Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.[2]
Şəhər | |
Anje və ya Anjers | |
---|---|
Angers | |
47°28′25″ şm. e. 0°33′15″ q. u. | |
Ölkə | Fransa |
Region | Luara ərazisi |
Departament | Men və Luara |
Mer | Christophe Béchu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 42.70 km² |
Mərkəzin hündürlüyü | 20 m[1] |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 158,6 min nəfər (2005) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 49000 |
Digər | |
angers.fr | |
Vikianbarda əlaqəli mediafayllar |