Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anqanok
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Fuğanlı
Fuğanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Fuqanlı oyk, düz. Cəbrayıl rayonunun şükürbəyli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Keçmiş adı İmambağı olmuşdur. Bəzən İmambaş variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsini alməmmədli, alıkeyxalı, rüstəmlilər və şammədli nəsillərinə mənsub ailələr salmışlar. Belə ehtimal edilir ki, Naxçıvanda XV əsrdən məlum olan Fəqan qalasından köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış bu kəndin adı "Fəqan qalasından gələnlər" mənasındadır.
Luqansk
Luqansk (Ukraynca: Луганськ; əvvəllər (1935-58 və 1970-89 arasında) Voroşilovqrad) — Ukraynada Luqansk Oblastının idarə mərkzi şəhər. Luqon Çaynın Olqovaya Çayıyla kəsişdiyi yerdə qurulmuştur. == Demoqrafik == 2001-ci il Ukrayna siyahıyaalınmasında sakinlərin 49,6%-i özlərini etnik olaraq ukraynalı, 47%-i isə etnik olaraq rus olduğunu bəyan edib. Ən çox yayılmış ana dili rus dili olub, əhalinin 85,3%-ni təşkil edir. Ukrayna dili əhalinin 13,7%-nin ana dilidir və daha az sayda erməni (0,2%) və belarus (0,1%) dilində danışanlar mövcuddur.
Muğanək
Muğanək (fars. مقانک‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiyası == Muğanək kəndi Dizəcin, Kəngavər və Bərvəc kəndlərinin arasında və dağlıq bir bölgədə yerləşir. Daşkəsən, Pilə kəmər və Zanqafıl dağları bu kəndi üç yandan çevrələyib ki yerlilər tərəfindən bu dağların ətəyindən ağ torpaq (Kaolin) ixrac olunur. Kəndin ən önəmli və sulu bulağı Qırxbulaq adlanır. Kənd tut, qoz və fındıq bağlarının içində yerləşir. === Bitki örtüyü === Kəklikotu, Kəkotu, Boymadərən, Dağnanəsi və Gəvən kimi bitkikər Muğanək ərazisində bolca tapılır. Habelə bu kənddə Kütyarpaq püstə, Yemişan və Şam ağaclarına rast gəlmək olar. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 81 nəfər yaşayır (31 ailə). === Milli tərkibi === Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Furano
Furano (yap. 富良野市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Kamikava sabprefekturada yerləşən şəhər.
Aleksandr Tuqanov
Aleksandr Aleksandroviç Tuqanov (rus. Александр Александрович Туганов; 19 (31) mart 1871, Moskva – 6 mart 1960, Bakı) — Tiflis Azərbaycan Teatrının baş rejissoru, Azərbaycan SSR xalq artisti (1936). == Həyatı == Aleksandr Tuqanov Azərbaycan teatr sənətində iz qoymuş simalardandır. O, 1871-ci ildə Moskvada doğulub. Moskvada Korş teatrında, habelə Rusiyanın bir sıra şəhərlərində aktyor, sonradan Gürcüstanda, 1924-cü ildən isə Azərbaycanda rejissor kimi fəaliyyət göstərib. Aleksandr Tuqanovun fəaliyyətinin müəyyən dövrü Tiflis Azərbaycan Teatrı ilə bağlıdır. Özünün yazdığına görə, Azərbaycan teatrı ilə ilk tanışlığı 1898-ci ildə Moskva Korş teatrı truppasının Tiflisə səfəri zamanı olmuşdur. 1912-ci ildə isə o, daimi işləmək üçün Tiflisə gəlir və burada rus teatrında fəaliyyətə başlayır. Həmin vaxtlar burada Azərbaycan ziyalılarının yaratdığı "Müsəlman teatr cəmiyyəti"nin tamaşalarına baxır. Bu tamaşalar "Zubalov Xalq Evi"ndə, habelə digər teatrların səhnələrində göstərilirdi.
Batırbek Tuqanov
Batırbek Tuqanov (oset. Батырбег Тугъанты, 4 (16) iyul 1866 – 19 iyun 1921) — Osetiya ictimai inqilabi xadim, yazıçı, tərcüməçi, dramaturq və hüquqşünas. == Bioqrafiyası == 4 iyul 1866-cı ildə hazır ki Şimali Osetiya Respublikası Diqora rayonu Dur-Dur kəndində bir osetin torpaq sahibinin ailəsində anadan olmuşdur. 1880-ci ildə Vladiqafqaz kişi gimnaziyasına daxil olur, sonra 1884-cü ildən Stavropol gimnaziyasında təhsiliyi davam etdirir. 1886-cı ildə təhsilini tərk edərək doğma kəndinə qayıtdır. Bir müddət sonra Vladiqafqaza köçür və burada Kosta Xetaqurovla tanış olur. Vladiqafqazda hüquq təhsili alır. Mülki işlər üzrə xüsusi vəkil adını aldıqdan sonra vəkillik etməyə başlayır. Bir hüquqşünas olaraq ilk əsərini, "Hənifə" hekayəsini yazır. İnqilabi hərəkatda iştirak edir.
Genadiy Züqanov
Gennadi Andreyeviç Züqanov (rus. Генна́дий Андре́евич Зюга́нов, 26 iyun 1944) — rusiyalı dövlət xadimi, siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Kommunist Partiyasının yaradıcısı və sədri. == Həyatı == Gennadi Züqanov Mımrino kəndində anadan olub. 1961-ci ildə gümüş medalla məktəbi bitirdikdən sonra Orlov Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur, 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirir. 1966-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olub. 1967-ci ildən etibarən Komsomolda işləməyə başlayıb. 1990-cı ildə SSRİ-nin dağılmasından sonra Gennadi Züqanov 1990-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kommunist Partiyasının əsasını qoyur. 1993-cü ildə partiyanın adı KPRF ilə əvəz olunur. Bu günə qədər Gennadi Züqanov 4 dəfə Rusiya Federasiyası Prezidenti postuna namizəd olub, Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışının deputatı olub. 2012-ci ildə sonuncu prezident seçkilərində 17,18% (12 318 353 səs) toplamaqla 5 namizəd arasında ikinci yeri tutub, lakin bu nəticələri baykot edib.
Luqansk vilayəti
Luqansk vilayəti (ukr. Луганська область) — Ukraynanın şərqində yerləşən vilayət.
Gennadi Züqanov
Gennadi Andreyeviç Züqanov (rus. Генна́дий Андре́евич Зюга́нов, 26 iyun 1944) — rusiyalı dövlət xadimi, siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Kommunist Partiyasının yaradıcısı və sədri. == Həyatı == Gennadi Züqanov Mımrino kəndində anadan olub. 1961-ci ildə gümüş medalla məktəbi bitirdikdən sonra Orlov Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur, 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirir. 1966-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olub. 1967-ci ildən etibarən Komsomolda işləməyə başlayıb. 1990-cı ildə SSRİ-nin dağılmasından sonra Gennadi Züqanov 1990-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kommunist Partiyasının əsasını qoyur. 1993-cü ildə partiyanın adı KPRF ilə əvəz olunur. Bu günə qədər Gennadi Züqanov 4 dəfə Rusiya Federasiyası Prezidenti postuna namizəd olub, Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışının deputatı olub. 2012-ci ildə sonuncu prezident seçkilərində 17,18% (12 318 353 səs) toplamaqla 5 namizəd arasında ikinci yeri tutub, lakin bu nəticələri baykot edib.
Dieqo Luqano
Dieqo Luqano (d. 2.11.1980, Kanelones, Uruqvay) — uruvaylı futbolçu. İngiltərənin Vest Bromviç Albiyon və Uruqvay milli futbol komandasının müdafiəçisidir. == Həyatı == Futbolçu 1980-ci ilin 2 noyabrında anadan olub. == Karyerası == Dieqo da əksər cənubi amerikalılar kimi "köhnə qitə" klublarının diqqətinə San Paulodakı oyunuyla düşüb. 2006-cı ildə Fənərbaxçanın heyətinə cəlb olunub. Etibarlı müdafiə və hücumlara aktiv dəstəyiylə seçilən stoper 2011-ci ilə qədər Türkiyədə qaldı. Fənərbaxçanın qitəmiqyaslı yarışlardan kənar qalması Luqanonun Pari Sen-Jermen ilə anlaşmasına səbəb oldu. Ançelotti Dieoqoya etimad göstərmədi və futbolçu 2013-cü ilin yanvarında Malaqaya, avqustunda isə Vest Bromviçə keçdi. Uruqvay millisinin heyətində 87 matç keçirib.
Uqanik adası
Uqanik adası (ing. Uganik) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak arxipelaqına daxil olan ada. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak-Aylend borosuna aiddir. Kadyak adasının şimal-qərb sahili yaxınlığında yerləşir. Kadyak Milli Vəhşi Təbiət Sığınacağının bir hissəsidir. İlk dəfə 1805-ci ildə rus səyyahı Yuri Lisyanski tərəfindən qeyd edilmiş və nəhayət 1852-ci ildə rus hidroqrafı Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır. Adanın uzunluğu təxminən 25 km, eni isə 8 km-dir. Sahəsi 146,7 km²-dir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 219 m yüksəklikdədir. Adanın daimi əhali yoxdur.
Yuci Suqano
Yuci Suqano (d. 14 aprel 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Luqansk Xalq Respublikası
Luqansk Xalq Respublikası (rus. Луганская народная республика ) — Şərqi Avropada eyniadlı separatist tәşkilat tәrәfindәn qurulan tanınmayan separatist dövlәt. Donbass müharibəsi zamanı 2014-cü il aprelin 28-də Ukraynadakı müstəqil, suveren respublika kimi quruldu. Mayın 11-də müstəqillik referendumu keçirildi və müstəqilliyi ictimaiyyət tərəfindən təsdiq edildi. Mayın 12-də rəsmi olaraq müstəqilliyini elan etdi. Təsisçilər 24 may 2014 tarixində Donetsk Xalq Respublikası ilə bir konfederasiya imzaladılar. == Tarixi == 2014-cü il mayın 11-də 96.2% səslə qəbul edilmiş müstəqillik referendumundan sonra yeni hökumət Rusiya və 13 başqa ölkəni 11 iyun tarixində öz müstəqilliyini tanımağa çağırdı. Onun müstəqilliyi Donetsk Xalq Respublikası və 2008-ci ildə Gürcüstandan ayrılaraq suveren olduğunu bəyan edən Cənubi Osetiya tərəfindən tanındı.
Məhəmməd bəy Tuqanov
Məhəmməd bəy Tuqanov - Borçalı alayının polkovniki
Zarya FK (Luqansk)
"Zarya" Futbol Klubu — Luqansk şəhərini təmsil edən, Ukraynanın ən uğurlu peşəkar futbol klubudur. Klub 1972-ci ildə SSRİ çempionu olmuşdur. Şərqi Ukraynadakı münaqişə səbəbilə klub Zaporojye şəhərindəki Slavutyç Arenada oynuyur. == Komandanın heyəti == Komandanın heyəti 1 İyun 2018.
Zarya Luqansk FK
"Zarya" Futbol Klubu — Luqansk şəhərini təmsil edən, Ukraynanın ən uğurlu peşəkar futbol klubudur. Klub 1972-ci ildə SSRİ çempionu olmuşdur. Şərqi Ukraynadakı münaqişə səbəbilə klub Zaporojye şəhərindəki Slavutyç Arenada oynuyur. == Komandanın heyəti == Komandanın heyəti 1 İyun 2018.
Staniçno-Luqansk qoruğu
Staniçno-Luqansk qoruğu (ukr. Станично-Луганське відділення) — Luqansk təbiət qoruğunun filialı, Staniçno-Luqansk rayonunun (Luqansk vilayəti, Ukrayna) ərazisindəki Pesçanoe kəndindən qərbdə yerləşir . İdarənin əsas vəzifəsi Severski Donets çayının daşqın düzənliyinin təbii komplekslərinin qorunmasıdır. Sahəsi 494 hektardır. Bölgədəki hərbi əməliyyatlarla əlaqədar olaraq, Staniçno-Luqansk şöbəsi Luqansk vilayətində böyük dərəcədə zərər çəkmiş ekoloji obyektlərdən biridir. == Məkan == Qoruq Seversk-Donetsk fiziki-coğrafi bölgəsində yerləşir. 50 metrə qədər yüksəklikləri əhatə edən bölgədə qərarlaşır. === Torpaq === Qoruğun demək olar ki, bütün ərazisi qara torpaqla örtülüdür, baxmayaraq ki, onun bir hissəsində qum təpələri var. === Hidrosfer === Qoruğun ərazisində sahəsi 2 hektar olan Soldatskoye gölləri və sahəsi 0,8 hektar olan Krasnenkoe və sahəsi 7,6 hektar olan Pesçanoe gölü var. Çaylar və göllər yağıntılar, yeraltı sularla qidalanır.
Kazan kilsəsi (Luqansk)
Kazan kilsəsi - Luqanskdakı tarixi pravoslav kilsəsi (1864-1935). == Tarixi == 9 oktyabr 1861-ci ildə Luqansk zavodunun "duz mədənləri" şöbəsində bəzi tacirlərin Luqansk zavodu ərazisində kilsə tikmək istədikləri barədə məlumatlar yayıldı. Məbədin tikintisi 1861-1864-cü illər arasında aparılmışdır. Kazan kilsəsinin memarlığında ilk dəfə olaraq 5 bandan istifadə edilmişdir. 1909-cu ildə Şəhər duması zəng qülləsi tikmək üçün 500 rubl ayırmağa qərar verdi. Vəsaitlərin ayrılmasında Luqanskın fəxri vətəndaşı İvan Pivovarovun böyük dəstəyi olub. 1910-cu ildə məbədə üç qatlı dəmir zəng qülləsi əlavə edildi. 1935-ci ildə bolşeviklər məbədi bağladılar və noyabrın 6-da xaç yerinə qırmızı bayraqlar asdılar. 1937-ci ildə kilsə dağıdıldı. 1942-ci ildə Kazan kilsəsində xidmət edən keşişlər fəaliyyətlərini davam etdirmək qərarına gəldilər və fəaliyyətlərini şəxsi evlərdə davam etdirsələr də, 1961-ci ildə hakimiyyət bu evləri də bağladı.
Luqansk Xalq Respublikası bayrağı
Luqansk Xalq Respublikası bayrağı — LXR-nin rəsmi bayrağı. LXR Konstitusiyasına əsasən Dövlət Bayrağının təsviri və rəsmi istifadə qaydası Luqansk Xalq Respublikasının qanunu ilə müəyyən edilir. == Bayrağın rəngləri == Luqansk Xalq Respublikasının bayrağının rəngləri "Luqansk Xalq Respublikasının Dövlət Bayrağı haqqında qanun" ilə müəyyən edilir.
Luqansk Xalq Respublikası gerbi
Luqansk Xalq Respublikası gerbi — LXR-nin rəsmi gerbi.
Luqansk Xalq Respublikası himni
Luqansk Xalq Respublikası himni — LXR-nin rəsmi himni.