Yavuz Akpınar (1947, Ərdəhan ili) — türk yazıçısı, şairi və alimi, Türkiyənin Ege Universitetinin ədəbiyyat fakültəsinin professoru[1], Türkiyə Yazarlar Birliyi, Türk Mədəniyyəti Araşdırma İnstitutu və Azərbaycan Yazıçılar İttifaqının üzvü.
Yavuz Akpınar | |
---|---|
| |
Doğum tarixi | 1947 |
Doğum yeri | |
Elmi adı | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Ali Yavuz Akpınar 1947-ci ildə Ardahanda dünyaya göz açmış, 1969- cu ildə Ərzurum Atatürk Universitetində Türk dili və ədəbiyyatı bölümündə təhsil alaraq 1969-1984- cü illərdə Atatürk Universitetində Azərbaycan ədəbiyyatı sahəsində asistan olaraq çalışmışdır[2]. 1980-ci ildə Mirzə Fətəli Axundzadə haqqında dissertasiyasını tamamlayaraq 1994-cü ildə dosent olmuşdur. 1992- ci ildə bir il boyu “Amerikanın səsi” radiosunda Azərbaycan mədəniyyəti ilə bağlı məqalələr yazıb və səsləndirib. Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun müxbir üzvü və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Professor Ali Yavuz Akpınar hazırda İzmirdə Ege Universitetində “Türk ləhcələri və ədəbiyyatları” bölümündə yaşı tamam olana kimi çalışmış sonra isə əməkli olmuşdur.
İlk məqaləsi 1968-ci ildə Qarsda “Haqqın səsi” qəzetində dərc olunmuşdur. Onun məqalələri Türklük Araşdırmaları Dərgisi, Qardaş Kitablar, Azərbaycan Türkləri, Yeni Türkiyə, Ege Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Araşdırmaları kimi jurnallarda çap olunmuşdur[3]. XIX və XX əsrdə türk dialektləri və ədəbiyyatları, Türk dünyasında müasirləşmə, fikri və ədəbi həyat, ədəbi-ziyalı əlaqələri Yavuz Akpınarın tədqiqatının əsas istiqamətlərindəndir. O, Anadolu, Krım Azərbaycan türkləri ilə bir sırada Mərkəzi Asiya, İran və digər coğrafiyalarda yaşayan soydaşlarımızın ədəbiyyat və mədəniyyət tarixi, tanınmış simaları ilə bağlı çoxsaylı maraqlı araşdırmaların müəllifidir, elmə ilk dəfə təqdim olunan bir sıra klassik mətnlərin tərtibçisi, redaktoru və naşiridir[4]. Bu əsərlərdə dil və ədəbiyyat məsələləri ilə yanaşı, türk dünyasının modernləşməsi, türklər arasında yenilikçi fikir cərəyanlarının, ideoloji və ictimai-siyasi təmayüllərin meydana çıxması, türk toplumlarının çağdaş dünya mədəniyyətinə inteqrasiyası və s. kimi məsələlər öz əksini tapmışdır.
Yavuz Akpınar Azərbaycan ədəbiyyatına, mənəviyyatına, düşüncə tərzinə yaxından bələd olan, bu yöndə ən önəmli tədqiqatlar aparan elm adamlarındandır. Professor Yavuz Akpınar Türkiyədə və türk dünyasında Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biridir. Ərzurum Atatürk Universitetində 1980-ci ildə yazıb müdafiə etdiyi Mirzə Fətəli Axundzadənin həyatı və yaradıcılığına həsr olunmuş filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası Türkiyədə Azərbaycan ədəbiyyatı haqqında yaranan ilk mükəmməl elmi-tədqiqat əsərlərindən biridir, bu sanballı elmi əsəri ilə Yavuz Akpınar görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundzadəni Türkiyədə tanıtmaqla bərabər, həm də axundovşünaslığı yeni müddəalarla daha da zənginləşdirmişdir[5]. Mirzə Fətəli Axundzadənin məşhur “Təmsilat”ını ilk dəfə orijinal 1859-cu il nəşri əsasında hazırlayıb türk oxucusuna təqdim etmişdir. Yavuz Akpınarın “Azəri ədəbiyyatı araşdırmaları” kitabı Türkiyədə yazılıb nəşr olunan birinci Azərbaycan ədəbiyyatı tarixidir, “Azəri ədəbiyyatı araşdırmaları” kitabında Anadolu torpaqlarında yaşayan Azərbaycan sevdalısı olan bir tədqiqatçının çalışmaları və elmi baxışları öz əksini tapmış və Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi inkişaf yolu mərhələlər üzrə və elmi cəhətlərdən əsaslandırılmış şəkildə əhatə olunmuşdur[6]. Əsərdə Azərbaycan ədəbiyyatının görkəmli simalarının dolğun və obyektiv elmi portreti yaradılmışdır. O, 1982-ci ildə İbrahim Bozyellə birlikdə "Qardaş ədəbiyyatlar" dərgisini təsis etmişdir. “Qardaş ədəbiyyatlar” jurnalı türk dünyasının genişliyi və bütövlüyü haqqında əhəmiyyətli bir ədəbiyyat bələdçisidir, ” jurnalda ardıcıl olaraq verilən məqalələr vasitəsi ilə sovet dövrünün çətinlikləri şəraitində Türkiyə elmi-ədəbi ictimaiyyəti ayrı-ayrı türk xalqlarının ədəbiyyatı, o cümlədən, Azərbaycan ədəbiyyatı ilə yaxından tanış ola bilmişlər [7]. O, Türkiyə ilə türk dünyası arasında eləcə də, Azərbaycan arasında canlı körpü olmuş, sovetlər dönəmində Abbas Zamanov, Qulam Məmmədli, Həmid Araslı, Mirzəağa Quluzadə, Həmid Məmmədzadə, Qafar Kəndli, Müsədiqq, Qulamhüseyn Beqdeli, Mirvarid Dilbazi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və sonralar İsa Həbibbəyli, Anar, Elçin, Kamil Vəliyev, Məmməd Aslan, Xəlil Rza, Fikrət Sadıq, Aqşin Babayev, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Əsgər Rəsulov, Vilayət Quliyev kimi yazıçı və ziyalılarla dostluq əlaqələri qurmuşdur[8]. Yavuz Akpınar 1992-93-cü illərdə isə Miçiqan Universitetində (ABŞ) öz sahəsi ilə bağlı araşdırmalar apararkən də Azərbaycan mövzusunu əsas götürmüşdür. Yavuz Akpınar Azərbaycan üçün böyük vətəndaş, alim professor Abbas Zamanovun kəşfidir. Abbas Zamanovun şəxsiyyətinin və irsinin Türkiyədə tanıdılması və təbliğində də Yavuz Akpınarın böyük xidmətləri vardır. Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun verdiyi rəqəmə görə, hazırda şəxsi fondlarda Yavuz Akpınarın "bizimki"lərə yazdığı 2000-dən çox məktub mühafizə edilir. Onlardan 250-yə qədəri professor Abbas Zamanova (1993-cü ildə vəfat etdi) ünvanlanmışdır. Yavuz Akpınar milli dövlətçilik ideologiyasının banisi M.Ə.Rəsulzadə ilə bağlı olaraq “Azərbaycan Cümhuriyyəti. Keyfiyyəti-təşəkkülü ve şimdiki vaziyeti” (1990), “İran türkləri”(1993), “Kafkasya türkləri”[9] (1993; hər üçü İ.M.Yıldırım və S.Çağın ilə birlikdə) kitablarını hazırlamışdır. Yavuz Akpınar Cənubi Azərbaycan şair və yazıçılarının əsərlərinin Türkiyədə çap olunmasında əvəzsiz xidmətləri olmuşdur. Cənubi Azərbaycan ədəbiyyatının iki məşhur şairini iki əsərində - "Hörmətli Ustad Böyük Şehriyara" və "Sehendim" Azərbaycanın ictimai və siyasi durumu haqqında düşüncə və arzularını qeyd etmişdir[5]. Yavuz Akpınarın Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmalarının mərkəzində Bulud Qaraçorlu Səhənd, Həmid Nitqi, Həsən Məcidzadə Savalan, Cavad Heyət, Əli Təbrizli, Hüseyn Düzgün, Hüseyn Feyzullahi Sadiq və başqaları olmuşdur. Yavuz Akpınar Həmid Nitqinin " Hər rəngdən- dünəndən bugünə" adlı şeir kitabını nəşrə hazırlamışdır. O, Məhəmməd Hüseyn Şəhriyar yaradıcılığını həm dil, üslub, həm də poetika məsələləri baxımından qapsamlı araşdırıb, həm də əsərlərinin Türkiyədə nəşri sahəsində müstəsna xidmətlər göstərib, bu sahədə yeni səhifələr açmış,O, Atatürk Universiteti Ədəbiyyat Fakültəsi Araşdırma Jurnalının Ahmet Caferoğlu adına xüsusi buraxılışında “Şəhriyarın Türkiyədə nəşr olunmamış türkcə şeirlərindən bəziləri”ni çapa hazırlayaraq oxucuların ixtiyarına vermişdir[10]
Türk dünyasının fikir və düşüncə öndəri olan İsmayıl bəy Qaspiralinin dörd cildlik külliyatının nəşri Yavuz Akpınarın mühüm fəaliyyətlərindən biridir. I cilddə[11] roman və hekayələri yer almışdır, II cildə[12] İsmayıl bəy Qaspiralinin sosial və siyasi fəaliyyəti, təhsil fəaliyyətləri, III cilddə[13] dil və ədəbiyyat yazıları, IV cilddə isə təhsil haqqında fikirləri yer almışdır. Bütün türk dünyası bu gün İsmayıl bəy Qaspiralini Yavuz Akpınar nəşrləri vasitəsilə oxuyur.
Azərbaycanın təbliğində gördüyü işlərə görə 1989-cu ildə Dövlət Mükafatına, 2017-ci ildə "İlin elm adamı", Nəriman Nərimanov" Azərbaycan Dövlət Mükafatı (1990); Azərbaycan Dövlət Universiteti "Fəxri Doktor" (1993); Türkiyə Yazıçılar Birliyi "Araşdırmada İlin Yazarı" (1994); Azərbaycan Dövlət Universiteti "Fəxri professor" (1996); Türk Ocaqları "Ziya Gökalp Elm və Təşviq Hədiyyəsi" (1997); Azərbaycan Yazıçılar Birliyi "Rəsul Rza Mükafatı" (1998); TİKA-nın "Türk Dünyasına Xidmət Ödülü" (2001), Türkiyə Yazıçılar Birliyi 40. İl Vəfa Mükafatı (2018), Türk Dilinə Xidmət (2023 ) kimi mükafatlara layiq görülüb.