Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Slovo (bina)
Slovo binası – Xarkovdakı Mədəniyyət küçəsi 9-da yerləşən yaşayış binası. Ötən əsrin 20-ci illərində Xarkovda müxtəlif peşə sahiblərinin nümayəndələri üçün kooperativ yaşayış evləri tikilməsi "bum"u başlamışdır. Həmin dövrdə tikilən bu tipli yaşayış evlərinə "Dərzi", "Həkim", "Qırmızı bankir" adlı binaları göstərmək olar. 1928-ci ildə isə ədəbiyyatşünaslar üçün "Slovo" adlanan yaşayış binası tikilmişdir. Mixail Daşkeviçin layihəsi əsasında tikilən bina modern və konstruktivizm üslubları arasında orta mövqe tutur. Plana əsasən bina simvolik olaraq kiril əlifbasının "C" hərfi (slavyan əlifbasında – "söz" kimi tərcümə edilən "slovo" sözünü bildirir) formasında tikilmişdir. Yalnız 1930-cu ildə binanın sakinləri buraya köçürülmüşdür. Yazıçıların binaya köçdükləri 4 ildən sonra artıq repressiya başlamışdır. Onun ilk "qaranquş"larından biri İvan Baqryanı olmuşdur. 1932-ci ildə həbs edilsə də, sonradan azad buraxılan ədəbiyyatşünas Stalin rejiminin iyrəncliklərinin ətraflı təsvirini özünün "Gefsiman bağı" romanında vermişdir.
Slovo binası
Slovo binası – Xarkovdakı Mədəniyyət küçəsi 9-da yerləşən yaşayış binası. Ötən əsrin 20-ci illərində Xarkovda müxtəlif peşə sahiblərinin nümayəndələri üçün kooperativ yaşayış evləri tikilməsi "bum"u başlamışdır. Həmin dövrdə tikilən bu tipli yaşayış evlərinə "Dərzi", "Həkim", "Qırmızı bankir" adlı binaları göstərmək olar. 1928-ci ildə isə ədəbiyyatşünaslar üçün "Slovo" adlanan yaşayış binası tikilmişdir. Mixail Daşkeviçin layihəsi əsasında tikilən bina modern və konstruktivizm üslubları arasında orta mövqe tutur. Plana əsasən bina simvolik olaraq kiril əlifbasının "C" hərfi (slavyan əlifbasında – "söz" kimi tərcümə edilən "slovo" sözünü bildirir) formasında tikilmişdir. Yalnız 1930-cu ildə binanın sakinləri buraya köçürülmüşdür. Yazıçıların binaya köçdükləri 4 ildən sonra artıq repressiya başlamışdır. Onun ilk "qaranquş"larından biri İvan Baqryanı olmuşdur. 1932-ci ildə həbs edilsə də, sonradan azad buraxılan ədəbiyyatşünas Stalin rejiminin iyrəncliklərinin ətraflı təsvirini özünün "Gefsiman bağı" romanında vermişdir.
Slovo Evi
Slovo Evi ukr. Будинок «Слово» — 2017-ci ildən Ukrayna tammetrajlı sənədli filmi, rejissoru Taras Tomenko. Filmin Ukrayna premyerası 27 oktyabr 2017-ci ildə Xarkovda baş tutdu. 2017-ci ildə film Varşava Beynəlxalq Film Festivalının rəsmi müsabiqə proqramında iştirak etmişdir. 2018-ci ildə film "Ən yaxşı sənədli film" nominasiyasında Ukraynanın "Qızıl top" milli kino mükafatını aldı. == Süjeti == 1920-ci illərin sonunda o vaxtkı Ukrayna SSR-in paytaxtı Xarkovda Stalinin xəbəri ilə Ukrayna yazıçıları və ittifaq respublikasının digər mədəniyyət xadimləri üçün ev tikilirdi. Bina Xarkov şəhər memarı Mixail Daşkeviç tərəfindən layihələndirilib. Burada sakinlərin rahatlığı üçün hər şey nəzərdə tutulub: geniş, işıqlı otaqlar, hündür tavanlar, böyük pəncərələr. Sakinlərin istirahəti üçün yaxınlıqda park salınıb. Altmış dörd rahat mənzil, yeməkxana, solaryum, xidmət personalı ədəbiyyat yaradıcıları üçün əsl cənnətdir.
Slavsk
Slavsk (rus. Славск) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Alonso Uilyam
Alonso Uilyam (ing. William Alonso, 29 yanvar 1933, Buenos-Ayres – 11 fevral 1999, Boston) — amerikalı iqtisadçı, Alonso modelinin müəllifi. == Həyatı == Buenos-Ayresdə anadan olub.1946-cı ildə Peron rejimi dövründə atası Harvarda təyin edilmiş aparıcı ispan filoloqu Amada Alonso ilə birlikdə ABŞ-yə köçüb. 1954-cü ildə Harvardda memarlıq üzrə bakalavr,1956-cı ildə Harvard Dövlət İdarəçilik İnstitutunda şəhərsalma üzrə magistr dərəcəsi,1960-cı ildə Pensilvaniya Universitetində region şunaslıq üzrə doktorluq dərəcəsi almışdır.1960–1961-ci illərdə Alonso İndoneziyanın Bandunq Texnologiya İnstitutunda regional və şəhərsalma kafedrasında müəllim və direktor kimi çalışıb. 1962-ci ildə Venesuela Mərkəzi Universitetində qonaq mühazirəçi kimi çalışmışdır. 1963–1965-ci illərdə Harvard Universitetində Şəhər Araşdırmaları Mərkəzinin direktoru olub. Alonso həmçinin Yale, Kaliforniya, Berkli və Stanford Universitetlərində çalışıb. 1964-cü ildə o, "Məkan və torpaqdan istifadə" kitabını nəşr etdi və burada şəhər mühitində torpaq rentasının formalaşmasına, modelləşdirilmiş yanaşmanı müəyyən etdi. Onun modeli şəhər iqtisadiyyatının sütunlarından birinə çevrildi. 1976-cı ildə Harvard Universitetində Əhali Araşdırmaları Mərkəzinin direktoru oldu.
Antonio Saloso
Antonio Saloso (4 sentyabr 1940) — Filippinli keçmiş üzgüçü. Antonio Saloso Filippini 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Antonio Saloso birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:53.3 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Daniella Alonso
Daniella Alonso (22 sentyabr 1978, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası və keçmiş fotomodeli. Əsasən qorxu filmləri "The Hills Have Eyes 2" və "Wrong Turn 2: Dead End" ilə tanınır.
Fernando Alonso
Fernando Alonso (29 iyul 1981[…], Ovyedo[d]) — İspaniyalı Formula 1 pilotu. == Bioqrafiya == Fernando Alonso 1981-ci il iyulun 29-da İspaniyanın şimalındakı Ovyedo şəhərində anadan olub. Onun atası Xose Luis yaşadıqları Ovyedo şəhəri yaxınlığındakı partlayıcı maddələrin hazırlandığı zavodda mexanik, anası ilə univermağın əməkdaş olub. Fernandonun Lorena adlı özündən böyük bacısı var. Həvəskar kartinq yarışçısı olan atası bu marağının övladlarına da keçməsini istəyir və səkkiz yaşlı Lorena üçün kart düzəldir. Lakin Lorena üç yaşlı Fernandondan fərqli olaraq, buna maraq göstərmir. Fernando aldığı təhsili də avtoidmana görə yarımçıq qoyur. Fernando 2006-cı ildə Rakel del Rosario ilə ailə qurur. Onlar 2011-ci ildə ayrılırlar. Sonra rus Daşa Kapustina ilə münasibəti olan Fernando ondan da ayrılır və həmerlisi Lara Alvarezlə görünürdü.
Laura Alonso
Laura Alonso Padin, (2.1.1976, Qalisiya, İspaniya) — opera müğənnisi (soprano).
Siloso (fort)
Siloso fortu (çin. - 西乐索炮台) — Sinqapurun Sentosa adasında olan müdafiə istehkamı. Bu istehkam ərazidə vaxtilə mövcud olmuş on iki sahil müdafiə qurğularından yeganəsidir. Digərləri tədricə dağılaraq məhf olmuşlar. == Ümumi məlumat == Adanın qərb hissəsində Siloso fortu yerləşir. Bu istehkamdan daha çox İkinci dünya müharibəsi zamanı Sinqapura qərbdən edilən müdaxiləyə cavab vermək məqsədi ilə istifadə edilib. Fort 1880-ci ildə Britaniya ordusu tərəfindən qurulub və Keppel boğazına çıxışı qorumaq məqsədi daşıyıb. Sonralar istekam yenidən qurulmuş və 1939-cu ildə 150 millimetirlik Mark2 və on iki funtluq sürrətli sillalarla təmin olunmuş. Müasir dövrdə Siloso fortu İkinci dünya müharibəsindən qalmış yeganə istehkam qurğusudur. Fortda olan bütün bunkerlər, anbarlar, tunellər hal-hazırda turustlər üçün açıqdır.
Slavko Kaleziç
Slavko Kaleziç (mont. Slavko Kalezić; d. 24 mart 1989, Podqoritsa, Monteneqro) — Monteneqro müğənnisi və aktyoru. O, "Space" mahnısı ilə Monteneqronu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Slavko Kaleziç 4 oktyabr 1985-ci ildə Monteneqronun paytaxtı Podqoritsa şəhərində anadan olmuşdur. O Monteneqronun Çetinye şəhərində yerləşən İncəsənət Akademiyasında təhsil almışdır. Daha sonra Slavko Monteneqro milli teatrında ansambla üzv seçilmişdir. Slavko müxtəlif teatr və filmlərdə bir çox obrazlar canlandırmışdır. O eyni zamanda Madrid, Tel-Əviv, Stokholm, London və s. şəhərlərdə keçirilən paradlarda çıxış etmişdir.
Slavko Kolar
Slavko Kolar (xorv. Slavko Kolar; d. 1 dekabr 1891 – ö.15 sentyabr 1963) — Xorvat yazıçı. == Həyatı == Gələcək yazıçının atası müəllim idi. Uşaqlığı Çazma şəhərində valideynləri ilə keçirib. Pojeqa və Zaqreb gimnaziyalarında təhsil alıb. Krijevtsidə kənd təsərrüfatı üzrə təhsil alıb. Birinci Dünya Müharibəsindən sonra öz təhsilini Fransada davam etdirib. Vətənə qayıtdıqdan sonra Krijevtsi, Çazma, Qorni Xruşevets, Petrinya, Slavonski Brod, Pojeqa və Bojyakovinada aqronom işləyib. == Yaradıcılığı == Slavko Kolar Xorvatiya ədəbiyyatında realizm cərəyanının təmsilçilərindən idi.
Slovak Telekom
Slovak Telekom (keçmişdə Slovenské telekomunikácie və Slovak Telecom olaraq adlandırılmışdır, sabit xətt məhsullarında istifadə edən marka, 2006-cı ilin Mart ayından 2012-ci ilin Yanvar ayına qədər T-Com olmuşdur. 2012-ci ilə gəlindiyində mobil məhsullar və sabit xətt məhsullarında ancaq bir marka mövcuddur: Telekom) — Slovakiya'da fəaliyyət göstərən ən böyük telekommunikasiya şirkətidir. == Sahiblik == 2015-ci ildə Slovakiya Respublikası, olan payını (49%) Deutsche Telekom-a olan payını satmışdır. İndi tamamilə Deutsche Telekom-a aiddir. == Üfüqdəki Slovak Telekom Satışı == Slovak hökuməti Slovak Telekom'da bir azlıq hissəsinin satışı üçün bir addım daha atmışdır. 2015-ci ilin Aprel ayında dövlət varlığının birjanı ehtiva edəcək şəkildə satılması üçün vasitələri genişlədən özəlləşdirmə üçün, qanununda ediləcək bir dəyişikliyi təsdiqlədi. 2015-ci ilin May ayında Deutsche Telekom, Slovakiya hökumətinin 49% hissəsinin hamısının 900 Milyon €-a alacağını açıqlamışdır. == Ölkə Səviyyəsində 4G/LTE Şəbəkəsi Başladıldı == Slovak Telekom, 2013-ci ildə ilk Slovak operatoru olan Slovakiyanın beş şəhərində 4G/LTE şəbəkəsini başlatmışdır. Şəbəkə 1800 MHz'də işləyir və 73Mbit/saniyə endirmə və 23Mbit/saniyə yükləmə maksimum nəzəri sürəti təqdim edir. Dövrə Açarlı Geri Dönüş (DAGD), səsli zənglərin və qısa ismarıcların, 2G/3G dövrə açarlı şəbəkə istifadəsi ilə LTE qurğularına göndərilməsini təmin edir.
Slovak dili
Slovak dili (/ˈsloʊvæk, -vɑːk/ /ˈsloʊvæk, -vɑːk/ ) və ya alternativ olaraq Slovakca, Çex – Slovak qrupunun Qərbi Slavyan dilidir.Təxminən 5 milyon insanın ana dili kimi danışdığı, Slovakiyanın rəsmi dili və Avropa Birliyinin 24 rəsmi dilindən biri olaraq xidmət edir.
Sloven dili
Sloven dili (slovenščina) - slavyan dillərinə aid olan dildir. Dünya miqyasında analoqu olmayan ən zəngin dildir; Slovyan dilinin 800.000 hissədən ibarət qrmmatikası və hər hıssənin də 970.000 dilçilik qaydası vardır.
Xabi Alonso
Xabier Alonso Olano (25 noyabr 1981[…]) — ispan futbolçu. Xabi Alonso karyerasına doğulduğu Xipuskoa vilayətinin paytaxtı San-Sebastyanın futbol klubu olan Real Sosyedadın əsas komandasında başladı. SD Eibarda icarə əsasında qısa müddət oynadıqdan sonra o, keçmiş klubu Real Sosyedadın baş məşqçisi Con Toşakın təşəbbüsü ilə bu kluba kapitan olaraq geri döndü. Xabi Alonso 2002–2003 mövsümündə Real Sosyedadın La Liqanı ikinci yerdə başa vurmasında əvəzedilməz rolu oldu. O avqust 2004-cü ildə 10,5 milyon funt sterlinqlik müqavilə əsasında Liverpula transfer edildi. O, Liverpuldakı ilk mövsümündə UEFA Çempionlar Liqasının finalında həlledici qol vurdu və UEFA Çempionlar Liqasını qazandı. Sonrakı mövsüm o, FA Kuboku və FA Community Shield kubokunu qazandı. O, 2009–2010 mövsümünün başlanğıcında 30 milyon funt sterlinq-ə yaxın dəyəri olan müqavilə əsasında Real Madridə transfer edilib. O,2003-cü ilin aprelində keçirilmiş İspaniyanın Ekvadora 4–0 qalib gəldiyi oyunda milli yığmada ilk oyununu keçirdi. İspaniya milli futbol komandasında oynadığı müddət ərzində o, Avro 2008, Avro 2012 və 2010 Dünya Kubokunu qazanmaqla yanaşı Avro 2004 və 2006 Dünya Kubokunda ölkəsini təmsil etmişdir.
Slavko Brezovski
Slavko Brezovski — Müasir memarlıq istiqamətində işləri ilə tanınan Yuqoslaviya və Makedoniya memarı. == Bioqrafiya == Yuqoslaviya krallığının Vardar banovinasının qərbində anadan olub. O, müəllimi Milan Zlokoviç olduğu Belqrad Ali Texniki Məktəbinin memarlıq fakültəsinə daxil olub. 1950-ci ildə diplomunu alıb Skopyeyə qayıtdıqdan sonra 10 ilə yaxın işlədiyi "Projectant" layihə təşkilatında işə düzəlir. Daha sonra “Pelagonia Project” və “Macedonia Project” təşkilatlarında çalışır. Elmi və Texniki Əməkdaşlıq İnstitutunun eksperti kimi onlar Tripoliyə gedirlər və orada Liviya Mənzil Təsərrüfatı Nazirliyinin tapşırıqlarını yerinə yetirirlər. Liviyadan qayıtdıqdan sonra 1960-1962-ci illərdə Skopye Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışıb. O, Braziliyaya ezamiyyətdə olarkən müəllimlik fəaliyyətini yarımçıq qoyub. 1969-cu ildən yenidən memarlıq fakültəsinin ictimai binaların layihələndirilməsi kafedrasında dərs demişdir. Buradaca professor elmi adını almışdır.
Pedro Alonso
Pedro Alonso (tam adıyla: Pedro Qonzales Alonso; d. 21 iyun 1971, Viqo, Qalisiya) — İspaniya aktyoru, yazıçısı və rəssamı. Əsasən La casa de papel və onun spin-off seriyası Berlin seriallarındakı Andres de "Berlin" Fonollosa və Gran Hotel tarixi dram serialındakı Dieqo Murquia rolları ilə tanınır. == Erkən həyatı == Pedro Qonzales Alonso İspaniyanın Viqo şəhərində doğulub. Madriddəki Kraliyyət Dramatik Sənətlər Kollecindən(es) 1992-ci ildə məzun oldu və Rəqs Teatrını bitirdi. O, həmçinin yazıçı və rəssamdır. Əsərlərini Pedro Alonso O'choro adı ilə nəşr etdirir. == Karyerası == Alonso Rías Baixas (2003–2005), Maridos e mulleres (2006–2008), Padre Casares (2008–2015) və Gondar (2009) televiziya performansları ilə Qalisiyada yerli səviyyədə və milli miqyasda tanınır. Tarixi dram serialı Gran Hotel-dəki rolu Dieqo Murquia / Adrián Vera Celande kimi. 2017-ci ildə Antena 3-də(es) 1 sezon yayımlanan, ardından Netflixə keçən cinayət dram serialı La casa de papel-də Andrés "Berlin" de Fonollosa rolunu canlandırdı.
Şlomo Avineri
Şlomo Avineri (30 avqust 1933 – 1 dekabr 2023, İsrail) yəhudi əsilli politoloqdur. Hazırda Siyasi elmlər üzrə Yerusəlimdə Yəhudi Universitetinin professoru. O həmçinin Budapeştdə Mərkəzi Avropa Universitetində də dərs deyirdi.
Markos İmas Alonso
Markos İmas Alonso, Markitos ləqəbi ilə də tanınır (isp. Marcos Alonso Imaz; 16 aprel 1933, Santander – 6 mart 2012, Santander) — müdafiəçi mövqeyində oynamış İspaniya oyunçusu. O, daha çox "Real Madrid"in beş Çempionlar Kubokunu udan heyətindəki çıxışı ilə tanınır. == Klub karyerası == Markitos Kantabriya bölgəsinin Santander şəhərində anadan olmuşdur. Karyerası boyunca o, yerli Rasinq Santander, Real Madrid, Erkules, Real Mursiya, Kalvo Sotelo və Toluko Santander klublarında çıxış etmişdir. Merinqlər ilə o, 6 La Liqa və 5 Çempionlar Kubokunu qazanmışdır; sonuncunun 1955/1956 mövsümündə o, "Reyms" klubunun qapısına nadir qollarından birini vurmaqla hesabı 3–3 bərabərləşdirdi, oyun isə 4–3 hesablı qələbə ilə bitdi. == Milli komanda karyerası == 1955-ci ildən 1960-cı ilə qədər İspaniya milli futbol komandasının heyətində 2 yoldaşlıq oyununda iştirak etmişdir. == Şəxsi həyatı və vəfatı == Markitosun oğlu Markos Alonso Penya da futbolçu və məşqçi olmuşdur. Onun karyerası ərzində çıxış etdiyi klublar arasında "Barselona" və "Atletiko Madrid" var, o, həmçinin İspaniya millisinin üzvü olmuşdur. Markitosun nəvəsi Markos Alonso Mendosa da Real Madrid və İspaniyanın heyətlərində oynamışdır, bundan başqa o, xüsusən "Bolton Uonderers" və "Çelsi"nin şərəfini qoruyaraq İngiltərədə uzun müddət keçirir.
Slovak Sovet Respublikası
Slovak Sovet Respublikası, (slovak. Slovenská republika rád, mac. Szlovák Tanácsköztársaság, ukr. Словацька Радянська Республіка) Rusiya və Macarıstandan sonra elan edilən üçüncü kommunist dövlətdir. Dövlətin paytaxtı Prešov şəhəri olmuşdur. Dövləti yaradan Çexoslovak jurnalist Antonín Janousek olmuşdur. Slovakiyanın müttəfiqləri Macarıstan Sovet Respublikası ilə Ukrayna Sovet Sosialist Respublikası olmuşdur. Yaradılmış bu dövlət çox uzun bir ömür yaşaya bilməmişdir. 16 iyun 1919-cu ildə yaradılmış və 7 iyul 1919-cu ildə süquta uğramışdır. Macarıstan Qırmızı Ordusu çexləri məğlub edə bilməmiş və bu ərazi Çex ordusunun əlinə keçmişdir.
Slovan Bratislava FK
Slovan Bratislava FK — Slovakiyanın futbol klubu.
Slovan Liberets FK
Slovan Liberets FK - Çex Respublikasında futbol komanda.
Şərqi Slovak Muzeyi
Şərqi Slovak Muzeyi (slovak. Východoslovenské múzeum) — Slovakiyanın Koşitse şəhərində yerləşən və Slovakiyanın ən qədim muzeylərindən biridir. Muzey 1872-ci ildə təsis olunmuşdur. Yeni renessans dövrü tikilisi olan bina 20-ci əsrin əvvəlində ucaldılmışdır. Bu muzey Koşitse şəhərində öz ehtiyaclarını ödəyə bilən ilk bina idi. Binanın fasadında Persey və Vulkan heykəltəraşlıq nümunələrini görmək olar. Muzey 1741-ci ildə inşa edilən və daha sonra dağıdılmış taxta kilsənin üzərində tikilmişdir.
Soşo FK
"Soşo" Futbol Klubu (fr. Football Club Sochaux-Montbéliard, Fransızca tələffüz: [soʃo mɔ̃beljaʁ], FCSM və ya sadəcə Soşo olaraq da bilinir) — Fransanın Monbelyar şəhərini təmsil edən, Liqa 1-də oynayan və 1928-ci ildə qurulmuş olan peşəkar futbol klubu. Ev stadionu tutumu 20,000 nəfər olan Oqyust Bonal stadionudur. Klubun hal-hazırkı baş məqşçisi Piter Zidlerdir. == Heyəti == 3 sentaybr 2017 tarixində yenilənib == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Soşo-Monpelyar FK ilə əlaqəli mediafayllar var.