Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haruka Tenno
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Krotonlu Teano
Krotonlu Teano (Θεανώ) (ən tezi 600, Krotone, Kalabriya – ən geci 500) — İlk pifaqorçu qadın. == Həyatı == Ən məşhur pifaqorçu qadın kimi tarixə düşüb. Bəs niyə məhz pifaqorçu? Ona görə ki, ilk qadın filosofların Pifaqorun çevrəsində yetişməsi haqqında fikirlər vardır. Bu çevrədəki fikir adamlarının onun riyazi bilgilərinin və fəlsəfəyə aid düşüncələrinin dəstəkləyicisi olduğunu qəbul edirlər. Krotonlu Theano da bu fikir adamlarından biridir. E. ə 550-ci ildə sonrakı dövrdə yaşayan Krotonlu Theano eyni zamanda Pifaqorun həyat yoldaşı olub. Əri kimi riyaziyyata maraq göstərən Theano Pifaqordan fəlsəfə öyrənib. Ərinin ölümündən sonra “Pifaqor məktəbi”ni idarə etmişdir. Bəs Krotonlu Theanonun düşüncələri necədir?
Bənu Təmim
Bəni Təmim (ərəb. بنو تميم‎ — tərc. Təmim övladları) — ərəb xalqının qolu. == Tarixi == Bəni Təmim qəbiləsinin kökü Müzərə bağlıdır. Təmim ibn Murra bin Udda bin Təbihə bin İlyas bin Mudar bin Nizar bin Maad bin Adnanın törəmələridirlər. Peyğəmbərin r vəfatından sonra Məkkə, Mədinə və Quba məscidlərinin camaatından başqa bütün ərəblər mürtəd olmuşdular (İslamdan üz çevirmişdilər). Bəzi ərəblər isə mürtəd olmamış sadəcə olaraq zəkatdan imtina etmişdilər. Hətta belə insanlardan bəziləri deyərdilər: Peyğəmbər r Allahın qulları arasında örtamövqeli olduğu halda ona itaət etmişdik. Əbu Bəkr nə etmək istəyir! Öz hakimiyyətini oğlu Bəkrə miras edəcək!
Suzanna Təmim
Suzanna Təmim(ərəb. سوزان تميم‎, 23 sentyabr 1977 – 28 iyul 2008) — Livan müğənnisi. == Həyatı == Suzanna Təmim 23 sentyabr 1977-ci ildə Livanın Beyrut şəhərində anadan olmuşdu. Suzanna Təmim 28 iyul 2008-ci ildə öldürülüb.
Bəni Təmim
Bəni Təmim (ərəb. بنو تميم‎ — tərc. Təmim övladları) — ərəb xalqının qolu. == Tarixi == Bəni Təmim qəbiləsinin kökü Müzərə bağlıdır. Təmim ibn Murra bin Udda bin Təbihə bin İlyas bin Mudar bin Nizar bin Maad bin Adnanın törəmələridirlər. Peyğəmbərin r vəfatından sonra Məkkə, Mədinə və Quba məscidlərinin camaatından başqa bütün ərəblər mürtəd olmuşdular (İslamdan üz çevirmişdilər). Bəzi ərəblər isə mürtəd olmamış sadəcə olaraq zəkatdan imtina etmişdilər. Hətta belə insanlardan bəziləri deyərdilər: Peyğəmbər r Allahın qulları arasında örtamövqeli olduğu halda ona itaət etmişdik. Əbu Bəkr nə etmək istəyir! Öz hakimiyyətini oğlu Bəkrə miras edəcək!
Bəni-Təmim
Bəni Təmim (ərəb. بنو تميم‎ — tərc. Təmim övladları) — ərəb xalqının qolu. == Tarixi == Bəni Təmim qəbiləsinin kökü Müzərə bağlıdır. Təmim ibn Murra bin Udda bin Təbihə bin İlyas bin Mudar bin Nizar bin Maad bin Adnanın törəmələridirlər. Peyğəmbərin r vəfatından sonra Məkkə, Mədinə və Quba məscidlərinin camaatından başqa bütün ərəblər mürtəd olmuşdular (İslamdan üz çevirmişdilər). Bəzi ərəblər isə mürtəd olmamış sadəcə olaraq zəkatdan imtina etmişdilər. Hətta belə insanlardan bəziləri deyərdilər: Peyğəmbər r Allahın qulları arasında örtamövqeli olduğu halda ona itaət etmişdik. Əbu Bəkr nə etmək istəyir! Öz hakimiyyətini oğlu Bəkrə miras edəcək!
Təmim əd-Dari
Təmim əd-Dari (Fələstin – ən tezi 660 və ən geci 661, ərəb. تميم الداري‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biridir. Qəhtanilərə mənsub bir tayfadandır. O, Fələstində anadan olmuşdur. Mənbələrdə onun müsəlman olması ilə bağlı müxtəlif rəvayətlər olsa da, ən etibarlısı onun bir rahibin sözü ilə Mədinəyə gəlib müsəlman olmasıdır. İkinci dəfə Mədinəyə gələndə geri qayıtmamış, ona və dostlarına Xeybərin gəlirindən maaş Təmim əd-Dari verilmişdir. Təmim əd-Dari Dəməşqdən gətirdiyi çıraqlar hesabına Məscidül-Nəbini işıqlandırılır. O, Xəlifə Ömər ibn Xəttabın dövründə Peyğəmbər məscidində xətib olmuş, Osmanın dövründə də bu vəzifəni davam etdirmişdir.
Məhracan Əl Təmim (qəzet)
"Məhracan Əl Təmim" (qəzet) — Kərkükdə çap olunmuş qəzet. == Məlumat == 1985-ci il mart ayının əvvəlində üç gün müddətində Kərkükdə təşkil edilmiş festivalla əlaqədar şənlik xəbərlərini işıqlandırmaq məqsədilə “Məhracan Əl Təmim” adlı ərəb dilində gündəlik qəzet işıq üzü görüb. Qəzet Kərkük Təbliğat və Mədəniyyət Mərkəzində formalaşmış heyət tərəfindən dərc edilmişdir. Qəzetin baş yazarı Muhsin Duvazə Əli olmuşdur. Şəkillərlə zəngin 4 səhifə şəklində Bələdiyyə mətbəəsində dərc edilmiş qəzetin festival günlərində cəmi 4 sayı işıq üzü görüb. İlk sayı 1985-ci il fevralın 28-i cümə axşamı dərc edilmiş qəzetin 4-cü son sayı, 1985-ci il martın 3-ü bazar günü dərc edilib. Festival xəbərlərindən başqa, yerli sənət xəbərlərini də əhatə edən “Məhracan Əl Təmim” xalqa pulsuz olaraq paylanılırdı.
Təmim bin Həməd Al Sani
Şeyx Təmin bin Həməd Al Sani — (ərəb. تميم بن حمد آل ثاني‎; 3 iyun 1980, Doha) — Qətər əmiri. Al Sani sülaləsinin 7-ci əmiri. keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü, ikinci arvadı Moza bint Nasir əl-Misnəddən olan ikinci oğlu == Gəncliyi və təhsili == Təmim bin Həməd 3 iyun 1980-ci ildə Qətər əmirliyinin paytaxtı Doha şəhərində anadan olmuşdur. O, Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü oğlu, ikinci arvadı Şeyxa Moza bint Nasir əl-Misnəddən olan ikinci oğludur. Təmim bin Həməd Al Sani, Böyük Britaniyanın Dorset şəhərindəki Şerborn Beynəlxalq Kollecində və Harrov məktəbində təhsil alıb. 1997-ci ildə burdakı təhsilini bitirib Kral Hərbi Akademiyasına daxil olur və 1998-ci ildə zabit kimi buranı bitirir. == Karyerası == Qətər Silahlı Qüvvələrini ikinci leytenant kimi bitirir. 2003-cü ilin avqustun 5-ində onun böyük qardaşı Şeyx Casimin vəliəhdlikdən imtina etməsi ilə o, Qətər taxt-tacına varis oldu. Həmin vaxtdan etibarən o öz üzərinə çalışmaya başlayır, təhlükəsizlik və iqtisadiyyatla bağlı mövzuları daha dərindən öyrənməyə çalışır.
Təmim bin Həməd əl-Tani
Şeyx Təmin bin Həməd Al Sani — (ərəb. تميم بن حمد آل ثاني‎; 3 iyun 1980, Doha) — Qətər əmiri. Al Sani sülaləsinin 7-ci əmiri. keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü, ikinci arvadı Moza bint Nasir əl-Misnəddən olan ikinci oğlu == Gəncliyi və təhsili == Təmim bin Həməd 3 iyun 1980-ci ildə Qətər əmirliyinin paytaxtı Doha şəhərində anadan olmuşdur. O, Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü oğlu, ikinci arvadı Şeyxa Moza bint Nasir əl-Misnəddən olan ikinci oğludur. Təmim bin Həməd Al Sani, Böyük Britaniyanın Dorset şəhərindəki Şerborn Beynəlxalq Kollecində və Harrov məktəbində təhsil alıb. 1997-ci ildə burdakı təhsilini bitirib Kral Hərbi Akademiyasına daxil olur və 1998-ci ildə zabit kimi buranı bitirir. == Karyerası == Qətər Silahlı Qüvvələrini ikinci leytenant kimi bitirir. 2003-cü ilin avqustun 5-ində onun böyük qardaşı Şeyx Casimin vəliəhdlikdən imtina etməsi ilə o, Qətər taxt-tacına varis oldu. Həmin vaxtdan etibarən o öz üzərinə çalışmaya başlayır, təhlükəsizlik və iqtisadiyyatla bağlı mövzuları daha dərindən öyrənməyə çalışır.
Temir
Temir (qaz. Темір) — Qazaxıstanın Aqtöbe vilayətinin Temir bölgəsindəki bir şəhər. Temir şəhər administrasiyasının inzibati mərkəzi. KATO kodu —155621100. == Coğrafiyası == Temir çayı üzərində, Temir dəmir yolu stansiyasından təqribən 20 km cənubda yerləşir. == Tarixi == Şəhər 1870-ci ildə (orijinal adı Karakamıs), Emben postunun (1862-ci ildə Emba çayı üzərində tikilən) buraya köçürüldüyü zaman quruldu. 1896 -cı ildən bir mahal şəhəri olmuşdur. Daşkənd, Buxara, Ufa, Orenburq və Orsk tacirlərinin iştirakı ilə ildə iki dəfə yarmarkaların keçirildiyi XIX əsrin sonu — 20-ci əsrin əvvəllərindəki böyük bir ticarət mərkəzi. İlk məktəblər 1870-ci ildə Temir şəhərində açıldı. Əhməd Halfe məscidi qorunub saxlanılır və bərpa olunur.
Temis
Temis, Femida (yun. Θέμις) — Qədim yunan mifologiyasında ədalət ilahəsi, titan, Zevsin ikinci xanımı. == Təsvir == Temis belə təsvir olunur: gözübağlı şəkildə bir əlində tərəzi, digər əlində isə qılınc tutur. Gözünün bağlı olması tərəfsizliyini, əlində tərəzi tutması ədalət və nizam-intizamı, qılınc isə cəzalandırma ixtiyar və qüddətini təmsil edir. Bu xüsusiyyətlərinə görə müasir dövrdə belə Temisin təsvirindən hüquq və ədalətlə bağlı mövzularda istifadə olunur. Onun təsvirinə kitab, film kimi çox müxtəlif yerlərdə rast gəlmək mümkündür.
Tempio Pausaniya
Tempio Pausaniya (it. Tempio Pausania) — Sardiniyada şəhər.
Laura Teani
Laura Teani (d. 13 mart 1991) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Laura Teani, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Nitqin tempi
Nitqin tempi (ing. Speech tempo, rus. Темп речи) – nitqin elementlərinin (səslər, hecalar, sözlər) tələffüz edilməsi sürətidir. Prosodik elementlərə aiddir, intonasiyanın komponentlərindən biridir. Normal nitq tempi – test frazasının orta müddəti 2.4 saniyəyə bərabər olduqda nitqin tələffüz sürətidir. Sürətli nitq tempi – test frazasının orta müddəti 1.5-1.6 san olduqda nitqin tələffüz sürətidir. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Temik Avtandilyan
Temik Avanesoviç (Oqanesoviç, Aqanesoviç) Avtandilyan (erm. Ավթանդիլյան Թեմիկ Հովհաննեսի, rus. Темик Аванесович Автандылян; 20 avqust 1922, Ağdərə – 10 fevral 1945, Qloquv[d]) — erməni əsilli sovet hərbçisi, baş leytenant. == Həyatı == Temik Avanesoviç Avtandilyan 20 avqust 1922-ci ildə SSRİ tərkibindəki Azərbaycan SSR-nin Cavanşir qəzasındakı Ağdərə kəndində anadan olmuşdur. O, Bakıda hərbi məktəb bitirmiş, 1941-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olan Avtandilyan Qafqaz, Ukrayna və Polşada gedən döyüşlərdə iştirak etmişdir. O, 1945-ci ildə Polşanın Qloquv şəhərində hücum zamanı rədaşət göstərmiş və həlak olmuşdur. == Mükafat və təltiflər == Temik Avtandilyan "Qırmızı Bayraq", "Qırmızı Ulduz" ordenləri və medallarla təltif edilmiş, 27 iyun 1945-ci ildə, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı almışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред.
Temir Sariyev
Temir Sarıyev (Qırğızca: Темир Сариев; 17 iyun 1963, Toş-Bulak[d], Sokuluk rayonu[d]) — 2015-ci ildən etibarən Qırğızıstan Baş Naziri olan qırğız türkü siyasətçi. 157,005 (6,74%) səs toplayaraq 2009-cu il seçkilərində prezident namizədi olmuşdu.
Temir Xan
Temmi Abraham
Kevin Oghenetega Tamaraebi Bakumo-Abraham (2 oktyabr 1997-ci il təvəllüdlü), Temmi Abraham kimi tanınan, İngiltərə Premyer Liqası klubu "Çelsi FK" və İngiltərə millisinin hücumçusu kimi oynayan, ingilis peşəkar futbolçusudur. Çelsinin bir akademiya məzunu olan Abraham, bir il sonra "Çempionşip" klubu olan Bristol Siti FK-ilə bir mövsümü icarə əsasında keçirdi, 2016-cı ildə klubda böyük debüt etdi. Orada, o, mövsümün ən yaxşı oyunçusu, mövsümün gənc oyunçusu və ən yaxşı bombardir mükafatlarını qazanaraq, bir mövsümdə bunu edən ilk oyunçu oldu. Suonsi Siti FK-da daha bir möhtəşəm mövsüm keçirdi, lakin mövsüm "Premyer Liqa"dan ayrılan klubla bitdi. Daha sonra 2018-ci ildə Aston Villa FK-na qoşuldu və 1977-ci ildən bəri klub üçün tək bir mövsümdə 25 qol vuran ilk oyunçu oldu. Abraham, 2019/20 mövsümündə Frank Lempardın ilk seçdiyi hücumçusu olaraq Çelsidə çıxış etməyə başladı. 24 avqustda "Norviç" ə qarşı oyunda, qeyd üçün Temmi cəmi üç dəqiqə oynamışdı və bununla bərabər klub üçün ilk qolunu vurdu. Abraham İngiltərə U-18 millisinin şərəfini qoruyurdu vəə Polşada 2017-ci il 21 yaşadək Avropa çempionatında iştirak etdi. Ən böyük debütünü 2017-ci ilin noyabr ayında etdi. 14 noyabr 2019-cu ildə İnglitərə - Monteneqro AVRO-2020 Seçmə Mərhələ matçında (7-0) Abrahamda 84-cü dəqiqədə fərqlənərək 4-cü milli komanda matçında ilk qoluna imza atdı.
Temmi Kleland
Temmi Kleland (25 may 1968) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Temmi Kleland Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Temmi Kleland Olimpiadanın qalibi olub.
Təmir xan
Təmiz Nohurlar
Təmiz Nohurlar (rus. Чистые пруды) — Moskva şəhərinin Basmannı rayonunun Bulvar halqasında yerləşən böyük nohur. Nohurun adı Turgenev Meydanı və Sretenski bulvarından Pokrovka küçəsinə doğru uzanan Çistoprudnı Bulvarına və Moskva Metropolitenindəki Çistye Prudı stansiyasına verilmişdir. Nohurlar Raçka çayı üzərində, XVII əsrdə Ağ Şəhərin divarları altından axan bəndlə meydana gəlmişdir. İndiki dövrdə, biri istisna olmaqla, bütün nohurlar kimi, çay da yeraltı axır . Təmiz Nohurlar su boruları sistemi ilə qidalanır. XVII əsrdə insanlar zibilləri və tullantıları çaya və gölməçələrə ataraq oranı "Çirkli Nohurlar" adlandırırdılar. 1703-cü ildə hovuzlar, yaxınlıqdakı Menşikov Qülləsini inşa edən Şahzadə Menşikov tərəfindən alınmışdır. Beləliklə, hovuzlar zibildən təmizlənmiş və yenidən əvvəlki vəziyyətinə qaytarılmışdır. "Təmiz" adlandırıldığı vaxtdan bəri, hovuzlar moskvalılar üçün gəzinti və istirahət üçün ən sevimli yerlərdən birinə çevrilmişdir.
Təmiz enerji
Dayanıqlı enerji — "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və istifadə olunan enerji. Bu, onun ətraf mühitə olan təsirləri nəzərə alındıqda (baxmayaraq ki, dayanıqlı enerji konsepsiyası iqtisadi və sosial təsirləri də əhatə edir) yaşıl enerji və təmiz enerji konsepsiyaları yaxın olduğunu göstərir. Dünyanın elektrik, istilik, soyutma və transport gücünü dayanıqlı enerji vasitəsi ilə əldə etmək 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük çətinliklərdən biri olaraq qəbul edilir. Enerji istehsalı və istehlakı insanın səbəb olduğu və qlobal istiləşməyə gətirib istixana qaz emissiyasının 70%-ni təşkil edir. Dünya üzərində 1 milyarda yaxın insanın elektrik çatışmazlığı ilə üz-üzədir və təxminən 3 milyad insan yemək bişirmək üçün odun, kömür və heyvan peyini kimi tüstülü yanacaqlardan istifadə edir. Bu və digər təbii yanacaqlar hər il təxmini 7 milyon insanın ölümünə səbəb olan hava çirkliliyini yaradan əsas faktorlardır. Ümumilikdə, günəş, külək və hidroelektrik enerji kimi bərpa edilən enerji mənbələrinin dayanıqlı olduğu düşünülür. Ancaq bioyanacaq istehsalı üçün meşələrin təmizlənməsi kimi bəzi yenilənə bilən enerji layihə aspektləri təbii yanacaq istifadəsindən daha zərərli problemlərin yarana biləcəyini göstərir. Nüvə energetikasıAtom enerjisi daha az karbon tələb edən mənbədir və külək və günəşlə müqayisədə daha təhlükəsiz görünür, ancaq radioaktiv tullantılar və böyük əzariskləri bu texnologiyanın dezavantajlarıdır. Dəyişən enerji mənbəyi olan orta miqdarda külək və günəş enerjisi şəbəkə enerjisi anbarı və tələbə cavab tədbirləri kimi əlavə infrastruktur olmadan elektrik şəbəkəsinə inteqrasiya edilə bilər.
Şövkət Təmiz
Şövkət Təmiz (1 sentyabr 1970) — PS və Brüssel-Kapital millət vəkili olan belçikalı siyasətçi. == Həyatı == Şövkət Təmiz 1 sentyabr 1970-ci ildə Türkiyədə anadan olmuşdur, ancaq bir neçə il sonra ailəsi ilə Belçikaya köçmüşdür. Peşəkar olaraq dövlət qulluqçusu oldu. O, PS üçün siyasi cəhətdən aktiv olub. 2006-cı ildə bu partiya üçün Brüsselə seçildi. 2014-cü ildən bəri Brüssel-Kapital Məclisinin üzvüdür.
Tempi Madonna (Rafael)
Tempi Madonna — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1508 - ci ildə, yaradıcılığının Florensiya dövrünün sonuna yaxın işləmişdir. Tempi ailəsi üçün çəkilmiş əsər 1829-cu ildə Bavariyalı I Lüdviq tərəfindən alınmışdır. Əsər hazırda Münix şəhərindəki Köhnə Pinakotek muzeyində saxlanılır.
Təmam şud işi
Təmam şud işi, həmçinin Somerton kişisinin sirri olaraq da bilinən Avstraliyanın Adelaida şəhərinin şimalındakı Somerton çimərliyində 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da ölü şəkildə tapılmış kişinin üstü açılmamış cinayət işi. Kişinin şalvarının gizli cibindən bir ay sonra aşkarlanmış kağız parçası çap olunmuş və fars dilində "bitdi" və ya "tamamlandı" mənasını verən təmam şud sözünün şərəfinə adlandırılmışdır. Bu parça XII əsr şairi Ömər Xəyyama aid olan şeirlər toplusu - Rübailər kitabının bir nəşrinin son səhifəsindən çırılmışdı. İşin ilkin protokollarında Təmam sözü orfoqrafik səhv nəticəsində Təman olaraq qeyd edilmiş və bu səhv tez-tez təkrarlanır. Tamam şud işi (ing. Tamam Shud case) - 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da Avstraliyanın Adelaida şəhərində baş vermiş hadisə. Hadisə şəhərdə yerləşən Somerton çimərliyi ərazisində naməlum kişi cəsədinin tapılması ilə meydana gəlmişdir. Cəsədin üzərində şəxsiyyəti təsdiq edən heç bir sənəd aşkarlanmamışdır. 40-45 yaşlarında olan, qalın geyimli kişi cəsədinin ayaqqabılarının təmiz olması onun bura sonradan gətirildiyi ehtimalını gücləndirir. Cəsəddən götürülmüş diş və dırnaq nümunələri əsasında şəxsin ərazinin yerlisi olmadığı güman edilmişdir.
Təmiz idrakın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".