Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bufarik
Bufarik (ərəb. بوفاريك‎, fr. Boufarik) — Əlcəzairin şimalında şəhər, Blida vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 63 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 26 kilometr cənub-qərbdə və Blida vilayətinin inzibati mərkəzindən 10 km cənub-şərqdə yerləşir.
Şurbarik
Şurbarik (fars. شورباريك‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Suharto
Suxarto (ind. Haji Muhammad Soeharto, Haji Muhammad Suharto, yav. Haji Muhammad Soeharto; d. 8 iyun 1921, Kemusuk – ö. 27 yanvar 2008, Cakarta, İndoneziya) — İndoneziyanın keçmiş prezidenti == Həyatı == Məhəmməd Suxarto 1921-ci il iyunun 8-də Cakarta sultanlığında kiçik məmur ailəsində anadan olub. Bankda kontor xidmətçisi işləyib. 1940-1942-ci illərdə Hollandiya müstəmləkə ordusuna hərbi xidmətə qəbul olunaraq çavuş rütbəsi alıb. 1943-1945-ci illərdə yaponların yaratdığı orduda rota komandiri olub. 1945-1949-cu illərdə Hollandiya hökmranlığından xilas olmaq üçün aparılan müharibə zamanı batalyona komandirlik edib. 1950-ci ilin sonunda diviziya, 1960-cı ildə briqada komandirilyinə yüksəlib.
Süvari
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Şurik
Şurik (Xoy)
Müharib Mirzəyev
Müharib Abbas oğlu Mirzəyev — SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid. == Həyatı == 27 aprel 1945-ci ildə Səfərəliyev rayonunun Seyidlər kəndində anadan olmuşdur. 1967-cu ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbini, 1974-cü ildə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızıbayraqlı Hərbi Kimyəvi Müdafiə Akademiyasını bitirib. SSRİ dövründə Almaniya Demokratik Respublikasında hərbi hissə komandiri, Çexoslovakiyada, Gürcüstanda müxtəlif yüksək hərbi vəzifələrdə qulluq edib. 1980-cı illərdə Naxçıvanda, Qazaxda, Şirvanda hərbi qulluğunu davam etdirib. Müstəqillik dövründə Gəncə regional mülki müdafiə qərargahının rəsi olub. 1995-ci ildə Gəncə ətrafında sovet qoşunları tərəfindən atılmış radiasiyalı tullantıları zərərsizləşdirərkən güclü şüalanmaya məruz qalır və bir neçə gün sonra 5 may 1995-ci ildə dünyasını dəyişir. Bu səbəbdən ona şəhid statusu verilir. Bir sıra dövlət mükafatları ilə təltif edilmişdi. Ailəli idi, üç övladı var.
Şurbarik (Həftkel)
Şurbarik (fars. شورباريك‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Şuşanik Kurqinyan
Şuşanik Kurqinyan (erm. Շուշանիկ Կուրղինյան; 18 (30) avqust 1876, Gümrü, Rusiya imperiyası – 24 noyabr 1927[…], İrəvan, Ermənistan SSR, SSRİ[…]) — erməni şairəsi. Erməni feminist və proletar ədəbiyyatının banilərindən biri. == Bioqrafiya == Şuşanik Popolyan 1876-cı il avqustun 18-də Aleksandropolda (indiki Gümrü) usta ailəsində anadan olmuşdur. Yerli bir monastırda qızlar üçün ibtidai məktəbdə təhsil alır, rus gimnaziyasında oxuyur. 21 yaşında atasının dükanında işləyən Arşak Kurqinyanla evlənir. 1903-cü ildə əri ilə birlikdə Naxçıvan-na-Donuya köçür və Arşak burada öz mağazasını açır. 1905-ci il inqilabını böyük ruh yüksəkliyi ilə qarşılanır, fəhlə sinfinin mübarizəsini dəstəklənir. 1920-ci ildə Vladiqafqaza köçür və burada S. Şaumyan adına Erməni işçi klubunu təsis edir. 1921-ci ildə Gümrüyə qayıdır.
Qrunt suları
Qrunt suları — Yer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızılan sulardan əmələ gəlir. Məhz ona görə də iri çayların, kanalların, su anbarlarının yaxınlığında qrunt sularının səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma rejimindən asılı olaraq qrunt sularının səviyyəsi, debiti, temperaturu və kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, və ya çox minerallaşmış qrunt suları üstünlük təşkil edir. Qrunt sularının böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyi kimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadə edilir. == Qrunt suların keyfiyyəti == Rütubətli iqlimdə intensiv şəkildə infiltrasiya prosesi və yeraltı axarlar baş verir və nəticədə süxur və torpaqlar yuyulur, və onlardan asanlıqla həll olunan duzlar (xloridlər və sulfatlar) yuyularaq çıxır. Belə şəraitdə qrunt suları şirin olur, və onların tərkibində nisbətən gec həll olunan duzlar mövcud olur. Quru isti iqlim şəraitində isə (quru çöllərdə, yarımsəhralarda və səhralarda) yağıntılar qısa müddətli olaraq az miqdarda düşməsi, habelə ərazinin drenaj sisteminin zəif olması qrunt sularının yeraltı axınının inkişaf etməsinə mane olur. Beləliklə, yeraltı axın buxarlanır və şoranlaşma yaradır. Çayların, su anbarlarının və s.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbirüstü abidə qorunub saxlanılmışdı.
Suhail Hamuşane
Səth suları
Səth suları – Yer səthi ilə suyun axması; == Ümumi məlumat == Çay yatağı və yamac Səth sularına bölünür. Səth suları özünün iki genetik mənşəyinin – qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar, sellər yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Əsas ziyanvurucu daşqınlar (sellər) Böyük Qafqazın cənub yamacında müşahidə olunur.
Vadoz suları
12 süvari
"12 süvari" — ABŞ filmi. == Süjet xətti == 2001-ci ilin 11 sentyabr hadisələri insanların yaddaşına həmişəlik həkk olunacaq. Həmin gün ABŞ tarixində ən dəhşətli faciə baş verdi və bu hadisə çox sayda insan həyatına son qoyan terror aktı kimi yadda qalacaq. ABŞ hökuməti terrorçularla mübarizəyə özünün ən peşəkar hərbi hissəsini yollayır. Onların məqsədi bu hadisəni törədən terror təşkilatının üzvlərini məhv etməkdir. 12 nəfərdən ibarət xüsusi təyinatlı əl-Qaidə təşkilatının üzvlərini tapmaq üçün düşmən ərazisinə yollanır. İşlərinin peşəkarları kimi onlar dəfələrlə çətin vəziyyətdən çıxaraq məqsədlərinə qarşı addımlayırlar. Lakin getdikcə missiyanın müsbət sonluğu bütün qrup üzvlərinə inanılmaz kimi görünür. Onlar real təhlükələrlə rastlaşandan sonra riskləri başa düşüb evə bir də qayıtmayacaqlarını dərk edir, amma buna baxmayaraq tapşırığı sona çatdırmağı qərara alırlar. Çox böyük çətinliklər və itkilər hesabına olsa da, onlar Tangit dərəsini keçib, Məzari-Şərif Talibandan təmizləyib şəhəri ələ keçirirlər.
Məhəmmədu Buhari
Məhəmmədu Buhari və ya Məhəmməd Buhari (hausa Muhammadu Buhari; 17 dekabr 1942[…], Daura) — Nigeriya dövlət xadimi, 1983–1985-ci illərdə dövlət başçısı. 2015-ci ildə ölkə prezidenti vəzifəsinə seçilmiş, 2019-cu ildə yenidən seçilmişmişdir. == Mükafatlar == Nigeriyada: Xarici ölkələrin mükafatları: == İstinadlar == == Əlavə ədəbiyyat == Lawal Jimi Adebisi. Buhari: The Making of a President. Safari Books Ltd. 2017. ISBN 9789785478549. Mathews Martin P. Nigeria: Current Issues and Historical Background. Nova Publishers. 2002.
Surik (Maku)
Surik (fars. ‎سوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (47 ailə).
Şurik (Salmas)
Şurik (fars. شوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,182 nəfər yaşayır (222 ailə).
Şurik (Xoy)
Şurik (fars. شوريك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Şurik (Çaypara)
Şurik (fars. شوريك‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (38 ailə).
Azərbaycanın daxili suları
Azərbaycanın daxili suları — Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir. Respublikanın hidroqrafik şəbəkəsi (çayları, gölləri) uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişikliklərə uğramışdır. Hazırda ölkə ərazisində rast gəlinən bir sıra qədim çay dərələrinin qalıqları buna sübutdur. İndi də hidroqrafik şəbəkə təbii amillər və insanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişməkdədir. Süni su axarları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir. == Azərbaycan çayları == Azərbaycanda 8000-ə yaxın çay vardır. Uzunluğu 5 km-dən artıq çayların sayı 190-dir. 21 çayın uzunluğu isə 100 km-dən çoxdur. Yalnız 2 çayın uzunluğu 500 km-dən çoxdur. Çaylar əsasən dağlarda formalaşır.
Azərbaycanın mineral suları
Mineral sular — İnsan orqaniziminə müalicəvi təsir edən, tərkiblərində nisbətən çox miqdarda qazlar olan və duz tərkibində faydalı bioloji aktiv elementləri olan və yaxud, ümumi minerallaşma dərəcəsi yüksək olan sulardır. == Ümumi məlumat == İnsanların məişətində yeraltı suların mühüm rolu vardır. Yeraltı suların növləri içərisində mineral sular xüsusi əhəmiyyətə malikdir. Yer kürəsində olan suların ümumi miqdarı 1,8 mlrd km³-ə bərabərdir. Bunun 400 mln. km³-i yeraltı suların payına düşür ki, onun da çoxu mineral sulara aiddir. Mineral su mənbələrinin əksəriyyəti Şimali Qafqazda, Zaqafqaziyada, Ukrayna, Krım və az miqdarda Orta Asiyadır. Azərbaycan mineral sularla zəngindir. Əsas su mənbələri Hacıkənddə, İstisu, Turşsu, Şuşa, Naftalan, Slavyanka, Badamlı, Sirab, Vayxır və digər sahələrdə yerləşmişdir. == Mineral suların coğrafiyası == Azərbaycan Respublikasında mineral su bulaqları tükənməzdir.
Musa Şübari Zəncani
Seyid Musa Şübeyri Zəncani (d. 2.3.1928, Qum, İran) — İranlı ayətullah.
Naxçıvan mineral suları
Naxçıvanın mineral bulaqları — Naxçıvan Muxtar Respublikasında 200-dən artıq mineral bulaqlar vardır. Onların əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay və Qaradərəçay ilə Əylisçay çaylarının vadilərindədir. Ərazidəki mineral bulaqlar ən qədim geoloji dövrlərin süxurlarından (onların yaşı 400 mln.-700 min il arasındadır) çıxırlar. El arasında yerin təkindən çıxan qazlı sulara "Tanrı möcüzəsi" kimi inam gətirilərək, "yel suyu", "sirli su", "şor su" və başqa adlar deyilmişdir. 1843-cü ildən başlayaraq bu cür sular diqqəti cəlb etməklə sonrakı əsrlərdə mükəmməl öyrənilmişdir. Naxçıvan çuxurunda olan mineral sular 6 tipə, 16 sinfə və 33 növə ayrılmışlar. Suların 98 %-i karbon qazlı olub, hidrokarbonatlı mineral sulara aiddir. Təbii mineral suların temperaturu +8-22 Cº arasındadır. Sirab və Darıdağdakı mexaniki üsulla qazılmış borularla çıxan mineral suların temperaturu isə +50-60 Cº arasındadır. Bütün Azərbaycanda olan mineral suların 35 %-i Naxçıvan Muxtar Respublikası ərazilərindədir.
Starik-Kamen qayası
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Revda şəhər dairəsi bələdiyyə təşkilatının sərhədində, Ural dağlarında yerləşən qaya. Şunut dağından üç kilometr aralıda yerləşən Konovalovski Uval silsiləsinin zirvələrindən biridir. Qaya yaşlı bir insanın başını xatırlatdığından xarakterik forması ilə bu adı almışdır. Geomorfoloji təbii abidə və populyar bir turizm məkanıdır. == Coğrafiyası == Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində, Konovalovski Uval silsiləsində yerləşir. Şunut dağından 5 kilometr cənub-şərqdə, Bolşaya Lavrovka kəndinin 10,5 kilometr məsafədə yerləşir. Dağın hündürlüyü 648,1 metrdir. Geomorfoloji təbii abidədir. Yuxarıda 25-30 metr hündürlüyündə qəribə qaya formasiyadır. Papaqlı yaşlı bir insanın başını xatırladır.
Süvari müsəlman alayları
Süvari müsəlman alayı — Cənubi Qafqaz Rusiya tərəfindən işğal olunduqdan sonra Rusiya-Türkiyə müharibəsində iştirak etmək üçün işğal edilmiş Cənubi Qafqazın müsəlman vilayətləri əhalisindən, o cümlədən azərbaycanlılardan ibarət atlı müsəlman alayları və Kəngərli süvari dəstələri formalaşdırıldı (1829). == Haqqında == Naxçıvan və İrəvan müsəlman azərbaycanlı əhalisi tərəfindən 4-cü atlı müsəlman alayı təşkil edildi. Qafqaz Hərbi Tarix Muzeyinin bələdçi kitabındakı məlumata görə osmanlılara qarşı müharibədə rus ordusu tərkibində döyüşən bu alaylara göstərdikləri hünərə görə 1830-cu ildə Rusiya imperatoru tərəfindən yeni fəxri bayraqlar təqdim edildi. Sonralar 1 və 2-ci alayların bayraqları Bakı və Şuşanın dövlət idarələrinə, 3-cü və 4-cü, eləcə də Kəngərlilərə məxsus bayraqlar isə Tiflis muzeyinə verildi. 1924-cü ildə atlı müsəlman alaylarının bayraqları Azərbaycan Dövlət Muzeyinə təqdim edildi. Hazırda həmin bayraqlar Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılır. Naxçıvanın və İrəvanın müsəlman azərbaycanlı əhalisindən təşkil edilmiş 4-cü atlı müsəlman alayının döyüş bayrağı digər döyüş bayraqlarından qumaşının mavi rəngdə olması və aşağıdakı lentdə fars dilində “4-cü alay” sözlərinin yazılması ilə fərqlənir.