Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karlo Ançelotti
Karlo Ançelotti — İtaliyalı futbol mütəxəssisi. == Aktyorluq == "Çelsi"nin baş məşqçisi Karlo Ançelotti həyatında təkcə futbolla məşğul olmayıb. Məşhur italiyalı mütəxəssis futbolçu və məşqçiliklə yanaşı, aktyorluqda da özünü göstərib. Bir çoxlarının sırf futbola adamı kimi tanıdığı 50 yaşlı çalışdırıcı indiyədək üç filmə çəkilib. Onun ən məşhur obrazı "Don Kamillo" komediyasında olub. 1983-cü ildə çəkilən filmdə həmin vaxt futbolçu olan Ançelotti öz sənətini canlandırıb. Həmin kinoda Cəhənnəm yığması ilə mələklərin komandası görüşüb. O vaxt gənc olan Karlo mənfi obraza çəkilərək, iblislərin heyətində meydana çıxıb. Hətta rəqibini vuraraq, xəbərdarlıq da alıb. Ançelotti sonradan "Mezzo destro, mezzo sinistro" və "Lallenator nel pallone" filmlərinə də dəvət alıb.
Anje
Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.
Anje (rayon)
Anje (fr. Angers) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Men və Luara. Suprefektura — Anje. Rayonun əhalisi 2006-cı ildə 383,063 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 180 adam / kv². Rayon ərazisi — 2127 km².
Anje Tavçar
Anje Tavçar (2 dekabr 1994, Lyüblyana) — Sloveniyalı üzgüçü. Anje Tavçar Sloveniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Anje Tavçar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.38 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Anje Vayda
Anje Vitold Vayda (pol. Andrzej Witold Wajda; 6 mart 1926[…], Suvalki, Belostok voyevodluğu[d][…] – 9 oktyabr 2016[…], Varşava) — Polşanın tanınmış kino və teatr rejissoru. == Həyatı == Anje Vayda 6 mart 1926-cı ildə Polşanın şimalında yerləşən Suvalki şəhərində anadan olmuşdur. Onun atası Yaqub Vayda at artilleriyasının zabiti idi. 1939-cu ildə Sovet əsirliyinə düşmüş və güllələnmişdir. Anjenin anası isə məktəbdə müəllim işləyirdi. O, Almaniyanın Polşanı işğal etməsi ərəfəsində orta məktəbin 7-ci sinfini bitirə bilir. Vayda müharibədə çertyojçu, yükdaşıyan fəhlə, alman emalatxanalarında anbardar işləyir. Bu işlər onu Reyxdə məcburi əməkdən xilas etdi. Müharibədən sonra Krakovda yerləşən Təsviri sənət akademiyasında rəssamlıq təhsili alır.
Anne Haney
Anne Haney (ing. Anne Haney; d. 4 mart 1934, Memfis, Tennessi, ABŞ — ö.
Anne Veski
Anne Veski (est. Anne Veski 27 fevral 1956, Rapla) — Sovet və Estoniya müğənnisi, Estoniya SSR-nin əməkdar artisti (1984). == Bioqrafiyası == 27 fevral 1956-cı ildə Estoniyanın Rapla şəhərində İlmar-Tınis Vaarmann (est. Ilmar-Tõnis Vaarmann; 1927-2005) və Ellen Vaarmannın (est. Ellen Vaarmann; 1930-1988) ailəsində doğulur. Orada musiqi məktəbini bitirir. Sonra Tallinn Politexnik İnstitutuna daxil olur. Universiteti itirdikdən sonra fabrikdə çalışır və Filarmoniyada pop-studiyaya işə götürülü. Mobile ansamblı ilə birlikdə çalışır. İlk estrada kompozisiyası (1980) - "Gül bağının kraliçası".
Ante Markoviç
Ante Markoviç — sosialist Xorvatiyasının 7-ci prezidenti; Yuqoslaviyanın sonuncu baş naziri Ante Markoviç 25 noyabr 1924-cü ildə Konitsa şəhərində anadan olub. 1954-cü ilə Zaqreb univesitetini bitirmişdir. 1986-1988-ci illərdə sosialist Xorvatiyasının 7-ci prezidenti olmuş, 1989-cu ildə isə Yuqoslaviyanın baş naziri təyin olunmuşdur. 1990-cı ildə Ante Markoviç siyasətdən uzaqlaşaraq biznesə başlamışdır. 2000-ci illərdə Makedoniya hökuməti yanında iqtisadi sahədə məsəhətçi işləmişdir. 2011-ci ilin noyabr ayının 28-də vəfat etmişdir.
Ante Rebiç
Ante Rebiç (xorv. Ante Rebić ; 21 sentyabr 1993, Split) — xorvatiyalı futbolçu, "Beşiktaş" klubunun və Xorvatiya milli komandasının cinah hücumçusu. 2014 Dünya Kubokunun iştirakçısı. 2018 Dünya Çempionatının gümüş mükafatçısı. 2 sentyabr 2023-cu il tarixindən "Beşiktaş" klubunun formasını geyinir.
Aqçe Kəhriz
Ağcakəhriz (fars. (Aqçe Kəhriz) اقچه كهريز‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Miləcird bəxşinin Miləcird dehistanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 11 ailədə 24 nəfəri kişilər və 21 nəfəri qadınlar olmaqla cəmi 45 nəfərdir. Kəndin əhalisini Azərbaycan türklər təşkil edir, Azərbaycan türkcəsində danışırlar və şiə müsəlmandırlar.
Tumua Anae
Tumua Anae (d. 16 sentyabr 1988) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Tumua Anae, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Ante Paveliç
Ante Paveliç (xorv. Ante Pavelić; 14 iyul 1889[…] – 28 dekabr 1959[…], Madrid) — radikal millətçi cərəyandan olan xorvat siyasi və dövlət xadimi, Ustaş faşist təşkilatının qurucusu və lideri (1929 - 1945 ). 1941-ci ildən 1945-ci ilə qədər o, 1941-ci ilin aprelində Ox ölkələrinin hərbi və siyasi dəstəyi ilə yaradılmış Müstəqil Xorvatiya Dövlətinin (MXD) diktatoru (“Poqlavnik”) olmuşdur. 1915-1929-cu illərdə Xorvatiya Hüquq Partiyasının katibi olmuşdur. Təhsilinə və peşəsinə görə vəkildir. Paveliçin hakimiyyəti illərində MXD ərazisində serblərə, yəhudilərə və qaraçılara qarşı soyqırım və ayrı-seçkilik siyasəti aparılıb, Ustaş rejiminin əleyhdarlarına qarşı da terror həyata keçirilib. Paveliçin rəhbərlik etdiyi rejim İkinci Dünya müharibəsinin sonuna qədər Üçüncü Reyxin sadiq müttəfiqi olaraq qalmış və öz hissələrini SSRİ-yə qarşı müharibəyə də göndərmişdir. 1945-ci ilin mayında MXD-nin dağılması zamanı Paveliç ölkədən qaçmışdır. Avstriya, İtaliya, Argentina, İspaniyada gizlənmişdir. Elə həmin il Yuqoslaviya məhkəməsi tərəfindən qiyabi olaraq ölüm cəzasına məhkum edilmişdir.
Açe Sultanlığı
Açe və ya Açeh (Aceh; əski adla Atjeh, Acheen) — XII əsrdə Sumatranın şimalında yaranan Müsəlman Sultanlığı. XVI əsrdən başlayaraq Açe Sumatra knyazlıqları arasında aparıcı mövqeyə sahiblənir və portuqal, ingilis və holland müstəmləkəçilərinə qarşı mübarizə aparır. Hollandiya Böyük Britaniya ilə Sumatra traktatı imzalayaraq, 1873-cü ildə Açeyə qarşı müharibəyə başladı. Müharibə 1904-cü ilə qədər davam etdi və Açehin işğalı ilə sona çatdı. Açe əhalisi Hollandiya istilası ilə barışmayaraq, müstəqil İndoneziya Respublikası elan olunana qədər azadlıq mübarizəsi apardı. Hal hazırda Açe İndoneziya Respublikasının tərkibində əyalətdir. == Tarix == VIII əsrdən başlayaraq bölgədə İslam dininin yayılmasının mərkəzinə çevrilmişdir. XVI əsrin əvvəllərinə qədər bölgə Pasay Knyazlığının tərkibinə daxil idi. Portuqaliyalılar və Cohor Sultanlığana qarşı mübarizədə Açe Malakka boğazına nəzarəti ələ keçirdi. Sultanlar İsgəndər Muda (1607-1636) və İsgəndər Tani (1636-1641) bütün Sumatra və Malayanı (Pahanq Sultanlığını da daxil olmaqla) özlərinə tabe etdilər.
Açe dili
Açe dili (onlar özlərinə Bahsa Acèh بهسا اچيه, İndoneziya dilində isə onlara Bahasa Aceh deyirlər) Avstroneziya dillərinin Çam dilləri qrupundan olan İndoneziyanın Açeh regionunda yaşayan Açe xalqının danışdığı dildir.
China Anne McClain
Çayna Enn MakKlayn (25 avqust 1998), ABŞ-lı gənc müğənni, söz yazıçısıdır. MakKlayn Bacıları qrupunda müğənnidir. Karyerasına 2005-ci ildə başlamışdır. 2005-ci ildə İncil Kitabı filminə çəkilmişdir. Daha sonra 2007-ci ildə Taylr Perrinin Peyni Evi serialında Cazmin Peyni roluna çəkilmişdir. Ən məşhur rolu isə Disney Channelın serialı Bacarıq Fermasıdadır, bu serialda Çayna Parks roluna çəkilmişdir. == Filmoqrafiyası == === Filmlər === === Seriallar === == Mahnıları == Bacarıq Fermasında 6 mahnısı vardır: "Calling All The Monsters", "Dynamite" , "Unstoppable",Exeptional,My Crush, Beatiful, amma yalnız Calling All The Monsters və Dynamite'in kliplərini çəkmişdir.
AXCE
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası — Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri. Ensiklopediya ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 2004–2005-ci illərdə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən ölkə kitabxanalarına hədiyyə edilib. == Haqqında == İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir. Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür. Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqamlarını əks etdirmək məqsədilə ensiklopediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev haqqında da ayrıca məqalələr verilir. Ensiklopediya 2014-cü ildə təkmilləşdirilərək, yenidən nəşr olunub. == Redaksiya heyəti == == Əsas məqalələrin müəllifləri == == Həmçinin bax == Şablon:AXCE Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild (PDF).
İncə
İncə (Şəki)
Anne with an E
Enn (ing. Anne with an E) — Lucy Maud Montgomery'nin 1908 klassik uşaq ədəbiyyatı kateqoriyasına aid edilən əsəri Anne of Green Gablesdan uyğunlaşdırılmış bir Kanada epizodik televiziya serialıdır. CBC üçün Moira Walley-Beckett tərəfindən yaradılıb və Amybeth Mcnulty kimsəsiz Anne Shirley, Geraldine James Marilla Cuthbert, R.H. Thomson Matthew Cuthbert, Dalila Bela Diana Barry və Lucas Jade Zumann Gilbert Blythe rolunu səhnələşdirib. Teleserialda kimsəsizlik, psixoloji travmalar və gender bərabərsizliyi, irqçilik kimi sosial mövzulardan bəhs olunmuşdur. 1896-cı ildə bacı-qardaş Mattheu və Marilla Cuthbert təsərrüfatın işinə kömək etmək üçün uşaq evindən bir oğlan övladlığa götürmək qərarına gəlirlər. Mattheu övladlığa götürdükləri uşağı götürmək üçün qatar stansiyasına gedəndə anlayır ki, oğlan əvəzinə, 13 yaşında xəyalpərəst, danışan, şən, enerjili bir qız övladlığa götürüblər. Bu qız - Enn yalnız bir neçə aylıq olarkən ailəsi ölüb və Enn bu günə qədər fərqli ailələrdə qulluqçu olaraq çalışıb. Mattheu Ennin qalmasını istəsə də, Marilla Ennə güvənmir, çünki o, yararsız bir yetimdir. Daha sonra Ennin səhvini tuturlar, Enni yenidən uşaq evinə göndərirlər. Daha sonra Enn haqqında yanıldıqlarını başa düşürlər və Enni tapmağa çalışırlar.
Status quo ante bellum
Status quo ante bellum — latın dilində müharibədən əvvəlki vəziyyətin bərpası mənasını verən hüquqi termin. Müqavilələrdə bu termin düşmən qüvvələrin geri çəkilməsi və müharibədən əvvəlki vəziyyətin bərpa olunmasını nəzərdə tutur. Yəni tərəflərdən heç biri ərazi, iqtisadi və siyasi hüquqlar itirmir və ya qazanmır. Bu uti possidetis vəziyyəti ilə əkslik təşkil edir. Həmin halda tərəflər ələ keçirdikləri əraziləri və ya digər mülkiyyəti müharibədən sonra da əllərində saxlayırlar.
Osmanlı donanmasının Açe səfəri
Osmanlı donanmasının Açe səfəri və Osmanlı donanmasının Açeyə yürüşü — 1566-1567-ci illərdə Osmanlı imperiyası ilə Açe sultanlığı arasında əlaqələrin qurulması məqsədilə göndərilmiş Osmanlı dəniz ekspedisiyası. 1560-cı illərin ilk yarısında Açe sultanı Sultan Əlauddin Riyat Şah əl-Kahar İstanbula diplomatik missiya göndərdi. O, Sultan Süleyman Qanunini İslamın xəlifəsi olaraq tanıdı və ondan portəgizlərə qarşı mübarizədə kömək istədi. Osmanlılar Portuqaliyalılara qarşı mübarizədə Açeyə kömək etməyə razılaşdılar. Dəniz yürüşünə admiral Kurtoğlu Hızır Rəis rəhbərlik edirdi. Osmanlı dəniz missiyası potuqallarla mübarizə aparan açelilərə odlu silah yardımı gətirmişdilər. Türklərin hərbi yardımı müqabilində açelilər mirvari, brilyant və yaqutla hesablaşdılar. == Tarixi == === Açe Osmanlı əlaqələri === Açe Sultanlığı ilə Osmanlı İmperiyası arasında qeyri-rəsmi əlaqələr 1530-cu illərdən mövcud olmuşdur. Bu əlaqələr Sultan Ələddin dövründən başlamışdır. Belə ki, Bu zaman Açedə hakimiyyətə gələn Sultan Ələddin Riyat-şah əl-Kahar həm Sumatradaki öz gücünü gücləndirmək, həm də Portuqalları Malakkadan qovmaq üçün bu əlaqələri genişləndirmək niyyətində idi.
Dance-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Dance Alone
Dance Alone (azərb. Tək rəqs et‎) — Makedoniya Respublikasının 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yana Burçeska "Dance Alone" mahnısı ilə Makedoniya Respublikasını Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Yoakim Persson, Aleks Omar, Florens və Borislav Milanov tərəfindən bəstələnmişdir.
Dance Passion
Dance Passion – Roxette qruppunun Pearls of Passion albomun remiks albomudur.
Məhərrəm İncə
Məhərrəm İncə (türk. Muharrem İnce; 4 may 1964, Almalıq[d]) — Türkiyə siyasətçisi. == Həyatı == 4 may 1964-cü ildə Yalova şəhərində anadan olub. Cümhuriyyət Xalq Partiyası millət vəkili olmuşdur. Evlidir və bir uşağı var.
İncə (Meşkinşəhr)
İncə (fars. اينچه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 25 nəfər yaşayır (6 ailə).
İncə (Nir)
İncə (fars. اينچه‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (23 ailə).
İncə (Sayınqala)
İncə (fars. ‎اينچه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (41 ailə).
İncə (Çaharduli)
İncə (fars. اينچه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Çaharduli dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (22 ailə).
İncə (Şəki)
İnçə — Azərbaycan Respublikasının Şəki rayonunun İnçə kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == Kənd Şəki-Qax-Zaqatala-Balakən yolu üzərində yerləşir.Kəndin əhalisi 1355 nəfər təşkil edir ki, onun da 692 nəfəri kişi, 663 nəfəri isə qadındır. Kəndin yuxarı hissəsində əhali daha sıx yerləşib. Kəndin əhalisi ikimillətlidir. Burda Rutul ləzgiləri məskunlaşmışdır (XX-XIX əsr). Rutul ləzgiləri bura 18-19-cu əsrlərdə Dağıstanın Rutul rayonu ərazisindəki Borç kəndindən Azərbaycanın şimal ərazilərinə köçmüşdür(Şəki- Şin, Şorsu, Daşüz, Göybulaq və s.). Əhalisi çox mehriban, qonaqpərvərdir. Kənd daxilində 2 şəhid bulağı var. Şəhid Əlibəyov Mahmud (ləzgi), Şəhid Piriyev İsmayıl. Əhalisi əsasən bağçılıq, əkinçilik, maldarlıq ilə məşğul olur.
İncə boşluq
İncə boşluq – thin space ~ минимальный интервал ~ ince boşluk ~ şriftin ölçüsünün dörddə birinə (bəzən altıda birinə) bərabər olan sözlərarası boşluq; məsələn, ölçüsü 12-punkt olan şriftdə incə boşluq 3 punkt olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İncə burun
İncə burun (türk. İnce burun) — Türkiyənin Qara dəniz sahillərində ən ucqar şimal nöqtəsi. Sinop şəhərindən 18 km aralıda yerləşir. Burunda mayak vardır. Burunun ətrafında yaşayış məntəqəsi yoxdur və bütünlüklə meşə ilə örtülüdür.
İncə bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İncə dərəsi
İncə dərəsi — Azərbaycan Respublikasının Qazax rayonunun qərbində, Gürcüstanla sərhəd hissəsində yerləşən vadi, dərə. Dərə Aslanbəyli (Əli bayramlı), Qaymaqlı və Kəmərli kəndlərini əhatə edir. Ən böyük kəndi Aslanbəyli kəndidir. Bu 3 kəndin əhalisi etnoxronim kimi, İncəlilər adlandırılır. İncə dərəsi Qazax rayonunun - tarixi bilən və haqqa qulluq göstərən hər kəsin etiraf etdiyi kimi mənəviyyatımızı, xüsusən, ədəbiyyatımızı qoruyan və indi də qorumağa can atan zəngin ənənələrə malik bu ulu bölgənin unikal bir elidi. Özünəməxsus təbiəti, yaşam tərzi olan, özü özunün içinə çəkilmiş bu məkandan olan böyük titullu xalq şairləri, yazıçı və publisistlər, məşhur aşıqlar vardır. Azərbaycan musiqi folklorunun nümunəsi olan "Qım-qıma" da incə dərəsiylə bağlıdır. == Etimologiya == İncə dərəsinin adı qədim türk tayfası olan "İncu" tayfasının adından yaranmışdır. == Tarixi == Qədimdə burada İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır. Bunlardan ən qədimi "İncu" tayfasıdır.
Aare
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Akça
Akça (osman. اقچه, türk. akçe — «ağımtıl») — Osmanlı imperiyası və qonşu dövlətlər ərazisində dövriyyədə olan XIV-XIX əsrlərə aid kiçik gümüş sikkə. Aspr (yun. άσπρος — "ağımtıl") - Orta-Şərqi Avropada mövcud olan "akça" sikkəsinin yunan adı. Bir sıra dillərdə (məsələn, Tatar dilində) akça toplu bir isim - "pul" mənasına malikdir. == Osmanlı akçaları == === İlk Osmanlı akçaları === İlk dəfə Osmanlı akçaları 1327-ci ildə Hülakü sikkələri modelində Sultan Orxan (Osmanlı dövlətinin qurucusu I Osmanın oğlu) tərəfindən zərb edilmışdi. Akça üzərində İslamın qanunlarına görə, şəkillər deyil, yalnız ərəb əlifbasında yazı var idi. Uzun namaz cümlələri olan sikkə hazırlanması üslubu tezliklə dəyişdirildi və sikkələrin üzərində Sultan və atasının adları, zərb yeri və tarixi, eyni zamanda ərəb dilində qısa arzuların mətni yazılmağa başladı. Sikkələrin üzərində Ərəb dilində: خلد ملكه "hullide mülkuhu" (hakimiyyəti sonsuza qədər olsun) və ya Ərəb dilində: عز نصره "azze nesruhu" (Allah sizə kömək etsin) yazılırdı.
Alme
Alme (it. Almè; lomb. Lmé) – İtaliyada, Lombardiya bölgəsinin Berqamo əyalətində bir şəhər. Şəhər Berqamo əyalətinin idarə mərkəzinə tabedir. == Ümumi məlumat == Əhalisi 5612 nəfərdir (30 sentyabr 2005-ci il tarixinə), əhalinin sıxlığı 2.806 nəfər / km²-dir. Sahəsi 1,96 km² ərazini əhatə edir. Poçt kodu – 24011. Telefon kodu – 00035. Kommunanın hamisi müqəddəs Vəftizçi Yəhya sayılır. Kommunanın bayramı 24 iyun tarixindədir.
Aloe
Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər.
Alye
Alye (fr. Allier, oks. Alèir) — Fransanın mərkəzi cənubunda yerləşən, Over-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 3. İnzibati mərkəzi — Mulen. Əhalisi — 353.124 nəfərdir (departamentlər arasında 69-cu yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Alye departamenti Overn bölgəsinin bir hissəsidir Şer, Nyevr, Sona və Luara, Luara, Püi-de-Dom və Kröz departamentləri ilə sərhəddir. Sahəsi — 7340 km². == Tarixi == Departament tarixinin çox hissəsi Burbon dövrünün tarixinə aiddir, çünki departament ərazisi keçmiş Burbon hersoqluğunun ərazisinə bərabərdir. Departament, 1790-cı il 22 dekabr 1789-cu il tarixli qanununa əsasən, 1790-cı il martın 4-də, 1790-cı ildə Fransa inqilab dövründə, 83-cü bölmədə köhnə Burbonlar əyalətinin ərazisində yaradılmış 83 departamentdən biridir.
Alça
Alça (lat. Prunus cerasifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Azərbaycanın meşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda becərilir. Azərbaycanda ilboyu cır alça böyük həcmdə yığılır. Meyvəsi qidada tər və quru şəkildə itsifadə olunur. Həmçinin mürəbbə, cem istehsalında və konservləşdirilmədə istifadə edilir. Bundan əlavə, Azərbaycanda alça "lavaşı" hazırlamaq geniş yayılıb. Bunun üçün alçanın əti məcməilərə yayılaraq günəşdə qurudulur. Alça lavaşı qida ilə yeyilir.
Anaa
Anaa (fr. Anaa) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Taitidən 350 km şərqdədir. == Coğrafiya == Yuvarlaq fornaya malikdir və 11 adacıqdan ibarətdir. Uzunluğu 29,5 km, eni isə 6,5 km təşkil edir. Atollun sahəsi 38 km²-dir. Daxilində laqun vardır. == Tarixi == Tahanea ilk dəfə 1769-cu ildə ingilis dənizçisi Ceyms Kuk tərəfindən kəşf edilmişdir. XIX əsrin əvvəllərindən Pomare sülaləsinin idarəsi altında olmuşdur. 1850-ci illərdə burada kopra hazırlamaq və mirvari toplamaq inkişaf etməyə başlayır.
Anas
Çay ördəyi (lat. Anas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Anda
Joannesia (lat. Joannesia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Anda A.Juss. Andicus Vell. Andiscus Vell. == Növləri == Joannesia heveoides Ducke Joannesia princeps Vell.
Andi
ANDİ (AND) — İrəvan xanlığının Vedibasar mahalında (indiki Ararat rayonu) kənd adı. == Tarixi == 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır. Ermənistandakı türk mənşəli qədim adlardandır. 765-ci ilə aid ermənicə mənbədə Taçat Andzevatsi naharar adının çəkilməsi And toponiminin orada VIII əsrdə mövcud olduğunu göstərir. Alagöz (ermənicə Araqadz) dağının dərəsində Andzin kənd adını Favst Buzand (Vəsr) qeyd etmişdir. (Favst Buzand, III kitab, 24-cü fəsil). Bu müəllif Ərməniyədə Andmiş qala adını da çəkir. == Toponomik izahı == "And" sözünün iştirak etdiyi ən qədim toponim II Sarqonun (er. əv. 720–705) assurca kitabəsində Cənubi Azərbaycan ərazisində, indiki Qızılüzən çayı hövzələrində Andiya əyalətinin adı ilə qeydə alınmışdır.
Andr.
Qabor Andreanski (mac. Andreánszky Gábor; 1 avqust 1895 – 20 noyabr 1967, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Qabor Andreanski toxumlu bitkilər və fosillər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi takson === Voltziales == Əsərləri == Plantae ia Africa Boreali lectae II—III. Pécs: Dunántúl. 1937—1941. Az éghajlat megváltozásának hatása a növényzetre. Budapest: Stephaneum. 1939. Adatok Tunisz és Kelet-Algéria növényföldrajzához. Budapest: Bethlen Gábor.