Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çavuş
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir. İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. == Etimologiya == "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir. Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir.
Baş çavuş
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Gevork Çavuş
Gevork Çavuş (erm. Գէորգ Արոյի Ղազարեան) - Osmanlı imperiyası sərhədləri daxilində fəaliyyət göstərmiş Daşnaksütun terrorçusu, qaçaq. Gevork Çavuş Sasunun Mktink kəndində ovçu ailəsində doğulmuşdur İlk təhsilini Muşda Arakelots monastırında almışdır Bir müddətdən sonra monastırı tərk edib Arabonun dəstələrinə qoşulur o zamanlar Arabo fidayi dəstələrinə başçılıq edirdi Arabonun tutulmasından sonra o Arabonu satanın arxasını düşür və həmin şəxsi öldürür 1885dən 1888ə qədər səyahət edir sonunda Hələbdə qalmağı qərarlaşdırır Hələbdə işləyib silahlanmaq üçün yetərincə pul yığır 1890cı ildə yenidən Darona qayıdır və burada dostu Hampartsum Boyacıyananın dəstələrinə qoşulur 1894cu ildə Sasun Üsyanına qatılır burada Osmanlı qüvvələri tərəfindən tutulur və 15 illik həbs qətimkan tədbiri seçilir onun üçün lakin 2 ildən sonra türmədən qaçmağı bacarır və Sasunun Dağlarında qaçaq həyatı yaşayır burada dostları ilə birgə Daşnaksütüna üzv olur 1896cı ildə Andranik ozanyanla tanış olur və 2ci Sasun üsyanında birgə vuruşurlar.
Hakan Yavuz
Hakan Yavuz (1964, Bayburt) — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi. O, müasir islam və Türk araşdırmaları üzrə ixtisaslaşmışdır. == Həyatının erkən dönəmi və təhsili == Hakan Yavuz 1964-cü ildə Türkiyədə dünyaya gəlmişdir. Atası Kazım Yavuz siyasi aktivist olmaqla birlikdə, Van Kənd İnistitutunu bitirmiş müəllim idi. Həmçinin o, kənd təsərrüfatı iqtisadiyyatını və infrastrukturunu inkişaf etdirmək üçün bir çox layihəyə rəhbərlik etmişdi. Yavuz bakalavr təhsilini 1987-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində bitirmişdir. Magistr dərəcəsini Viskonsin-Miluoki Universitetində almışdır. 1989-cu ildə bir semester boyunca öz magistr dissertasiyasına görə Yerusəlim Yəhudi Universitetində keçirmiş və Maykl Oakeşott və Maykl Velzerin əsərlərinin müqayisəli təhlilini etmişdir. Öz doktorantura təhsilini 1998-ci ildə Viskonsin-Medison Universitetində bitirmişdir. O, MakArtur Fondundan iki il təqaüd almaqla islamın Özbəkistanın Fərqanə vadisində və şərqi Türkiyədə yerliləşmə prosesini araşdırmışdır.
Kiçik çavuş
Kiçik çavuş — Azərbaycan Respublikası Silahlı Qüvvələrində seçilmiş və fərqlənmiş hərbi qulluqçulara, kurs keçməsi nəticəsində verilən hərbi rütbədir. Bu hərbi rütbə kiçik komandir heyəti kateqoriyasına aid hərbi rütbədir. Bu rütbə MAXE hərbi qulluqçulara və müddətli hərbi qulluqçulara verilir.
Oskar Çavez
Oskar Çavez (20 mart 1935 – 30 aprel 2020) meksikalı müğənni,yazıçı,bəstəkar və aktyor. == Həyatı == Çavez 20 Mart 1935-ci ildə Meksiko şəhərində doğdu. 1960-cı və 1970-ci illərin məşhur sənətkarlarındandır. Meksika Xalq Musiqisinin başda gələn adlarından birisi olaraq "Por Ti" və "Macondo" kimi populyar mahnılar yaratdı. == Ölümü == Çavez 30 Aprel 2020-ci ildə COVID-19 səbəbilə doğum yeri Meksiko Şəhərində 85 yaşında öldü. == İstinadlar == == Mənbə == Óscar Chávez.
Qevorq Çavuş
Gevork Çavuş (erm. Գէորգ Արոյի Ղազարեան) - Osmanlı imperiyası sərhədləri daxilində fəaliyyət göstərmiş Daşnaksütun terrorçusu, qaçaq. Gevork Çavuş Sasunun Mktink kəndində ovçu ailəsində doğulmuşdur İlk təhsilini Muşda Arakelots monastırında almışdır Bir müddətdən sonra monastırı tərk edib Arabonun dəstələrinə qoşulur o zamanlar Arabo fidayi dəstələrinə başçılıq edirdi Arabonun tutulmasından sonra o Arabonu satanın arxasını düşür və həmin şəxsi öldürür 1885dən 1888ə qədər səyahət edir sonunda Hələbdə qalmağı qərarlaşdırır Hələbdə işləyib silahlanmaq üçün yetərincə pul yığır 1890cı ildə yenidən Darona qayıdır və burada dostu Hampartsum Boyacıyananın dəstələrinə qoşulur 1894cu ildə Sasun Üsyanına qatılır burada Osmanlı qüvvələri tərəfindən tutulur və 15 illik həbs qətimkan tədbiri seçilir onun üçün lakin 2 ildən sonra türmədən qaçmağı bacarır və Sasunun Dağlarında qaçaq həyatı yaşayır burada dostları ilə birgə Daşnaksütüna üzv olur 1896cı ildə Andranik ozanyanla tanış olur və 2ci Sasun üsyanında birgə vuruşurlar.
Samsa Çavuş
Samsa Çavuş və ya Samsa Bəy (türk. Samsa Çavuş, Samsa Bey; ?-1330-cu ildən sonra) — Ərtoğrul Qazinin, Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Samsa Bəy, Osmanlı Dövlətində "Çavuş" titulunu istifadə edən ilk komandirdir. Ayrıca, Samsa Çavuş Osmanlı Dövlətinin quruluşunda fəal iştirak etmişdir. Ərtoğrul Qazi və digər qayılar ilə birlikdə, Anadoluya Söğüt şəhərinə köçmüşdür. Osman Bəy vaxtında bir çox savaşa qatılmışdır. Pelekanon Savaşında işirak etdiyi məlumdur. İznikin 2-ci fəthində və Sorkunun fəthində qəhrəmanlıqlar göstərmişdir. Orxan Qazi,Qaratəkin qalası fəth edilincə, mühafizlərin başçısı olaraq Samsa Çavuşu təyin etmişdir. Ömrünün son günlərini Sakaryada keçirən Samsa Bəy, 1330-cu ildən sonra vəfat etmişdir.
Uqo Çavez
Uqo Rafael Çaves Frias (isp. Hugo Rafael Chávez Frías; 28 iyul 1954[…] – 5 mart 2013[…]) — Venesuela dövlət və hərbi xadimi, 1999–2013-cü illərdə Venesuela prezidenti, Venesuela Vahid Sosialist Partiyasının rəhbəri (2007–2013). == Həyatı == Uqo Rafael Çaves Frias 28 iyul 1954-cü ildə Venesuelanın Barinas ştatının Sabaneta şəhərində anadan olub. 1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Peresə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib. Lakin çevriliş baş tutmamış və o 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Venesuelada prezident seçilib. 2002-ci ildə hərbi çevriliş nəticəsində iki günlük hakimiyyətdən kənarlaşdırılsa da, onu dəstəkləyən hərbçilərin əks çevrilişi nəticəsində yenidən hakimiyyətə qayıtmışdır. Gəncliyində peşəkar beysbol oyunçusu olmaq istəyən Çaves, əvəzində böyük siyasətə daxil olmuşdu. Xarici siyasətdə ABŞ əleyhinə çıxışları ilə tanınan Çaves, eyni mövqedə duran digər dövlət başçıları — Fidel Kastro, Mahmud Əhmədinejad və Muəmmər Qəddafi ilə dost münasibətlərə malik idi.
Viviana Çavez
Viviana Çavez (28 may 1987) — Argentinalı marafonçu. Viviana Çavez Argentinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Viviana Çavez birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 3 dəqiqə 23 saniyəyə qət edərək 157 marafonçu sırasında 125-ci yeri tutdu.
Yavuz Abadan
Yavuz Abadan (18 aprel 1905, Əskişəhər – 30 iyun 1967, Ankara) — Türkiyə vəkili, siyasətçisi və yazıçısı. İctimai hüquq və siyasi elmlər sahəsində çalışmış və 1952–1954-cü illər arasında Siyasi Elmlər Fakültəsinin dekanı vəzifəsində çalışmış bir akademikdir. VII. Türkiyə Böyük Millət Məclisində bir müddət Əskişəhər Millət vəkili olaraq vəzifə icra etmişdir. Akademik Nərmin Abadan Unatın həyat yoldaşıdır. == Həyatı == Yavuz Abadan 18 aprel 1905-ci ildə Krımda anadan olmuşdur (Bəzi mənbələrə görə, Əskişəhər). 1929-cu ildə İstanbul Darülfünun Hüquq Fakültəsini bitirmişdir. Doktoranturanı Almaniyadakı Heydelberq Universitetində etdi . İstanbulun müxtəlif məktəblərində türk və tarix dərsləri verdi. Akademik karyerasına İstanbul Universiteti Hüquq Fakültəsində davam etmişdir. 1942-ci ildə professor dərəcəsinə yüksəldi.
Yavuz Akpınar
Yavuz Akpınar (1947, Ərdəhan ili) — türk yazıçısı, şairi və alimi, Türkiyənin Ege Universitetinin ədəbiyyat fakültəsinin professoru, Türkiyə Yazarlar Birliyi, Türk Mədəniyyəti Araşdırma İnstitutu və Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Ali Yavuz Akpınar 1947-ci ildə Ardahanda dünyaya göz açmış, 1969- cu ildə Ərzurum Atatürk Universitetində Türk dili və ədəbiyyatı bölümündə təhsil alaraq 1969-1984- cü illərdə Atatürk Universitetində Azərbaycan ədəbiyyatı sahəsində asistan olaraq çalışmışdır. 1980-ci ildə Mirzə Fətəli Axundzadə haqqında dissertasiyasını tamamlayaraq 1994-cü ildə dosent olmuşdur. 1992- ci ildə bir il boyu “Amerikanın səsi” radiosunda Azərbaycan mədəniyyəti ilə bağlı məqalələr yazıb və səsləndirib. Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun müxbir üzvü və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Professor Ali Yavuz Akpınar hazırda İzmirdə Ege Universitetində “Türk ləhcələri və ədəbiyyatları” bölümündə yaşı tamam olana kimi çalışmış sonra isə əməkli olmuşdur. == Yaradıcılığı == İlk məqaləsi 1968-ci ildə Qarsda “Haqqın səsi” qəzetində dərc olunmuşdur. Onun məqalələri Türklük Araşdırmaları Dərgisi, Qardaş Kitablar, Azərbaycan Türkləri, Yeni Türkiyə, Ege Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Araşdırmaları kimi jurnallarda çap olunmuşdur. XIX və XX əsrdə türk dialektləri və ədəbiyyatları, Türk dünyasında müasirləşmə, fikri və ədəbi həyat, ədəbi-ziyalı əlaqələri Yavuz Akpınarın tədqiqatının əsas istiqamətlərindəndir. O, Anadolu, Krım Azərbaycan türkləri ilə bir sırada Mərkəzi Asiya, İran və digər coğrafiyalarda yaşayan soydaşlarımızın ədəbiyyat və mədəniyyət tarixi, tanınmış simaları ilə bağlı çoxsaylı maraqlı araşdırmaların müəllifidir, elmə ilk dəfə təqdim olunan bir sıra klassik mətnlərin tərtibçisi, redaktoru və naşiridir.
Yavuz Axundlu
Yavuz İbrahimxəlil oğlu Axundlu (7 yanvar 1927, Ordubad, Naxçıvan MSSR – 15 avqust 2017) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (1983), professor (1983). Azərbaycan SSR əməkdar müəllimi (1966). == Həyatı == Naxçıvan Müəllimlər İnstitutunun tarix-filolgiya (1947) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini (1952) bitirmişdir. Naxçıvan şəhər orta məktəblərində müəllim,dərs hissə mediri, direktor işləmişdir (1952–1967). 1962-ci ildən Naxçıvan Dövlət Universitetində (ilk vaxtlar Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filialı, sonralar Naxçıvan Pedoqoji İnstitutu) çalışır. Filial direktorunun müavini (1967–1969), tədris və elmi işlər üzrə prorektor (1974–1979), tarix-filologiya fakültəsinin dekanı (1986–1988) olmuşdur. 1970-ci ildən ədəbiyyat kafedrasının müdiri işləmişdir. Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına, nəzəri-estetik prinsiplərinə dair tədqiqatların müəllifidir. 1997-ci ildə Ankarada Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr edilmiş "İstiqlalın əzablı yolu" kitabı türk dilində çap olunmuşdur. Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq elmi konfranslarda məruzələr etmişdir.
Yavuz Ağırəlioğlu
Yavuz Ağırəlioğlu (1 fevral 1972) — Türkiyə Böyük Millət Məclisi XXVII çağırış millət vəkili, İYİ Partiyanın sabiq sədr müavini, Türkiyə Böyük Millət Məclisi İYİ Partiya fraksiyasının sabiq sözçüsü və sabiq sədr müavini, Böyük Birlik Partiyası sabiq sədr müavini. == Həyatı == Yavuz Ağırəlioğlu 1 fevral 1972 tarixində Trabzonun Çaykara ilçəsinin Eğridere kəndində anadan olmuşdur. İbtidai, orta və lisey təhsilini Yozqatın Sorgun ilçəsində tamamlamışdır. Ali təhsilini Ankara Universiteti Siyasi Elmlər Fakültəsi Beynəlxalq Münasibətlər ixtisası üzrə almışdır. === Ailəsi === Ailəlidir və 3 övladı var. == Siyasi fəaliyyəti == 1995–1997-ci illərdə Nizamı-Aləm Ocaqlarının sədri olmuşdur. 2002-ci il parlament seçkilərində Trabzondan millət vəkilliyinə namizəd olmuşdur. 2003-cü ilin iyul ayında keçirilən Böyük Birlik Partiyası III Qurultayında partiyanın sədr müavini və Mərkəzi İcra Aparatının üzvü seçilmişdir. 2011-ci ildə BBP sədrliyinə namizəd oldu. 2011-ci ildən bəri Türkiyə İnisiyatif Mərkəzinin Prezidentidir.
Yavuz Eminbəyli
Eminbəyli Yavuz İbrahim oğlu — İbrahim Eminbəylinin oğlu Azərbaycan Atıcılıq Federasiyasınin vitse-prezidenti olmuşdur. == Həyatı == == Mükafatları == 6 aprel 2001-ci il "Tərəqqi" medali ilə təltif olunmuşdur. 25 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adına layiq görülmüşdür. 25 dekabr 2019 Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü vüeilir.
Yavuz Rüstəmov
Yavuz İsmayıl oğlu Rüstəmov (9 may 1933, Ordubad, Naxçıvan MSSR – 8 oktyabr 2019, Bakı) — texnika elmləri doktoru (1984), professor (1994), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Yavuz Rüstəmov 9 may 1933-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, 1952-ci ildə Ordubad şəhər 1 saylı orta məktəbini, 1957-ci ildə isə Neft və qaz texnologiyası ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == Yavuz Rüstəmov əmək fəaliyyətinə Sumqayıt "Sintetik kauçuk" zavodunda başlayıb. Belə ki, o, 1957-ci ildə təyinatla Sumqayıt "Sintetik kauçuk" zavoduna göndərilib, 1957-1961-ci illərdə həmin zavodda növbə rəisi və polimerləşmə sexinin texnoloqu vəzifələrində çalışıb. Rüstəmov həmin sexdə SKS-30 və SKN-26 kauçuk istehsallarının təkmilləşməsində aktiv iştirak edib. Daha sonra 1961-1963-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasında baş mütəxəssis, 1963-1969-cu illərdə isə "Sumqayıt superfosfat" zavodunda baş mühəndis işləyərək zavodun bütün istehsal sahələrinin tikilib işə buraxılmasına, onların istismar olunmasına və bir sıra proseslərin təkmilləşdirilməsinə bilavasitə rəhbərlik edib. Yavuz Rüstəmov 1969-cu ildən ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində elmi fəaliyyətini davam etdirir. Professor 1990-cı ildən Sumqayıt Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib. === Üzv olduğu şuralar === Yavuz Rüstəmov Respublika AAK-nın Kimya üzrə Ekspert Şurasının və Neft Kimyası üzrə Problem Şurasının üzvü olub.
Çavuş Stabbi
Serjant Stabbi — (1916 - 16 mart 1926) (ABŞ) 102-ci Piyada Alayının qeyri-rəsmi maskotu və Birinci Dünya Müharibəsində 26-cı (Yanki) diviziyasında xidmət etmiş itdir. 18 ay xidmət etmiş, Qərb cəbhəsində 17 döyüşdə iştirak etmişdir. O, alayını gözlənilməz iprit hücumlarından xilas etmiş, yaralıları tapıb təsəlli vermiş və guya bir dəfə bir Alman əsgərini şalvarından tutaraq, Amerika əsgərləri onu tapana qədər orada saxlamışdı. Onun hərəkətləri müasir Amerika qəzetlərində yaxşı sənədləşdirilib. Stabbi Böyük Müharibənin ən çox mükafatlandırılan döyüş iti və döyüş yolu ilə çavuş rütbəsinə irəli sürülən yeganə it adlandırılıb. Stabbinin qalıqları Smitsonian İnstitutundadır. Stabbi 2018-ci il cizgi filminin mövzusudur. == Mükafatları və xatirəsi == Stabbi aşağıdakı medallara layiq görülüb: Verden döyüşünə görə Fransa medalı; Amerika Legionunun 1-ci İllik Konvensiya Medalı; "New Haven" Müharibə Veteranları Medalı; Fransa Respublikasının "France Grande" medalı; Yaralara görə "Bənövşəyi Ürək" medalı (əvvəl "Yara üçün zolaq" adlanırdı, "Bənövşəyi Ürək" yalnız 1932-ci ildə təqdim edilib); Amerika Legionunun 6-cı İllik Konvensiya Medalı; San-Mişel Kampaniyasının medalı; Şato-Terri kampaniyasının medalı; ABŞ Humanitar Cəmiyyətinin Qızıl Medalı. Onun qalıqları Smitsonian İnstitutunda "Azadlığın qiyməti: Amerikalılar Müharibədə" adlı sərgi çərçivəsində nümayiş etdirilir. Stabbi, Kanzas-Sitidə 11 Noyabr 2006-cı il Atəşkəs Günü keçirilən mərasimdə Amerikanın Birinci Dünya Müharibəsi xatirəsi olan Azadlıq Memorialının Şöhrət Xiyabanında kafelə layiq görülüb.
Yavuz Aydın
Yavuz Aydın (1972, Trabzon ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Yavuz Aydın 1972-ci ildə Trabzon ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Trabzon ilində alıb. Trabzon ilində Ticarət Peşə Liseyini bitirib. Lissabonda NOVA Universiteti Hüquq Bölməsindən məzun olub. Səhiyyə, turizm və inşaat sahəsində çalışıb, təsisçi, tərəfdaş və menecer olub. Trabzon İş Adamları Dərnəyinin (TİAB) üzvü, Beşidüzü Mədəniyyət və Yardımlaşma Dərnəyinin (BEŞİK-DER) üzvü, Səhiyyə İşəgötürənləri Dərnəyinin (SEİS) üzvü, Beşidüzü İdman Klubunun İdarə Heyətinin üzvü və İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Trabzon ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 3 uşaq atasıdır.
Araz Məmmədov (çavuş)
Araz Telman oğlu Məmmədov (18 noyabr 1980, Şamxor – 28 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz Məmmədov 1980-ci il noyabrın 18-də Şəmkir şəhərində anadan olub. 1986-1996-cə illərdə Şəmkir şəhərində N. Nərimanov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Araz Məmmədov 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Araz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Araz Məmmədov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Bəxtiyar Məmmədov (çavuş)
Bəxtiyar Bayramşah oğlu Məmmədov (16 avqust 1996, Nabur, Qobustan rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar Məmmədov 1996-cı il avqustun 16-da Qobustan rayonunun Nabur kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Bəxtiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar Məmmədov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Hüseynov (çavuş)
Cavid Habil oğlu Hüseynov (1 aprel 1994, Hamarqışlaq, Cəlilabad rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Baş Çavuşu, Tankçı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Hüseynov 1994-cü il aprelin 1-də Cəlilabad rayonunun Hamarqışlaq kəndində anadan olub. 2012-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra Cavid Hüseynov 2016-cı ildə yenidən Azərbaycan Respubilkasının ordu sıralarına qayıdır. Azərbaycan Respubilkasının Silahlı Qüvvələrində Baş çavuş və Tank Atıcısı kimi xidmətə başlayır. Xidmət müddətində komandanlıq tərəfindən dəfələrlə fəxri fərman, medal və diplomlarla təltif olunub. Subay idi. Ailədə iki qardaş və evin kiçik oğlu idi. == Hərbi xidməti == Cavid Hüseynov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Elməddin Nəsibov (çavuş)
Elməddin Yusif oğlu Nəsibov (8 avqust 1983; Qazax rayonu, Azərbaycan SSR — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Nəsibov 1983-cü il avqustun 8-də Qazax rayonunun Ağköynək kəndində anadan olub. 1989-2000-ci illərdə S. Çobanov adına Ağköynək kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Elməddin Nəsibov 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Elməddin Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Nəsibov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub.
Elvin Məmmədov (çavuş)
Elvin Tərlan oğlu Məmmədov (12 dekabr 1992, Xırmandalı, Biləsuvar rayonu – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Məmmədov 1992-ci il dekabrın 12-də Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Elvin Məmmədov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddəli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elvin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Məmmədov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonu Xırmandalı kənd məzarlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elvin İsmayılov (çavuş)
Elvin Tələt oğlu İsmayılov (9 mart 1989, Əlinəzərli, Jdanov rayonu – 27 sentyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin İsmayılov 1989-cu il martın 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. Şəhla Mirzəyeva ilə ailəli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Elvin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin İsmayılov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Həsənli (çavuş)
Elçin Qəşəm oğlu Həsənli (6 iyun 1998, Qırıxlı, Xanlar rayonu – 30 oktyabr 2020, Kəlbəcər rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin Quru qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elçin Qəşəm oğlu Həsənli 1998-ci il iyun ayının 6-da Göygöl rayonun Qırıqlı kəndində anadan olmuşdur. 2005-ci ildə Qırıxlı kənd Ramiz Əsgərov adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-ci ildə məktəbi bitirmişdir. == Hərbi xidməti == Elçin Həsənli məktəbi bitirdikdən sonra iyul ayında hərbi xidmətə çağırılmış və Füzulidə ön cəbhədə yerləşən ″N″ saylı hərbi hissədə başa vurmuşdur. Hərbi xidməti bitirəndən sonra bir müddət Rusiya Federasiyasına işləməyə gedir. Orda müəyyən müddət çalışdıqdan sonra Azərbaycana qayıdır. Daşkəsən şəhərində yerləşən ″N″ saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu (MAHHXHQ) kimi fəaliyyətə başlayır. === İkinci Qarabağ müharibəsində iştirakı === Kəlbəcər-Murovdağ silsiləsi istiqamətində gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanaraq itkin düşmüşdür. Ailəsi ilə son danışığı 26 sentyabrda olmuş 70 gün Elçindən ailəsi bir məlumat ala bilməmişdir. Nəhayət 5 dekabr 2020-ci il tarixində nəşi tapılır və 6 dekabr günorta saatlarında Göygöl rayonu Qırıqlı kənd Şəhidlər xiyabanında təmtəraqlı dəfn mərasimi ilə son mənzilə yola salınır.