Tac Əssəltənə

Zəhra Xanım Tacəssəltənə (14 fevral 1883, Tehran25 yanvar 1936, Tehran) — İran şahzadəsi və Qacarlar sülaləsinin memuaristi. Nasirəddin şah Qacarın Turan Əssəltənədən olan qızı.

Zəhra Xanım Tacəssəltənə
زهرا خانم تاج السلطنه
Doğum tarixi
Doğum yeri Tehran
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Zahir əd-Dövlə qəbiristanlığı, Təcriş, Tehran
Atası Nəsrəddin şah Qacar
Anası Turan Əssəltənə
Fəaliyyəti yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəhra Xanım Tacəssəltənə 1884-cü (bəzi mənbələrdə 1883) ildə Nəsrəddin şah Qacarla onun həm də əmisi qızı olan həyat yoldaşı Məryəm Turan əl-Səltənənin qızı olaraq dünyaya gəlmişdir. Uşaqlıq illərinin böyük bir hissəsi onun təlim tərbiyəsi ilə məşğul olan tərbiyəçi qadın və tibb bacısı ilə keçmişdir. Belə ki, o anasını gün ərzində yalnız iki dəfə görürdü. Hər dəfə şah Tehrana gələndə onu gündə 1 dəfə də atasının yanına aparırdılar. Tacəssəltənə sonralar öz xatirələrində uşaqlıq illərini acı və tənqidi xatırlayır. Tacəssəltənə ibtidai təhsilinə 7 yaşında kral məktəbində başlasa da, 1893-cü ildə nişanlanması onun təhsilini yarımçıq qoymuşdur. Sonrakı illərdə onun bir neçə şəxsi tərbiyəçisi var idi. Onların bəziləri haqqında xatirələrində ətraflı məlumatlar vermişdir.

Tac Əssəltənə хanım Şücaəssəltənə Əmir Həsən хan Mirzə Məhəmmədbağır хan Sərdari-Əkrəm oğlu ilə ailə qurmuşdu. Dörd oğlu vardı.

Tehran şəhərinin Təcriş bölgəsindəki Zahir əd-Dövlə qəbiristanlığında dəfn olunmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]