Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
TAC
Tac
Hoanq Tan Tay
Hoanq Tan Tay (30 mart 1990) — Vyetnamlı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Vyetnamı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 17-ci olmuşdur. Yu Donq-yu dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Mülki tac
Mülki tac (lat. Corona civica) — Qədim Romada ikinci ən əhəmiyyətli hərbi mükafat. Bu, palıd yarpaqlarından ibarət çələng idi. Mülki tac legionerlərin həyatının qorunmasına verdiyi töhfəyə görə təqdim edilmişdir. Sulla islahatlarından sonra mülki tacla təltif olunan hər kəs senatda da yer almağa başlamışdır. Qanun həmçinin bütün ictimai toplantılarda mülki tac taxmağı məcbur qılmışdır. Oktavian Avqust Roma vətəndaşlarının həyatını xilas etməklə nəticələnən növbəti vətəndaş müharibəsinin qarşısını aldığı üçün mülki tacı ilə təltif edilmişdir. Sonradan mülki tac Roma imperatorlarının üstünlüyü və əlamətdar xüsusiyyətinə çevrilmişdir.
Tac-Mahal
Tac Mahal (Devanaqari: ताज महल, Nəstaliq: تاج محل) — Hindistanda tikili. Dünyanın yeni yeddi möcüzəsindən biri. Cahan şah 23 il ərzində qəddar babası Cahangir şahdan nəsihət alardı. Babası ona həmişə arvadının sözünə baxmamağı tapşırardı. Bundan ilham alan Şahzadə Cahan həmişə qəddar olar, digər qardaşlarından seçilərdi. Ona görə babası Cahangir şahın gözünə girərdi. Ancaq 29 yaşında ölkəni gəzmək istəyən Şahzadə, Mümtazı görən kimi ona aşiq olur və babasının sözündən çıxaraq, Cahangir şaha nifrət bəsləyir. 32 yaşında babasını öldürüb, onun mirasına sahib olur və Mümtazla evlənir. Cahan şahın arvadı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı.
Tac (anatomiya)
Tac — başın üstü və ya bütün başdır. == İnsan == Tac dedikdə başın üst hissəsi və həmçinin bütün baş nəzərdə tutulur. İnsan anatomiyasında başın üst hissəsi üçün ing. "Calvaria", "skull cap", "skullcap" və ya "roof of the cranial cavity" terminləri istifadə olunur. == Quş == Quş anatomiyasında tac başın üstü, xüsusilə də, alın zonasıdır. Ardıcıl olaraq ənsə sümüyü və yanaşı olaraq ing. temples-ın hər iki tərəfinə uzanır. Başın yuxarı hissəsi, bəzək, tacı və oksiput da daxil olmaqla, bəzən pileum adlanır. == Balina == Balina anatomiyasında tac başın fəvvarə dəliklərinin olduğu qabarıq hissəsidir.
Tac (dəqiqləşdirmə)
Tac
Tac (qrup)
Tac — 1990-cı ilin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş rok qrupu. == Tarixi == 1990-cı ildə keçirilən "Odlar Yurdu – 90" festivalında Yaşar Baxış müsabiqədən kənar üç alman qrupu ilə festivalın qonaqları qismində qrupun tərkibində çıxış etmişdir. Daha sonra qrup genişlənmiş, onun tərkibinə Xana Qalsanova və Cəsur Nemətov (Yuxu) daxil edilmiş, bəstəkar Eldar Mansurov isə layihənin bədii rəhbəri olmuşdur.
Tac Mahal
Tac Mahal (Devanaqari: ताज महल, Nəstaliq: تاج محل) — Hindistanda tikili. Dünyanın yeni yeddi möcüzəsindən biri. Cahan şah 23 il ərzində qəddar babası Cahangir şahdan nəsihət alardı. Babası ona həmişə arvadının sözünə baxmamağı tapşırardı. Bundan ilham alan Şahzadə Cahan həmişə qəddar olar, digər qardaşlarından seçilərdi. Ona görə babası Cahangir şahın gözünə girərdi. Ancaq 29 yaşında ölkəni gəzmək istəyən Şahzadə, Mümtazı görən kimi ona aşiq olur və babasının sözündən çıxaraq, Cahangir şaha nifrət bəsləyir. 32 yaşında babasını öldürüb, onun mirasına sahib olur və Mümtazla evlənir. Cahan şahın arvadı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı.
Tac arteriyalar
Tac arteriyalar və ya sağ və sol tac arteriyalar (lat. arteriae coronariae dextra et sinistra) — aorta soğanağından şaxələnən və ürəyi qanla təchiz edən (qidalandıran) damarlardır. === Sağ tac arteriya === Sağ tac arteriya (lat. arteria coronaria dextra) aortanın sağ cibindən başlayaraq sağ qulaqcıq seyvanı vəağciyər kötüyü arası ilə və ürəyin tac sırımı ilə onun sağ kənarına çatır və burada arxa səthinə keşərək (lat. ramus interventricularis posterior (rami descendens posterior BNA)) – mədəciklərarası şaxə adı ilə arxa boylama şırım ilə ürəyin zirvəsinə çatır. Bu damar arterial konusa, sağ qulaqcığa və mədəciklərə məxsus şaxələr verir. === Sol tac arteriya === Sol tac arteriya (lat. arteria coronaria sinistra) aortanın sol cibindən başlayıb ağciyər kötüyünün arxa və sol tərəfilə qabağa doğru gedir və sol qulaqcıq seyvanı ilə ağciyər kötüyünün arasında xaricə çıxır və burada iki şaxəyə ayrılır. a) Ramus circumflexus – dolanan şaxə tac şırımla bayır tərəfə gedib ürəyin sol kənarından arxa səthinə keçır və orada cağ tac arteriyanın dal mədəcikarası şaxəsinə çatır. b) Ramus interventricularis anterior (ramus descendens anterior BNA) – ön mədəcikarası şaxə ürəyin ön boylama şırımı ilə aşağı doğru gedir və zirvəsində sağ tac arteriyanın dal mədəcikarası şaxəsilə anastomozlaşır.
Tac boşalması
Tac boşalması sərbəst boşalmadır. Bu halda elektronların yaratdıgı zərbə ionlaşması bütun aralıqda deyil, yalnız onun elektroda yaxın hissəsində baş verir. Tac boşalmasının sel və strimer forması olur. Bu boşalma gedən aralıqda deşilmə gərginliyinin qiyməti başlangıc gərginlikdən çox olduğu halda baş verir. Tac boşalması EVX-də enerji itkiləri yaradır. Məsələn, ifrat yüksəkgərginlikli xətlərdə pis hava şəraitində tac boşalmasında enerji itkisi 100 – 200 kVt/km və daha çox ola bilər. Bundan başqa, havanın ionlaşma məhsulları izolyasiyaya və metal armatura dağıdıcı təsir göstərir. Tac boşalması həm də radio və televiziya verilişlərinin yayılmasına və qəbulunamaneə törədən akustik səs-küy və yuksəktezlikli elektromaqnit şüalanma (tezlik spektri 0,154 − 100 MHs) mənbəyidir. Tac boşalmasında havanın ionlaşması baş verir və naqilin səthində işarəsi gərginliyinn polyarlığına uyğun olan həcmi yük yaranır. Elektrik sahə quvvələrinin təsiri ilə həcmi yükü təşkil edən ionlar naqildən hərəkət edir.
Tac Əssəltənə
Zəhra Xanım Tacəssəltənə (14 fevral 1883, Tehran – 25 yanvar 1936, Tehran) — İran şahzadəsi və Qacarlar sülaləsinin memuaristi. Nasirəddin şah Qacarın Turan Əssəltənədən olan qızı. == Həyatı == Zəhra Xanım Tacəssəltənə 1884-cü (bəzi mənbələrdə 1883) ildə Nəsrəddin şah Qacarla onun həm də əmisi qızı olan həyat yoldaşı Məryəm Turan əl-Səltənənin qızı olaraq dünyaya gəlmişdir. Uşaqlıq illərinin böyük bir hissəsi onun təlim tərbiyəsi ilə məşğul olan tərbiyəçi qadın və tibb bacısı ilə keçmişdir. Belə ki, o anasını gün ərzində yalnız iki dəfə görürdü. Hər dəfə şah Tehrana gələndə onu gündə 1 dəfə də atasının yanına aparırdılar. Tacəssəltənə sonralar öz xatirələrində uşaqlıq illərini acı və tənqidi xatırlayır. Tacəssəltənə ibtidai təhsilinə 7 yaşında kral məktəbində başlasa da, 1893-cü ildə nişanlanması onun təhsilini yarımçıq qoymuşdur. Sonrakı illərdə onun bir neçə şəxsi tərbiyəçisi var idi. Onların bəziləri haqqında xatirələrində ətraflı məlumatlar vermişdir.
Tac-ol-Mülük
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Tac (serial, 2016)
Tac (ing. The Crown) — kraliça II Elizabet haqqında çəkilmiş Netflix serialı.
Tac Xatun (Çaypara)
Tac Xatun (fars. تاج خاتون‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 382 nəfər yaşayır (77 ailə).
Taxt-tac adı
Taxt-tac adı ("Nisu-bit", "Nesut-biti", "Nisut-biti") — Qədim Misirdə hökmdar titulunun beş adından biri. Taxt-tac adı Qədim Misirdə fironlara verilən titulların içində ən vacibi olub, IV sülalə dövründən başlayaraq öz tətbiqini tapmışdır. V sülalə dövründən Neferirkar onu ikinci kartuş kimi öz şəxsi adına əlavə etmişdir.
Taxt-tac oyunları
Taxt-tac oyunları (teleserial, 2011)
Taxt-tac əraziləri
Taxt-tac əraziləri (ing. Crown Dependencies) — Böyük Britaniya əraziləri olsa da, Birləşmiş Krallığa daxil olmayan və Britaniya dəniz əraziləri sayılmayan ərazilər. Bura Cersi və Gernsi beylivikləri, həmçinin Men adası daxildir. Hər bir taxt-tac ərazisi özünün avtomobil nömrəsinə (GBG — Gernsi, GBA — Olderni, GBJ — Cersi, GBM — Men), domenə (.gg — Gernsi, .je — Cersi, .im — Men) malikdir. Həmçinin ərazilər Ümumdünya Poçt İttifaqı tərəfindən ayrılan koda ISO 3166-2 (GGY — Gernsi, JEY — Cersi, IMN — Men) da malikdirlər. Bu kodlar 29 mart 2006-cı ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təsdiqlənib.
Müqəddəs Taxt-Tac
Vatikan (lat. Vaticana; it. Vaticano) və ya rəsmi adı ilə Vatikan Şəhər Dövləti (lat. Status Civitatis Vaticanae; it. Stato della Città del Vaticano) — Cənubi Avropada şəhər-dövlət. Vatikan İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissəsində Monte-Vatikano adlanan təpə üzərində (xatırladaq ki, Roma şəhəri 7 təpə üzərində salınıb) yerləşən mikrodövlətdir. Ölkənin ümumi sahəsi 0.44 kvadrat kilometr və ya 44 hektar, əhalisinin sayı isə min nəfərdən çoxdur. Şəhər-dövlətin sərhədlərinin ümumi uzunluğu 2600 metrdir. Vatikan həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir. Lakin Vatikanı daim dünyanın siyasi xəritəsində görmək mümkündür.
Tac ordeni (İran)
Tac gerbi və ya Tac ordeni — Əhməd şah Qacarın dövründə və Pəhləvilər dövründə İranın kral gerblərindən biri olub. Bu işarə hicri təqvimlə əsaslanan və Əhməd Şah Qacar ​​Sultanlığı ilə müqayisə oluna bilən 1332-ci il tarixini də göstərir. Amma Pəhləvi dövründə bu tarix davam etdi və Kiani tacı olan bu işarənin nümunəsi hələ də qorunub saxlanıldı və Pəhləvi tacı dəyişməz qaldı. 1305-ci ilə qədər günəş yalnız iki dərəcəyə malik idi. Birinci sinif işarəsinin boynunda boyunbağı var idi və kral və vəliəhd şahzadə üçün müstəsna idi. Tac rəmzi 19-cu əsrin sonuna qədər İran krallığının ən yüksək simvolu olmuşdur. Dekorasiyaya 10 guşəli qızıl ulduz tac və almaz xaç daxildir. Yuxarıdakı mərkəzi dairədə Kiani tacının dizaynı, arxasındakı mərkəzi dairədə isə mavi mina fonunda qızılı günəş var. Onun bəzəkləri Artos Bertrand tərəfindən hazırlanmışdır. Medalın material qatı hissəsi 800/1000 gümüşdür.
Sac
Sac — çörək və ya yemək bişirmək üçün istifadə olunan məişət əşyası. == Tarixi == Sac qədim tarixə malikdir. Qədim zamanlarda köçərilər köç edərkən getdiyi yerlərdə yemək və çörək bişirmək məqsədilə sacı da özləriylə birgə aparardılar. Azərbaycanda hələ qaz sobası və tava ixtira olunmamışdan əvvəl çörək və yemək bişirmək üçün saclardan istifadə olunurdu. Azərbaycan ərazisində tapılmış ən qədim sac nümunəsi e.ə. IV minilliyinə aiddir. XVII əsrdən başlayaraq gil sac daha möhkəm və böyük, hazırda istifadə olunan tökmə üsulu ilə hazırlanmış dəmir sacla əvəz olunmuşdur. == Forması == Bir tərəfi bir qədər qabarıq - günbəz, digər tərəfi isə çökək - oyuq olan dəyirmi formadadır. Qabarıq hissə sac üstü, oyuq hissə isə sac içi adlanır. == İstifadəsi == Sacın qabarıq tərəfində yuxa, çörək, kökə, qutab bişirilir.
TLC
TLC Norway — Norveç telekanalı. TLC Türkiye — Türkiyə özəl telekanalı.
Tan
Tan Şanyü (v. 124) — hunların ən uzunömürlü hökmdarlarındandır. Fenhu ilə müharibə etməməyə çalışan Tan əsasən sülh və əmin-amanlığı bərpa etməyə çalışırdı. 118-ci ildə Fenhu aclıq və xalqın dəstəyini əsirgəməyini görüb Çinə köçdü və şanyülüyə olan iddiasından əl çəkərək Çin vətəndaşı oldu. Tan Şanyü dövründə ölkənin rifah səviyyəsində dəyişiklik olmasa da müharibələrin sayı sıfıra endirildi. 124-cü ildə ölən Tanın yerinə Ba keçdi.
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
Tar
== Söz açımı == Fars dilində tar (تار) "sim" deməkdir və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən) sözü qədim Hind-avropa dilində tharagho – "dartmaq" sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere – "dartmaq" feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer) və ispan (tirar) dillərində göstərir. Həmçinin altaist Sergey Starostin "Babil qülləsi" adlı etimologiya toplusunda "taram-/tera-" kökünün (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində, qırğız, qazax, noğay, başqırd və qaraqalpaq dillərində "taramış"; özbək, uyğur, şor və oyrat dillərində isə "taram" kimi mövcud olduğunu göstərib. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib, necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.
Tat
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. == Tarixi == Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. == Dil == İran dillərindən biri olan Tat dilində danışırlar. == Din == Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. == Məskunlaşma == Azərbaycan dilində danışan tatlar əsasən Bakıda, Quba , Şabran[, Siyəzən, Şamaxı, Gəncə, Şəmkir, Xızı,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Barnaul-Т
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə