Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Staroe Çaplino
Staroe Çaplino — Çukot Muxtar Dairəsində vaxtı ilə mövcud olan yaşayış məntəqəsi. Burada Rusiya Federasiyasının sərhəd xidməti fəaliyyət göstərir. Çaplino burnunda yerləşir. == Tarixi == Yaşayış məntəqəsi Un’аzik’ olaraq adlanırdı və 19-cu əsrdə özünün ən pik dövrünü yaşayırdı.. Kənd əhalisinin əsas məşğuliyyəti balina və morj ovlanması olmuşdur. 1958-59-cu ildə Staroe Çaplino və bir sıra şayayış məntəqəsi fəaliyyət göstərir.
Petrovka (Starıe Matı)
Petrovka (başq. Петровка, rus. Петровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 26 km, kənd sovetliyindən (Starıe Matı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 100 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşenlər (90 %) üstünlük təşkil edir.
Starıe Matı (Bakalı)
Starıe Matı (başq. Иҫке Маты, rus. Старые Маты) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 13 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 89 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (32 %) üstünlük təşkil edir.
Stare Mesto ratuşası
Stare Mesto ratuşası (çex. Staroměstská radnice) - Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslublu şəhərin köhnə idarəetmə orqanı və hökumət binasıdır. 1338-ci ildə, kral Lüksemburqlu İoann tərəfindən Stare Mesto şəhər əhalisinə imtiyaz şəklində bu binanın tikintisinə icazə verilmişdi. Kompleks dörd evdən ibarətdir (Volf Kamene evi, xəzçi Mikşanın evi, Xoruz evi və Dəqiqə evi), meydanın ətrafındakı bu binalar Praqa Köhnə Şəhər magistratının ehtiyacları üçün tədricən bir-biri ilə birləşdirilmişdi. Ratuşanın əsas binasında muzey yerləşir, burada müxtəlif sərgilər keçirilir, həmçinin xüsusi zalda təntənə ilə nikah mərasimləri qeyd olunur. Ratuşa fasadının eni 67 metr, qüllənin hündürlüyü isə 69,5 metrdir. == Tarix == 1232-ci ildə Stare Mesto adlanan yaşayış məntəqəsi şəhər statusunu əldə etmişdi; burada ratuşa binasının inşası üçün (yəni özünüidarə hüququnun və icazənin əldə olunması üçün) bir əsrdən artıq gözləmək lazım gəldi - 1338-ci ildə bu icazəni IV Karlın atası Lüksemburqlu Yan bağışlamışdı. Həmin ildə ratuşa üçün tacir Volf Kamenenin künc evi satın alınmış və binanın genişləndirilməsi üzrə işlərə start verilmişdi: 1360-cı ildə Şəhər şurasının iclas zalı və ikinci mərtəbə inşa edilir, 1364-cü ildə əzəmətli Köhnə Şəhər qülləsinin tikintisi başa çatdırılır, 1381-ci ildə əsas ratuşa binasına zəngin işləmələrlə və erkerlə bəzədilmiş qotik üslublu kapella əlavə olunur, 1410-cu ildə isə Köhnə Şəhər qülləsinə "Orloy" adlı gözəl astronomik saat əlavə olunur. Bütün bu işlər tanınmış sənətkar Peter Parlerin rəhbərliyi altında görülürdü. Şir başları ilə bəzədilmiş unikal giriş portalı xeyli müddət sonra (yəni 1652-ci ildə) yaradılmışdı.
Müqəddəs Nikolay kilsəsi (Stare Mesto)
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən barokko üslubunda kilsə. Monumental görünüşü və nəfis bədii tərtibatına görə o Praqanın ən mühüm qusit kilsəsi sayılır. Hər il Milad və Pasxa bayramlarının şərəfinə kilsənin ətrafında xaç yürüyüşü təşkil olunur. == Tarix == Müqəddəs Nikolay (Mikulaş) kilsəsinin yerləşdiyi ərazidə ilk tikililər hələ XIII əsrdən məlumdur. 500 il sonra, Praqa şəhərinin ən tanınmış memarı, alman əsilli Kilian İqnats Dintsenhofer Binanın yenidən qurulmasına başlamışdır. 1735-ci ildə yenidənqurma işləri başa çatdıqdan sonra, Çexiya paytaxtı Barokko üslubunun ən görkəmli abidələrindən birini əldə etmişdir. Lakin 1787-ci ildə, İmperator II Iosifin fərmanı ilə, Çexiyanın bir çox kilsə və monastırları bağladılmışdır, onların içərisinə Müqəddəs Nikolay kilsəsi də daxil edilmişdir. 1792-ci ilin payızında Praqa magistratının (yerli hakimiyyət orqanının) ehtiyaclarını ödəmək məqsədilə kilsə binası alınmışdır. Napoleon müharibələri dövründə kilsədə taxıl anbarı yerləşdirilmişdir, daha sonra burada köhnə qeydiyyat kitabları və mebel saxlanılırdı.
Stator
Stator (ing. stator, lat. sto-dayanıram) — elektrik maşınının tərpənməz hissəsi; maqnit keçiricisi və daşıyıcısı konstruksiya funksiyasını yerinə yetirir. Stator nüvədən və gövdədən ibarətdir. Dəyişən cərəyan maşınlarında nüvə üzərinə izolyasiya lakı çəkilmiş elektrotexniki polad vərəqlərdən (0.35–0.5 mm qalınlığında) yığılır. Nüvənin yuvalarında Stator dolağı yerləşdirilir. Dövri cərəyanlardan mühafizə üçün Stator dolağının naqilləri bir neçə paralel birləşdirilmiş məftildən ibarət olur.
Stereo
Stereo səs və ya qısaca stereo – insanın eşitmə qabiliyyətinə uyğun olaraq xoş təəssürat yaratmaq üçün səs müxtəlif istiqamətlərdə və simmetrik olaraq yerləşdirilir, iki və ya daha çox müstəqil səs kanala qoşulmuş dinamiklərin köməyi ilə çoxaldılır. Stereo tez-tez mono ("monaural") səsin əksinə deyilir; Monofonik səsdə səs sahəsində mərkəzləşmiş yalnız bir kanal var. Yunan + "φωνή" (' 'phōnē' ': səs, ton) Western Electric 1927-ci ildə A tətbiqi ilə ortaya çıxdı. Məşhur istifadəsində stereo, eyni zamanda bir cüt hoparlör köməyi ilə səsin və ya çoxalmanın 2 kanallı yazılması deməkdir.
Stirol
Stirol (eniletilen, vinilbenzol, etilbenzol) C8H8 — spesifik iyli rəngsiz mayedir. Stirol, demək olar ki, suda həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur, polimerlər üçün yaxşı həlledicidir. == Alınması == İlk dəfə stirol 1831-ci ildə alınmışdır. Ancaq ikinci dünya müharibəsinə qədər stirol və onun polimeri sənayedə tətbiq olunmamışdı.Stirol sənaye miqyasında ilk dəfə Almaniyada 1930-cu ildə alınmışdır. 1933-cü ABŞ -da da ildə stirol istehsalı başlanmış , ancaq sintez olunan polistirol aşağı keyfiyyətə malik idi və daha başa gəlirdi. Ona ancaq toz halında alaraq təziqdə tökmə ücün istifadə edirdilər . Sənayedə stirolu, əsasən (85%-ə qədər), 600-650oC temperaturda, atmosfer təzyiqi altında və qızdırılmış su buxarı əlavə etməklə (3-10 dəfə) etilbenzolun dehidrogenləşməsindən alırlar. Katalizator kimi kalium-karbonat əlavə etməklə dəmir-xrom oksidindən istifadə edilir. Digər sənaye üsulu (qalan 15%-i alırlar) etilbenzolun hidroperoksidindən propilen oksidin alınması prosesində əmələ gələn metilfenilkarbinolun dehidratasiyasından ibarətdir. Etilbenzolun hidroperoksidini etilbenzolun hava ilə qeyri-katalitik oksidləşməsindən alırlar.
Svaroq
Svaroq — slavyanların səma panteonunun tanrılarından biri. == Mifologiyası == Adətən Svaroqu odla və səma ilə, eləcə də səma odu ilə əlaqələndirirlər. Qədim xalqlarının əksəriyyəti ndə belə bir inam hökm sürmüşdür ki, yerdəki od səma odundan yaranır. Təsdüfi deyil ki, şərqi slavyanların mifologiyasında yer odunun ruhu Svaroqun oğlu — Svarojiç adlandırılmışdır. Svaroq ikinci oğlu Dajboq slavyan mifologiyasında geniş şəkildə məlumdur. Onlar səma odunu və Günəşin istiliyini təcəssüm etdirərək bütün canlılara həyat verir. == Haqqında == Səma tanrısı (səma atası) Svaroq qədim köklərə malikdir. Qədim hind sözü olan "svarqa" iki hissədən: "svar" — səma, işıq və "qa" hərəkət etmə -sözlə, ümumiyyətlə səmanı deyil, Günəşin səmada gündüz hərəkət yolunu ifadə edirdi. Sonralar Svaroq təxminən yunan tanrısı Urana muvafiq gəlirdi. O ən qədim mifik zamana aid edilirdi və Uran kimi dünya yarandıqdan sonra öz yerini allahların növbəti nəslinə verməli olurdu.
Starboy
Starboy — kanadalı müğənni The Weeknd-in üçüncü albomu. 25 noyabr 2016-cı ildə XO və Republic Records tərəfindən buraxılıb.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Starz
Starz — ABŞ-də fəaliyyət göstərən kabel telekanalıdır. Yayımında original proqramlar və seriallar üstünlük təşkil edir. 2016-cı ilin yanvar ayında edilmiş hesablamaya görə kanal Birləşmiş Ştatlarda 31 milyondan çox evdə izlənilir.
TAROM
TAROM — Rumıniyada bir hava yolu şirkətidir və Rumıniyanın ilk milli havayoludur. Qərargahı Buxarestdədir. == Tarix == Ruminiyada ilk aviaşirkəti kimi 1920-ci ildə CFRNA adı ilə qurulmuş, 1954-cü ildə yenidən qurulanda TAROM adını almışdır. 26 ölkənin 54 nöqtəsinə reysləri var.
Tarot
Tarot — orta əsrlərdə yaranan 78 kartdan ibarət oyun dəstəsidir. Psixoloji dəstək məqsədləri üçün istifadə olunmağa başlansa da, kəhanət və falçılıqla bu günə qədər gəlib çatmışdır. Ənənəvi olaraq Tarot 22 böyük arkana və 56 kiçik arkana kartlarından ibarətdir.Kiçik arkana kartları klassik iskambil kartlarının (oyun kartları) ilkin variantıdır. == Etimologiyası == Tarot sözü ilk dəfə 1500-cü illərdə italyan dilində "tarocchi" və fransızca "taraux" olaraq rastlanılıb. Sözün mənşəyinin ərəbcə "tarh" (toplama, qoymaq, getmək) sözünə dayandığına inanılır.İlk zamanlarda bu kartlar Tarocchini kimi kart oyunları oynamaq üçün istifadə edilən oyun kartları idi. İtalyan köklərindən Tarot kartları Avropanın çox hissəsinə yayıldı və Alman Grosstarok,Fransız tarot, Avstriya Königrufen kimi modern oyunlar ailəsinə çevrildi .18-ci əsrin sonlarında fransız okkultistləri öz tarixləri və mənaları ilə bağlı mürəkkəb lakin əsassız iddialar irəli sürdülər ki bu da tarot kartlarının oxunması yolu ilə kəhanəttə istifadə üçün oraya çıxmasına yol açdı.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir == Coğrafiyası == Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. == Tarixi == Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.
Kərim Otarov
Kərim Otarov (qaraç.-balk. Отарланы Сарамурзаны жашы Керим; 15 may 1912, Tırnıauz – 13 oktyabr 1974, Nalçik) — Balkar şairi və tərcüməçisi. Kabardin-Balkar Respublikasının xalq şairi. == Bioqrafiya == 1912-ci ildə Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində kəndli ailəsində anadan olub. Pedaqoji məktəbi (1934), sonra Kabardin-Balkariya Universitetini (1963) bitirmişdir. 1938-1941-ci illərdə Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqına rəhbərlik edir. Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədə yaralandığı üçün ordudan tərxis edilir. Balkar xalqı ilə birlikdə Qırğızıstan SSR-ə deportasiya edilmiş və Frunze şəhərində (indiki Bişkek) qəsəbələrdən birində yaşamışdır. Kərim Otarov 1956-cı ildə Nalçikə qayıdır.
Sitarə Rəhimova
Sitarə Cavanşir qızı Rəhimova (21 mart 1945, Tbilisi – 5 mart 2010, Bakı) — Azərbaycan tətbiqi incəsənət ustası. == Həyatı == Sitarə Rəhimova 21 mart 1945-ci ildə Tbilisi şəhərində dünyaya gəlmiş, 1950-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, erkən yaşlarından təsviri incəsənət və muncuqla işləmələrə maraq göstərmiş, əBakıdakı muzeylərdən birində gördüyü Azərbaycan şairəsi Xurşidbanu Natəvanın işlərindən təsirlənmiş və incəsənət sahəsində fəaliyyətə bağlamışdır. Sitarə Rəhimova 1969-cu ildə Bakı İncəsənət Kollecini bitirdikdən sonra təhsilini Bakıdakı Politexnik İnstitutun memarlıq fakültəsində davam etmiş, 1974-cü ildə həmin universitetdə təhsilini başa vurmuşdur. Sitarə Rəhimova Azərbaycan Rəssamlar İttifaqının və Dizaynerlər Birliyinin üzvü olmuşdur. Rəssam uzunmüddətli ciddi xəstəlikdən sonra 5 mart 2010-cu ildə vəfat etmişdir. == Yaradıcılığı == Sitarə Rəhimovanın əsərləri mürəkkəb olduğu üçün çox detallıdır. Taxılan hər muncuq tikiş iynəsi vasitəsilə parçaya tikilmişdir. Şüşə və büllur muncuqlardan əlavə olaraq, Sitarə Rəhimova əsərlərində minerallardan və qiymətli daşlardan da istifadə etmişdir. Onun əsərlərinin xüsusiyyəti iri ölçülü rəsmi hazırlamaq üçün xırda detallara diqqət ayırmaqdan ibarətdir.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbirüstü abidə qorunub saxlanılmışdı.
Staris yarımadası
Staris ysrımadası — Oxot dəniziinin şimalında Tauy körfəzi sahillərində Maqadan vilayəti ərazisində yerləşir. Yarımadanın qərbində Naqayeva vuxtası, şərqdə isə Qertner buxtası yerləşir. Bundan əlavə sahillərində Batareynaya, Jemcujnaya, Svetlaya, Tixaya, Vodopadnaya buxtaları vardır. Cənub ucqar nöqtəsi Srednı, qərbdə Çirikova, şərqdə Vostoçnı. Maqadan Naqaeva buxtası ilə Qertner buxtası arasında yerləşir. Rus coğrafiyaçı hidroqraf Konstantin Stepanoviç Starisin şərəfinə adlandırılmışdır.
Starıy Krım
Starıy Krım' — Keçmiş zamanlarda qədim Kafa şəhərinə yaxın Çürük Su çayı üstündə məşhur moğal-türk şəhəri Kırım Kirman (yəni Kırım qalası) yerləşirdi. Indiki Kırım ölkəsinin adının da vaxtilə bu məntəqənin adından yarandığı söylənilir. Övliya Çələbi də "eski taxt mərkəzi" Əski Kırım şəhərinin lap əvvəlki adının Kırım Kirman olduğunu yazır. Kırımın tam istilasından sonra 1784-cü ildə Əski Kırım şəhərinin də adı rus dilinə tərcümə olunaraq Starıy Kırım adlanmışdır.1. Şəhərin mərkəzində mərmərdən məscdi və digər ictimai binalar, xüsusən məktəb səyyahların heyrətinə səbəb olurdu. Övliya Çələbi də həmin heyrətlə bu şəhərə sığışan, lakin hər hansı bir vilayətə, ölkəyə süs verə biləcək zəngin imarətləri — əsərləri, abidələri sadaladıqca insan bunların indi xarabalıqlar yox, mədəni və ehtişamlı şəhərlər olduğunu güman edir. Odur ki, səyyah dərhal təəssüratlarını təbiilik, həqiqilik qiyafəsinə salaraq yazır: əgər məndən yazdığım bu qədər əsər və binaları bəs nerədən bulub yaza bildin?-deyə sorsalar, "hələ də burada yüz minlərlə əsər – bina, qübbələr durmaqdadır. Kırım şəhərinin qapısının iç üzündə Mengli Gəray xan camisinin yanında bulunan yüksək mərmər sütun üzərində Kırımın bütün imarətləri, vəqf edilmiş əsərlərin və sahiblərinin isimlərini də yazmışlar,-deyərək cavab verərəm.2."Vaxtilə Əski Kırımda möhtəşəm Özbək xan məscidi (XIV), Baybars məscidi (XIII), Ətirli məscid (XIV), Kurşun caminin bu gün xarabalıqları belə insanı heyrətə salmaqdadır. İstilalar nəticəsində dağıdılmış şəhərin fəlakətini böyük rus tarixçisi Karamzin "allahın bəlasına tuş oldu,"-deyə xəbər verir. Böyük tarixçi hər halda xalq rəvayətlərindən bolluca bəhrələnərək: Kırım əhalisi həm varlı, həm də xəsis idilər; kasıba əl tutmazdılar.
Starıy Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Stavre Jada
Stavre Jada (18 may 1998) — Makedoniyalı xizək yürüşçüsü. Stavre Jada Makedoniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Ölkələrin Paradında Makedoniyanın bayraqdarı olmuşdur. == Karyerası == Stavre Jada birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Jada 4:23.85 saniyəlik nəticəsi ilə 80 atlet arasında 79-cu yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Ulrike Tşarre
Ulrike Klaudiya Tşarre (15 may 1972) — Alman aktrisa. == Filmoqrafiyası == 2000 — Ina und Leo 2002/2009— Lindenstraße 2002 — Tatort — Bienzle und der Tag der Rache 2003 — Pöhlers Passagen 2004 — Tatort — Bienzle und der steinerne Gast 2004 — Schöne Frauen 2005 — Tatort — Bienzle und der Feuerteufel 2006 — Polizeiruf 110 — Er sollte tot 2006 — Mörderische Erpressung 2006 — Wiedersehen in Verona 2007 — Pfarrer Braun — Unter Verdacht 2007 — Die Co-Piloten 2007 — Nachts das Leben 2007 — Post Mortem 2007 — Hilfe! Hochzeit!
Stardew Valley
Stardew Valley — Erik "ConcernedApe" Barone tərəfindən hazırlanmış ferma simulyasiyası videooyunu. Bu oyununda oyunçular mərhum babalarının dağılmış fermasını miras alan bir xarakterə çevrilirlər. Bu ferma Stardew Valley adlı füsunkar yerdə yerləşir. Oyun ilk olaraq 2016-cı ilin fevralında Windows üçün satışa çıxarılmış və daha sonra digər platformalar üçün də buraxılmışdır. Stardew Valley oyunun konkret sonu və ya məqsədi yoxdur; istənilən qədər oynamaq mümküdür. Oyunda məhsul əkib məhsul yığa, heyvanlara qulluq edə, balıq ovuna gedə, yemək bişirə, əşyalar əldə edə, həmçinun bitki və digər şeyləri tapmaq üçün ərazini araşdıra bilərsiniz. Oyunçular həm də qəsəbədə yaşayan insanlarla danışıb onlarla münasibət qura bilərlər, istəsələr, hətta onlarla evlənib uşaq sahibi də ola bilərlər. Barone tək başına vaxtının dörd il yarımını Stardew Valley oyununu hazırlamağa sərf etmişdir. O, "Story of Seasons" oyun seriyasından ilham almış və bu konsepsiya əsasında öz oyununu yaratmağa qərar vermişdir. Stardew Valley bütün zamanların ən yaxşı videooyunlarından biri hesab edilir.
Stable Diffusion
Stable Diffusion — 2022-ci ildə buraxılan dərin öyrənmə, diffuziya üsullarına əsaslanan mətndən-şəklə model. O, ilk növbədə mətn təsvirlərinə əsaslanan təfərrüatlı şəkillər yaratmaq üçün istifadə olunur, baxmayaraq ki, o, həm də mətn sorğusununda qeyd olunduğu kimi şəkli bərpa etmə, genişləndirmə və mətndən-şəklə tərcümələr yaratmaq kimi digər işlərdə də tətbiq oluna bilər. Model Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis Qrupunun tədqiqatçıları və Runway şirkəti tərəfindən Stability AI tərəfindən verilən ianələr və qeyri-kommersiya təşkilatlarının təlim dataları əsasında hazırlanmışdır. Stable Diffusion gizli diffuziya modelidir, bir növ dərin generativ süni neyron şəbəkəsidir. Onun kodu və modelləri açıq mənbəlidir və ən azı 4 GB VRAM GPU ilə təchiz edilmiş əksər cihazlarda işləyə bilər. Bu, onu yalnız bulud xidmətləri vasitəsilə əldə edilə bilən DALL-E və Midjourney kimi özəl mətndən-şəklə modellərdən fərqləndirir. == İnkişafı == Stable Diffusion-un inkişafı start-up şirkəti Stability AI tərəfindən maliyyələşdirilib və formalaşdırılıb. Modelin texniki lisenziyası Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis qrupu tərəfindən buraxılıb. İnkişafa Runway şirkətindən Patrik Esser və CompVis-dən Robin Rombaç rəhbərlik edirdi, onlar əvvəllər Stable Diffusion tərəfindən istifadə edilən gizli diffuziya modeli arxitekturasını icad etmiş tədqiqatçılar arasında idilər. Stability AI, EleutherAI-ın və LAION-ın (Stable Diffusion-un öyrədildiyi məlumat dəstini toplayan alman qeyri-kommersiya təşkilatı) layihənin dəstəkçiləri olduğunu bildirdi.
Are Şaron
Are Şaron (28 may 1900, Yaroslav[d] – 24 iyul 1984, Paris) — İsrailli memar. 1962-ci ildə Memarlıq sahəsində İsrail Mükafatına dəyər görülmüşdür. İsrailin erkən dövr qurulmasında rol oynayan Şaron dövrün baş naziri David Ben-Quriona da məsləhətlər vermişdir. Dessaudaki Bauhausdda Valter Qropius və Hannes Meyerin şagirdi olan Şaron 1931-ci ildə İsrailə dönmüş və Tel-Əvivi yeni üslubda qurmağa başlamışdır. Xüsusi iqamətgahlar və kino salonlarının layihələri ilə məşğul olan Şaron 1937-ci ildə Tel-Əvivin ilk xəstəxanasının sxemini hazırlamış və peşə həyatı boyunca bir çox tibb mərkəzin tikilməsində iştirak edib.