Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar.
Qubanın Adur kəndindən olan bir qrup tat, 1880. | ||||||||||||
Ümumi sayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
30.000[1] | ||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||
| ||||||||||||
Dili | ||||||||||||
Dini | ||||||||||||
Qohum xalqlar | ||||||||||||
farslar, osetinlər, talışlar, kürdlər, taciklər və digər irandilli xalqlar |
Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər.
1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. [5]
İran dillərindən biri olan Tat dilində danışırlar.
Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir.
Tatlar əsasən Bakıda, Quba, Şabran, Siyəzən, Xaçmaz, Şamaxı, İsmayıllı, Gəncə, Şəmkir, Xızı, Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar. Hal-hazırda, Azərbaycan Respublikasından kənarda — Rusiya Federasiyasında, Qazaxıstanda, Qırğızıstanda, Gürcüstanda da müsəlman tatlar yaşayır.
Yaşayış məntəqəsi | 1999 sa.[6] | 2009 sa.[2] |
---|---|---|
Bütün ölkə üzrə | 10 922[7] | 25 218[2] |
Quba rayonu | 1 088 | 13 880 |
Xaçmaz rayonu | 8 853 | 9 108 |
Abşeron rayonu | 6300 | 7660 |
Şabran rayonu | 5 | 1 700 |
Sumqayıt | … | 670 |
Hacıqabul rayonu | … | 610 |
Şamaxı rayonu | … | 598 |
Xızı rayonu | … | 473 |
İsmayıllı rayonu | … | |
Siyəzən rayonu | 42 | … |
digər | 934 | 317 |
Qədim tarixə sahib tatlar Quba-Qafqaz xalçaçılığının inkişafında böyük rol oynamışlar.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |