Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sindao
Sindao - Çində, Şandonq əyalətində, Sarı dənizin sahilində qədim şəhər. Sindao, Şandonq əyalətinin ən vacib ticarət və turist mərkəzidir. Şəhərin adı çin dilindən tərcümədə "mavi ada" deməkdir. 2008 Pekin Yay Olimpiya oyunlarının yelkən yarışları bu şəhərdə keçirilmişdir. == Tarixi == Şəhər ərazisində ilk məskunlaşma 6000 il əvvələ aiddir. İkinci dünya müharibəsindən sonra şəhər ABŞ donanmasının Qərbi Sakit Okean Donanmasının baş qərargahı olmuşdur. Çinin 1984-cü ildəki xarici ticarət siyasəti dəyişikliyindən sonra şəhər sürətlə inkişaf etmişdir. == Coğrafiya == Şəhər Şandun yarımadasının cənub sahilində yerləşir. Şəhərin ən hündür yeri 1.133 metr yüksəklikdə yerləşir. Şəhərdə musson iqlimi hakimdir.
Kral Sindae
Kral Sindae (d. 89 – ö. 179) — Goguryeo krallığının səkkizinci kralıdır. 165-179-cu illərdə hökmdarlıq etmişdir. Hakimiyyəti Kral Çadaedan təhvil almışdır. Ondan sonra hakimiyyətə Kral Gogukçeon keçmişdir.
Pol Sinyak
Pol Sinyak (fr. Paul Signac, 11 noyabr 1863[…], Paris – 15 avqust 1935[…], Paris) — Fransız Neoimpressionizm rəssamı. Jorj-Pyer Söra ilə birlikdə puantilizm üslubunu yaratmışdı. == Haqqında == Sinyak 11 noyabr 1863-cü ildə Parisdə Jül və Heloise Sinyakın yeganə övladı olaraq anadan olmuşdur. Atası varlı bir yəhər istehsalçısı idi. Atasını 16 yaşında itirən Sinyak memarlıq təhsili alaraq rəssamlıq fəaliyyətinə başladı. Həyatı boyu Avropa sahillərini gəzib çox mənzərələr çəkdi. 1880–1884-cü illər arasındakı ilk rəsmlərinə Klod Mone və Arman Qiyomen kimi impressionist rəssamların təsirləri daxil idi. 1884-cü ildə Parisdə Jorj-Pyer Söra ilə görüşdü. Söranın sistemli iş üsulu və rəng biliklərinə heyran qalmışdı.
Sindan (Sərab)
Sindan (fars. سندان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 389 nəfər yaşayır (101 ailə).
Şindan qalası
Şindan qalası — Astara və Nəmin yolununda Şindan ya Çindan dağının başında yerləşibdir və Azərbaycanın Astara şəhərinin böyük tarixi əsərlərindəndir ki, tarixi İslamdan əvvələ aiddir. Daş və sarucdan hörülən qalanın hündürlüyü 20 metrdir. Heyran gədigi və Astara Nəmin yolundan rahatca görünür. Qərb tərəfində qədim qəbristanlıq vardır. Bu qəbirlərin bir dəstəsi Gör qəbiridi və bir dəstəsində qıç tərəf qərbə və baş tərəf şərqə basdırılıbdır ki şah İsmayıl dövrünün Qaraqoyunlularındandır. == Tarixi hadisələr == Şindan qalasında mühüm hadisələrindən biri Şah Abbas zamanında, Talış Həmzə xan, Astaranın hökmdarının qiyamıdır. O zaman Zülfüqar xan Qaramanlı, Ərdəbilin hökmdarı bu qalanı mühasirə də saxlamış və Həmzə xan dəniz yolu ilə Şirvana qaçmışdır.[mənbə göstərin] Mehranlı İsa xan və Musa xanın döyüşləri və Mir Mustafa xan i talış ibni Mir Cəmaləddinin (Qara xan) Ağa Məhəmməd şah Qacar zamanında bu qalaya sığınagı bu qalada olubdur. Mehranlı İsa xan və Musa xanın qəbiri bu qaladadır. Deyilənə görə bir zamanlar Babək də bu qalada olmuşdur.
Cindağ
Cindağ (Ordubad) — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Cindağ (Şahbuz) — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ.
Pindar
Pindar (q.yun. Πίνδαρος; e.ə. 517 – e.ə. 437, ehtimal ki, ) — qədim yunan şairi. Ədəbi irsindən epinikiyalardan (ümumyunan idman yarışlarının qaliblərini mədh edən odalar) ibarət 4 kitab qalmışdır. Yarışda qalib çıxan gənclərin şücaətini və fiziki gözəlliklərini tərənnüm edən Pindar bu keyfiyyətlərin fitri istedad və zəhmətlə vəhdətdə qazanıldığını göstərirdi. Odaları üslub gözəlliyi, bədii təsvir vasitələrinin zənginliyi ilə seçilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bowra C M. Pindar. Oxford: Clarendon Press, 1964 (и мн. репринты).
Rinyak
Rinyak (Averon)
Sandal
Sandal — təknəvari quruluşa malik gəmi, su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == Sandal əsasən, yelkənlə təhciz olunuduğu ucun səmt kuləyinin gucu ilə hərəkət edir. Arxiv sənədləri gostərir ki, hələ XVIII əsrin ikinci yarısında sandal və kirjim inşa etmək ucun Bakıda gəmi tərsanəsi olmuşdur.
Senday
Senday (yap. 仙台市) — Yaponiyanın Tohoku regionunda yerləşən Miyaqi prefekturasının paytaxtı.
Sincab
Sincab (lat. Sciurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid heyvan cinsi. Bu cins Avropa, Şimali və Cənubi Amerikanın mülayim qurşaqlarında yayılmış 30-a yaxın növü özündə cəmləşdirir. == Təsnifatı == Sincab (Sciurus) cinsi Abert sincabı (S.aberti) Qviana sincabı (Sciurus aestuans) Allen sincabı (S.alleni) İran sincabı (S.anomalus) Arizona sincabı (S.arizonensis) Qızılıqarın sincab (S.aureogaster) Boz Karolin cincabı (S.carolinensis) Sciurus colliaei Sciurus deppei Sciurus flammifer Sciurus gilvigularis Sciurus granatensis Boz-sarı sincab (S.griseoflavus) Boz sincab (S.griseus) Sciurus ignitus Sciurus igniventris Yapon sincabı (S.lis) Neyarityan sincabı (S.nayaritensis) Qara sincab (S.niger) Sciurus oculatus Sciurus pucheranii Sciurus pyrrhinus Riçmond sincabı (S.richmondi) Sanborna sincabı (S.sanborni) Sciurus spadiceus Sciurus stramineus Ala-bəzək sincab (S.variegatoides) Adi sincab (S.vulgaris) Yukatan sincabı (S.yucatanensis) Druid sincabı == İstinadlar == == Mənbə == Davidson, Alan. Oxford Companion to Food (1999), "Squirrel". p. 750.
Sincan
Sincan (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Sincan (Ankara) — Türkiyədə ilçə. Sincan (Çin) — əyalət.
Sincar
Sincar(ərəb. سنجار‎, kürd. شنگال, süry. ܫܝܓܪ) — İraqın şimal-qərbində şəhər. == Tarix == Zəngilər sülaləsinin bir qolu Sincarda hökumət qurmuşdu. == Coğrafiyası == Sincar şəhəri Mosulun Ninəvə mühafazasının şimalında yerləşir. == Əhalisi == Sincar şəhərində Ərəblər və müsəlmanlarla yanaşı əhalinin böyük əksəriyyətini Yezidi məzhəbindən olanlar təşkil edir.
Sindbad
Sindibad, (fars سندباد‎ — Sandbəd,ərəb السندباد البحري‎‎ — əs-Sindibəd əl-Bəḥri) — Afrika ilə Asiya arasında səyahəti vaxtı bir çox fantastik macəralara düşən əfsanəvi dənizçi, Min bir gecə nağıllar toplusunun əsas personajlarından birinin adı. Min bir gecə nağıllar toplusunda onun sərgüzəştləri Dənizçi Sindibadın yeddi səyahəti hissəsini təşkil edir, və qismən ərəb və müsəlman dənizçilərinin gerçək təcrübəsi, qismən əntiq poeziya, qismən də hind və fars möcüzəli hekayələrinə - mirabiliyalara əsaslanır. Hesab olunur ki, Sindibadın prototipi kimi, buddist versiyasında Sanbao -"Üç Cəvahir" ya da "Üç Xəzinə" ləğəbli, Min sülaləsi çağı çinli dənizçisi Çjen Xe çıxış edir. Nidemə görə mübahisəsiz müsəlman mənşəyinə baxmayaraq, bu ayama üç cəvahirə işarə edir. Sanbao Qərb okeanına 7 səyahət edib. Bu nağıllar əsasında bir çox bədii və cizgi filmi çəkilib.
Sinderk
Sindirk — İranın Hörmüzgan ostanının Minab şəhristanının Sindirk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 277 ailədən ibarət idi.
Sindirk
Sindirk — İranın Hörmüzgan ostanının Minab şəhristanının Sindirk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 277 ailədən ibarət idi.
Sirdan
Sirdan — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşində şəhər. == Tarix == Tarım bölgəsi, tarix baxımından Azərbaycanın ən zəngin bölgələrindən biridir. Bura 9-cu əsrdən bəri Azərbaycan tarixinə dərin izlər qoymuş Salarilər kimi böyük sülalələrin mərkəzinə çevirilmişdi, belə ki Tarım bölgəsindəki Kəngər və ya Qız qalası vaxtıilə Salarilərin paytaxtı imiş. Bölgənin başqa önəmli qalalarından Qız qalası, Oğlan qalası, Niyərikdəki Narınqala, Üməra qalası, Firdövs qalası və Səngan kəndindəki Talıbxan qalasının (Talfan qayası) adını çəkmək olar. Sirdan uzun bir tarixə malik olaraq, İslamdan sonra Tarım bölgəsinin (Yuxarı Tarım və Aşağı Tarım) mərkəzi olub. 1928-ci ildə burada 2,000 insan yaşamaqda imiş. Sirdan ilk olaraq şəhərin şərqindən axan çayın qırağından təşkil edilərək quzey, qərb və güneyə doğru genişləməyə başlayıb. Şəhərin evləri sıx və bir-birinə yaxın tikilsədə 1980-ci ildən dağınıq şəkildə evlərin tikilməsinə başlayıb. Hazırda Sirdanın sahəsi 17 hektardır. == Coğrafi Yerləşməsi == Sirdan şəhəri Qəzvin, Zəncan və Gilan ostanlarının kəsişdiyi yerdə, Şamadəşt dağının şimal-şərq yamacında yerləşir.
Sırmak
Sırmak (qaz. Сырмақ) — Qazaxıstanda naxışlı keçəli xalça. Sırmak mozaika adlanan texnikadan istifadə etməklə müxtəlif rəngli keçənin ayrı-ayrı hissələrindən hazırlanır. Naxış səthi ilə eyni fonda kəsilir; bu kompozisiya başqa bir keçənin üzərinə qoyulur və yorğanlanır, sonra naxışın konturu boyunca rəngli kordonla tikilir. Sırmak qazax xalq məskəni olan yurdların əsas bəzək əşyalarından biridir.
Sığdaş
Sığdaş — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kəndi Böyük Kolatan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sığdaş kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimiyası == Oykonim sığ (talış, “daş”) və daş sözlərindən düzəlib, oradakı çınqıl daşlarının olması ilə bağlı yaranmışdır. Bəzi tədqiqatçılara görə, oykonimin ikinci komponenti fars dilindəki “dəşt” (çöl, biyaban, düz) sözünün qısaldılmış formasıdır. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində toplam 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişilər, 134 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı. Viləşçay sahilində yerləşən Sığdaş kəndi həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. Yeni salınmış kiçik kənd olan Qodman öz adını sahilində yerləşdiyi Qodman çayından almışdır. Hazırda kənd əhalisinin sayı 1505 nəfərdir.
Zindan
Zindan — Orta əsrlərdə məhkumların saxlanılması üçün nəzərdə tutulmuş yerlər. Zindanlar adətən qəsrlərin zirzəmilərində yerləşirdi. Zindanlarda verilən işgəncələr barədə İntibah dövrü mənbələrində geniş məlumatlar mövcuddur.
Şinadağ
Şinadağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Şnatağ, Şenatağ formalarında da qeyd edilir. Toponim qədim türk dilində «tikinti, tikili, qəsəbə, kənd, oba, yurd» mənasında işlənən şen sözünün qədim forması olan şin sözü ilə Azərbaycan dilində «yerin hündür, dik, yamaclı və zirvəli hissəsi» mənasında işlənən dağ sözünün qədim fonetik forması olan tağ sözü əsasında əmələ gəlmişdir. «Kənd, oba, yurd, tikili, yaşayış məntəqəsi» mənasında işlənən şen sözü öz izini Azərbaycan dilində «abad yaşayış yeri, ümumiyyətlə məskun yer, məntəqə», «qəsəbə» mənasında işlənən şenlik sözündə və «adam az olan, əhalisi az olan» mənasında işlənən şenliksiz sözündə saxlamışdır. Bu söz həm də şin, şın formasında toponimlərin tərkibində (Çavanşin, Buvırşın, Sarığşın, Şin, Şinçay) işlənməkdədir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.
Şinçay
Şinçay - Şəki rayonunda çay. == Ümumi məlumat == Şinçay başlanğıcını Böyük Qafqazın cənub yamaclarından, 3000 m yüksəklikdən götürür. Sol sahilində Qaraqaya dağı, sağ sahilində isə Seyidyurd dağı yerləşir. Çayın əsas qolları Qaraqaya və Dəvəlyan dağlarının yamaclarından başlayan Qaflan çayı və Qozludərə çaylarıdır. Qaflançay Şinçayın ən selli qollarından biridir. Bu çay 1100–1200 m mütləq yüksəkliyə qədər çayın dərəsi dar olub, bəzi yerlərdə kanyonlar əmələ gətirir. Qozludərə çayı isə iki qoldan ibarətdir. Çayın sağ qolu Seyidyurd dağının şimal-qərb yamacından, sol qolu isə Çaxıl dağının qərb yamacından başlayır. Çayın dərəsinin dərinliyi 1000 m olub, yamacları sərt və sıldırımlıdır. Şinçayın orta axınında sol sahildə ona Çaxıl dağının qərb yamacından başlayan Lerux çayı tökülür.
Şişdağ
Şişdağ — Azərbaycanda, Xocavənd rayonu, Hadrut qəsəbəsi ilə Sor kəndi arasında yerləşən zirvə. Dağın hündürlüyü 1315 metrdir. Dağ adını zirvəsinin şiş olmasından almışdır.
Şırdan
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Şırnak
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.