Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fovizm
Fovizm— XX əsrin əvəllərində Fransa boyakarlığında yaranmış avanqard cərəyan. Tənqidçilərin 1905-ci ildə Paris Müstəqillər Salonunda çıxış edən bir qrup rəssama ( Anri Matiss, A. Marke, J.Ruo) rişxəndlə "les fauves" (vəhşilər) ləqəbi verməsi ilə əlaqədar fovizm termini meydana gəlmişdir. Fovizmin dərk edilmiş proqramı yox idi. XIX əsrin bədii ənənələrinə qarşı çıxan fovizm yeni boyakarlıq üsullarını bərqərar etməyə çalışan cərəyan olmuşdur. Fovizm qısa müddətdə (1905-1907) müxtəlif üslublu rəssamları birləşdirmişdi.
Fokizm
Fokizm (isp. foquismo) və ya partizan ocağı nəzəriyyəsi (isp. foco – ocaq) — Ernesto Gevara tərəfindən partizan müharibəsinin maoçu prinsiplərinin inkişafı kimi təklif olunan gevarizm konsepsiyasının tərkib hissəsi. Bunu ilk dəfə Çe Gevara Üç Qitə Konfransındakı çıxışında belə ifadə etmişdir: "… iki, üç, çoxlu Vyetnam yaradın!". Sonralar fokizm nəzəriyyəsi Fransa filosofu və Gevaranın əməkdaşı Reji Debre tərəfindən işlənib hazırlanmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Эрнесто Че Гевара. Партизанская война / М., Издательство иностранной литературы, 1961 Че Гевара. Эпизоды революционной войны. АСТ, Мидгард, 2005 г. ISBN 5-17-029024-1 Revolution in the Revolution?
Aforizm
Aforizm (yun. αφορισμός, aphorismos) — qısa kəlam, ümumiləşdirilmiş, bitkin, dərin mənalı fikir, hikmətli söz deməkdir. == Xarici keçidlər == Aforizm Çoxlugu – ingilis dilində. Muasir Aforizm – ingilis dilində.
Autizm
Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir pozğunluqdur. Bu əlamətlər autizmi Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırır. == Haqqında == Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən, yoxsa nadir görülən mutasiyalardan qaynaqlandığı çox açıq deyil. Nadir hallarda doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər nəzərlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələri təsdiqləyən elmi dəlillər yoxdur. Son illərdə aparılan araşdırmalar autizmin yayılmasını hər 1000 adama bir ya da iki halda olaraq təxmin edir, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hallarının sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı məlum deyil. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər.
Faşizm
Faşizm (lat. fascio, it. fascismo, tərc. "dəstə", "birlik") — Birinci dünya müharibəsindən sonra meydana gəlmiş siyasi cərəyan. Faşizm İtaliyada yaranmışdır. 1919–1945-ci illərdə İtaliyada totalitar tipli sağ radikal siyasi hərəkat. Xalqın maddi vəziyyətinin pisləşməsi, cəmiyyətin müxtəlif qruplarının gəlir səviyyəsi arasında artan fərq, 4 il davam edən və milyonlarla insanın həyatına son qoyan qanlı ümumavropa müharibəsinin qeyri-insaniliyinin və mənasızlığının dərki kütləvi narazılığa səbəb olmuşdu. Müharibənin nəticələrinin və müharibədən sonrakı sosial reallığın doğurduğu dərin məyusluq hissi keçmiş döyüşçüləri zorakı hərəkətlərə sövq edirdi. İtaliyada sosialist partiyasının sol qanadının sabiq lideri, hələ o zamanlar duçe (rəhbər) titulu daşıyan B. Mussolini onların maraqlarının carçısına çevrildi. O, 1919-cu ilin mart ayından onları faşilərdə birləşdirməyə (əvvəlcə Milanda) başladı; faşi üzvləri özlərini faşist, hərəkatı isə faşizm adlandırırdılar.
Godizm
Monizm
Monizm (yun. monos – bir, vahid) — bütün mövcudatın əsasının bir başlanğıcdan ibarət olmasını qəbul edən fəlsəfi təlim. Həm materialist, həm də idealist monizm mövcuddur. Materialistlərə görə, dünyanın başlanğıcı, əsası materiyadır. İdealistlər isə ruhu, ideyanı bütün hadisələrin vahid başlanğıcı hesab edirlər. İdealist monizmin ən ardıcıl forması Hegel fəlsəfəsidir. Dünyanı maddi, bütün hadisələri isə hərəkətdə olan materiyanın müxtəlif növləri hesab edən dialektik materializm üçün ardıcıl materialist monizm xarakterikdir. Elmi materialist monizm dialektik materializm üçün səciyyəvidir. Marksizm fəlsəfəsində monizm ictimai hadisələrə də şamil edilir. Fəlsəfi monizmin problemi maddi və ideal başlanğıcların qarşılıqlı münasibətlərini anlamaqdır.
Mutizm
Mutizm (lat. mutus — lal, dinməz) — psixatriyada və nevrologiyada xəstənin suala cavab verməməsi, ünsiyyətsizlik kimi bir hal.
Sofizm
Sofizm (yun. σόφισμα - söz ustalığı, biclik, müdriklik) — bir kəsin haqlı olduğunu sərgiləmək və söz çəkişməsində (mübahisədə) rəqibini dolaşdırmaq üçün yürüdülən mürəkkəb mülahizələr, cümlələr və dolaşıq fikirlərdir. == Tarixi == M. ö. V yüzillikdə tiranlıq və aristokratiya quruluşunun yerinə quldarlıq demokratiyası gəlmişdir. Bu quruluşda xalq yığıncaqları və azad məhkəmələrin böyük əhəmiyyəti olmuşdur. Ona görə də o zaman gözəl nitq söyləməyi və məntiqi mülahizələr irəli sürməyi bacaran adamlara ehtiyac yaranmışdır. Bu kimi adamlar siyasi və hüquqi biliklərə dərindən yiyələnmiş, onları fəlsəfə ilə birləşdirmişdilər. Onlara “Sofistlər” (yun. Σοφιστής, lat. Sophistes – müdriklik ustaları) deyirdilər.
Torizm
Torizm (ing. Toryism) — klassik mühafizəkarlığın ingilis versiyası olan siyasi fəlsəfə. Siyasi sahədə torizm, Üç Krallığın Müharibəsi dövründəki cəngavərlərin hərəkətindən qaynaqlanır. Bu siyasi fəlsəfə, İngiltərənin siyasi həyatında, eləcə də Birlik ölkələrinin, xüsusən də Kanadanın bəzi yerlərində görkəmli bir yerə sahibdir. Tarixən, Amerika İnqilab Müharibəsi zamanı on üç müstəmləkənin ayrılmasına qarşı çıxan İngilis Amerikasının sadiqləri də keçmiş Britaniya İmperiyası içərisində bu fəlsəfənin nümayəndələri idilər. Torizm, "Tanrı, Kral və Ölkə" sözləri ilə ifadə edildi . Torilər monarxizmin tərəfdarlarıdır, İngiltərə Kilsəsi ortodoksallığının dini irsinin daşıyıcılarıdır və eyni zamanda viqlərin fraksiyasının liberalizminə qarşı çıxırlar. İdxal olunan taxıllara vəzifə qoyan Qarğıdalı Qanunları (1815-1846) sayəsində torilərin əksəriyyəti iqtisadi sabitliyi, özünütəmin etməyi və kənd təsərrüfatı işçiləri üçün daha yüksək maaşları təmin edən proteksionist aqrarizmi dəstəklədi.
Toyizm
Toyizm – 1990-cı ildə Hollandiyanın Emmen şəhərində yaradılan incəsənət hərəkatı Bu söz oynaq xüsusiyyətli incəsənət əsərlərini və onların təməlindəki fəlsəfəni simvolizə edir. ”Izm” suffiksi həm incəsənət, həm də din aləmində hərəkət və ya hərəkat mənasını kəsb edir. Bununla belə Toyizm-oyunu ciddi sual olaraq, müasir dövrdə yeni tənqidi və hissiyatlı növün perspektivliyini göstərir. Toyizm sözu 1990-cı ildə Toyist Deco tərəfindən düzəldilən “kompüter hörümçəyinin qaçışı” qrafik işindən sonra yarandı. Məhz bu əsər doxsanıncı illərin əvvəllərində bu incəsənət tərzini dəbə saldı. Lakin bu tərzin manifestə düşməsinə sonradan iki il lazım oldu. 5 sentyabr 1992-ci ildə Emmenli rəssam və musiqiçi Deco (təxəllüs) ”ana” adlı manifestin yazaraq “toyizm” tamaşaçılarına təqdim etdi. == Tarix == Toyizmi iki müxtəlif dövrə bölmək olar 1992-ci ildən 2000-ci və 2002-ci ildən indiki vaxtadək . === 1992-2000 === Bundan bir neçə ay sonra daha iki aktyor manifest yazma cərəyanına qoşuldu. İlkin mərhələdə sujetin əsasına sürrealist tərpənməyən ikonalar, rəsmlər (kompüter, kosmik məkik və məxmər ayılar) hazırlanırdı.
Eqotizm
Eqoizm (ing. egotism - özünəsevgi; yun. εγώ - mən sözündəndir) — geştaltpsixologiya termini olub, insanın özü haqqında şişirdilmiş fikrini, şəxsiyyətinin mənasını şişirdilmiş hissini ifadə edir. == Xarakteristikası == Eqotizm özünün əlverişli görünüşünü saxlamaq və yaxşılaşdırmaq üsuludur və adətən insanın şəxsiyyət xüsusiyyətləri, özünə dəyər verməsi haqqında şişirdilmiş rəyi ehtiva edir. Eqotizm tez-tez insanın intellektual, fiziki və sosial qabiliyyətlərinə şişirdilmiş baxışı ehtiva edir. İnsan adətən özünün əhəmiyyətini hədsiz dərəcədə hiss edir. Eqotizm insanın özünün müəyyən etdiyi şərtlərdən başqa hər hansı digər şəraitdə başqalarına, o cümlədən yaxınlarına və ya əzizlərinə əhəmiyyət vermədən, özünü dünyanın mərkəzində yerləşdirməyə meyli deməkdir. Eqotizm “özünəməftunluq” və ya narsissizmlə sıx bağlıdır – həqiqətən də bəziləri eqotizmi sosial narsissizmlə müqayisə edirlər. Eqotistlər özləri haqqında özlərini tərif edən üslubda danışmağa güclü meyllidirlər və onlar həm də şişirdilmiş öz əhəmiyyəti hissi ilə təkəbbürlü və lovğa ola bilərlər. Eqotist, başqalarına verdiyindən daha çox şey əldə etmək üçün hərəkət edən bir insandır.
Moizm
Moizm (mo tzya) (墨家) – Çində olan etik-siyasi təlim. Moizm banisi Mo tszı (Mo Di) olan etik-siyasi təlimdir. O, e.ə. 486-cı ildə anadan olmuş və 90 il yaşamışdır. Mo təlimi üçün ümumi sevgiyə çağırış, bütün münaqişələri sülh vasitələrlə həll etməyi tələb etmək və s. səciyyəvidir. Moçular qeyri-adi insan idilər, onlar şəxsi olanı tam unutmaqla, ümumi rifah və ədalət naminə hər şeyi qurban verməyə hazır olmaları ilə müasirlərini heyrətləndirirdilər. Moçu, məktəb rəhbəri uğrunda xoşbəxtcəsinə öz həyatını verə və başqasına etdiyi yamanlığa görə yeganə oğlunu öldürə bilərdi. == Ədəbiyyat == Ян Хин-шун Теория познания моистов // Вопросы философии.1956.№ 1. Титаренко М.Л. Мо-цзы и ранние моисты о процессе познания.// Вопросы философии.1964.№ 11.
Ekoloji faşizm
Ekoloji faşizm - avtoritar bir hökumətin fərdlərin öz maraqlarını təbiətin təbii vəhdətinə qurban etmələrini tələb edən nəzəri siyasi modeldir.
Faşizm qurbanlarına abidə
Faşizm qurbanlarına abidə — 1995-ci ildə Ukraynanın Novoqrad-Volınska şəhərinin rəhbərliyi təşəbbüsü ilə qoyulmuş abidə. Abidə faşizm qurbanlarına həsr edilib və Sluç çayının yüksək sahilində, Levanevskiy küçəsində, Zabitlər evinin yanında yerləşir. == Haqqında == Abidənin qoyulduğu yerdə 1941-ci ilin avqust ayının sonunda 700-800 yəhudi qadın və uşaq güllələnib. 1945-ci ilə aid istintaq işinə görə burada qazılmış məzarlıq 5 metr dərinliyində 12 metr uzunluğunda və 3 metr enində olub. Onların hər biri ya sinəsində ya da başlarından aldıqları güllə yarasından ölüblər. Tapılmış meyidlər arasında hələ də övladını qucağında tutan ana meyidlərinə rast gəlinib. Təxmin edilir ki güllələnməni "Cənub" polis polku həyata keçirib. Abidənin ən böyük hissəsi qırmızı qranitdən hazırlanmış üçbucaqdır. Onun ətrafında isə Öz övladları üçün əzab çəkən və ağzını tutan ana obrazı təsvir edilib. Bu abidədə yalnız bir yazı həkk olunub.
Faşizm üzərində Qələbə Günü
Qələbə Günü (rus. День Победы) — Böyük Vətən Müharibəsinin (1941–1945) başa çatdığı gün. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. == Qələbə günü Azərbaycanda == Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi