Çukot platosu — böyük Orta-Okean silsiləsinə daxil silsilə Şimal Buzlu okean[1][2] ərazisində yerləşir. İl boyu buzla örtülü olur.
Çukot platosu Alyaskanın Barrou burnundan başlayaraq 800 km uzanır. Plato «Şimal qütbü-2» (1950—1951) elmi ekspedisiyasının fəaliyyəti nəticəsində aşkarlanmışdır[3].