İncə dərəsi — Azərbaycan Respublikasının Qazax rayonunun qərbində, Gürcüstanla sərhəd hissəsində yerləşən vadi, dərə.
Dərə Aslanbəyli (Əli bayramlı), Qaymaqlı və Kəmərli kəndlərini əhatə edir. Ən böyük kəndi Aslanbəyli kəndidir. Bu 3 kəndin əhalisi etnoxronim kimi, İncəlilər adlandırılır.
İncə dərəsi Qazax rayonunun - tarixi bilən və haqqa qulluq göstərən hər kəsin etiraf etdiyi kimi mənəviyyatımızı, xüsusən, ədəbiyyatımızı qoruyan və indi də qorumağa can atan zəngin ənənələrə malik bu ulu bölgənin unikal bir elidi. Özünəməxsus təbiəti, yaşam tərzi olan, özü özunün içinə çəkilmiş bu məkandan olan böyük titullu xalq şairləri, yazıçı və publisistlər, məşhur aşıqlar vardır. Azərbaycan musiqi folklorunun nümunəsi olan "Qım-qıma" da incə dərəsiylə bağlıdır.
İncə dərəsinin adı qədim türk tayfası olan "İncu" tayfasının adından yaranmışdır.
Qədimdə burada İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır. Bunlardan ən qədimi "İncu" tayfasıdır.
İqlimi mülayim qış və isti yayla xarakterizə olunur. Qışı quraq keçir.
Əhalisi 9471 nəfərdir(2015). Aslanbəyli (4141) nəfər, Kəmərli (3151) nəfər, Qaymaqlı (2179) nəfər.
Kənd təsərrüfatının əsasını əkinçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, bağçılıq və üzümçülük təşkil edir.
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |