Sitarə Cavanşir qızı Rəhimova (21 mart 1945, Tbilisi – 5 mart 2010, Bakı) — Azərbaycan tətbiqi incəsənət ustası.
Sitarə Rəhimova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, Gürcüstan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam, tətbiqi incəsənət ustası |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
Mükafatları |
Sitarə Rəhimova 21 mart 1945-ci ildə Tbilisi şəhərində dünyaya gəlmiş, 1950-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, erkən yaşlarından təsviri incəsənət və muncuqla işləmələrə maraq göstərmiş, əBakıdakı muzeylərdən birində gördüyü Azərbaycan şairəsi Xurşidbanu Natəvanın işlərindən təsirlənmiş və incəsənət sahəsində fəaliyyətə bağlamışdır. Sitarə Rəhimova 1969-cu ildə Bakı İncəsənət Kollecini bitirdikdən sonra təhsilini Bakıdakı Politexnik İnstitutun memarlıq fakültəsində davam etmiş, 1974-cü ildə həmin universitetdə təhsilini başa vurmuşdur.[1]
Sitarə Rəhimova Azərbaycan Rəssamlar İttifaqının və Dizaynerlər Birliyinin üzvü olmuşdur.
Rəssam uzunmüddətli ciddi xəstəlikdən sonra 5 mart 2010-cu ildə vəfat etmişdir.[2]
Sitarə Rəhimovanın əsərləri mürəkkəb olduğu üçün çox detallıdır. Taxılan hər muncuq tikiş iynəsi vasitəsilə parçaya tikilmişdir. Şüşə və büllur muncuqlardan əlavə olaraq, Sitarə Rəhimova əsərlərində minerallardan və qiymətli daşlardan da istifadə etmişdir. Onun əsərlərinin xüsusiyyəti iri ölçülü rəsmi hazırlamaq üçün xırda detallara diqqət ayırmaqdan ibarətdir.
İlk dəfə muncuqlarla sənət əsərləri yaratmağa 1973-cü ildə başlayan Sitarə ilk kompozisiyası olan "Boxça"nı həmin ildə yaratmışdır.
Sitarə Rəhimova 1980–1983-cü illərdə milyonlarla muncuğun dəqiq yerləşdirilməsi ilə hazırlanan və növbəti əsəri olan "Simurq quşu"nu tamamlayır. 1983-cü ildə bu əsər Moskvada keçirilmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətlər Sərgisində qızıl medala layiq görülür. 1983-cü ildə tamamlanmış "Qızılgül" əsəri 1987-ci ildə Moskvada keçirilmiş Azərbaycan incəsənəti sərgisidə nümayiş etdirilib. 1984-cü ildə Sitarə "Leyli və Məcnun" və "Eynək Qabı"nı, 1984–1985-ci illərdə rəssam "Ceyranlar"ı tamamlayır. Onun 1986-cı ildə yaratdığı "İynə Yastığı" və "Xalça Ornamenti" əsərləri hazırda Bakıda yerləşən Xalça Muzeyində yer almışdır.
Mustafa Kamal Atatürkün 1995–1996-ci illər ərzində hazırlanmış portreti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirələ Atatürkün 75 illiyinin keçirilməsi mərasimində hədiyyə edilmişdir. Bu sənət əsəri hazırda İstanbulda yerləşən Mustafa Kamal Atatürk Muzeyində nümayiş etdirilir.[3] Dövlət başçıları silsiləsindən olan növbəti portret 1998-ci ildə tamamlanmış Heydər Əliyev portretidir. Həmin portret Azərbaycan Respublikası Prezidentinin iqamətgahında nümayiş etdirilir. Prezident İlham Əliyevin portreti isə 2004–2005-ci illərdə tamamlanmışdır.
Sitarə Rəhimovanın əsərləri Türkiyə, İtaliya, İsveçrə, Çin, Pakistan, Fransa, Birləşmiş Krallıq, Honqkonq və Almaniyada keçirilmiş sərgilərdə Azərbaycanı təmsil edərək nümayiş etdirilmişdir.[3]