Temik Avanesoviç (Oqanesoviç, Aqanesoviç) Avtandilyan (erm. Ավթանդիլյան Թեմիկ Հովհաննեսի, rus. Темик Аванесович Автандылян; 20 avqust 1922, Ağdərə, Cavanşir qəzası, Azərbaycan SSR, SSRİ[1] – 10 fevral 1945[1], Qloquv[d]) — erməni əsilli sovet hərbçisi, baş leytenant.
Temik Avtandilyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 avqust 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 10 fevral 1945[1] (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | piyada |
Rütbəsi | baş leytenant[1] |
Döyüşlər | |
Təltifləri |
|
Temik Avanesoviç Avtandilyan 20 avqust 1922-ci ildə SSRİ tərkibindəki Azərbaycan SSR-nin Cavanşir qəzasındakı Ağdərə kəndində anadan olmuşdur. O, Bakıda hərbi məktəb bitirmiş, 1941-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olan Avtandilyan Qafqaz, Ukrayna və Polşada gedən döyüşlərdə iştirak etmişdir. O, 1945-ci ildə Polşanın Qloquv şəhərində hücum zamanı rədaşət göstərmiş və həlak olmuşdur.[2]
Temik Avtandilyan "Qırmızı Bayraq", "Qırmızı Ulduz" ordenləri və medallarla təltif edilmiş, 27 iyun 1945-ci ildə, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı almışdır.[2]