Osmanlı donanmasının Açe səfəri və Osmanlı donanmasının Açeyə yürüşü — 1566-1567-ci illərdə Osmanlı imperiyası ilə Açe sultanlığı arasında əlaqələrin qurulması məqsədilə göndərilmiş Osmanlı dəniz ekspedisiyası. 1560-cı illərin ilk yarısında Açe sultanı Sultan Əlauddin Riyat Şah əl-Kahar İstanbula diplomatik missiya göndərdi. O, Sultan Süleyman Qanunini İslamın xəlifəsi olaraq tanıdı və ondan portəgizlərə qarşı mübarizədə kömək istədi.[1] Osmanlılar Portuqaliyalılara qarşı mübarizədə Açeyə kömək etməyə razılaşdılar.[2] Dəniz yürüşünə admiral Kurtoğlu Hızır Rəis rəhbərlik edirdi. Osmanlı dəniz missiyası potuqallarla mübarizə aparan açelilərə odlu silah yardımı gətirmişdilər.[3][4] Türklərin hərbi yardımı müqabilində açelilər mirvari, brilyant və yaqutla hesablaşdılar.
Açe Sultanlığı ilə Osmanlı İmperiyası arasında qeyri-rəsmi əlaqələr 1530-cu illərdən mövcud olmuşdur.[1] Bu əlaqələr Sultan Ələddin dövründən başlamışdır. Belə ki, Bu zaman Açedə hakimiyyətə gələn Sultan Ələddin Riyat-şah əl-Kahar həm Sumatradaki öz gücünü gücləndirmək, həm də Portuqalları Malakkadan qovmaq üçün bu əlaqələri genişləndirmək niyyətində idi.[1]
Portuqaliyalı admiral Fernan Mendes Pinto xatirələrində 1539-cu ildə təxminən 300 "türk"ün olduğu bir donanmanın gəlməsi ilə bağlı yazmışdır. Bu donanmanın tərkibi əsasən suahililər, afarlar, sindhilər və qucaratlılardan ibarət idi. Bura həmçinin Malabardan təxminən 200 dənizçidə daxil olmuşdur.[1]
1560-cı illərin ilk yarısında Sultan Əlauddin Riyat Şah əl-Kahar İstanbula diplomatik missiya göndərdi.[1] O, Sultan I Süleyman Qanunini İslamın xəlifəsi olaraq tanıdı və ondan portəgizlərə qarşı mübarizədə kömək istədi.[1] 1562-ci il səfir göndərilməsindən sonra Açe artıq Osmanlıdan kömək almış kimi görünürdü. Çünki onun hərbi gücü və imkanları xeyli artmışdı. Bu yeni güc Açeyə 1564-cü ildə Aru və Johor sultanlıqlarını fəth etməsinə imkan verdi.[1]
Açeyə ekspedisiyaya hazırlıq 1565-ci ildə başlamışdır. I Süleymanın ölümündən sonra 1566-cı ildə onun yerinə keçən II Səlim atasının işini davam etdirdi və ekspedisiyanın göndərilməsini əmr etdi. Silah və sursatdan əlavə ekspedisiyanın tərkibinə əsgərlər, silah ustaları və mühəndislər də daxil idi. Artilleriya ilə silahlanmış 15 gəmidən ibarət ilk donanma Yəməndəki qiyamı yatırmaq üçün yönləndirilməli oldu.[1][3][5] Bu heyətdən cəmisi iki gəmi gələ bildi. 1566-1567-ci illərdə ilk türk gəmiləri Açeyə gəldi. Sonrakı dövrlərdə tək-tük də olsa ticarət və döyüş gəmiləri Açeyə gəlməyə başlamışdı. Dəniz yürüşünə admiral Kurtoğlu Hızır Rəis rəhbərlik edirdi. Türklərin hərbi yardımı müqabilində açelilər mirvari, brilyant və yaqutla hesablaşdılar.
1568-ci ildə Açelilər portuqalların əsas güc mənbəyi olan Malakkanı mühasirəyə aldılar. Amma osmanlılar qalaya hücum və mühasirədə birbaşa iştirak etmədilər. Belə görünür ki, osmanlılar açeliləri bu kampaniya üçün kifayyət qədər topçular və toplarla təmin edə bildilər. Çünki, həmin vaxt Osmanlı donanmasının başı davam edən Kiprin işğalı və Ədəndəki qiyamı yatırmağa qarışmışdı.[6]
Osmanlılar açelilərə öz toplarını düzəltməyi öyrətdilər. Bəzən bu toplar əhəmiyyətli ölçülərə malik idi. Beləliklə burdan silah düzəltmək sənətini bütün Cənub-Şərqi Asiyaya öyrənmişdi. Bu cür məşhur toplar Makasar, Mataram, Yava, Minangkabau, Malakka və Bruneydə hazırlanırdı.[3] Düzdür sonradan bu topların bir qismi hollandların əlinə keçdi. Hazırda İndoneziya və Malayziyada olan kilsə zəngləri bu topların əridilmiş dəmirindən hazırlanıb.[3]
Osmanlı silah açelilərə ağır silahlar (əsasən toplar) hazırlamağı öyrətdilər. Tədricən silahqayırma işi bütün Malay arxipelağına yayıldı.[7] Türk hərdi-dəniz yürüşü Osmanlı İmperiyası ilə Açe Sultanlığı arasında hərbi, ticari, mədəni və dini əlaqələrin inkişafına və möhkəmlənməsinə gətirib çıxardı. Hətta Aşe sultanlığının bayrağı belə Osmanlı dövlətin bayrağı əsasında hazırlandı.[1]
Osmanlı İmperiyası ilə Açe Sultanlığı arasında əlaqələrin qurulması portuqalların Hind okeanında ticarət üzərində monapoliya qurmasına imkan vermədi. Sultan İskəndər Mudanın (1607-1636) dövründə Açe əhəmiyyətli bir ticarət dövlətinə çevrildi. Açe gəmiləri Hindistana və hətta Qırmızı dəniz sahillərinə qədər üzürdü. Açeyə Məkkədən səfirliklər belə gəlirdi. Portuqaliyalılara isə Malakkada qalmaq böyük çətinliklər hesabına başa gəlirdi. Açe xüsusən də 1200 top, 800 odlu silah və muşket arsenalına sahib olan və bəlkə də ədviyyə ticarətinin daha çoxunu Portuqaliyadan daha çox idarə edən İskandar Muda dövründə Portuqaliyanın böyük bir ticarət rəqibi idi. Portuqaliyalılar Açe - Osmanlı - Venesiya ticarət oxunu öz xeyirlərinə dağıtmağa çalışırdılar. Portuqaliyalılar Qırmızı dənizə və Açeyə hücum planlarını qurdular, lakin Hind okeanında insan qüvvəsi çatışmazlığı səbəbi ilə uğursuz oldular.[8]
1873-cü ildə hollandlar Açeyə hücum edərkən onlar köhnə əlaqələrə güvənərək yenidən Osmanlı dövlətinə müraciət etdi.[9][10] Ancaq Avropa dövlətləri türklərin köhnə müttəfiqinin köməyinə gəlməsinə icazə vermədi.[11]