Gennadi Andreyeviç Züqanov (rus. Генна́дий Андре́евич Зюга́нов, 26 iyun 1944[1][2]) — rusiyalı dövlət xadimi, siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Kommunist Partiyasının yaradıcısı və sədri.
Gennadi Züqanov | |
---|---|
rus. Геннадий Андреевич Зюганов | |
14 fevral 1993 – bu günə qədər | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 iyun 1944[1][2] (80 yaş) |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, fizik, Rusiya Federasiyası Dövlət Dumasının deputatı[d] |
Uşağı | 2 |
Dini | Şərqi pravoslav kilsəsi, Rus Pravoslav Kilsəsi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya |
Rütbəsi | polkovnik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi, siyasət |
Elmi dərəcəsi | |
|
|
kprf.ru/personal/zyuganov | |
Vikianbarda əlaqəli mediafayllar |
Gennadi Züqanov Mımrino kəndində anadan olub. 1961-ci ildə gümüş medalla məktəbi bitirdikdən sonra Orlov Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur, 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirir. 1966-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olub. 1967-ci ildən etibarən Komsomolda işləməyə başlayıb. 1990-cı ildə SSRİ-nin dağılmasından sonra Gennadi Züqanov 1990-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kommunist Partiyasının əsasını qoyur. 1993-cü ildə partiyanın adı KPRF ilə əvəz olunur. Bu günə qədər Gennadi Züqanov 4 dəfə Rusiya Federasiyası Prezidenti postuna namizəd olub, Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışının deputatı olub. 2012-ci ildə sonuncu prezident seçkilərində 17,18% (12 318 353 səs) toplamaqla 5 namizəd arasında ikinci yeri tutub, lakin bu nəticələri baykot edib.
Gennadi Züqanov Rusiya Federasiyası Prezidenti seçkilərində 4 dəfə iştirak edib.
İl | Təmsil etdiyi partiya | Səslər | Faiz | Yer (namizədlərin sayı) |
---|---|---|---|---|
1996 (1 tur) | Rusiya Federasiyası Kommunist Partiyası | 24 211 686 | 32,03 | 2/10 |
1996 (2 tur) | Rusiya Federasiyası Kommunist Partiyası | 30 104 589 | 40,31 | 2/2 |
2000 | Rusiya Federasiyası Kommunist Partiyası | 21 928 468 | 29,24 | 2/11 |
2008 | Rusiya Federasiyası Kommunist Partiyası | 13 243 550 | 17,72 | 2/4 |
2012 | Rusiya Federasiyası Kommunist Partiyası | 12 318 353 | 17,18 | 2/5 |