Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astanə
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Aylant
Aylant (lat. Ailanthus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinə aid bitki cinsi.
Aylanu
Aylanu - türk mifologiyasında və xalq inancında can dəyişdirmə, yəni bir başqasının yerinə öz canını vermə, "Öz Yerinə Öz" anlayışı. Aylanı da deyilir. Bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir. Ən gözəl və ən mükəmməl nümunəsi Dəli Domrul əhvalatında iştirak edir. İnsanın nə qədər fədakarlıq və ərdəm sahibi olduğunun bir ilahi qüdrət tərəfindən ölçülməlidir. İnsanın lazım olduğunda ailəsi və bu səbəbdən vətəni uğrunda canından imtina edib keçə bilməyəcəyik sınanır. (Ay / Ağ) kökündən törəmişdir. Köçmək, dəyişmək mənalarını ehtiva edər. Aylanmak sözü gəzmək, hərəkət etmək, sürmək kimi tərkibə malikdir. Monqolcada Ayl sözcüyü qohumluq bağını ifadə edər.
Aşxanə
Aşxanə- İranın Şimali Xorasan ostanının şəhərlərindən və Manə və Səməlqan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,234 nəfər və 4,642 ailədən ibarət idi.
Vayqan
Vayqan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,091 nəfər və 1,095 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Çəqanə
Çəqanə - kamanla çalınan dördsimli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur. Türkiyəli alim B. Ögel çoxdilli "Türk kültür tarihine giriş" kitabında musiqişünas alim Radlofa istinadən "çağanə" sözünün "çanaq" sözündən yarandığını bildirir. Azərbaycanlı musiqişünas Abbasqulu Nəcəfzadəyə görə isə, "çağa" kökündən törəyib "çağanə" sözü "çağa kimi, çağasayağı, çağa kimi çağlayan" anlamına gələ bilər. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov çəqanəyə qohum alət olan kamançanın səsini də insan səsinə bənzədir. Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır.
Arqan
Sideroksilon (lat. Sideroxylon) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin sapotaceae fəsiləsinə aid bitki cinsi.
Aydan
Aydan — qadın adı. Aydan Salahova — Azərbaycan rəssamı. Aydan Höccətova — Azərbaycan şahmatçısı. Aydan Şənər — Türk maneken, aktrisa.
Ayran
Ayran — nehrədə yağı alınmış qatığın qalığı, yüksək kalorili qida məhsuludur. O qatığa su və duz əlavə etməklə də əldə edilir. Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, Göytürklər zamanında turşumuş qatığın (yoqurdun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə yeni içki növü, yəni ayran meydana çıxmışdır. Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye, ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilmişdir. Tərkibində az miqdarada yağ, zülalal və 0,7–0,8%- dək süd turşusu olur. Həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, dovğa və kələkoş bişirmək, doğramac hazırlamaq, şor almaq və s. məqsədlər üçün istifadə edilir. Hazırda ayranı sənayedə xüsusi texnologiya ilə istehsal edirlər.
Ayxan
Ayxan — Kişi adı.
Jale Aylanç
Jalə Aylanç (23 mart 1948, İstanbul – 7 iyul 2020, Ankara) — Türk teatr, kino və serial aktyoru, səs aktyoru. Aylanç 7 iyul 2020-ci ildə 72 yaşında vəfat etdi. Bir gün sonra Ankaradakı Karşıyaka qəbiristanlığında dəfn edildi. İncəsənət İnstitutu, 1990, Teatr Şərəf Mükafatı 5.
Nəhəng aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Uca aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Astanə Əşrəfiyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Aymani Aydəmirova
Aymani Aydəmirova (8 mart 1965) — müğənni, aktrisa, Çeçenistan Respublikasının xalq artisti, İnquşetiya Respublikasının xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti. Çeçenistan Respublikasının Əməkdar İncəsənət Xadimi, Çeçenistan Respublikasının Əməkdar Mədəniyyət İşçisi. Çeçenistan Dövlət Filarmoniyasının bədii rəhbəri. Milləyyətcə çeçendir. Aymani Aydəmirova 1965-ci il martın 8-də anadan olmuşdur. Yaradıcılıq fəaliyyətinə 1981-ci ildə Çeçen-İnquş Dövlət Filarmoniyasının solist-vokalistinin işinə girərək başlayır. Müğənni karyerasının ilk günlərindən xalq mahnılarının istedadlı ifaçısı kimi diqqəti cəlb edir. Krasnodar Mədəniyyət İnstitutunu xor dirijoru ixtisası üzrə bitirmişdir. Təhsil aldığı müddətdə Kuban Kazak Xorunda işləyir. 1990-cı ildə "Jovxar" (İnci) adlı qız qrupunu qurur.
Aqan
Aqan (rus. Аган) — Rusiyanın Tümen vilayətində çay. Tromqeyan çayının (Obun qolu) sol qoludur. Uzunluğu 544 kilometr, hövzəsinin sahəsi isə 32,200 km2-dir. Pur çayı ilə Ob çayının sağ qolları hövzələrinin bataqlığı suayırıcısından başlanır. Qərbi Sibir düzənliyinin mərkəzi hissəsi ilə axır. Suyunu, əsasən, qar və yağışdan alır. Oktyabrın axırlarından maya qədər donmuş olur.
Ayan
Ayan — qadın adı. Ayan Mirqasımova — Azərbaycan teatr və kino aktrisası. Ayan Məmmədova — Azərbaycanlı sərbəst güləşçisi. Ayan Babakişiyeva — Azərbaycan müğənnisi. Ayan Allahverdiyeva — azərbaycanlı şahmatçı. Yaşayış məntəqələri Ayan (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. Digər Ayan Palace — Azərbaycan Respublikasının Tovuz rayonunda yerləşən hotel.
Nur Aysan
Asiye Nur Fettahoğlu (12 noyabr 1980, Duysburq, Şimali Reyn-Vestfaliya) — Türkiyə aktrisası, model. Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində doğuldu. Sinan və Fatma Fettahoğlu cütlüyünün 3 qızından biridir. Bir qardaşı var. Bacılarının və qardaşının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır. Beşiktaş Liseyində (indiki adıyla Beşiktaş Anadolu Liseyi) lisey təhsilini tamamladıqdan sonra işləməyə başladı. Müxtəlif banklarda vəzifə aldıqdan sonra Sky Türkdə birja spikerliyi etməyə başladı. Fettahoğlu aktrisalığa "Məndən ata olmaz" filmi ilə başladı, ardınca "Könül yelləncəyi"ndə rol aldı və Aşk-ı Memnudakı Peyker Yöreoğlu rolu ilə karyerasında uğur əldə etdi. Bundan başqa Atasay, Dove, Luna kimi firmaların reklam filmlərində oynadı. Qurdlar Vadisi: Fələstin filmində Necati Şaşmazla baş rolu paylaşdı.
Qeys Aylan
Qeys Aylan — Şimali Ərəbistanın böyük və qüdrətli qədim tayfa birliyi. Rəvayətə görə Qeys Aylanlar əvvəlcə Tihama düzənliyinin alçaq yerlərində yaşayırdılar. Məhəmməd Peyğəmbərin dövründə Ərəbistanın mərkəz və şimal hissələrinin geniş torpaqlarına yayıldılar. Onlar Məkkənin cənub-şərq və şimal-şərq tərəflərinə, Mədinə torpaqlarına, Hicazın hər yerinə, Bəhreynə, sonra da İraq və Suriya torpaqlarına köç etdilər .
Röya Ayxan
Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub.
Sürəyya Ayhan
Sürəyya Ayhan Kop — orta məsafədə yarışmış Türk atlet. Atasının həvəskar atlet olması və ona dəstək olması ilə 16–17 yaşında atletizmə başladı. 1992-də indiki həyat yoldaşı Yücəl Kop ilə tanış oldu. O gündən bu yana Kopun məşqçiliyində məsk edir. Məktəbi bitirdikdən sonra Qəhrəmanmaraş idman akademiyasına başlayaraq Kahramanmaraşa getdi. Universitetdə oxuduğu dövrdə idmana davam etmək və məşq etməkdə çətinliklər yaşadı. Bu dövrdə Ağsaray bələdiyyəsinin dəstəkləriylə işlərini davam etdirdi. Ağsaray bələdiyyə idman klubu xaricində MTA, Ankara və Fənərbaxça klubları adına qaçdı. 2000-ci ildə Sidneydə təşkil edilən olimpiadalarda yarım final qaçaraq Türkiyədə məşhur olmağa başladı. 2001-də dünya atletizm çempionatında 1.500 metr finalı qaçaraq Türkiyə qadın atletizmində bir ilki daha reallaşdırdı.
Tərəvəzli ayran
Tərəvəzli ayran – Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, isti günlərdə, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilir. Bu içki əsasən iki üsulla hazırlanır. Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır. Tərkibi Ayran – 900 ml (və ya qatıq – 500 ml, su – 400 ml), orta irilikə xiyar- 1 ədəd, şüyüd – 4-5 qənəd, duz – 1 çay qaşığı. Hazırlanma qaydası Xiyar yuyulub qabığı ilə birlikdə xırda gözcüklü sürtkəcdən keçirilir, şüyüd xırda doğranılır və ayran əlavə edilir, soyudulur, piyalələrdə və ya iri çay stəkanlarında süfrəyə verilir. Tərkibi Ayran – 700 ml ( və ya qatıq – 400 ml, su – 300ml), pomidor – 500 q, (və ya pomidor şirəsi – 300 ml, şüyüd – 3-4 qanad, duz – 1 çay qaşığı. Hazırlanma qaydası Pomidor sürtkəcdən keçirilir, 70-80 C-yə qədər qızdırılır və xırda gözcüklü ələkdən keçirilir. Alınmış şirə soyudulur, ayrana qatılır, üzərinə xırda doğranmış şüyüd və duz əlavə edilib yaxşıca qarışdırılır. Soyudulduqdan sonra süfrəyə verilir.
Ayhan Akman
Ayxan Akman (d. 23 fevral 1977, Bursa) — türk məşqçi və keçmiş milli futbolçudur. TRT Spor kanalında şərhçidir. 1998–99 mövsümündə Con Toşakın istəyi ilə 8.750.000 dollar qarşılığında Beşiktaşla müqavilə imzaladı. Üç il ağ-qara klubda forma geyinən Ayhan Akman 81 matçda 19 qol vursa da, zədələri səbəbindən tədricən komandadan uzaqlaşıb. 2000–01 mövsümünün sonunda aldığı zədələr səbəbindən 3 ay müddətində heyətə düşə bilmədi. Zədələndiyi zaman komandanın başında olan və meydana dönə bilməyən alman məşqçi Kristof Daum Akmanın lazımsız olduğunu söylədi. "Beşiktaş"ın "Qaziantepspor" a 3–1 hesabı ilə uduzduğu matçda Ayxan Akmanın klubda gülməsinə əsəbiləşən azarkeşlər hava limanında Ayxanı döyürdülər və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə hadisələr daha da ciddiləşmədən qarşısı alınıb. Baş verənlərdən sonra Ayxanın ağzından bu ifadələr çıxdı: Eyni dövrdə Mirça Luçesku ilə yeni bir quruluşda olan Qalatasaray klubu, Gheorghe Hagi futbolu buraxdıqdan və Okan Buruk və Emre Belözoğlu İtaliyanın dünyaca məşhur klubu İnterə keçdikdən sonra yarımmüdafiəçi axtarışında Ayhanla maraqlanmağa başladı. Hadisələrdən sonra Beşiktaş klubu Ayxanı 500 min dollar qarşılığında Qalatasaray klubuna Ahmet Yıldırım və Mehmet Aksu ilə birlikdə verib.
Ayxan Akman
Ayxan Akman (d. 23 fevral 1977, Bursa) — türk məşqçi və keçmiş milli futbolçudur. TRT Spor kanalında şərhçidir. 1998–99 mövsümündə Con Toşakın istəyi ilə 8.750.000 dollar qarşılığında Beşiktaşla müqavilə imzaladı. Üç il ağ-qara klubda forma geyinən Ayhan Akman 81 matçda 19 qol vursa da, zədələri səbəbindən tədricən komandadan uzaqlaşıb. 2000–01 mövsümünün sonunda aldığı zədələr səbəbindən 3 ay müddətində heyətə düşə bilmədi. Zədələndiyi zaman komandanın başında olan və meydana dönə bilməyən alman məşqçi Kristof Daum Akmanın lazımsız olduğunu söylədi. "Beşiktaş"ın "Qaziantepspor" a 3–1 hesabı ilə uduzduğu matçda Ayxan Akmanın klubda gülməsinə əsəbiləşən azarkeşlər hava limanında Ayxanı döyürdülər və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə hadisələr daha da ciddiləşmədən qarşısı alınıb. Baş verənlərdən sonra Ayxanın ağzından bu ifadələr çıxdı: Eyni dövrdə Mirça Luçesku ilə yeni bir quruluşda olan Qalatasaray klubu, Gheorghe Hagi futbolu buraxdıqdan və Okan Buruk və Emre Belözoğlu İtaliyanın dünyaca məşhur klubu İnterə keçdikdən sonra yarımmüdafiəçi axtarışında Ayhanla maraqlanmağa başladı. Hadisələrdən sonra Beşiktaş klubu Ayxanı 500 min dollar qarşılığında Qalatasaray klubuna Ahmet Yıldırım və Mehmet Aksu ilə birlikdə verib.
Ece Ayxan
Ece Ayxan Çağlar (türk. Ece Ayhan Çağlar; 10 sentyabr 1931 – 12 iyul 2002, İzmir) — Türkiyə şairi. Şeirlərində "Ece Ayhan" təxəllüsündən istifadə etmişdir. O, II yeni hərəkatın görkəmli simalarından biri olsa da, bu cərəyanı vətəndaş poeziyası adlandırmağa üstünlük vermişdir. Onun "Baxışsız bir pişik qara" və "Ortodokslar" kitabında müasir türk ədəbiyyatında homoerotik şeir nümunələri yer alır. Kınar Hanım'ın Denizleri (1959) Bakışsız Bir Kedi Kara (1965) Ortodokslular (1968) Devlet ve Tabiat (1973) Yort Savul (1977) Zambaklı Padişah (1981) Defterler (Diaries, 1981) Çok Eski Adıyladır (1982) Kolsuz bir Hattat (1987) Çanakkaleli Melahat'a İki El Mektup ya da Özel Bir Fuhuş Tarihi (1991) Sivil Şiirler (1993) Son Şiirler (1993) Bütün Yort Savul'lar (1994) Ece Ayhan. A Blind Cat Black and Orthodoxies. Sun and Moon Press. 1997.
Yeganə
Yeganə — qadınlara verilmiş bir soyad.
Agave
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Algae
Yosunlar (lat. Algae) — çoxhüceyrəli orqanizmlər. torpaqlar digər adı ilə mamırlar Yer kürəsi üzərində 3 milyon il əvvəl meydana gəlmiş və təxminən 1,5–2 milyon il planetimizin vahid canlıları olmuşlar. Bu qədim aerob fotosintezedici orqanizmlərin sayəsində heterotroflar yaşaya bilmişlər. Yer üzərində üzvi maddənin sintezində yosunların mühüm rolu vardır. Bu orqanizmlər günəş düşən durğun sularda dənizdə, hətta qayalar üzərində və s. geniş yayılmışdır. Bunların 125 000-dən çox növləri məlum deyil Yosunlar ibtidai avtotrof bitkilər olub, əsasən suda yaşayırlar. Lakin onlara yer kürəsinin hidrosferdən əlavə, atmosfer və litosferin bütün sahələrində təsadüf olunur. Onlar təkhüceyrəli, çoxhüceyrəli və kolonial formalı olub, müxtəlif ekoloji şəraitə uyğunlaşmışlar.
Aqade
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Aqone
Aqone (fr. Aghione, kors. Aghjone) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Vetsani kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B002. 2008-ci ildə kommunanın əhalisi 233 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Erina Yamane
Erina Yamane (d. 20 dekabr 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 23 oyun keçirib.
Məhəmməd Yeganə
Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə (5 may 1923 - 18 dekabr 1995) — İran iqtisadçısı və siyasətçisi. Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə 5 may 1923-cü ildə Zəncan şəhərində dünyaya gəlmişdi. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. 1942-1946-cı illərdə Tehran Universitetində oxumuşdu. İqtisad bakalavrı diplomu almışdı.Sonra ABŞa yollanmış, 1947-1951-ci illərdə Kolumbiya Universitetində magistr ixtisasını almışdı. 1951-ci ildən 1962-ci ilədək neft sahəsində çalışmışdı. 1964-cü ildən 1969-cu ilədək İran İqtisadiyyat nazirliyində işləmişdi.1969-cu ildən 1970-ci ilədək İran Məskən və Sənaye nazirliyində Şöbə müdiri vəzifəsində çalışmışdı. 1970-ci ildən 1971-ci ilədək İran Şahənşah bankının sədri olmuşdu.Eyni zamanda baş nazirin iqtisadiyyat üzrə müşaviri vəzifəsini icra etmişdi. 1971-ci ildən 1972-ci ilədək İran Dünya Bankına başçılıq etmişdi. 1972-ci ildən 1973-ci ilədək IMF-nin direktoru olmuşdu.1973-ci ildən 1976-cı ilədək İranın Mərkəzi Bankına rəhbərlik etmişdi.
Nasir Yeganə
Nasir Mirzə Qafar xan oğlu Yeganə (4 iyun 1921 – 15 noyabr 1993)—İran hüquqşünası və siyasətçisi. Nasir Mirzə Qafar xan oğlu Yeganə 4 iyun 1921-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Tehran Universitetində oxumuşdu. Hüquq bakalavrı diplomu almışdı. Sonra Fransaya yollanmış Sarbonna Universitetində magistr ixtisasını almışdı. Daha sonra ABŞ-yə getmiş ordakı hüquq sistemini mükəmməl öyrənmişdi. Nasir Yeganə 1979-cu ildə İslam inqilabından sonra ABŞ-yə mühacirət etmişdi. Nasir Yeganə 15 noyabr 1993-cü ildə Vaşinqton şəhərində vəfat edib.
Qayane Atayan
Qayane Armenovna Atayan (rus. Гаянэ́ Арме́новна Атая́н, erm. Գայանե Արմենի Աթայան; 23 sentyabr 1959, Kiyev) — erməni əsilli Ukrayna rəssamı. Rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın qızıdır. Qayane Atayan 23 sentyabr 1959-cu ildə Ukrayna SSR-in paytaxtı Kiyev şəhərində, rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın ailəsində anadan olmuşdur. O, 1983-cü ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Atayan anasını özünün əsas müəllimi hesab etdiyini bildirmişdir. O, 1986-cı ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Atayan 1982-ci ildən bir çox rəsm sərgilərinin iştirakçısı, 1986-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvüdür. Qayane Atayanın əsərləri Kiyev Milli Rəsm Qalereyasında, Zaporojya, Xmelnitski incəsənət muzeylərində, Tayvandakı Əjdaha muzeyində, Ukraynada və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
Yeganə Axundova
Yeganə Əsgər qızı Axundova (Mahmudova) (22 may 1960, Nuxa) — Azərbaycan pianoçusu, Azərbaycan Respublikasının xalq artisti. Yeganə Mahmudova 1960-cı il mayın 22-də Şəki şəhərində inşaatçı Əsgər Mahmudov və dosent Solmaz xanımın ailəsində anadan olmuşdur. 5 yaşından musiqi dərsləri almağa başlayan Yeganənin ilk müəllimi Vera Arkadiyevna Bitner olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində isə çox təcrübəli və bilikli müəllimlərdən olan Valeriya xanım Seyidovadan dərs alıb. Yeganə Axundova əla qiymətlərlə həmin musiqi məktəbini bitirir və Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indi Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası adlanır – red.) fortepiano ixtisası üzrə ifaçılıq fakültəsinə daxil olur. Burada o, professor Nigar Usubovanın sinfinə göndərilir. Tələbəlik illərində Yeganə Mahmudova bütün sınaqlardan keçir, fərqlənmə diplomu ilə Konservatoriyanı bitirir və onu P. İ. Çaykovski adına Moskva Dövlət Filarmoniyasına təcrübəyə göndərirlər. Yeganə Mahmudova təcrübə proqramını professor Lev Naumovun sinfində keçir. Moskva təhsilini bitirəndən sonra doğma Bakıya qayıdır və konservatoriyada müəllimlik fəaliyyətinə başlayır. Y. Axundovanın həm solo, həm də duet şəklində çıxış edir.
Yeganə Mürsəlova
Yeganə Akbudak (Mürsəlova) (3 sentyabr 1981, Sumqayıt) — Azərbaycan müğənnisi. 1981-ci il sentyabrın 3-də Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilini Sumqayıt şəhərində bitirmişdir. 1998-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakultəsinə daxil olmuşdur. 2002-ci ildə təhsilini uğurla başa çatdırmışdır. Musiqiyə olan həvəsi uşaqlıq dövründən başlamışdır. Orta məktəb dövründə musiqi məktəbində musiqiyə olan həvəsini mükəmmələşdirməyə çalışmışdır. Ustad sənətçılərdən, muğam ustalarından, vokal müəllimlərindən dərs almışdır. 2002-ci ildə müğənni olaraq böyük səhnəyə ilk addımlarını atmışdır. Hal hazırda sənət karyerasını Türkiyədə davam etdirir.