Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arfa
Arfa (ing. Harp) — üçbucaq formasbkyuh əmədə simlər çəkilmiş, barmaqla çalınan simli musiqi aləti. == Tarixçəsi == Yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən, saray məclislərində istifadə olunan zərif və incə səsli çəngin (arfanın) ən erkən növləri İkiçayarası və Misir sivilizasiyalarına aid edilir. Hələ qədim Misir freskalarında (b.e.əv. XV əsr) arfa təsvir edilmişdir. Misirlilərə bu alət Şumerdən gəlib. Qədim şumerlilər inandıqları bütlərə uyğun olaraq müxtəlif biçimli çənglərdən istifadə etmişlər: qövsvari, bucaqvari və ya üfüqi uzunsov çanglər . Eramızdan əvvəllərə aid edilən çənglərin 6-9 simli olduğu məlumdur. Mülahizələrə görə, çəng ox və yay ovçuluq silahının törəməsidir.
Bulbophyllum arfakense
Bulbophyllum arfakense (lat. Bulbophyllum arfakense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Yeni Qvineya üçün endemik növdür. == Sinonimləri == Hapalochilus arfakensis (J.J.Sm.) Garay & W.Kittr.
Bulbophyllum arfakianum
Bulbophyllum arfakianum (lat. Bulbophyllum arfakianum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Yeni Qvineya üçün endemik növdür.
Hapalochilus arfakensis
Bulbophyllum arfakense (lat. Bulbophyllum arfakense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Yeni Qvineya üçün endemik növdür. == Sinonimləri == Hapalochilus arfakensis (J.J.Sm.) Garay & W.Kittr.
Hyalosema arfakianum
Bulbophyllum arfakianum (lat. Bulbophyllum arfakianum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Yeni Qvineya üçün endemik növdür.
AFFA
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və ya qısaca AFFA — Azərbaycanda futbola nəzarət edən qeyri-hökumət təşkilatıdır. AFFA FİFA və UEFA-nın üzvüdür. Qurumun baş qərargah Bakıda yerləşir. Qurumun region ofisləri də fəaliyyət göstərir. AFFA Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, milli komandaların oyunları, ümumilikdə bütün futbolun dəstəklənməsi, inkişafı və populyarlaşdırılması ilə məşğul olur. AFFA həm də hakimlik ilə məşğul olur. AFFA-nın tərkibinə Azərbaycan Premyer Liqası və Azərbaycan Birinci Liqası iştirak edən futbol klublarının üzvlüyünə əsaslanan Peşəkar Futbol Liqası (PFL), regional futbol federasiyalarını birləşdirən və müvafiq regionlarda futbolun inkişafı üçün cavabdeh olan Regional Futbol Federasiyaları, həvəskar futbol, uşaq və gənclər futbolu, futzal, əlillər futbolu, çimərlik futbolu, veteranlar futbolu və ya hər hansı başqa kateqoriyadan olan futbol növü ilə məşğul olan Sahə Futbol Federasiyaları və futbolçu, məşqçi, hakim, veteran, azarkeş və s. kimi futbol oyunu çərçivəsində birlikləri özündə birləşdirən və konkret funksiyanı aktiv olaraq icra edən şəxslərin maraq və məqsədləri ilə məşğul olan İctimai Futbol Təşkilatları daxildir. == Tarixi == AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatıdır və 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2003-cü ildə ölkənin rəsmi qurumlarının və beynəlalq futbol təşkilatlarının iştirakı ilə imzalanmış Sürix müqaviləsi ilə AFFA-nın yeni Nizamnamə layihəsi hazırlanıb.
Alfa
Alfa — yunan əlifbasının ilk hərfi, radioaktiv şüalanmanın tiplərindən biri bu hərflə işarələnir. Alfadan sonra beta gəlir.
Araf
Araf — Bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yerdir. Ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər.
Arpa
Arpa (bitki) — Taxıllar fəsiləsindən bitki cinsi. Arpa (ölçü vahidi) — riyaziyyatda çəki ölçü vahidi. Kəndlər Arpa (Dərələyəz) — Dərələyəz mahalında kənd. Arpa — Qızıl Qoç rayonunda kənd. Digər Arpa dərəsi — Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonunda qala.
Arta
Arta — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Arta kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Türk dillərində arta sözünun "sıra dağ; dağ tirəsi; alcaq dağlıq", "dağıdılmış, pozulmuş", "bolluq", "balta kupu" mənalarında işlənməsi məlumdur. Oykonimin coğrafi movqeyi əsas verir ki, onu "dağ aşırımında yerləşən kənd" kimi izah edək. 1917-ci ildə Şamaxı qəzasında Artaçı kəndi də qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == Əhalisi təqribən 45-50 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıqla təşkil edir.
Arça
Arça və ya Arsk (tatar. Арча; rus. Арск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Arşa
Arşa Tiflis quberniyasının Duşet qəzasında kənd adı. == Toponimkası == Arşa- Tiflis quberniyasının Duşet qəzasında kənd adı. Azərbaycanda Quba qəzasında Arşalı (yenə orada) və Dağıstanın Darqin dairəsində Arşi, Şimali Qafqazın Ter əyalətinin Sunca dairəsində Arşiti (yenə orada) kənd adları ilə eynidir. Türk mənşəli Arşa tayfasının adındandır.
Urfa
Şanlıurfa (türk. Şanlıurfa) — Türkiyənin Şanlıurfa ilinin inzibati mərkəzi. == Tarixi == Şanlıurfa ərazisinə görə Türkiyənin yeddinci ən böyük bölgəsidir. Şəhərin adı 1984-cü ilə qədər Urfa olaraq qəbul edilib. Lakin Türkiyənin müstəqilliyi uğrunda aparılan müharibədə göstərdiyi qəhrəmanlığa görə bu şəhərin adı Şanlıurfa olaraq dəyişdirilib. Urfanın tarixi adının Ur olduğu bildirilir. Makedoniyalı İsgəndərin buraları işğal etməsindən sonra şəhərin adı tarixi mənbələrdə Edessa olaraq keçməyə başlayıb. Ərəblər isə bu şəhərə “Ər-Ruha” deyiblər. Hazırda “Ər-Ruha” adı Urfada olduqca məşhurdur. Urfada olarkən diqqəti çəkən adlardan biri də Harrandır.
ARF6
ARF6 — (ing. ADP ribosylation factor 6) 14-cü xromosomun qısa qolunda insanlarda tapılan tək gen tərəfindən kodlanmış zülal. Zülalın polipeptid zəncirinin uzunluğu 175 amin turşusu, molekulyar çəkisi isə 20.082-dir. ARF6 çox vaxt bioloji membranların və transmembran protein yüklərinin daşınmasında iştirak edən çoxlu hüceyrə funksiyalarına malikdir. ARF6 xüsusi olaraq plazma membranı zülallarının endositozunda və həmçinin daha az dərəcədə plazma membranı zülallarının təkrar emalında iştirak edir. == Funksiyası == Bu gen, Ras super ailəsinin bir hissəsi olan insan ARF gen ailəsinin bir üzvünü kodlaşdırır. ARF genləri vəba toksininin ADP-ribosiltransferaza fəaliyyətini stimullaşdıran və vezikulyar ticarətdə və fosfolipaz D-nin aktivatoru kimi rol oynayan kiçik guanin nukleotid bağlayan zülalları kodlayır. Bu genin məhsulu plazma membranında lokallaşdırılır və vezikulyar daşınma, membranın lipidlərinin yenidən qurulması və aktiniumun yenidən qurulmasına səbəb olan siqnal yollarını tənzimləyir. Bu genin psevdogeni 7-ci xromosomda yerləşir. ARF6 reseptorların aktivləşdirilməsindən sonra βarrestin ilə qarşılıqlı təsir göstərə bilər.
Ara
Ara (lat. Ara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin tutuquşular fəsiləsinə aid heyvan cinsi. Əlvan rəngli, pilləvarı quyruqlu, iri bədənli (uz. 100 sm-ədək, çəkisi 1600 q-a -dək) və iri dimdikli quşlardır. Çoxunun başının yanlarında tüksüz hissələr var. Rəngində cinsi dimorfizm yoxdur. 6 cinsi və 17 növü məlumdur. Əsl aranın 8 növü var. Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır; bəzi növlərinin arealı çox məhduddur. Meyvə və toxumlarla, həmçinin bitkilərin vegetativ hissələri ilə qidalanır.
ALFA karteli
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională Sindicală) və ya qısaca "ALFA karteli" (rum. "Cartel ALFA") — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. == Tarixi == "ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədi ilə yaradılmışdır. == Öhdəlikləri == Təşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır. == Fəaliyyəti == Konfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır. Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir. Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.
ARIA Charts
ARIA Charts — Avstraliyada "Australian Recording Industry Association" tərəfindən yayımlanan rəsmi hit parad.
Adi arpa
Adi arpa (lat. Hordeum vulgare) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür. == Sinonimləri == === Homotipik sinonimləri === Frumentum hordeum E.H.L.Krause Hordeum polystichon var.
Afra Saraçoğlu
Afra Saraçoğlu (2 dekabr 1997, Edremit[d], Balıkəsir ili) — Türk televiziya ve kino aktrisası. == Həyatı == Afra Saraçoğlu 2 dekabr 1997-ci ildə anadan olmuşdur. Eskişehir Anadolu Universitetində bir şagird olan Afra Saraçoğlu, Özcan Deniz vasitəsilə ictimai medianı tapmaq imkanı tapdı. Afra Saraçoğlu, Özcan Deniz və Nurgül Yeşilçay'ın ikinci şanslı filmdə oynadığı, Yeşilçayın qızının qızı, oyunçu rolunu oynadı. Hal-hazırda bir çox filmlərdə rol alır. == Filmoqrafiya == == Mükafatları == Ən Yaxşı Aktrisa Mükafatı 45.
Alfa-metilstirol
Alfa-metilstirol (izopropenilbenzol) – aromatik karbohidrogenlərin (arenlər) sinfinə daxil olan üzvi birləşmədir, molekul formulu C9H10-dur. == Alınması == α-Metilstirolu sənayedə benzolun propilenlə alkilləşməsi və daha sonra izopropilbenzolun (kumolun) palladium-nikel katalizatoru üzərində dehidrogenləşməsi üsulu ilə alırlar. Bundan başqa, α-metilstirolu yüksək temperaturda (200-300oC) dimetilfenilkarbinolun – izopropilbenzolun avtooksidləşməsindən alınan hidroperoksidin minerl turşular iştirakında parçalanmasın məhsulunun dehidratasiyasından da alırlar. == Fiziki xassələri == α-Metilstirol kəskin spesifik iyli rəngsiz mayedir. Suda 0,01% həcmdə həll olur. Qaynama temperaturu 165,38oC, ərimə temperaturu -23,14oC-dir. Xüsusi istilik tutumu 0,4 kal/q (oC), buxarlanma istiliyi 96,66 kkal/mol, polimerləşmə istiliyi 8,4 kkal/mol, polimerləşmə entropiyası 26 kal/mol-dur. == Kimyəvi xassələri == α-Metilstirol aromatik birləşmələrin və alkenlərin kimyəvi xassələrinə malikdir. Özü-özlüyündə polimerləşmir, havada saxlanıldıqda asetofenona və formaldehidə qədər oksidləşir. Ion polimerləşmədə ionlaşdırıcı katalizatorların (butullitlər, BF3-ün sadə efirlərlə kimpleksləri, kalium və digər qələvi metallar) radiasiya və ya UB-şüalanmanın təsiri ilə yüksəkmolekullu polimerlər; radikal polimerləşmədə isə – dimerlər və oliqomerlər əmələ qətirir; stirol, butadien, akrilonitril, vinilxlorid və s.
Alfa-spektrometr
Alfa-spektrometr(A.s) -radioaktiv nüvələrin buraxdığı α-zərrəciklərinin energetik paylanmasını ölçmək üçün cihazdır. Nüvə fizikası inkişafının ilkin mərhələlərində və radioaktivliyin tədqiqində geniş tətbiq olunmuşdur. α-spektrlərin incə quruluşunu tədqiq etmək və α-zərrəciklərin enerjisinə görə nüvələri aşkar etmək üçün tətbiq olunur. Müasir A.-s.-in işi α-zərrəciklərin ionlaşdırıcı xassəsinə (ionlaşma A.-s.), ya da onların maqnit sahəsi ilə qarşılıqlı təsirinə (maqnit A.-s.) əsaslanır. Ayırdetmə qabiliyyəti zəif və işıq qüvvəsi (cismi bucaq) çox böyük olan ionlaşma A.-s.-ləri uzun müddət yaşayan (yarımparçalanma dövrü 106 ildən böyük) və yeni yaranan nüvələri tədqiq etməyə imkan verir. Maqnit A.-s.-də enerji α -zərrəciklərin maqnit sahəsində meylinə görə təyin olunur. İonlaşma kameralarında α-zərrəciklərin enerjisi digər α-zərrəciklərin məlum enerjisi ilə müqayisə olunur. Alfa-spektroskopiya- Ana nüvənin parçalanması ilə yaranan α-zərrəciklərin spektri bala nüvənin müxtəlif səviyyələrinin keçidlərinə uyğun çoxlu monoenergetik xətlərdən ibarətdir. α -zərrəcik spinə malik olmadığından saxlanma qanunlarına uyğun hərəkət miqdarı momentinə görə seçmə qaydaları I=L və cütlük sadə olur. α-zərrəciyin bucaq momenti L aşağıdakı intervalda qiymət ala bilər: α-aktiv nüvələrin buraxdığı α-zərrəciklər axınının enerjisi və intensivliyinin ölçülməsi üçün qazboşalma və yarımkeçirici zərrəcik detektorlarından, həmçinin spektrometrlərdən istifadə olunur.
Alfa-zərrəcik
Alfa zərrəcik (α — zərrəcik) — 2 proton və 2 neytrondan ibarət olan 42He nüvəsidir. α zərrəciyin kütləsi mα=4,0027 а.е.м.= 6,644 q, spini və maqnit momenti sıfra bərabərdir. Əlaqə enerjisi 28,11 МеВ (1 nuklona 7,03 МеВ). Maddədən keçərkən α — zərrəcik ionlaşma, atom və molekulaların həyəcanlanması hesabına, həmçinin molekulların dissosiasiyası nəticəsində tormozlanır. Havada α — zərrəciyin uçuş yolunun uzunluğu l=aυ -dur, burada υ -başlanğıc sürət, α=9,7.10−28 s3 sm−2(l~3–7 sm üçün)-dir. Bərk maddə üçün l ~10−3 сsм (şüşədə sм) olur. Nüvə fizikasında çox fundamental kəşflər, gəlməsinə görə, alfa zərrəciyin öyrənilməsinə borcludurlar. Belə ki, Alfa zərrəciyin səpilməsinin tədqiqi -atom nüvəsinin, yüngül elementlərin α -zərrəcikləri ilə şüalandırılması nüvə reaksiyalarının və süni radioaktivliyin kəşfinə gətirib çıxartdı. Alfa hissəciyi nüvə reaksiyaların həyata keçirilməsinə səbəb olur. Alfa hissəciyi axımına Alfa şüalanması deyilir.
Alfa (dəqiqləşdirmə)
Alfa
Alfa Herkules
Alpha Herculis — Gözlə görülə bilən yeganə işıq nöqtəsi kimi görünən bir teleskop vasitəsilə bir sıra komponentlərə həll edilə bilər. Ən parlaq komponent parlaqlıqda dəyişkən olmasına baxmayaraq, bu, 3.08 birləşmiş vahid böyüklüyə malikdir. Hipparcos missiyası zamanı əldə edilən parallaks ölçmələrinə əsasən, günəşdən təxminən 360 işıq ili (110 parsek) uzaqdır. Bu, qarşılıqlı orbitdə α¹ Herculis və ya α Herculis A (ikisinin ən parlaq) və α2 Herculis və ya α Herculis B. iki ikili cütdən ibarətdir Alpha Herculis, WDS J17146 + 1423C və D. adlı iki əlavə vizual yoldaşı ilə daha geniş bir sistemin təyin etdiyi WDS J17146 + 1423 A və B komponentlərini də təşkil edir. == Xüsusiyyətləri == Alpha Herculis A və B, təxminən 3600 illik təxmini orbital dövrü ilə 500-dən çox AU-dır. B'nin iki komponenti 51.578 gün orbitə əsas sarı nəhəng bir ulduz və ikincil, sarı-ağ cırtdan ulduzdur. Alpha Herculis Aa asimptotik nəhəng bir filialdır (AGB), qırmızı nəhəng bir hidrojen və helium qabığını olan bir dejenere karbon-oksigen nüvəsi ətrafındadır. Günəşə ən yaxın AGB ulduzudur. Ulduzun açısal diametri bir interferometr ilə 34 ± 0,8 mas və ya 0,034 arcsecond olaraq ölçüldü. 110 parsekin təxmini məsafədə təxminən 280 milyon kilometr (və ya 170 milyon mil) radiusya bərabərdir, bu da təxminən 400 R ya da 1,87 AUdır.
Alfa dağılması
Alfa parçalanma — atom nüvələrinin α-zərrəciklərinin buraxılması ilə müşayiət olunan parçalanmasıdır. Bu zaman kütlə ədədi 4, atom nömrəsi isə 2-yə enir. Alfa-parçalanması yalnız ağır nüvələrdə (Atom nömrəsi 82, kütlə ədədi 200-dən çox) baş verir. Nüvənin əsas (həyəcanlanmamış) halından Alfa parçalanma həm də α-radioaktivlik adlanır. α-şüalı radioaktivliyin A.Bekkerel (A.Becquerel) tərəfindən kəşfindən sonra o, radioaktiv maddə tərəfindən buraxılan şüalanmanın ən zəif keçən növü adlandırıldı, 1909-cu ildə isə E.Rezerford (E.Rutherford) və T.Royds (T.Royds) isbat etdilər ki, α-zərrəciklər 4He-un 2 dəfə ionlaşmış atomlarıdır. A.-p. zamanı nüvənin yükü z (elementar yük vahidilə) 2 vahid, kütlə ədədi isə 4 vahid azalır. A.-p. zamanı ayrılan enerji α-zərrəcik ilə nüvə arasında onların kütlələri ilə tərs mütənasib olaraq bölünür. Əgər sonuncu nüvə həyəcanlanmış halda yaranırsa, onda α -zərrəciyin enerjisi bu həyəcanlanmanın enerjisinə qədər azalır və əksinə, əgər həyəcanlanmış nüvə parçalanırsa, artır (uzun məsafə qət edən α-zərrəciklər).
Alfa hissəciyi
Alfa zərrəcik (α — zərrəcik) — 2 proton və 2 neytrondan ibarət olan 42He nüvəsidir. α zərrəciyin kütləsi mα=4,0027 а.е.м.= 6,644 q, spini və maqnit momenti sıfra bərabərdir. Əlaqə enerjisi 28,11 МеВ (1 nuklona 7,03 МеВ). Maddədən keçərkən α — zərrəcik ionlaşma, atom və molekulaların həyəcanlanması hesabına, həmçinin molekulların dissosiasiyası nəticəsində tormozlanır. Havada α — zərrəciyin uçuş yolunun uzunluğu l=aυ -dur, burada υ -başlanğıc sürət, α=9,7.10−28 s3 sm−2(l~3–7 sm üçün)-dir. Bərk maddə üçün l ~10−3 сsм (şüşədə sм) olur. Nüvə fizikasında çox fundamental kəşflər, gəlməsinə görə, alfa zərrəciyin öyrənilməsinə borcludurlar. Belə ki, Alfa zərrəciyin səpilməsinin tədqiqi -atom nüvəsinin, yüngül elementlərin α -zərrəcikləri ilə şüalandırılması nüvə reaksiyalarının və süni radioaktivliyin kəşfinə gətirib çıxartdı. Alfa hissəciyi nüvə reaksiyaların həyata keçirilməsinə səbəb olur. Alfa hissəciyi axımına Alfa şüalanması deyilir.
Alfa qalxması
Alfa qalxması — nəhəng vulkanik sualtı silsilə Şimal Buzlu okeanın daxili ilə uzanır. Silsilə Kanada və Lomonosov çökəklikləri arasında yerləşir. Ən hündür nöqtəsi 2700 metr təşkil edir. Eni 200—450 kilometrdir. Silsilə ilk dəfə 1963-ci ildə aşkarlanır. 1983-ci ildə araşdırılmışdır.
Alfa Şirazi
Alfa Əli qızı Şirazi (1925 – 1943) — İkinci dünya müharibəsi iştirakçısı, partizan. == Həyatı == Alfa Şirazi iranlı Əli Şirazinin qızı idi. O atasını çox kiçik yaşlarında itirmişdi. Şirazinin anası Dora Mixaylovna isə yəhudi idi və onu nasistlər tərəfindən məhv edilməkdən fars dilini mükəmməl bilməsi xilas etmişdi. Nasistlər Dora Mixaylovna və Alfanın mənzilinə gəldikdə, ansı suallara yalnız fars dilində cavab vermiş və Alfa tərcümə etmişdi. Beləliklə, onlar alman zabitini Dora Mixaylovnanın milliyyətcə fars olduğuna inandıra bilmişdilər. Alfa anası ilə Rostovun tam mərkəzindəki üç mərtəbəli evdə yaşayırdı. Alfa 35 nömrəli məktəbdə oxuyurdu və əksər sovet uşaqları və yeniyetmələri kimi pioner, daha sonra isə komsomolçu olmuşdu. Nasist qoşunları Rostovu işğal etdikdən sonra Alfa partizan dəstələrinə qoşulur. Alman dilini yaxşı bilməsi və İran vətəndaşlığının olması ona nasistlərin qərargahına daxil olmaqda kömək edir.
Alfa əmsalı