Şöhrət Qasımov

Şöhrət Şakir oğlu Qasımov (16 avqust 1992; Gədəbəy rayonu, Azərbaycan29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Tibb xidməti rəisi, İkinci Qarabağ müharibəsinin şəhidi.

Şöhrət Qasımov
Qasımov Şöhrət Şakir oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gədəbəy, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Suqovuşan, Tərtər, Azərbaycan
Dəfn yeri Sumqayıt Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Türkan Qasımzadə
Uşaqları Murad Qasımzadə, İlayda Qasımzadə
Atası Şakir Qasımov
Anası Mehbarə Orucova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2009—2020
Rütbəsi Baş leytenant
Döyüşlər
Təltifləri "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı

Şöhrət Qasımov 16 avqust 1992-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur.[1] İlk təhsilini 1998-ci ildə Sumqayıt şəhəri 18 saylı tam orta məktəbdə alan Şöhrət 2009-cu ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olmuşdur.

2016-cı ildə Türkan Qasımzadə ilə ailə həyatı qurub. Murad və İlayda adlı 2 övladı yadigar qalıb.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlamışdır. 3 ay sonra Tərtər rayonunun ön xətdə yerləşən hərbi hissəsində xidmətini davam etdirmişdir. Hərbi tibb qulluqçusu olmuş və qısa zamanda tibb xidməti baş leytenantı rütbəsinə yüksəlmişdir.

2018-ci ildə Şöhrət Qasımova baş leytenant rütbəsi verilmişdir. Qısa zamanda tibb xidməti rəisi vəzifəsinə təyin olunub. Xidməti dövründə nümunəvi zabit və savadlı həkim kimi hər kəsin rəğbətini qazanmışdır. Hərbi xidməti dövründə bir çox fəxri fərmanlar və təşəkkürnamələr ilə təltif edilmişdir.

Azərbaycan Ordusunun baş leytenantı olan Şöhrət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 29 sentyabrda hərbi həkim baş leytenant Şöhrət Qasımov həlak olmuşdur. Baş leytenant tibb xidməti rəisi Qasımov Şöhrət Şakir oğlu .16.08.1992 ici ildə Gədəbəy rayonunda anadan olub. 1998ci ildə Sumqayıt şəhərində 18 saylı orta məktəbin 1 ci sinifinə daxil olub.2004 cu ildə Cəbrayıl rayonun 5 saylı məktəbində təhsilini davam etdirir.Həmin məktəbi təmsilən keçirilən kimya fənni üzrə respublika olimpiyadasini 3 culukle başa vurur. Əlaçı şagird olduğu üçün dəfələrlə Fəxri fərmanlarala təltif edilir. Müəllimlərinin sevimlisinə çevrilir. Hərbi üslubda çəkilmiş filmlərə baxmağı çox sevirdi. Boş zamanlarında tibbi kitablarla yanaşı detektiv romanları mütaliəyə etməyi çox sevirdi.

2009 ci ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirir. Hərbçi olmaq arzusu idi. Ancaq insanların həyatını xilas etmək də onun arzuları arasında idi. Və o Həmin ili yüksək balla Azərbaycan Tibb Universitetinin Hərbi tibba fakültəsinə qəbul olur. Qrup nümayəndəsi seçilir. Qısa zamanda universitetində də hər kəsin sevimlisinə çevrilir. Şöhretin qrup numaydesi olduğu qrupu müəllimləri 'Generallar qrupu' adlandırırdı. Imtahanlarda yüksək nəticələr əldə edir. Həftə sonları tibbi biliklərini təkmilləşdirilmek üçün praktikakar keçirdi. Savadlı həkim olmağa çalışırdı. Bundan başqa idmanının güləş növünü də çox sevirdi, boş vaxtlarında güləşlə məşğul olurdu.

2015 ci ildə Universiteti müvəffəqiyyətlə bitirib Tibb xidməti leytenanti ali rütbəsini alıb. Həmin ili Müdafiə nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 3 ay sonra Tərtər rayonunun ön xəttində yerləşən hərbi hissəninde xidmət etməyə başlayıb. O tez tez Mübariz İbrahimovun keçib getdiyi postdan onu şəhid olduğu yerlərə baxıb döyüş yoldaşlarina məhz ora Üçrəngli bayrağımızı sancmaği arzu etdiyini deyirdi. Aprel döyüşləri zamanı döyüşlərində iştirak edib. Döyüşlərdən sonra yaradılmış' Həmlə taboru'nun yaradılmasında müstəsna rol oynamış həmin taborun məntəqə rəisi təyin olunur. Taborun keçirdiyi bütün təlimlərdə yaxından iştirak edir, dağ təlimi səhra təlimi və digər çətin relyeflədə bütün tapşırıqları yerinə yetirir. Normativləri xüsusi dərəcələrlə tamamlayır. Komandirləri tərəfindən dəfələrlə Fəxri fərmanlarala təltif olunur. O xidmət dövründə hamının rəğbətini qazanır. O əsgərlərinə hər zaman xüsusi münasibəti ilə seçilirdi. Əsgərlərinin sevimli komandirinə çevrilmişdir. Həm həkim həm də hərbçi kimi iki müqəddəs peşənin də öhdəsindən layiqincə gəlirdi. Hər zaman ön xəttə xidmətə can atan Qasımov 2017 ci ildə SAT ( Su Altı Taaruz) xüsusi təyinatlıların kursuna qatılmaq istəyir lakın səhhətində yaramış problemə görə həkim komissiyasınindan keçə bilmir. Bu hadisə onu daxildən sarsır. Elə həmin ay yenidən Tərtər rayonunun ön xəttə yerləşən N saylı hərbi hissəsində yenidən xidmət etməyə başlayır. 2018 ci ildə baş leytenant hərbi rütbəsi verilib. Həmin ili Azərbaycan ordusunun yaradılması 100 illiyinə həsr olunmuş ' Azərbaycan ordusunun 100 illiyi yubiley medalı' ilə təltif olunub. Qısa zamanda Tibb xidməti rəisi Vəzifəsinə qədər yüksəlir.

2019 cu ildə o ilk xidmət etdiyini Yevlax rayondakı N saylı hərbi hisssinədə yenidən xidmətini davam etdirir. Torpaqlarımızı işğal altında olmağı onu çox narahat edirdi. İyul döyüşləri zamanı o artıq başa düşür ki vaxt gəlib çatıb. Müharibə qaçılmazdır, biz torpaqlarımızı işğaldan azad etməliyik. O şəxsi heyətin mənəvi-psixoloji hazırlığına xüsusi diqqət yetirir. Bütün əsgər zabiti heyətinə hər gün tapşırıq verir ki hamı bir nəfər kimi hazır olmalıdır. Onun bir çıxışı isə bütün şəxsi heyətin yaddaşlarına həkk olunur ' Bu vətən bu torpaq bizimdir. Biz necə doğmalarimizi övladlarımızı sevirik vətəni də elə sevib lazim olan zaman canımız bahasına olsa da onu qorumalıyıq. Bu gün biz torpaqlarımızı işğaldan azad etməliyik ki o gələcək nəsillərə qalmasın. Lazım olsa Şəhid olmalıyıq ki bizim övladlarımız Şəhid olmasın. Bu bizim vicdan borcumuzdur.'

‌Sentyabrın 27 si İkinci Qarabağ müharibəsinə öz şəxsi heyətini aparmağıni onun son dəfəki çıxışını əsgərlərindən biri belə xatırlayır. ' Cənab baş leytenant bizi qürurla sevinc hissi ilə sıraya düzülüb artıq vaxtın çatdığını vətənin müdafiəsinə qalmağın lazım olduğunu söylədi. Hər kəsdə elə bir inanc ruh yüksəkliyi yaratdı ki biz vətən uğrunda ölməyə belə hazır idik. Hamıdan öndə döyüşə yollandı.'

Vətəni sevən vətənpərvər həkiminiz Milli qəhrəman Murad Mirzəyevin şərəfinə oğluna Murad adını qoymuşdur. Həmişə deyirdi ki bu məsələ məhz indi həll olunmalıdır onu gələcək nəsillərə qoymaq olmaz. Son sözü isə belə olur. Mən indi şəhid olmasam sabah oğlum olacaq ona göre də üzərimə düşən hər şeyi edəcəm. Elə də oldu.

Ilk şəhid həkim tibb xidmeti reisi baş leytenant Qasımov Şöhrət 29.09.2020 tarixinde Suqovuşanda şehid oldu. O yüzlərlə yaralı əsgər və zabitlərə yardım göstərir. Yaralı şəhid fərqi olmadan neçə neçə insanları döyüş meydanında çıxarır. Qorxmaz cəsur Həkim Qasımov Neytral ərazilərə qədər gedib çıxır. Yüzlərlə yaralıları döyüş meydanından çıxarır. Həmin günü 3 defe xüsusi tapşırıq yerinə yetirir, sonucu dəfə yaralı təxliyə etməyə gedərək erməni tankı ilə üz üzə gəlir. O qəhrəmancasına döyüşərək şəhid olur. Həmin vaxt zirehli maşında olan 4 nəfəri xilas edir. maşının üstündə olmağına baxmayaraq qaçmır əksinə üzərində olan xidməti silahla sona qədər vuruşur. Hətta düşmənin 2 nəfər canlı qüvvəsini məhv edərək Şəhidlik zirvəsinə ucalır. DNT analizi ile müəyyən olunaraq 09.10.2020 tarixində Sumqayıt şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra Ali baş komandanının sərəncamına ilə Azərbaycan respublikasına sadiqliyine görə vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan respublikasının 3 cü dərəcəli Vətənə xidmətə görə ordeni və Vətən uğrunda medalı, Suqovuşanin azad olması medalı ilə təltif olunub.

Ailəli idi vətənə əmanət 2 övladı var. Oğlu 4, qızı isə 1 yaşındadır.

Ən böyük arzusu oğlu Muradın idmançı olmağı idi. Onun bir gün dünya səviyyəli yarışda bayrağımızı dalgalandirmagini görmək istəyirdi. Ancaq Vətən sevgisinə peşə andına sadiq qalaraq Vətən uğrunda Şəhid oldu.

9 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[3]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. Sitat səhvi: Yanlış <ref> teqi; :SM adlı istinad üçün mətn göstərilməyib
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.