Şindan qalası — Astara və Nəmin yolununda Şindan ya Çindan dağının başında yerləşibdir və Azərbaycanın Astara şəhərinin böyük tarixi əsərlərindəndir ki, tarixi İslamdan əvvələ aiddir.
Şindan qalası | |
---|---|
38°26′34″ şm. e. 48°35′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Astara |
Yerləşir | Astara-Nəmin yolunun kənarı, Şindan dağında |
Tikilmə tarixi | VII əsr |
Material | daş və saruc |
Vəziyyəti | xarabalıqları qalıb |
|
Daş və sarucdan hörülən qalanın hündürlüyü 20 metrdir. Heyran gədigi və Astara Nəmin yolundan rahatca görünür. Qərb tərəfində qədim qəbristanlıq vardır. Bu qəbirlərin bir dəstəsi Gör qəbiridi və bir dəstəsində qıç tərəf qərbə və baş tərəf şərqə basdırılıbdır ki şah İsmayıl dövrünün Qaraqoyunlularındandır.
Şindan qalasında mühüm hadisələrindən biri Şah Abbas zamanında, Talış Həmzə xan, Astaranın hökmdarının qiyamıdır. O zaman Zülfüqar xan Qaramanlı, Ərdəbilin hökmdarı bu qalanı mühasirə də saxlamış və Həmzə xan dəniz yolu ilə Şirvana qaçmışdır.[mənbə göstərin]
Mehranlı İsa xan və Musa xanın döyüşləri və Mir Mustafa xan i talış ibni Mir Cəmaləddinin (Qara xan) Ağa Məhəmməd şah Qacar zamanında bu qalaya sığınagı bu qalada olubdur. Mehranlı İsa xan və Musa xanın qəbiri bu qaladadır.
Deyilənə görə bir zamanlar Babək də bu qalada olmuşdur.