Şöhrət Cəfər oğlu Cəlilov (11 yanvar 1998, Gəncəli, Xaçmaz rayonu – 24 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Şöhrət Cəlilov | |
---|---|
Şöhrət Cəlilov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (22 yaşında) |
Atası | Cəfər Cəlilov |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Əsgər |
Təltifləri |
Şöhrət Cəfər oğlu Cəlilov 11 yanvar 1998-ci ildə Xaçmaz rayonu Gəncəli kəndində anadan olub.
Şöhrət Cəlilov İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 24 oktyabrda Xocavənd rayonunun Zoğalbulaq və Düdükçü kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[1]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.[4]