Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cülus
Cülus — Osmanlı imperiyasında padşahların taxta oturmasıyla bağlı istifadə edilən termindir. == Cülus sistemi == === Ərəblərdə cülus anlayışı === Cülus sözünün mənşəyi ərəbcə olub, "oturmaq" mənasını verir. Miniatürlərdə Hz. Süleyman bir çox dəfə taxt üzərində oturmuş halda təsvir edilmişdir. İslamiyyətdə gerçək hakimiyyət Allaha aiddir və insan onun Yer üzündəki xəlifəsi hesab edilir. Hz. Məhəmmədin vəfatından sonra Hz. Əbubəkr imam seçilmiş və ona xələf olmuşdur. Hz. Ömər isə Hz.
Cüyür
Cüyür (lat. Capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi. Dağlıq və dağətəyi meşələrdə daim yırtıcı heyvanların əhatəsində yaşayan cüyürü, sözsüz ki, canavar, çaqqal, vəhşi pişik, yenot və vaşaq kimi yırtıcılar asanlıqla tutub yeyirlər. Mühafizə zonalarında da yırtıcı heyvanlar cüyürlərin həyatına mütəmadi təhlükə törədir. Digər tərəfdən, nəinki dağlıq və dağətəyi yerlərdə, həmçinin qoruqlarda da bəzi ovçular cüyürün real düşməninə çevrilirlər. Hər anı təhlükə qarşısında qalan cüyür yaşayış sahəsini seçərkən ilk növbədə salamatlığının qayğısına qalır. Odur ki, kəsilmiş sahələrlə növbələnən qarışıq və enliyarpaq meşələri, tala və gölməçələri seçir. Burada onlar həm özlərini gizləyir, həm də rəqibini aydın görmək imkanı əldə edir. Sabit qar örtüyü olmayan yerlərdə dağların cənub yamaclarındakı seyrək meşələrə çəkilməklə qışı keçirirlər. Cüyürlərdə də bir sıra heyvanlar kimi mövsümi uyğunlaşmalar var.
Cuyüm
Cuyüm – İranın Fars ostanının Laristan şəhristanının Cuyüm bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,396 nəfər və 1,397 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
AUKUS
AUKUS — 15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı. Pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edirlər. Avstraliyanın baş naziri Skot Morison, İngiltərənin baş naziri Boris Conson və ABŞ prezidenti Co Baydenin birgə açıqlamasında başqa bir ölkənin adı çəkilməsə də, Ağ Evdəki anonim mənbələr bunun Çinin Hind-Sakit okean bölgəsindəki təsirinə qarşı çıxmaq üçün hazırlandığını iddia edir. Ancaq İngiltərənin baş naziri Boris Conson daha sonra parlamentdə çıxış edərək, bu addımın Çinə qarşı məqsədli olmadığını söylədi. 17 sentyabr 2021-ci ildə Fransa, Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırdı, Fransa xarici işlər naziri Jan-İv Le Drian, Avstraliya-Fransa sualtı gəmi müqaviləsinin ləğv edilməsi səbəbiylə müqaviləni "arxadan bıçaqlanma" adlandırdı. Fransanın reaksiyasını Hind-Sakit okeanı regionundakı bir neçə Fransız ərazisi və bu bölgədəki vətəndaşlarına qarşı gələcək geosiyasi təhdidlər qorxusu səbəbiylə daxili təhlükəsizlik problemləri ilə daha geniş izah etmək olar.
Buxus
Şümşad (lat. Buxus) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinə aid bitki cinsi. Şümşad cinsinə daxil olan nümayəndələr həmişəyaşıl kol, yaxud ağacdır. Gec böyüyür. Hündürlüyü 2–12 m, bəzən hətta 15 m olur. Latınca adı yunanca buxe - sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir. == Yayılması == 3 böyük yayılma ərazisi var: Afrika - Ekvatorial Afrika dan cənubda və Madaqaskar adasındakı meşə və meşə-çöl sahəsi Mərkəzi Amerika - Meksikanın şimal hissəsi və Kubanın cənubuna tərəf olan tropik və subtropik zonalarda Avrasiya - Britaniya adalarından Cənubi Avropa, Kiçik və Ön Asiya, Zaqafqaziya, Çindən Yaponiya və Sumatra adalarına qədər olan ərazi. Azərbaycanda əsasən Lənkəran, Astara və Lerik rayonları ərazisində geniş yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kolxida şümşadı (Buxus colchica Pojark.) Hirkan həmişəyaşıl şümşadı (Buxus sempervirens subsp.
Cetus
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Ceyms
Ceyms — Kişi adı. Ceyms Monro — Amerika Birləşmiş Ştatlarının 5-ci prezidenti Ceyms Byukenen — Amerika Birləşmiş Ştatlarının 17-ci prezidenti Ceyms Coys — irland yazıçı Ceyms Qarfild — Amerika Birləşmiş Ştatlarının 20-ci prezidenti Ceyms Eyveri — aktyor Ceyms Cozef Silvester — Əslən yəhudi olan İngiltərə riyaziyyatçısı Ceyms Naçvey — ABŞ fotojurnalisti və hərbi fotoqrafı. Ceyms Rey — Amerika Birləşmiş Ştatları ordusunun polkovniki. Ceyms Hekman — amerikalı iqtisadçı. Ceyms Mirrlis — şotland iqtisadçı. Ceyms Mid — məşhur ingilis iqtisadçısı. Ceyms Tobin — amerikalı iqtisadçı.
Cults
Cults - Manhattan, Nyu-Yorkdan olan indie-pop qrupudur. == Qrupun tarixi == Qrup 2010-cu ildə 2 tələbə Brayan Oblivionom və Madlin Follin tərəfindən qurulub. Madlin əvvəl "Youth Gone Mad" pank-qrupunun Touching Cloth adlı albomunun üzərində işləyirdi. Qrup ilin sonunda Cults 7" adlı mini albomunu buraxır. Albomdakı "Go Outside" treki «ən yaxşı musiqi» kimi Pitchfork saytında qeyd olunub. 7 iyun 2001-ci ildə Cults, In the Name Of adlı debüt albomunu buraxdı. Albom hamı tərəfindən müsbət qarşılandı və Billboard 200 sırasında 52-ci yeri tutdu. Qrup ikinci dəfə Pitchfork'da «Abducted» treki ilə "ən yaxşı yeni musiqi" adına layiq görüldü.
Cunud
Cunud — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cunud Şəki rayonunun Baş Layski inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonimin XIII əsrdə monqolların tərkibində olmuş türkdilli sunnit tayfasının adından olması ehtimal edilir. == Əhalisi == Kəndin əhalisi 1010 nəfər təşkil edir ki, onun da 518 nəfəri kişi, 492 nəfəri isə qadındır. .
Cücük
Cücük — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 503 nəfərdir (2009). Cücük Ağdaş rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, toponim cuy (arx) və -cik (kiçiltmə bildirən Şəkilçi) komponentlərindən düzəlib, "kiçik arx" mənasındadır. Cücük sözü elə bütövlükdə də dilimizdə "kiçik, balaca, bala" mənalarında işlənir. Oykonim "kiçik kənd, balaca yaşayış məntəqəsi" deməkdir.
Çalus
Çalus — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Çalus şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 44,618 nəfər və 12,791 ailədən ibarət idi.
Çavuş
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir. İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. == Etimologiya == "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir. Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir.
Çuluq
Çumış
Çumış çayı — Rusiyanın Kemerov vilayəti və Altay diyarı ərazisindən axan çay. Ob çayının sağ qolunu təşkil edir. == Coğrafi yerləşməsi == Çayın uzunluğu 644 km, hövzəsinin sahəsi isə 23 900 km² təşkil edir. Öz başlanğıclarını Kemerov vilayətinin ərazisində Qara-Çumış və Tom-Çumış çaylarının birləşməsindən götürür. Mənsəbə yaxın iki qola ayrılır. Barnaul şəhərindən 88 km aşağıda Ob çayına tökülür. == Hidrologiya == Çumış çayı əsasən qar suları ilə qidalanır. İllik su sərfiyyatı mənsəbə 74 km qalmış 146 m³/s təşkil edir. Çay noyabrın birinciyarısında donur. Aprelin ikinci yarısında isə buzdan azad olur.
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Çuxur
Çuxur — ətrafına görə aşağı çökmüş olan yerdir.
Çükəş
Çükəş — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çükəş Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Talış dilindəki cu (ağac, taxta) və kəş (qoşqu ləvazimatı) sözlərindən düzəlib. Görünür, qoşqu ləvazimatının taxtadan olan hissəsi bu kənddə düzəldiyi üçün kənd belə adlandırılmışdır. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Əzizov (1995–2014).
Çüvaş
Çüvaş — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çuvaş Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Etnotoponimdir.
Çüyya
Çüyya (v. e.ə. 7) — Hunların XVI şanyüsü. == Həyatı == Digər qardaşları kimi sakit həyat sürən Çüyya 4 il hakimiyyətdə olduqdan sonra vəfat etdi.
Çüçür
Şanyü Çüçür (v. 172) — bir hun əyanı idi. Mete xaqanın nəslindən gəlirdi. 147-ci ildə imperator tərəfindən şanyü təyin olunmuşdu. Şanyü Çüçür syenbilərə qarşı mübarizəyə çətinliklə dözürdü və əsasən çinli əsgərlərdən istifadə edirdi deyə imperator onu 172-ci ildə taxtdan çəkilməyə məcbur etdi. Eyni il öldü. Yerinə oğlu gətirildi.
A.Camus
Eme Antuanetta Kamus (fr. Aimée Antoinette Camus; 1 may 1879, Paris – 17 aprel 1965, Paris) — Fransa botaniki. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == Première partie: Atlas de la monographie des saules de France / Deuxième partie: Principaux insectes nuisibles aux saules/ (suivi de:) Atlas A.Camus. J. Mersch, París (1904). Classification de saules d´Europe et monographie des saules de France A.Camus & E.G.Camus, París (1905). Monographie des Orchidées de l´Europe, de l´Afrique septentrionale... E.G.Camus & A.Camus & P. Bergon, París (1908). Florule de Saint-Tropez et de ses environs immédiats A.Camus. Paul Lechevalier. París.
Alburnus acutus
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Bryus Uillis
Volter Brüs Uillis (19 mart 1955[…], İdar-Oberşteyn[d], Reynland-Pfalts, Qərbi Almaniya) — Amerika aktyoru, dörd filmin prodüseri. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı. Habelə "Qızıl Moruq" aldı ("Armageddon", "Merkuri təhlükədədir" və "Mühasirə" filmlərinə görə). Karyerası 1980-ci illərdə başladı. "Möhkəm qoz" film trilogiyası ilə Hollivud aktyoru kimi meydana gəldi. 1987-ci ildə Demi Mur ilə evlənmişdir. Ondan üç uşağı var. "Hollivud Şöhrət Zalı"nda 2006-cı ildə etibarənn ulduzu vardır. == Həyatı == Amerika aktyoru, dörd filmin prodüseri Volter Brüs Uillis 1955-ci il 19 mart ayında Almaniyanın İdar-Oberşteyne şəhərində dünyaya gəlib. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı.
Bryus adası
Bryus adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın qərbində yerləşir. Sahil xətti istisna olmaqla ərazisi buzla örtülüdür. Nortbruk adasından şimal-qərbdə yerləşir. == Təsviri == Ucqar qərb nöqtəsi Storojev burnu, cənub Erkin Jdanko burnudur. Cənub-şərqdə yerləşən Pineqin burnu dənizin içərisinə çox daxil olur. Uzunsov formaya malikdir. Uzunluğu 19 km, eni 10 km-dir. Sahil xəttinin uzunluğu 55 km-dir.
Bryus yarımadası
Bryus yarımadası — Kanadanın Ontario vilayəti ərazisində Corciyan-Beylə Huron gölü akvatoriyası daxilində yerləşir. Yarımada Bryus qraflığının bir hissəsini təşkil edir. Öz adını əyalətin səkkizinci general qubernatoru Ceyms Bryusun adından götürmüşdür. Ərazidə iki milli park vardır: Bryus milli parkı və Fatom-Faiv milli parkı. Yarımada bır sıra canlıların qıdalanma məskənidir. Bu canlılara misal kimi Baribal, Çırtdanboy qum gürzəsi, Uzuntüklü bayquş və s. göstərmək olar.
Ceyş əl-Mühacirin vəl-Ənsar
Ceyş əl-Mühacirin vəl-Ənsar (ərəb. جيش المهاجرين والأنصار‎ Mühacirlər və Dəstəkçilər Ordusu) — Suriya vətəndaş müharibəsinin iştirakçısı olan silahlı birləşmə. Keçmiş adı olan «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adıyla da tanınır. == Tarixi == Silahlı qruplaşma etnik çeçen Əbu Ömər əl-Şişaninin başçılığı ilə «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adı altında 2012-ci ilin yayında yaradılıb. 2013-cü ilin mart ayında isə suriyalı islamçı Kətibət Xəttab və Ceyş Muhəmməd qruplaşmaları ilə birləşən «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») «Ceyş əl-Mühacirin vəl-Ənsar» («Mühacirlər və Dəstəkçilər Ordusu») adını alıb. == Qruplaşmanın tərkibi == Əsasən çeçen, azərbaycanlı, dağıstanlı və digər Qafqazlı döyüşçülərdən təşkil olunan qruplaşmada digər MDB ölkələrindən olan döyüşçülərə də rast gəlinir. 2013-cü ilin sentyabr ayında Rusiya Federal Təhlükəsizlik Xidməti rəsmisinin bildirdiyinə görə Suriya vətəndaş müharibəsində döyüşmək üçün 300-400 Rusiya vətəndaşı ölkəni tərk edib.