Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Snop fəvvarəsi
Snop fəvvarəsi (rus. Фонтан Сноп) — «Peterhof» saray-park kompleksinin Monplezir bağında yerləşən mərkəzi fəvvarələrindən biridir. == Tarixi == Snop fəvvarəsi I Pyotrun əmri ilə Peterhofda tikilmiş ilk fəvvarələrdən biri sayılır. O 1722-1723-cü illərdə Nikolo Mikettinin və fəvvarə ustası Sualemin rəhbərliyi altında tikilmişdir. Fəvvarə kompozisiyasının mərkəzində - hündür, tuf materiaından hazırlanmış tumba yerləşir. Onun içərisindən yüksək təzyiqlə su şırıntısı ətrafa yayılır. Ondan aşağıda su şırıntıları üçün dairəvi formada daha 24 kiçik dəlik yerləşir.
Sinop
Sinop — Türkiyənin Sinop ilinin inzibati mərkəzi.
Svop
Svop (ing. swap - dəyişmə, mübadilə) — mübadilə əməliyyatıdır ki, qiymətli kağızların, valyutanın və s. alışı (satqısı) haqqında sövdələşmənin bağlanması eyni və ya digər şərtlərlə müəyyən vaxtdan sonra onların əks satışı (alışı) haqqında sövdənin bağlanması ilə müşayiət olunur. == Svoplar haqqında saziş == Hecirləmə məqsədilə bağlanılan öhdəliklərin və ya aktivlərin mübadiləsi haqqında saziş svoplar haqqında saziş. Bir qayda olaraq, svoplar haqqında saziş bankla və onun müştəriləri arasında bağlanır. Valyuta və faiz svopları, eləcə də onların kombinasiyası (valyuta, faiz svopu) haqqında sazişlər daha çox yayılmışdır. Valyuta svopu haqqında sazişə görə, bank hər hansı valyutada borca xidmət göstərmənin dəyərinin bank tərəfindən ödənilməsi əvəzinə, müştərinin borcuna görə bütün gələcək tədiyələrin milli valyutada həyata keçirilməsini öhdəsinə götürür. Valyuta svopları haqqında ilk sazişlər Böyük Britaniyada bağlanmışdır. Bir çox illər ərzində Britaniya hökuməti xarici investisiya qoyulması üçün bu ölkənin firmaları tərəfindən xarici valyutanın alınmasını məhdudlaşdırmışdı. Bu məhdudiyyətlər bir çox firmaları kompensasiya kreditləri haqqında sazişin bağlanmasına sövq etdi.
Şnox
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. == Toponim == Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
Sop
Sop (Zop) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sop (azərb. Zop‎; rus. Цопи) kəndi Gürcüstanin Marneuli rayonunun (Borçalı bölgəsinin) cənub-şərqində Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Kənddə təxminən 180-200 ev mövcuddur. Etnik tərkibi 70% azərbaycanlılar, 30% yaxın ermənilər, yunanlılar və s. ibarətdir. Kənddə cəmi bir 8 illik ümumtəhsil orta məktəbi var ki, burada da Azərbaycan və erməni dillərində təhsil tədris olunur (etnik Azəri və erməni kənd sakinlərindən asılı olaraq). Məhz buna görə də kəndin ümumi quruluşu şərqdə Təpə məhləsi (etnik Azərilər), qərbdə O Toy (etnik ermənilər), orta hissədə isə ikimərtəbəli bina evləri (Baraklar) yerləşir ki, burada da qarışıq yaşayırlar. Kənddə tapılan arxioloji tapıntılara görə, Sop kəndi Gürcüstandakı ən qədim yaşayış məskəni kimi təsdiqlənib.
Con Snou
Con Snou (ing. Jon Snow) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Con Snounun baxış bucağından verilir. The New York Times Con Snounu yazıçının "ən yaxşı tapıntılarından" və ən məşhur xarakterlərindən biri adlandırıb. Con "Taxtların oyunu" serialında baş personajdır və serialın 2015-ci ildə yayımlanan 5-ci sezon finalında Conun öldürülməsi izləyicilər arasında böyük reaksiyaya səbəb olub. Conun ata və anasının kimiliyi həm kitabların, həm serialın izləyiciləri arasında məşhur müzakirə mövzusudur. Con Snou "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın qeyri-qanunu oğlu olaraq təqdim edilir. Qeyri-qanunu oğul olması Con Snounun gələcək planlarını məhdudlaşdırır.
Faizli svop
Sinop döyüşü
Sinop döyüşü – 1853 noyabrın 18-də vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rusiya Qara Dəniz Donanması tərəfindən türk eskadrasının məğlub edilməsi. Döyüş Türkiyənin Qara dəniz sahilindəki Sinop şəhərinin limanında (Sevastopoldan təqribən 300 km) baş vermişdir. Türk eskadrosı bir neçə saat ərzində məğlub edilmişdir. Bu, tarixə yelkənli donanmaların son böyük döyüşü kimi düşmuşdür. Rus donanmasının bu yürüşü ingilis mətbuatında son dərəcə mənfi reaksiyalara səbəb oldu və "Sinop qırğını" ("Massacre of Sinope") adlandırıldı. Bu döyüş Böyük Britaniya və Fransanın Osmanlı İmperiyası tərəfində (1854-cü ilin martında) müharibəyə girməsi üçün bir səbəb oldu. Sinop burnundakı türk eskadrası üzərində vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rus hərbi-donanmasının qələbəsi günü — 1 dekabr "Rusiyanın Hərbi Şöhrət Günü" kimi qeyd olunur. == Döyüşün gedişi == Vitse-admiral P. S. Naximov (84 toplu döyüş gəmisi "İmperatrisa Mariya", "Çesma" və "Rostislav") dəniz naziri knyaz Menşikov tərəfindən Anadolu sahillərinə göndərilmişdi. Buna səbəb Sinopdakı türk hərbi-dəniz qüvvələrinin Suxum və Potiyə desant çıxarmaq niyyətində olması haqqında məlumatların daxil olması idi. Noyabrın 11-də (yeni təqvimlə noyabrın 23-də) Sinopa yaxınlaşan Naximov, 6 sahil batareyasının qorunması altında buxtada türk gəmilərinin bir dəstəsini aşkar etdi.
Sinop ili
Sinop ili — Türkiyədə il. == Coğrafiya == Sinop Qara dənizin sahilində, şimala doğru uzanan Boztəpə burnu və yarımadası üzərində yerləşir. İlin sahəsi 5862 km2 olub Türkiyə ərazisinin 0.8 %-ni əhatə edir. Qərbində Kastamonu, cənubunda Çorum, cənub-şərqində Samsun illəri, şimalında Qara dəniz yerləşir. 475 km uzunluğundakı sərhədlərinin 300 km-i quru, 175 km-i isə dəniz sahilidir. Dağlar dənizə paralel olaraq yerləşmiş olub şimal-qərbdə uzanan dağlar Mərkəz ilçələrə 9–10 km yaxlaşdıqca alçalır və sahil ovalıqlar əmələ gətirir. Ən yüksək təpələr Ayancıkda Çanqal (1.605 m) və Boyabatda Dranazdır (1.345 m) Boyabat-Durağan bölgəsindəki Qızılirmaq vadisi istisna olmaqla əhəmiyyətli vadisi yoxdur. Sinop və Boyabat ən əhəmiyyətli düzənliklərdir. Ən əhəmiyyətli çaylarından Göyirmaq Boyabat ovalığını sulayıb Qızılirmaqla birləşir. Çatalzeytun, Ayancık, Qarasu, Qanlıçay (Güzəlcəçay) və Kabalı çayları Qara dənizə tökülür.
Sinop qalası
Sinop qalası — Sinop şəhərinin yerləşdiyi yarımadada tarixi bir qaladır. Qala e.ə. VII əsrdə şəhəri qorumaq məqsədilə yaradılıb. Roma, Bizans və Anadolu Səlcuqluları dövründə bir neçə dəfə bərpa olunubdur. Günümüzdə hələ də tarixi xüsusiyyətini qoruyan qalanın divarları 2.050 metr uzunluğu, 25 metr hündürlüyü, 3 metr enindədir. İki əsas giriş qapısı vardır. Qala divarı bütün şəhəri əhatə edir. Bu qala şəhərin tarixi əsərləri arasında ən önəmli əsərlərindən hesab olunur. Sinopun Yalı və Kefevi məhəlləlrini əhatə edən, xarici və daxili limanları arasında yerləşən qalanın nə vaxt inşa edildiyi məlum deyil. Bəzi mənbələr qalanın tikintisini Hetlərə qədər getdiyini bildirirlərsə də bu öz təsdiqini tapmamışdır.
Snoop Dogg
Snoop Dogg (ing. Calvin Cordozar Broadus Jr.; 20 oktyabr 1971[…], Lonq-Biç, Kaliforniya) — amerikalı repçi, aktyor. 1992-ci ildə Dr. Dre ilə çoxsaylı əsərlərə imza ataraq məşhurlaşıb. Snoop Dogg ABŞ-də 23 milyondan çox, dünya üzrə isə 35 milyondan çox albom satmağa müvəffəq olmuşdur. O, "Amerika Musiqi" mükafatı və "Praymtaym Emmi" mükafatı laureatıdır, 17 dəfə "Qremmi" mükafatına namizəd olmuşdur. "Doggystyle" Snoop Dogg-un 1993-cü ildə buraxdığı ilk solo albomu olmuşdur. Albomun prodüserliyini əfsanəvi Dr. Dre etmişdir. Death Row Records tərəfindən buraxılan bu albom Snoop Dogg-a böyük uğur qazandırmışdır.
Snou adası
Snou adası (ing. Snow Island) — Cənubi Şetland adaları qrupuna daxil olan ada. Livinqston adasından 6 cənub-qərdə yerləşir. Aralarında Morton boğazı yerləşir. Antarktidadan 140 km aralıda qərarlaşır. Adanın sahəsi 120,4 km² təşkil edir. Adanın uzunluğu 16 km, eni isə 8 km-dir. Maksimal hündürlüyü 210 m, sahil xəttinin uzunluğu isə 58 km təşkil edir. Ada bütünlüklə buzla örtülü olur. == İstinadlar == == Mənbə == Южни Шетланди: Островите.
Snou boğazı
Snou boğazı (rus. Cноу (Пролив)) — Sakit okeanına daxil olan Cirpoy adasını Qara qardaşlar (Brat Ciopoev) adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 7 km, ən dar eni isə 3 km təşkil edir. Dərinliyi 500 metrə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Sotoiv,Lazurnıy (Cirpoy), Somotuqa Semenova (Brat Cirpoy) burnuları vardır. Şimal hissədə sualtı və su üstü qayalıqlar vatdır. Cənubunda Morskaya Vıdra adası və Otşelnik qayası vardır. Burada şərq istiqamətində güçlü axınlar olur.
Snob effekti
Snob effekti — mikroiqtisadiyyatda bir fenomen, digər istehlakçıların tələbinin miqdarının dəyişməsinə cavab olaraq bir istehlakçı tərəfindən mallara olan tələbin miqdarının əks istiqamətdə dəyişməsini əks etdirir. Gəlir səviyyəsi daha yüksək olan snob, aşağı gəlir səviyyəsi olan başqalarının almadığını almağa çalışır. Onun vəzifəsi kütlədən fərqlənmək, özünəməxsusluğunu vurğulamaqdır. Hər hansı bir məhsul kateqoriyasına tələbat nə qədər çox olarsa, belə bir alıcının onu almaq ehtimalı bir o qədər azdır. Snob effekti digər mikroiqtisadi modellərin əksəriyyəti ilə ziddiyyət təşkil edir, çünki tələb əyrisi adi malların tipik mənfi yamacından daha çox müsbət meylə malik ola bilər. == Məzmunu == Öz mənasında bu təsir “imitasiya effektinin” əksidir. Belə istehlakçıların (snobların) zövqləri digər insanların bu kütləvi mallara olan tələbindən tərs asılıdır. Snoblar istehlak mallarından istifadə etmək istəmirlər, lakin qeyri-adi, bahalı və ya unikal mallara sahib olmaq istəyirlər. Bu məhsullar adətən yüksək iqtisadi dəyərə malikdir, lakin praktiki dəyəri azdır. Məhsul nə qədər az olsa, onun snob dəyəri bir o qədər yüksək olar.
Let It Snow! Let It Snow! Let It Snow!
Let It Snow! Let It Snow! Let It Snow! və ya daha çox bilinən adıyla Let It Snow! 1945-ci ildə sözləri Semmi Kan, musiqisi Jüli Stayn tərəfindən yazılmış məşhur mahnı. Mahnı 1945-ci ilin iyun ayında Hollivudda yazlıb və Kaliforniyanın isti günlərindən birində lentə alınıb. Mahnı ilk dəfə Voqn Monronun ifasında, 31 oktyabr 1945-ci ildə lentə alınıb. Bundan sonra mahnının dünya turnesi başlayıb və mahnı dünyanın ən məşhur, dahi ifaçılarının repertuarına daxil olub. Hələ Voqn Monronun ifasında mahnı elə yazıldığı ildəcə Billboard hit paradının birinciliyinə yüksəlib və uzun müddət bu yerini qoruyub. Mahnının tarixçəsində sözsüz ki, ən sevilən və mükəmməl ifalardan biri Vudi Herman və Bob Krosbinin jazz qrupu tərəfindən 1945-ci ilin sonu, 1946-cı ilin əvvəllərində lentə alınan ifa olub.
Seks şop
Seks şop (ing. sex shop), bəzən erotik şop (ing. erotic shop) kimi qeyd olunur — pornoqrafiya, prezervativ və digər cinsi və ya erotik əyləncəyə aid məhsulları satan mağaza. İlk seks şop 1962-ci ildə Almaniyanın Flensburq şəhərində açılmışdır. == Tarixi == === Çin === 2013-cü ildə Pekində 2000-dən çox seks şop fəaliyyət göstərirdi. Məhsulların əksəri Çində istehsal olunub. === Yaponiya === Yaponiyada seks şoplar hentay jurnallar, seks videolar və DVD-lər satılır.
Şop salatı
Şop salatı — Şərqi Avropa mətbəxi. Bolqarıstan, Makedoniya, Serbiya,Çernoqoriya , Albaniya, Çexiyanın məşhur soyuq qəlyanaltı yeməkləridir. Xüsusəndə Qərbi Bolqarıstanının (bolqarların etnik qrupuna aiddir) milli yeməyi olduğu üçün tez-tez hazırlanır.
Nikola Şop
Nikola Şop (1904, Yaytse, Bosniya və Herseqovina Federasiyası – 1 fevral 1982, Zaqreb) — Yuqoslaviya şairi idi. O, Yayçedə bosniyalı xorvat ailəsində anadan olub. 1931-ci ildə Belqrad Universitetinin fəlsəfə fakültəsini müqayisəli ədəbiyyat ixtisası üzrə bitirmişdir. == Bioqrafiyası == Şop öz əsərlərinin ana ideyasında insanlıq, sadəlövhlük və xeyirxahlıqla qalib gələn müasir xristiandır. Andriçin hekayəsindəki fransız Marko Krneta kimi, müəllif öz şeirlərini dindarlıq olmadan birbaşa İsaya ünvanlayır, isti insani kortəbiiliklə, bərabər dosta intim mesajlar kimi müraciət edir. Sanki Məsih Şopun təsəvvüründə təvazökarlığı və mehribanlığı ilə insan qəlblərini yumşaltmaq, ucalaşdırmaq üçün ilahi gücdən imtina edən "bütün insandır". Şopun şeir kolleksiyalarına xüsusilə "dini hisslərin daxili incəliyi kosmik yüksəkliklərə yüksəlmiş" Sirli Prela (1943) daxildir və bu onun sonrakı kolleksiyalarını Kosmosda Evlər (1957) və Astrals (1961) ilhamlandıracaq. Şopun poeziyasında dindarlıq kosmik ölçüyə çatdı və estetik dəyərini kəşf etdi.
Con Snou (personaj)
Con Snou (ing. Jon Snow) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Con Snounun baxış bucağından verilir. The New York Times Con Snounu yazıçının "ən yaxşı tapıntılarından" və ən məşhur xarakterlərindən biri adlandırıb. Con "Taxtların oyunu" serialında baş personajdır və serialın 2015-ci ildə yayımlanan 5-ci sezon finalında Conun öldürülməsi izləyicilər arasında böyük reaksiyaya səbəb olub. Conun ata və anasının kimiliyi həm kitabların, həm serialın izləyiciləri arasında məşhur müzakirə mövzusudur. Con Snou "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın qeyri-qanunu oğlu olaraq təqdim edilir. Qeyri-qanunu oğul olması Con Snounun gələcək planlarını məhdudlaşdırır.
Snou-Hill (ada)
Snou-Hill adası (ing. Snow Hill Island) — Triniti yarımadasından şimalda yerləşən elə də böyük olmayan. Ada 34 km uzunluğa və 15 km enə malikdir. Adadan şimalda Seymur adası, qərbdə isə Ceyms-Ross adası yerləşir. == Tarixi == Ada ilk dəfə 6 yanvar 1843 ildə Ceyms Klark Ross tərəfindən kəşf edilmişdir. Adada buzlaqlar səbəbindən dağlar görünmədiyindən qarlı təpə adlandırılmışdır. Adanın ilk dəfə araşdırılması Otta Qustav Nordenşeld tərəfindən həyata keçirilir. 12 fevral 1902-ci ildən 11 noyabr 1903-ci ilə qədər qışlamışdır. Ceyms Ross adasından Şahzadə Qustav boğazı ilə ayrılır. 1953—1954 illərdə argentinalılar adada bioloji və geoloji tətqiqat aparılmışdır.
Li Ea-sop
SNP körpüsü (Bratislava)
SNP körpüsü (slovak. Most SNP) — Dunay çayı üzərində, Bratislavada bir körpü. SNP körpüsü tək asma dirəkli yol körpüsü olaraq dizayn edilmişdir. Bu Bratislavanın Dunay çayında heç bir dəstəyi olmayan və şəhərdəki ən böyük körpüsüdür. 2001-ci ildə Slovakiyada "körpü binası" kateqoriyasında əsrin tikinti elan edilmişdir. Körpü Ümumdünya Uzun Qüllələr Federasiyasına aiddir və bu federasiyanın ən aşağı az hündürlüyü olan binasıdır. Bu siyahıda 28-ci yerdədir. Hündürlüyü 100 metrdən az olan yeganə binasıdır. Körpü gülləsi onun yeganə dayağıdır. == Tarixi == Körpü 1967-1972-ci illərdə memarlar Cosef Lasko, Ladislav Kuşnir, İvan Slamen, Arpad Tesar və Cosef Zvarın layihəsinə əsasən «Dopstav Bratislava» və «Gutne montaj Ostrava» təşkilatları tərəfindən inşa edilmişdir.
Stop the War Coalition
Stop the War Coalition (azərb. Müharibəni Dayandırın İttifaqı‎) — Britaniyada yaranmış anti-müharibə hərəkatı.
Transatlantic non-stop (albom)
Transatlantic non-stop - Çili qrupu Altiplano və Səyavuş Kəriminin birgə layihəsi olan musiqi albomu. Albomda Altiplano qrupu və Azərbaycanın görkəmli muğam ifaçıları tərəfindən müasir miks olunmuş Çili, Ekvador və Azərbaycan xalq mahnıları yer tutub.
Don't Stop 'Til You Get Enough
Don't Stop 'Til You Get Enough — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
.scot
.scot — Şotlandiyanın İnternet kodu.
Anod
[[İmage:Zinc anode.png|thumb|Sink anodu]] Anod (yunanca ἄνοδος — yuxarıya hərəkət) cərəyan mənbəyinin müsbət qütbü və ya qurğunun elektrodu olub, cərəyan şəbəkəsinin müsbət qütbünə birləşdirilir. İş zamanı anodun potensialı katoda nisbətən müsbət olur. Elektroliz prosesində də anod müsbət mənbə olur və onun üzərində oksigenləşmə baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir.
DSNP
DSNP (Distributed Social Networking Protocol) — e-poçt kimi mərkəzləşdirilməmiş bir sosial şəbəkə yaratmaq üçün hər kəsə əməkdaşlıq etməyə imkan protokol. Müasir sosial şəbəkələrin istifadəçilərinin gözlədiyi tərzdə özəl kommunikasiyaları dəstəkləyən açıq texnologiyadır. Layihə dayandırılsa da, protokolun hazırkı versiyası 0.6-dır. Aparıcı müəllif Adrian Thurstondur.
Diop
Diop — Qambiya və Seneqalda daha çox işlədilən soyad. Sofiyan Diop — Monako klubunda çıxış edən Fransa futbolçusu. Ayda Diop — Seneqal sprinteri. Xudiya Diop — Seneqal dəb modeli. DeSaqana Diop — Seneqal basketbolçusu. Pape Seydu Diop — Seneqal futbolçusu. Papakuli Diop — Seneqal futbolçusu. Vasis Diop — Seneqal musiqiçisi. Şeyx Anta Diop — Seneqal tarixçisi və siyasətçisi. Binta Zahra Diop — Seneqal üzgüçüsü.
Ezop
Ezop (yun. Αἴσωπος, Aisōpos təq. e.ə. 620, Mesembriya[d] – təq. e.ə. 564, Delphi) — Əfsanəvi Ezop qədim yunan təmsil ustasıdır. Təxminən eramızdan əvvəl 620 – 564-cü illərdə yaşayıb. Ezopun real şəxsiyyət, yaxud ümumiləşdirici obraz olması indiyə qədər məlum deyil. Onun bioqrafiyası qeyri-müəyyəndir. Ən inandırıcı versiyaya görə, o kölə olub və sonradan ona azadlıq verilib.