Şibue Çusay (渋江 抽斎?, 1805[1], Edo[d] – 1858[1] və ya 5 oktyabr 1858[2]) və ya əsl adı ilə Zenzen[3] – Yaponiya həkimi və filoloqu. Hirosaki hanından[a] olan Tsuqaru ailəsinin həkimi olmuşdur.[4]
Şibue Çusay | |
---|---|
yap. 渋江抽斎 | |
Doğum tarixi | 1805[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1858[1] və ya 5 oktyabr 1858[2] |
Vəfat səbəbi | vəba |
Çusay 1805-ci ildə Edo şəhərində doğulmuş və həyatının çoxunu bu şəhərdə keçirmişdir.[4] Atası Şibue İnsey də həkim idi.[3] Çusay 1844-cü ildə Tokuqava şoqunluğunun Çin tibbi üzrə məktəbinin – Seycukanın professoru təyin olunmuş, ölümünə qədər bu vəzifəni tutmuşdur.[4] Konfusiçi alim kimi Koşoqu məktəbinin əsas fiqurlarından biri olmuşdur.[4] İçino Meyan və Kariya Ekisay tərəfindən başladılmış filologiya araşdırmaları ənənəsini davam etdirmiş, Mori Kien ilə birlikdə klassik Çin mətnlərinin biblioqrafiyası olan "Keyseki hoko şi" əsərini yazmışdır.[4]
Tibb sahəsində isə Heyan dövrünün yenidən kəşf edilmiş tibb kitabı olan "İşimpo"nun nəşr olunmasından məsul olan heyətin üzvü olmuşdur.[4] O, xüsusilə, diaqnozlarına görə tanınmış, dövrünün ən yaxşı həkimlərindən biri hesab olunmuşdur.[3] Çin tibbinin klassikləri haqqında şərhlər yazmışdır.[4] Çusay və tibb müəllimi İsava Ranken 1916-cı ildə Mori Oqay tərəfindən yazılmış bioqrafiyadan sonra tanınmışdırlar.[4]