək Maliyyə Nazirliyində əmək fəaliyyətini davam etdirib. Ardınca Dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı, şöbə müdiri kimi çalışıb.
1992-1994-cü illərdə Azərbaycan Respublikasının maliyyə nazirinin müavini vəzifəsində çalışıb.
1990-1992-ci illərdə Yasamal rayon Vergi İdarəsinin rəisi vəzifəsində çalışıb. 1994-1999-cu illərdə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi vəzifəsində işləyib. Sözügedən vəzifədə olduğu müddətdə vergi qanunvericiliyinə dair bir sıra qanunların hazırlanmasında yaxından iştirak edib.[5]
2000-2016-cı illərdə bank sektorunda çalışıb. Hazırda Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviridir.[1]