Sirdan

Sirdanİranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşində şəhər.

Sirdan
36°38′50″ şm. e. 49°11′30″ ş. u.HGYO
Ölkə
Ostan Qəzvin ostanı
Şəhristan Qəzvin şəhristanı
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1,164 m
Əhalisi
Əhalisi
  • 805 nəf. (2016)[1]
Milli tərkibi Azərbaycan türkləri
Dini tərkibi Şiə müsəlmanlar
Xəritəni göstər/gizlə
Sirdan xəritədə
Sirdan
Sirdan

Tarım bölgəsi, tarix baxımından Azərbaycanın ən zəngin bölgələrindən biridir. Bura 9-cu əsrdən bəri Azərbaycan tarixinə dərin izlər qoymuş Salarilər kimi böyük sülalələrin mərkəzinə çevirilmişdi, belə ki Tarım bölgəsindəki Kəngər və ya Qız qalası vaxtıilə Salarilərin paytaxtı imiş. Bölgənin başqa önəmli qalalarından Qız qalası, Oğlan qalası, Niyərikdəki Narınqala, Üməra qalası, Firdövs qalası və Səngan kəndindəki Talıbxan qalasının (Talfan qayası) adını çəkmək olar. Sirdan uzun bir tarixə malik olaraq, İslamdan sonra Tarım bölgəsinin (Yuxarı TarımAşağı Tarım) mərkəzi olub. 1928-ci ildə burada 2,000 insan yaşamaqda imiş. Sirdan ilk olaraq şəhərin şərqindən axan çayın qırağından təşkil edilərək quzey, qərb və güneyə doğru genişləməyə başlayıb. Şəhərin evləri sıx və bir-birinə yaxın tikilsədə 1980-ci ildən dağınıq şəkildə evlərin tikilməsinə başlayıb. Hazırda Sirdanın sahəsi 17 hektardır.[2]

Coğrafi Yerləşməsi

[redaktə | mənbəni redaktə et]

Xəritə

Sirdan şəhəri Qəzvin, ZəncanGilan ostanlarının kəsişdiyi yerdə, Şamadəşt dağının şimal-şərq yamacında yerləşir. Şəhərin yüksəkliyi dəniz səviyyəsindən 1060 metrdən 1100 metr arası dəyişir. Şimal-şərqdən Kəllə, quzeydən Qızıl Hasar və Çülümbə və cənub-qərbdən Əmməqin kəndləri ilə qonşudur. Qışları quraq soyuq, yayları isə sərin keçərək, bura il boyu şimal-şərqdən kəskin yel və fırtınalara məruz qalır.[3][4]

2016-cı il əhalinin siyahıya alınmasına görə əsasən, şəhərin əhalisi 805 nəfər və 300 ailədən ibarət idi.[5]

Əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.[2]

Əhali daha çox kənd təsərrüfatı (əkinçilik və bağçılıq) ilə məşğuldur. Habelə keçmişdə burada bir zəy yatağı fəaliyyət göstərərmiş.[2]

  1. جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
  2. 1 2 3 "Sirdan bələdiyyəsi". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.
  3. "chargoshe". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.
  4. "Sirdan haqqında məlumat". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.
  5. "Əhalinin sayı". 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-22.