Fuğanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd.[1] Cəbrayıl şəhərindən 6 km cənub-şərqdə, düzənlikdə yerləşir.[2]
Fuğanlı | |
---|---|
39°21′14″ şm. e. 47°05′39″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 410 m |
Saat qurşağı | |
Kəndin əsasını Alməmmədli, Alıkeyxalı, Rüstəmliyar və Şəmmədli nəsillərinə mənsub ailələr qoyublar.
Onun əsasını Naxçıvandakı Fəqan qalasından buraya köçən ailələrin qoyduğu güman edilir.[2]
Rusiya imperiyası illərində Fuğanlu kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində olub.
Sovet hakimiyyəti illərində kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində olub.
Birinci Qarabağ müharibəsi nəticəsində 1993-cü ilin avqustunda qondarma Dağlıq Qarabağ Respublikasının nəzarətinə keçib. 20 oktyabr 2020-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev xalqa videomüraciətində “Azərbaycan ordusunun Cəbrayıl rayonunun Füqanlı kəndini işğaldan azad etdiyini” bildirib.[3]
Noyabrın 7-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın nəzarətində olan Furğanlı kəndinin əks olunduğu iddia edilən videogörüntülər yayıb.[4]
Kəndin keçmiş adı İmambağı (bəzən İmambaş variantında qeyd olunur) olmuşdur.
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə kəndin adının XV əsrdən Naxçıvandakı Fəqan qalası üçün çəkilmiş addan gəldiyi, buradan ailələrin köçüb əsasını qoyduğu güman edilir.
Bu baxımdan kəndin adı “Fəqan qalasından gələnlər” mənasınə daşıyır[2].
“Zaqafqaziya diyarının əhalisi haqqında 1886-cı il ailə siyahılarından çıxarılmış statistik məlumatlar məcəlləsi”nə əsasən, Hacılı kənd dairəsinin Füqanlu kəndində 27 tüstü və 128 azərbaycanlı (“tatar” kimi qeyd olunur) yaşayırdı. dini və kəndliləri şiə olanlar.
1912-ci il “Qafqaz təqvimi”nə əsasən təqvimdə “tatarlar” kimi göstərilən Karyaginski qəzasının Füqanlu kəndində əsasən azərbaycanlılardan ibarət 253 nəfər yaşayırdı.
Əsas təsərrüfatı heyvandarlıq idi.
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |