Stable Diffusion — 2022-ci ildə buraxılan dərin öyrənmə, diffuziya üsullarına əsaslanan mətndən-şəklə model. O, ilk növbədə mətn təsvirlərinə əsaslanan təfərrüatlı şəkillər yaratmaq üçün istifadə olunur, baxmayaraq ki, o, həm də mətn sorğusununda qeyd olunduğu kimi şəkli bərpa etmə, genişləndirmə və mətndən-şəklə tərcümələr yaratmaq kimi digər işlərdə də tətbiq oluna bilər.[2] Model Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis Qrupunun tədqiqatçıları və Runway şirkəti tərəfindən Stability AI tərəfindən verilən ianələr və qeyri-kommersiya təşkilatlarının təlim dataları əsasında hazırlanmışdır.[3][4][5][6]
Stable Diffusion | |
---|---|
Repozitoriya | github.com/Stability-AI/… |
Proqramlaşdırma dili | Python |
Əməliyyat sistemi | Linux, macOS, Microsoft Windows |
Yayımlanma tarixi | 22 avqust 2022 |
Sonuncu versiya |
|
Sayt | stability.ai/stable-image |
Vikianbarda əlaqəli mediafayllar |
Stable Diffusion gizli diffuziya modelidir, bir növ dərin generativ süni neyron şəbəkəsidir. Onun kodu və modelləri açıq mənbəlidir[7] və ən azı 4 GB VRAM GPU ilə təchiz edilmiş əksər cihazlarda işləyə bilər. Bu, onu yalnız bulud xidmətləri vasitəsilə əldə edilə bilən DALL-E və Midjourney kimi özəl mətndən-şəklə modellərdən fərqləndirir.[8][9]
Stable Diffusion-un inkişafı start-up şirkəti Stability AI tərəfindən maliyyələşdirilib və formalaşdırılıb.[10][9][11][12] Modelin texniki lisenziyası Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis qrupu tərəfindən buraxılıb.[9] İnkişafa Runway şirkətindən Patrik Esser və CompVis-dən Robin Rombaç rəhbərlik edirdi, onlar əvvəllər Stable Diffusion tərəfindən istifadə edilən gizli diffuziya modeli arxitekturasını icad etmiş tədqiqatçılar arasında idilər.[6] Stability AI, EleutherAI-ın və LAION-ın (Stable Diffusion-un öyrədildiyi məlumat dəstini toplayan alman qeyri-kommersiya təşkilatı) layihənin dəstəkçiləri olduğunu bildirdi.[6]
2022-ci ilin oktyabr ayında Stability AI Lightspeed Venture Partners və Coatue Management-in rəhbərlik etdiyi raundda 101 milyon ABŞ dolları investisiya topladı.[13]
2023-cü ilin yanvarında, Sarah Andersen, Kelli MakKernan və Karla Ortiz adlı 3 rəssam Stability AI, Midjourney və DeviantArt-a qarşı müəllif hüquqlarının pozulması ilə bağlı məhkəmə iddiası qaldıraraq, bu şirkətlərin süni intellekt alətlərini müəllifin icazəsi olmadan internetdən götürülən 5 milyard şəkillə öyrədərək milyonlarla müəllifin hüquqlarını pozduğunu iddia etdilər.[14] Həmin ay Stability AI, şəkillərini təlimdə istifadə etdiyinə görə Getty Images tərəfindən də məhkəməyə verildi.[11]
2023-cü ilin iyulunda ABŞ-nin rayon hakimi Uilyam Orrik Andersen, MakKernan və Ortiz tərəfindən qaldırılan iddiaların əksəriyyətini rədd etdi, lakin onlara yeni iddia qaldırmağa icazə verdi.[15]