Yavuz Ağırəlioğlu (1 fevral 1972) — Türkiyə Böyük Millət Məclisi XXVII çağırış millət vəkili, İYİ Partiyanın sabiq sədr müavini, Türkiyə Böyük Millət Məclisi İYİ Partiya fraksiyasının sabiq sözçüsü və sabiq sədr müavini, Böyük Birlik Partiyası sabiq sədr müavini.
Yavuz Ağırəlioğlu | |
---|---|
8 iyul 2018 – 14 may 2023 | |
Seçki dairəsi | 2018 — İstanbul |
29 iyul 2019 – 30 mart 2022 | |
Türkiyə Böyük Millət Məclisi İYİ Partiya fraksiyasının sözçüsü | |
30 iyul 2019 – 20 sentyabr 2020 | |
Əvvəlki | Vəzifə ləğv olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
Türkiyə Böyük Millət Məclisi İYİ Partiya fraksiyasının sədr müavini | |
8 iyul 2018 – 29 iyul 2019 | |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Müsavat Dərvişoğlu |
Böyük Birlik Partiyasının sədr müavini | |
İyul 2003 – ? | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1972 (52 yaş) |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Yavuz Ağırəlioğlu 1 fevral 1972 tarixində Trabzonun Çaykara ilçəsinin Eğridere kəndində anadan olmuşdur. İbtidai, orta və lisey təhsilini Yozqatın Sorgun ilçəsində tamamlamışdır. Ali təhsilini Ankara Universiteti Siyasi Elmlər Fakültəsi Beynəlxalq Münasibətlər ixtisası üzrə almışdır.[1]
Ailəlidir və 3 övladı var.
1995–1997-ci illərdə Nizamı-Aləm Ocaqlarının sədri olmuşdur.
2002-ci il parlament seçkilərində Trabzondan millət vəkilliyinə namizəd olmuşdur.
2003-cü ilin iyul ayında keçirilən Böyük Birlik Partiyası III Qurultayında partiyanın sədr müavini və Mərkəzi İcra Aparatının üzvü seçilmişdir. 2011-ci ildə BBP sədrliyinə namizəd oldu. 2011-ci ildən bəri Türkiyə İnisiyatif Mərkəzinin Prezidentidir.
2018-ci ilin may ayında İYİ Partiyaya üzv oldu. 2018-ci il Türkiyə parlament seçkilərində İYİ Partiya sıralarından İstanbul millət vəkili seçildi. Eyni zamanda 2018-ci ilin iyulundan 2019-cu ilin iyul ayına kimi İYİ Partiya TBMM fraksiyasının sədr müavini vəzifəsini icra etmişdir. 2019-cu ilin iyul ayının 29-da İYİ Partiya sədrinin xüsusi qərarı ilə Sivil Toplum Quruluşları və Xalqla Əlaqələr üzrə sədr müavini təyin olunmuşdur.[2] Daha sonra bir müddət İYİ Partiyanın TBMM fraksiyasının sözçüsü vəzifəsini icra etmişdir.
İYİ Partiyanın II Qurultayından sonra, 1 oktyabr 2020-ci il tarixində keçirilən Ümumi İdarə Qurulu toplantısında partiyanın Türk Dünyası və Xaricdəki Türklər Başqanlığı təsis edildi. Yavuz Ağırəlioğlu isə bu qurumun başqanı seçilərək Başqanlıq Divanının üzvü oldu.[3]
30 mart 2022-ci il tarixində İYİ Partiya sədri Başqanlıq Divanında dəyişikliklər etmiş, Yavuz Ağırəlioğlu vəzifəsindən azad edilmişdir.[4]
3 mart 2022-ci il tarixində İYİ Partiya lideri Meral Akşenər Millət İttifaqının vahid prezidentliyə namizədinin Kamal Kılıçdaroğlunun seçilməsinə etiraz edərək brifinq keçirmiş və İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu ilə Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Mansur Yavaşı vəzifə başına çağırmışdır. Lakin çağırış cavabsız qalmışdır. 5 mart 2023-cü il tarixində Mansur Yavaş və Əkrəm İmamoğlu Meral Akşenərlə görüşərək özlərinin səlahiyyətli vitse-prezidentliyi şərti ilə Cümhuriyyət Xalq Partiyası sədri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyi təklifini irəli sürmüşdür. Akşenər bu təklifi qəbul etmiş və 6 mart 2023-cü il tarixində Millət İttifaqının vahid namizədi Kamal Kılıçdaroğlu olaraq elan edilmişdir. Lakin İYİ Partiya daxilində Yavuz Ağırəlioğlu başda olmaqla bu məcburi qəbullanmaya etiraz edənlər olmuşdur. Yavuz Ağırəlioğlu 21 mart 2023-cü il tarixində Xalqların Demokratik Partiyasının Kamal Kılıçdaroğlunun leyhinə namizəd çıxarmama qərarını açıqlamasından sonra 22 mart 2023-cü il tarixində Türkiyə Böyük Millət Məclisində brifinq keçirərək heç bir halda bu məcburiyyətə boyun əyməyəcəyini, "terror kölgəsi" altında qalmayacağını, deputatlığa namizəd namizədi olmayacağını və Meral Akşenəri müdafiə edəcəyini bildirmişdir. Daha sonra seçkilərdə Kamal Kılıçdaroğluna səs verməyəcəyini bildirən Yavuz Ağırəlioğlu 28 mart 2023-cü il tarixində növbəti gün partiyasının sədri Meral Akşenərlə vidalaşacağı ilə bağlı məlumat vermişdir. Bu məlumatın yayılmasının ardından Yavuz Ağırəlioğlu İYİ Partiyadan istefa vermişdir. İYİ Partiya rəhbərliyindən isə görüş təklifi qəbul olunmamışdır.[5]