Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Püjyö
Püjyö (fr. Pugieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Jujuy
Jujuy — Argentinanın şimal-qərb sərhəd bölgəsində yerləşən bir ştat. Qərbdə Çili və şimalda Boliviya ilə həmsərhəd olan əyalətin ərazisi 53,219 km²-dir.
Cuno
Cuno (Alyaska)
Cüdo
Cüdo (Cü - yumşaq, Do – yol) və ya dzü-do — yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur. == Yaranması == Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir.
Cunot Dias
Cunot Dias (31 dekabr 1968, Santo-Dominqo) — Dominik əsilli Amerika yazıçısı Massaçusets Texnologiya İnstitutunun yaradıcı yazı professoru və Boston Review-in bədii redaktoru. Cunot Dias Massaçusets Texnologiya İnstitutunun professorudur. O, həmçinin Gürcüstanda sənədsiz mühacirlərə orta təhsildən sonra təlimat verən könüllü təşkilat hesab edilən Azadlıq Universitetinin məsləhətçilər heyətində çalışır. Cunot Diasın buradakı vəzifəsi mühacirlərin təcrübələri, xüsusilə də Latın mühacirlərinin təcrübəsi ilə bağlıdır. 1968-ci ildə Dominikan Respublikasının paytaxtı Santo Dominqo şəhərində dünyaya göz açan və beş uşaqdan ortancılı olan Cunot Dias Santo Dominqonun yaxınlığında yerləşən Villa Juana səmtində yoxsul bir ailədə böyümüşdür."Diktator, kripto-faşist" xarakterli atası Cunot və qardaşlarını odlu silahla atəş etməyə və müxtəlif döyüş sənətlərini öyrənməyə təşviq edirdi. Uşaqlıq illərində Dias şəraiti olmayan, su qıtlığı , eləcə də vətəndaş ixtişaşları və çoxlu siyasi qətl hadisələri baş verən bir şəhərdə yaşayırdı. Diasda nağıllara və əfsanələrə maraq yaradan nənəsi ona lənət, ovsun və əcdadları haqqında fantastik nağıllar danışardı. Dias danışılanlara inanmasa da, bu hekayələr onun çox maraqlı idi. 1974-cü ildə Dominikan Respublikasının sabiq prezidenti Trujillonun keçmiş məsləhətçisi Coakin Balaquer yenidən prezident seçildikdə Dias ailəsi ilə birlikdə miqrant statusu əldə edərək ABŞ-nin Nyu-Cersi Parlin şəhərinə köçməyə qərar verir. 1980-ci illərdə atası ABŞ-yə daha əvvəl gedərək onları tərk etmiş və ailə uzun illər yoxsulluq içində yaşamağa məcbur olmuşdu .
Kujay (Uçalı)
Kujay (başq. Ҡужай, rus. Кажаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 73 km, ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 33 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.
Kunoy adası
Kunoy(far. Kunoy) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 135 nəfər yaşayır. Sahəsi 35.5 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 830 m-dir. == Şəxsiyyətləri == Simun av Skardi — farerli şair, siyasətçi və yazışı. Farer adalarının himnini yazmışdır.
Mariano Rajoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey; 27 mart 1955[…], Santiaqo de Kompostela) — İspaniyanın eks Baş Naziri (21 dekabr 2011 – 1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Quloy-xi
Quloy-xi və ya Quloyxi — İnquşetiya Respublikası ərazisindən axan çay. Quloy-xi çayı Assa çayının sağ qoludur. Çayın uzunluğu 24 km, su hövzəsinin sahəsi 161 km²-dir. Çay vadisində Vovnuşki müdafiə və gözətçi qalalarının son orta əsrlərə aid kompleksi var. == Coğrafiyası == Quloy-xi çayı mənbəyini Çeçenistanla sərhədin yaxınlığındakı Ceyrax rayonu dağlarından (Daxkinta dağının yamacı) götürür. Çay yaşayış məntəqələrindən uzaqda dağ dərəsi ilə qərbə doğru axır. Vadidə şam ağacı, qızılağac, söyüd, ağcaqayın, çaytikanı, gərməşov, başınağacı bitir. Meşələr əsasən çayın sol sahili boyunca uzanır. Çayda su axınının sürəti 2,2 m/s-dir. Çayın mənsəbi Assa çayının sağ sahili boyunca 103 km uzanır.
Sujay Qorpade
Sujay Qorpade (10 yanvar 1965) — Hindistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Sujay Qorpade Hindistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Sujay Qorpade Hindistanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Suxoy Loq
Suxoy Loq — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Suxoy adası
Suxoy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şərq sahillərində yerləşir. Maksimal hündürlük 29 metrdir. Naydyonış adasından 1,8 km cənub-şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 1,8 km təşkil edir. Sahilləri düzdür. Burada göl və çay yoxdur.
Çukot dili
Çukot dili və ya luoravetlan dili (ԓыгъоравэтԓьэн йиԓыйиԓ) — Çukot-kamçat dilləri ailəsinə daxil olan çukçaların dilləri. Rusiyanın Çukot Muxtar Dairəsində, Koryak muxtar dairəsində, həmçinin Saxa (Yakut) Respublikasının Nijne-Kolım rayonunda yayılıb. 1989-cu il siyahıyalınmasına görə sayları 15 min nəfərdir, onlardan 70 % çukot dilini doğma dil sayırlar. 1920-ci illərdə çukot dili luoravetlan dili adlandırılsa da, termin işləmədi. == Çukot dilinin gender xüsusiyyətləri == Çukot dilində kişi və qadınların danışığı üçün fərqli sözlər mövcuddur. Qadınlar ərinin qohumlarının adlarını və ona oxşar sözlərin tələffüzünə qadağa var. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Языки народов Сибири, находящиеся под угрозой исчезновения: Чукотский язык Arxivləşdirilib 2008-03-05 at the Wayback Machine "Шарль Венстен. Чукотский язык, чукотская литература (грамматика, тематический словарь, литература)". 2011-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-20.
Çukot dənizi
Çukot dənizi — (rus. Чуко́тское мо́ре) Şimal Buzlu Okeanında yerləşən dənizdir. Alyaska yarımadası ilə Çukot yarımadası arasında yerləşir. Dəniz qərbdən Lonq boğazı, şərqdən Alyaska yarımadasında yerləşən Borrou burnu ilə əhatə olunmuşdur. Şimaldan isə o, Şimal Buzlu okeanının kontinental yamacı ilə sərhədlənir. Berinq boğazı onu cənubda Sakit okean da yerləşən Berinq dənizi ilə birləşdirir. Dənizin əsas limanı olan Uelen Rusiya Federasiyasında yerləşir. == Ədəbiyyat == Шамраев Ю. И., Шишкина Л. А. Океанология. Л.: Гидрометеоиздат, 1980.
Çukot platosu
Çukot platosu — böyük Orta-Okean silsiləsinə daxil silsilə Şimal Buzlu okean ərazisində yerləşir. İl boyu buzla örtülü olur. Çukot platosu Alyaskanın Barrou burnundan başlayaraq 800 km uzanır. Plato «Şimal qütbü-2» (1950—1951) elmi ekspedisiyasının fəaliyyəti nəticəsində aşkarlanmışdır.
Çukot rayonu
Çukot rayonu (çuk. Чукоткакэн район) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. Rusiya Federasiyasının ən şərqdə yerləşən rayonudur. İnzibati mərkəzi Lavrentiya kəndidir. == Coğrafi yerləşmə == Çukot rayonu dairənin şimal-şərqində yerləşir (demək olar ki, hamısı Çukot yarımadasındadır) və şimalda Çukot dənizinin və şərqdə Berinq boğazının suları ilə yuyulur. ABŞ ilə dəniz sərhədi vardır. Onun təbii olaraq iki okeana birbaşa çıxışı olan - Şimal Buzlu okean və Sakit okean - Rusiyanın yeganə bölgəsidir. Rayonun Çukot dənizinin sahil zolağının uzunluğu 580 km, Berinq dənizinin isə 370 km-dir. Cənubdan Çukot Muxtar Dairəsinin Providenski rayonu ilə, qərbdən İultinski rayonu ilə həmsərhəddir. İqlim Rayonun iqlim son dərəcə sərtdir.
Çukot yarımadası
Çukot yarımadası (rus. Чукoтка) — Avrasiya mmaterikinin uzaq şimal-şərqində qərar tutur. Sahillərini Şimal Buzlu okeanına daxil olan Çukot dənizi və Sakit okeana daxil olan Berinq dənizi yuyur. Alyaskadan dar Berinq boğazı ilə ayrılır. Yarımadanın şərq hissəsində Arakamçeçen adası yerləşir. Yarımadanın şərq qutaraçağında materikin ən ucqar şərq nöqtəsi olan Dejnyov burnu yerləşir. Bura Asiyanın yeganə ərazisidir ki, qərb yarımkürrəsində yerləşir. Yarımada inzibati cəhətdən Rusiya Federasiyası Çukot Muxtar Dairəsinə daxildir. Burada Providenski və Çukot rayonlarına bölünür. == Tarixi == Yarımada ilk dəfə 1728-ci ildə Berinq tərəfindən yerli əhali olan çukçaların şərəfinə adlandırmışdır.
Çupay (Şaran)
Çupay (başq. Супай, rus. Чупаево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 6 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 38 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Marilər (97%) üstünlük təşkil edir.
Şibue Çusay
Şibue Çusay (渋江 抽斎, 1805, Edo[d] – 1858 və ya 5 oktyabr 1858) və ya əsl adı ilə Zenzen – Yaponiya həkimi və filoloqu. Hirosaki hanından olan Tsuqaru ailəsinin həkimi olmuşdur. == Həyatı == Çusay 1805-ci ildə Edo şəhərində doğulmuş və həyatının çoxunu bu şəhərdə keçirmişdir. Atası Şibue İnsey də həkim idi. Çusay 1844-cü ildə Tokuqava şoqunluğunun Çin tibbi üzrə məktəbinin – Seycukanın professoru təyin olunmuş, ölümünə qədər bu vəzifəni tutmuşdur. Konfusiçi alim kimi Koşoqu məktəbinin əsas fiqurlarından biri olmuşdur. İçino Meyan və Kariya Ekisay tərəfindən başladılmış filologiya araşdırmaları ənənəsini davam etdirmiş, Mori Kien ilə birlikdə klassik Çin mətnlərinin biblioqrafiyası olan "Keyseki hoko şi" əsərini yazmışdır. Tibb sahəsində isə Heyan dövrünün yenidən kəşf edilmiş tibb kitabı olan "İşimpo"nun nəşr olunmasından məsul olan heyətin üzvü olmuşdur. O, xüsusilə, diaqnozlarına görə tanınmış, dövrünün ən yaxşı həkimlərindən biri hesab olunmuşdur. Çin tibbinin klassikləri haqqında şərhlər yazmışdır.
Jujuy (ştat)
Jujuy — Argentinanın şimal-qərb sərhəd bölgəsində yerləşən bir ştat. Qərbdə Çili və şimalda Boliviya ilə həmsərhəd olan əyalətin ərazisi 53,219 km²-dir.
Jujuy ştatı
Jujuy — Argentinanın şimal-qərb sərhəd bölgəsində yerləşən bir ştat. Qərbdə Çili və şimalda Boliviya ilə həmsərhəd olan əyalətin ərazisi 53,219 km²-dir.
Marusya Çuray
Marusya Çuray (ukr. Маруся Чурай; 1625[…], Poltava – 1653[…], Poltava) — əfsanəyə görə Poltavada yaşayan əfsanəvi Ukrayna xalq müğənnisi və Xmelnitski dövrünün şairəsi. Marusya Çuray: "Ah,Qritsyu getmə", "Arabalar dağlardan yuvarlanır", "Kazaklar işığa qalxdı" və s. kimi bir sıra mahnıların müəllifi hesab olunur. O, həmçinin Marusya Çuraivna kimi də tanınır. == Həyatı == Rəvayətə görə, Marusya Çuray 1625-ci ildə kazak yüzbaşı Qordeyin ailəsində anadan olub. Pavlyukla birlikdə edam edilən atasının ölümündən sonra o, Poltavada anası ilə birlikdə yaşamağa davam edib. Gənclik illərində onun gənc kazak İvan İskranın da içində olduğu bir çox pərəstişkarı olsa da, lakin o, ürəyini Poltava alayı kornetinin oğlu, Grits Bobrenkoya verdi. 1649-cu ildə Xmelnitski üsyanı başlayanda Grits geri dönəcəyini vəd edərək müharibəyə getdi. Marusya Çuray 4 il onu gözlədi.
Sujou Sənaye Parkı
Çin-Sinqapur Sujou Sənaye Parkı (sadələşdirilmiş Çin dili: 中国 — 新加坡 苏州 工业 园区; ənənəvi Çin dili: 中國 — 新加坡 蘇州 工業 園區; pinyin: Zhōngguó — Xīnjiāpō Sūzhōu Gōngyè Yuán Qū) və ya qısaca SSP (Sujou Sənaye Parkı), bir az Sinqapur təsiri olan Sujou şəhərində yerləşən bir qraflıq səviyyəsində inzibati ərazidir. == Təməl == 1992-ci ildə Sinqapur təcrübəsi ilə müasir bir sənaye qəsəbəsinin inkişafı fikri irəli sürüldü. Çinin mərhum öndə gələn lideri Den Syaopin Çinin cənubundakı ərazilərə turu zamanı dedi: "Sinqapur yaxşı ictimai qaydaya malikdir və yaxşı idarə olunur. Onların təcrübələrini öyrənməli və onlardan daha yaxşı idarə etməyi öyrənməliyik." Dəyirmi müzakirələrdən və ərazi araşdırmalarından sonra hər iki hökumət Sujounun şərqində müasir bir sənaye parkının inkişaf etdirilməsində güclərini birləşdirməyə qərar verdi. 26 fevral 1994-cü il tarixində Çin Baş nazirinin müavini Li Lanqing və Sinqapurun baş naziri Lee Kuan Yu Çin-Sinqapur Sujou Sənaye Parkının (ÇS-SSP) birgə inkişafına dair saziş imzaladılar. == Coğrafiya == SSP-in ümumi sahəsi 288 km2-dir, bunun da Çin-Sinqapur əməkdaşlıq sahəsi 1,2 milyonluq planlı yaşayış əhalisi ilə 80 km2-i əhatə edir. Çin Baş nazirinin müavini Vu Yi və Sinqapur Baş nazirinin müavini Vong Kan Sengin rəhbərlik etdiyi Çin-Sinqapur Birgə İdarəetmə Şurası, SSP-in inkişafına istiqamət vermək üçün hər il iclas keçirir. Jinji gölü Sujou Sənaye Parkının mərkəzi hissəsində yerləşən kiçik şirin su gölüdür. 7.18 kvadrat kilometr ərazini tutur və ortalama dərinliyi 2,5 −3 metrdir. Göldə iki süni ada var.
Suxoy Su-34
Suxoy Su-34 (NATO kod adı: Super Flanker) — döyüş təyyarələri taktiki bombardman üçün müasirləşdirilmiş Su-27 modelinin iki nəfərlik versiyası. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirə biləcək xüsusi bir dizayna sahibdir. İlk uçuşu 1993-cü ildə reallaşdırılıb və 1997-ci ildən etibarən istifadə edilməyə başlanılıb. Su -34 döyüş təyyarələri Sibir bölgəsində fəaliyyət göstərən Suxoy Holding-ə aid Novosibirsk şirkəti tərəfindən istehsal edilir. Rusiya Hava Qüvvələri şirkətlə bağladığı müqavilədə 2020-ci ilə qədər 124 ədəd Su-34 təyyarəsinin alınacağını açıqlayıb. Rusiyanın əlində 2015-ci il məlumatına görə 80-dan çox Su-34 var. Onlardan 15-i Suriyadadır. Su-34 havadan atılan “AA-12” raketləri təchiz edilib. 2014-cü ilin ilin mart ayında alınan 4++ nəsil təyyarələr köhnə Suxoy Su-24 Fencer-in yerini alacaq. == İnkişaf etdirilmə Prosesi == Yaşanan bəzi qeyri-müəyyənliklər layihəsinin başlamasını geciktirdi.
Suxoy Su-35
Suxoy Su-35 (rus. Сухой Су-35, NATO kod adı: Flanker-E) — Su-27 qırıcısının iki dəfə təkmilləşdirilmiş törəmə forması. Bir oturacağı və supermanevretmə qabiliyyəti var. Suxoy Dizayn Bürosu tərəfindən dizayn olunmuşdur. Komsomolsk-on-Amur Təyyarə Zavodunda istehsal olunmuşdur. İlk variant 1980-ci illərdə Su-27-də bir inkişaf kimi tərtib edilmiş və Su-27M kimi tanınmışdır. Bu törəmə, daha böyük ağırlığın öhdəsindən gəlmək üçün struktur gücləndirməsini və çox funksiyalı radarı əhatə edir. İlk prototip 1988-ci ilin iyun ayında ilk uçuşunu etdi. Sovet İttifaqının dağılması səbəbindən təyyarə kütləvi şəkildə istehsal olunmadığı üçün, Suxoy təyyarəsi ixrac sifarişlərini cəlb etmək üçün Su-35 olaraq yenidən təyin edildi. İstehsal edilən on dörd təyyarə sınaq və nümayiş üçün istifadə edildi.